Anons

Haqqımızda Əlaqə

"Qiymətin artırılacağı ilə bağlı məlumat bizdə yoxdur” - "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti

Tarix:28-11-2016, 12:18 Baxış Sayı:95

"Qiymətin artırılacağı ilə bağlı məlumat bizdə yoxdur” - "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti


"Çox güman ki, bu artım gələn il yanvarın 1-dən etibarən reallaşacaq” - ekspert
Azərbaycan Demokratiya və Rifah Hərəkatının (ADR) başqanı, iqtisadçı Qubad İbadoğlu növbəti ildən metroda sərnişinlər üçün nəzərdə tutulan gediş haqqının artırılması ilə bağlı rpoqnoz verib.

Moderator.az "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayevdən Q.İbadoğlunun proqnozuna münasibət öyrənib.

N.Paşayev yeni ildən metroda gediş haqqının artırılacağından xəbərsiz olduqlarını bildirib:

“Metroda gediş haqqını Tarif Şurası müəyyən edir. Qiymətin artırılacağı ilə bağlı məlumat isə bizdə yoxdur”.

"Qiymətin artırılacağı ilə bağlı məlumat bizdə yoxdur” - "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti


Qeyd edək ki, Q.İbadoğlu metroda gediş haqqlarının artırılacağını metropolitenə dövlət büdcəsindən ayrılan subsidiyanın məbləğinin azaldılması ilə əlaqələndirib:

“Növbəti ildən gözlənilən qiymət bahalaşmalarından biri də metroda sərnişinlər üçün gediş haqqının artırılması ola bilər. O zamandan olan gözləntilərə 2017-ci ilin büdcə layihəsi son qoya bilər. Belə ki, 2017-ci il üçün büdcə layihəsinə görə, metropolitenə 30 milyon manat subsidiya ayrılacaq. Bu isə o deməkdir ki, “Bakı Metropoliteni” QSC-yə sərnişin daşımadan yaranacaq zərərin ödənilməsi üçün gələn il üçün büdcədən ayrılacaq subsidiya bu illə müqayisədə 8 milyon manat və ya 22 faiz az proqnozlaşdırılıb. Beləliklə də yaranacaq ən azı 8 milyon manatlıq kəsir metroda gediş haqlarının artırılması yolu ilə ödənilə bilər. Çox güman ki, bu artım gələn il yanvarın 1-dən etibarən reallaşacaq”.

Xatırladaq ki, sonuncu dəfə 2011-ci ildə Tarif Şurasının qərarı ilə Bakı metrosunda gediş haqqı 15 qəpikdən 20 qəpiyə qaldırılmışdı.

XƏBƏR LENTİ