Anons

Dünən, 12:32 - Yasamal rayonu məmur özbaşınalığının qurbanına çevrilir

19-05-2017, 14:36 - Dolların məzənnəsi 1,70 manat səviyyəsində sabitləşəcək

16-05-2017, 13:01 - Azərbaycanda yağışlı hava sabah da davam edəcək

12-05-2017, 19:02 - Azərbaycanda baş redaktor həbs olundu

12-05-2017, 16:20 - Nəzrinin başına nələr gəldi - KÖLGƏ

12-05-2017, 10:37 - Ermənistan cəbhədə atəşkəs rejimini 135 dəfə pozub

9-05-2017, 21:48 - Silahlı Qüvvələrin Hərbi Akademiyasında elmi konfrans keçirilib

9-05-2017, 20:10 - "İranlı iş adamı: "Oazis" restaranının admnistratoru Sadıxov Seyfulla arvadımla məni aldadaraq hər şeyimi əlimdən almaq istəyirlər"

8-05-2017, 01:56 - Исполняется двадцать пятая годовщина оккупации Шуши вооруженными силами Армении

8-05-2017, 01:48 - Tərtərdə ermənilərlə iş birliyinə girən hərbçilər və mülki şəxslər ifşa edildilər - Bakıda terror planlaşdırılırmış

4-05-2017, 05:00 - İspaniya mediası Bakıdakı yarışdan yazdı

4-05-2017, 04:25 - Məhəmməd Peyğəmbərin xəbər verdiyi müharibə BAŞLAYIR - Qiyamətə qədər...

3-05-2017, 00:24 - Azərbaycanın tanınmış jurnalisti vəfat edib

2-05-2017, 18:00 - Ağcabədi rayonunda məkunlaşan vətəndaş Prezidentə müraciət etdi

2-05-2017, 01:00 - İslam Oyunları zamanı kimlər nəqliyyatdan pulsuz isdifadə edəcək?!

1-05-2017, 21:03 - Polis rəisi çağırdı, İCRA BAŞÇISI DÖYDÜ - JURNALİSTİ (ŞOK)

1-05-2017, 13:52 - APELLYASİYA MƏHKƏMƏSİNDƏN QARABAĞ ƏLİLLƏRİNƏ QARŞI AĞLASIĞMAZ ÖZBAŞINALIQ

1-05-2017, 13:05 - Bağlanan 11 bankın əmanətçilərinə nə qədər pul ödənildi?

1-05-2017, 11:41 - Ölkə rəhbərinin və Ekologiya nazirinin əmrləri icra edilmir...

28-04-2017, 21:29 - Nəsir Kərimi öldürüldü - VİDEO

26-04-2017, 15:13 - Bank VTB (Azərbaycan) İT mütəxəssisi axtarır - VAKANSİYA

26-04-2017, 11:09 - Oğurlanaraq zorlanan müəllimə yeni iş veriləcək - Nazirlikdən reaksiya

25-04-2017, 16:40 - Gəncliyin təhlükə mənbəyi Gəncə Dövlət Universiteti - ŞOK İDDİA

25-04-2017, 00:12 - Qumru Fərhadovanın saxta Fəlsəfə Doktor adı Y.Yusubovdan hədiyə...

23-04-2017, 16:59 - Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq, bəzi rayonlara dolu düşəcək

21-04-2017, 16:01 - Albina Muradxanovanın saxta sənədləri ifşa olundu - Samur bələdiyyəsinin sədri

21-04-2017, 14:40 - Gülməmməd Cavadovun qohumu S.Cəfərov fəhlələrə qan uddurur - Nazir müavini niyə məsələyə münasibət bildirmir...?

19-04-2017, 03:52 - 286 saylı məktəbdə 7 sinif şagirdi bıçaqlanıb... - ŞOK MƏLUMATLAR

Qaz və işığın bahalaşması qərarının pərdəarxası

Tarix:30-11-2016, 10:38 Baxış Sayı:663

Qaz və işığın bahalaşması qərarının pərdəarxası


Təyin olunan kiçik limitdən çox istəyənlər ikiqat pul ödəyəcək Əli Məslimli: «Bu qərar ölkədə sürətli bahalaşmaya və böhranın dərinləşməsinə səbəb olacaq»
Natiq Cəfərli: «Elə bir vəziyyət yarana bilər ki, insanlar kommunal xərclərini ümumiyyətlə ödəyə bilməzlər»

Tarif Şurası noyabrın 28-də kommunal xidmətlərin bahalaşması ilə qərar verib. Təbii qazın qiyməti Dövlət Neft Şirkətinin (SOCAR) müraciəti əsasında artırılıb. SOCAR bir sıra “səbəblər” sadalayandan sonra Tarif Şurasından təbii qazın min kubmetrinin bütün istehlakçılar üçün 180 manat müəyyən edilməsini istəyib. İşıqpulu isə “Azərenerji” ASC və “Azərişıq” ASC-nin müraciətləri əsasında artırılıb. Müraciətdə göstərilib ki, elektrik enerjisinin bir kilovat-saat üçün topdansatış tarifi təbii qaz üzrə tarif artımı nəzərə alınmadan 1,6 qəpik, pərakəndə satış üzrə marja 2,8 qəpik artırılmalıdır. Tarif Şurasının qərarı ilə təbii qazın pərakəndə satış qiyməti əhali üzrə illik istehlak həcmi 1500 kubmetrədək olan istehlakçılar üçün dəyişdirilməyərək bir kubmetr üçün mövcud 10 qəpik səviyyəsində saxlanılıb, illik istehlak həcminin 1500 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik müəyyənləşdirilib.

Elektrik enerjisi istehsalı müəssisələri üzrə təbii qazın qiyməti min kubmetr üçün 120 manat, qeyri-əhali istehlakçı qrupu üzrə isə 200 manat səviyyəsində təsdiq edilib. Təbii qazın əhali istehlakçı qrupu üzrə tarifləri 2017-ci il yanvarın 1-dən, qeyri-əhali qrupu üçün isə 2016-cı ilin 1 dekabr tarixindən tətbiq olunacaq.

Elektrik enerjisinin isə bir kilovat-saat üçün topdansatış qiyməti 5,7 qəpik təsdiq edilib. Pərakəndə satış qiyməti əhali üzrə aylıq elektrik enerjisi istehlakı 250 kilovat-saatadək olan istehlakçılar üçün dəyişdirilməyərək mövcud 7 qəpik səviyyəsində saxlanılıb, aylıq istehlak həcminin 250 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirilib. Şuranın qərarı ilə qeyri-əhali qrupu üzrə elektrik enerjisinin pərakəndə satış qiyməti 9 qəpik səviyyəsində təsdiq edilib.

Enerji təchizatı birbaşa 35 və 110 kilovoltluq xətlərlə həyata keçirilən, istehsal məqsədləri üçün orta aylıq enerji istehlakı 5 milyon kilovat-saatdan az olmayan kimya və alüminium sənayesi, dağ-mədən filizi əsasında poladəritmə istehsalı müəssisələri üçün elektrik enerjisinin bir kilovat-saat üçün topdansatış tarifi gecə və gündüz vaxtı üzrə müvafiq olaraq 2,8 qəpik və 5,8 qəpik təsdiq edilib.

Bununla yanaşı, ekoloji cəhətdən daha təmiz olan alternativ və bərpa olunan enerji mənbələri üzrə elektrik enerjisi istehsalının stimullaşdırılması və təbii qaza qənaət olunması məqsədilə özəl kiçik su elektrik stansiyaları üzrə elektrik enerjisinin istehsalçıdan satınalma tarifi bir kilovat-saat üçün 5 qəpik, külək elektrik stansiyaları üzrə 5,5 qəpik, digər alternativ və bərpa olunan mənbələr üzrə isə 5,7 qəpik müəyyənləşdirilib.

Elektrik enerjisi ilə bağlı qərar 2016-cı ilin 1 dekabr tarixindən qüvvəyə minir. Bəs elektrik enerjisinin və qazın qiymətinin yüksəlməsi aztəminatlı ailələrə necə təsir edəcək? Ümumiyyətlə hansı sahələrdə qiymətlərdə dəyişiklik olacaq?

Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev bildirib ki, kommunal xərclərin qiymətlərinin artırılması ölkə əhalisinin böyük əksəriyyətinə təsir göstərməyəcək: “Bu artım Azərbaycanın inkişafına çox böyük töhfə verəcək. Dövlət büdcəsinə əlavə maliyyə gətirəcək. Neft şirkərinə, “Azəriqaz” və “Azərişıq” İstehsalat Birliyinin büdcəsinə pul gələcək. Vergilərdə artım müşahidə olunacaq. Nəticədə bunlar da büdcəyə əlavə pul köçürəcək”.

R.Quliyev qeyd edib ki, istər rayonlarda, istərsə də Bakı sakinlərinin böyük əksəriyyətində “kombi” istilik sistemindən istifadə etmir: “Elektrik enerjisini də qənaətlə istifadə etmək lazımdır. Bu artımın imkansız və aztəminatlı ailələrə zərbəsi dəyməyəcək”.

Qaz və işığın bahalaşması qərarının pərdəarxası


İqtisadçı ekspert Natiq Cəfərli isə deyir ki, əgər siz ayda qaz üçün ortalama 12,5 manatdan artıq pul ödəyirsinizsə, deməli yanvarın 1-dən sonra, bu məbləği keçən qaz sərfinin ikiqatını ödəyəcəksiniz. Yəni hər kubmetrə görə 20 qəpik: “Burada bir məsələ var. Bir il üçün 1500 kubmetr qaz limiti qoyulub. Əgər siz bu limiti 1 ildən tez doldursanız, ondan sonrakı istifadə etdiyiniz hər kubmetr qaza görə 20 qəpik ödəməli olacaqsınız. Əgər limiti 1 il ərzində aşmasanız dəyişən bir şey olmayacaq. Nəzərə alsaq ki, bu limiti qışda dolurmaq ehtimalı daha çoxdur, deməli yay aylarında ödənişlər artacaq. Əgər siz ayda 17,5 manatdan çox işıq pulu verirsinizsə, deməli yanvarın 1-dən sonra bu məbləğdən artıq sərfiyyata 55 faiz daha çox ödəniş edəcəksiniz. Yəni siz 20 gün ərzində limiti keçsəniz, qalan 10 gün üçün işıq sərfiyyatınız 11 qəpikdən hesablanacaq. Elektrik qiymətlərində məsələ belədir - Burada aylıq limit qoyulub, 250 kilovat-saat... Əgər siz bu aylıq limiti keçsəniz, hər kv-a görə 11 qəpik ödəməli olacaqsınız. Əgər siz ayda 17,5 manatdan çox işıq pulu verirsinizsə, deməli yanvarın 1-dən sonra bu məbləğdən artıq sərfiyyata 55 faiz daha çox ödəniş edəcəksiniz. Yəni siz 20 gün ərzində limiti keçsəniz, qalan 10 gün üçün işıq sərfiyyatınız 11 qəpikdən hesablanacaq".

Ekspert hesab edir ki, qaz və elektrik enerjisinin qiymətinin artması digər sahələrə də öz təsirini göstərəcək: «Təbii ki, bu artım olacaq. Çörək və digər un məhsullarında bəlkə də qiyməti artırmamaq üçün məhsulun çəkisini azaltdılar. Amma digər yerlərdə bu mümkün deyil. Məsələn, su, süd məhsullarında qiymət artımı ola bilər. Hətta fermerlər belə məhsullarının qiymətini artıra bilərlər. Nəzərə almaq lazımdır ki, onlar parniklər üçün qazdan istifadə edirlər. Bu da qiymətə təbii ki, təsir edəcək. Kommersiya və xidmət sahələrində xərclər artırsa, deməli qiymətlər də artacaq. Belə getsə elə bir vəziyyət yarana bilər ki, insanlar kommunal xərclərini ümumiyyətlə ödəyə bilməzlər”.

Qaz və işığın bahalaşması qərarının pərdəarxası


Millət vəkili Əli Məsimli deyib ki, Tarif Şurasının qaz və elektrik enerjisinin qiymətinin artırılması ilə bağlı verdiyi sənədlərdə tam aydınlıq olmadığından əhali arasında ciddi narahatçılığa səbəb olub. Onun sözlərinə görə, əgər Tarif Şurası verdiyi qərarla bağlı dəqiq mexanizm müəyyənləşdirə bilərsə, o zaman əhalinin aztəminatlı təbəqəsinə elə də ciddi təsiri olmayacaq: “Yox əgər real olaraq düzgün mexanizm tətəbiq edə bilməyəcəksə bu ciddi problemlərə yol açacaq və narazılıqlara səbəb olacaq. Ona görə də hökumət bununla bağlı dəqiq mexanizm hazırlayıb həyata keçirməlidir ki, nəticədə problem ortaya çıxamasın. Manatın ucuzlaşması fonunda enerji daşıyıcılarından istifadənin qiymətinin qaldırılması ölkədə sürətli bahalaşamya da təkan verəcək və böhranı bir az da dərinləşdirəcək. Manatın ucuzlaşması fonunda ölkəyə idxal olunan məhsulların qiyməti sürətlə artır. Eyni zamanda Azərbaycanın real gəlirləri aşağı düşməsi özünü təkcə bu il deyil, qarşıda gələn illərdə də özünü göstərəcək. Qiymətlər qalxacaq. Ona görə də hökumətə təklif edirəm ki, əməkhaqqı, pensiya və mavinətləri qaldırmalıdır. Aztəminatlı təbəqənin sosial müdafiəsinin gücləndirilməsi üçün əlavə tədbirlər görülməlidir”.

Ə.Məsimli bildirib ki, yaranmış vəziyyətlə bağlı xarici ölkələrin təcrübəsində də yaralanmalıdır. “Belə ki, xarici ölkələrdə qaz və elektrik enerjisinin qiymətinin tətəbiqində mövsümi, gecə və gündüz faktorları istifadə olunur. Bu praktikadan bəhrələnmək olar. Belə olmayacağı təqdirdə əhali aarsında ciddi narazıçılıqların və kataklizmlərin olması istisna deyil”.

Bizimyol.info-nun “facebook” səhifəsində keçirdiyimiz sorğu ilə izləyicilərimizin elektrik enerjisi və qazın qiymətlərinin bahalaşmasına münasibətini öyrəndik. Sorğuda iştirak edən izləyicilərimizdən 854 nəfəri bahalaşmanın onlara pis təsir edəcəyini, 200 nəfəri təsir etməyəcəyini, 68 nəfəri isə belə məsələlərə qarışmadığını bildirib. Oxucularımızın ən maraqlı rəylərini sizlərə təqdim edirik:

Pərvin Ömərov deyir ki, bahalaşma heç nəyə təsir göstərməyəcək: “Bu qədər təsiredici hadisələrdən təsirlənməmişiksə, bundan da təsirlənməyəcəyik. Biz öyrəncəliyik. Susmağa, danışmamağa, fikir bildirməməyə, sorğu-sual tələb etməməyə. Ona görə də nə edirlər bizə haqq edirlər”.

Gülmirə Hüseynli deyir ki, Azərbaycan xalqı yatmış aslandır: “Oyadırsan, gedir biraz o tərəfdə yatır. Kommunal xidmətin qalxması çox əla oldu. Bu millətə o da azdır”.

Eldar Əsgərov deyir ki, öyrəşəcəyik: “Uzaqbaşı 3 gün burda yazacağıq. Sonra qaydasına düşəcək. Özünüzü yormayın. Biz dözümlü xalqıq axı”.

Qüdrət Mehdi deyir ki, qaz, işıq, su, benzin, ərzaq qalxır: “Üstəgəl dollar da hər gün qalxır. Günbəgün iş yerləri də azalır, hətta demək olar ki, iş yerləri yoxdur. Şəxsən mən nə mitinq, nə də çevriliş olsun istəmərəm, amma bir dövlətdə bu qədər bahalaşma və səflət ola amma cüzi də etiraz olmaya? Biz bu susqunluqla hara gedəcəyik?”

Vüqar Mahmudov deyir ki, can sağlığı olacaq: “Millətin kasıb təbəqəsi bir-birinə toy məclislərində yas məclislərində gileylənəcəklər. Sonra da yaddan çıxıb gedəcək və yenə də həyat davam edəcək”.

Aysel İsgəndərli

XƏBƏR LENTİ