İcra başçısı Kamaləddin Heydərovdan elə bir şey istədi ki... - SÜLEYMAN MİKAYILOVUN GÖZÜ YÜKSƏKLƏRDƏ

20-11-2016, 01:18Gündəm
İcra başçısı Kamaləddin Heydərovdan elə bir şey istədi ki... -

İcra başçısı Gömrük Komitəsinə sədr gəlmək istəyir: Süleyman Mikayılov yeni iddiaya düşüb

Qaradağ rayon icra hakimiyyətinin başçısı Süleyman Mikayılov yeni iddiaya düşüb. İcra başçısı postunu özü üçün çox kiçik vəzifə sayan “Çakır” ləqəbli icra başçısının gözləri indi daha yüksəklərdədir, indi o Dövlət Gömrük Komitəsinin sədri vəzifəsinə gəlmək üçün dəridən-qabıqdan çıxır.

Savash.org-u məlumatlandıran mənbənin sözlərinə görə, fövqəladə hallar naziri Kamaləddin Heydərovun kadrlarından sayılan Süleyman Mikayılov artıq bu yöndə əməli fəaliyyətə də keçib: “DGK rəhbəri Aydın Əliyevin “vurulacağına” inanan icra başçısı indi bütün əlaqələrini işə salaraq onun kreslosuna əyləşməyə can atır. Bununla bağlı bir neçə dəfə Kamaləddin Heydərova söz eşitdirən icra başçısına ümidverici cavab verilməsə də Süleyman Mikayılov bu istiqamətindəki fəallığını azaltmayıb. K.Heydərovdan başqa daha bir neçə yüksək mənsəb sahibinə anoloji xahişlə minnətçi düşən S. Mikayılov yaxın ətrafına gec-tez məqsədinə nail olacağını söyləyib”.

Məlumat üçün bildirək ki, 1962-ci ilin aprelində Naxçıvanda anadan olan Süleyman Surxay oğlu Mikayılov 1979-cu ildə Naxçıvan şəhər Uşaq idman məktəbində məşqçi kimi əmək fəaliyyətinə başlayıb. 1995-1999-cu illərdə Bakı Baş Gömrük İdarəsinin Qaçaqmalçılıq və Gömrük Qaydalarının Pozulmasına Qarşı Mübarizə şöbəsinin rəisi, idarə rəisinin birinci müavini, idərənin rəisi vəzifələrində çalışıb. 1999-2001-ci ildə Dövlət Gömrük Komitəsinin İşlər İdarəsi rəisinin müavini, bir müddət Vergilər Nazirliyinin Operativ Nəzarət İdarəsinin rəisi işləyib.

2005-ci ildə Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı, 2005-2010-cu illərdə isə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı vəzifələrində çalşıb. Azərbaycan Respublikası Prezidentinin 4 mart 2010-cu il tarixli Sərəncamı ilə Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Oxunub: 532
Rəsmi

Akademik Ramiz Mehdiyevin “Yeni dünya nizamı və milli ideya” kitabının təqdimatı olub
Akademik Ramiz Mehdiyevin “Yeni dünya nizamı və milli ideya” kitabının təqdimatı olub

Prezident İlham Əliyev: “Naxçıvanda istehsal olunan mallar dünya bazarlarına rahatlıqla çıxa biləcək”
Prezident İlham Əliyev: “Naxçıvanda istehsal olunan mallar dünya bazarlarına rahatlıqla çıxa biləcək”
XƏBƏR LENTİ
22:07 27 il yaddaşlardan silinməyən QANLI FACİƏ -Qara 20 Yanvar 21:25 Türkiyə bu səhnədən danışır - 19:23 Generalın təqaüdə çıxmamasının şok səbəbi -Ramiz Zeynalovu qanunu pula dəyişənlərlə nə birləşdirir? 19:15 328 saylı baxça yoxsa, 328 adda oyun ... 19:15 Reynaldo üçün daha bir təklif 19:00 Donmuş göldən möhtəşəm görüntülər- FOTOLAR 18:40 Azərbaycanda keçiriləcək Avropa çempionatının təqvimi açıqlanıb 18:17 Daxili İşlər Nazirliyinin əməkdaşlarına 'Rəşadətli əməyə görə' nişanı təqdim olunub 18:15 Sabirabadda damında helikopter meydançası olan xəstəxana tikilir 18:13 İcra başçısının adı 8 milyonluq qalmaqalda hallanır –ABDİN FƏRZƏLİYEVİN ƏLBİR OLDUĞU 'İŞBAZLAR'... 18:00 Bu il daha hansı universitetlər bağlanacaq?- Slavyan, Turizm, Texniki... 17:38 Keçmiş nazirin “İsmayıllı tövbəsi”....– Villa və obyektlərini satıb 17:34 ‘Abır–həyanın’ satıldığı ‘VİKTORİYA’da Əmək Kitabçası Qalmaqalı -ŞİKAYƏT 17:15 Bakıda 5 gün əvvəl intihara cəhd edən şəxs öldü 17:05 Baş həkimdən ana və körpəsinin ölümü ilə bağlı AÇIQLAMA 16:46 Ukrayna prezidentinin Azərbaycana dəstəyi Rusiyaya və Ermənistana mesajdır 16:33 AZAL qiymətləri artıracaq?- Rəsmi CAVAB 16:20 Metroda halı pisləşdi, təcili yardım gəldi, amma... 16:08 Cabir İmanov: Pul hər şeyi həll etmir... 15:59 Azərbaycanlı yazar “Forbes”in siyahısında 15:44 Məşhur DYP əməkdaşı işdən qovuldu 15:27 İtaliyada hotel qar altında qaldı– YENİLƏNİB 15:15 Ana tualetdə doğduğu uşağı zibil qabına atdı 15:00 İtkin neftçi qardaşların ailə üzvləri axtarışlara başlayıb- VİDEO+FOTO 14:50 Serj Sarkisyan ölü dirildir 14:45 Telefon və internet pulu terminalla ödəniləcək 13:37 Ağcabədidə ana və körpə doğuş zamanı ölüb 13:25 Azərbaycan neft hasilatının azaldılmasını dəstəkləməyə hazırdır 13:11 Emin Ağalarov: Tramp dünyanı daha yaxşı edəcək- FOTO 12:57 Sabah ölkə ərazisində sulu qar yağacaq 12:45 "Real"ı doğma azarkeşləri qarşısında uddular 12:18 Sabah bu yollar bağlı olacaq - DİQQƏT 12:05 Polis maşınla piyadanı vurdu - Bakıda 12:00 AMEA-nın institutunda 303 minlik şübhəli tender- ARAŞDIRMA 11:36 Polis bölməsinə çağırılan Kamil Zeynallı danışdı 11:13 Ramil Usubov genralları topladı - rəsmi 11:00 Qaradağın icra başçısı sakinləri hədələdi 10:50 "Tramp müsəlmanları qeydiyyata almaq niyyətində deyil" 10:38 Gədəbəyin Meşə idarəsində "MEŞƏ QANUN"LARI- Nazirliyin rəhbər vəzifəliləri... 10:27 Qazın qiymətinin yenidən artacağının anonsu verildi