Anons

Bu gün, 18:10 - "Ərim məni əxlaqsızlıq yuvalarına aparırdı"- həbsdə olan katibənin məhkəməsi

Bu gün, 17:29 - Xınalıq kəndində görünməmiş özbaşınalıq – Cavid Qurbanov ŞƏHİD ailəsinin evini bu hala saldı [VIDEO]

Bu gün, 12:05 - Azərbaycanın tanınmış şirkəti satılır

Dünən, 14:34 - ŞOK! Prezidentin açılışında olduğu evi Aqil Nəzərli SATDI – VİDEO MÜRACİƏT

Dünən, 02:23 - Oğlu maşınla adam vurmaqda ittiham olunan rəis DANIŞDI

17-07-2017, 20:41 - Şabranda meşə yanğını baş verib... - Rafiq Ədilov yanğın baş verərkən harada olub?

15-07-2017, 01:33 - Gəlin və baldız uşaqlarla birgə itkin düşdü — QAXDA

14-07-2017, 23:55 - “Nar” sosial şəbəkələrdəki abunəçi sorğularında 100%-lik nəticə göstərib

13-07-2017, 12:08 - Ərdoğanın başına silah “dirəyən” rejissor tutuldu - VİDEO

12-07-2017, 11:19 - 642 vakant dövlət qulluğu vəzifəsi müsabiqəyə çıxarıldı - Naxçıvanda

11-07-2017, 16:20 - Vasif İmanovun SOCAR şefinə milyonluq hədiyyəsi narazılıq yaradıb - Rövnəq Abdullayevin Pirallahı "krallığı"

9-07-2017, 22:00 - KƏRƏM HƏSƏNOVUN IŞÇISININ RÜŞVƏT TERRORU - NƏ BAŞ VERİR?

9-07-2017, 15:19 - Abşeronu məhvə aparan idarəçilik...

8-07-2017, 22:37 - Sınaq müddətində Təhsil şöbəsinin müdiri Solmaz Rəhimovaya nədən töhmət verildi-Ağcabədidən tükürpədici məlumat

6-07-2017, 12:27 - Ramil Usubov iki polkovniki işdən çıxartdı

3-07-2017, 16:43 - Təhlükəsizlik xidmətinin əməkdaşı vəhşicəsinə döyüldü - Video

2-07-2017, 17:07 - Qətərə verilən möhlət bu gün başa çatır: Körfəzdə müharibə başlaya bilər

28-06-2017, 15:48 - "Məhərrəm Novruzov başıma silah dayayıb"-Məmurların səs yazıları yayılacaq

26-06-2017, 14:28 - Gəncənin Məharət Mustafayev bəlası

22-06-2017, 13:09 - Bakıda faciəvi şəkildə ölən Susananın anasından ŞOK İDDİALAR

22-06-2017, 13:05 - "Vəziyyəti stabildir, qorxulu heç nə yoxdur“ - Q.Quliyevanın həkimi

20-06-2017, 01:10 - Vasif İsmayılov saxta staj alverindən və POÇTA 1500 manata işə... – AĞSUDA ŞOK İDDİA

19-06-2017, 11:27 - Atəşkəs 124 dəfə pozuldu

16-06-2017, 14:39 - Müsəlmanlar namazları ilə xristianları özlərindən çıxartdı

10-06-2017, 21:10 - Bəzi ödəmə terminallarında "Bakıkarta" balans yükləmək olmur - PROBLEM - VİDEO

10-06-2017, 20:11 - "İSTƏDİYİM PULU VERSƏLƏR, YATAĞA GİRƏRƏM" — AZƏRBAYCANLI TELEAPARICI

9-06-2017, 15:47 - DTX nəşriyyatda əməliyyat keçirdi - "reket jurnalist" həbs olundu

9-06-2017, 15:44 - Natiq Əliyevin nəşi bu gün Bakıya gətiriləcək

“Magistral qaz kəmərindəki qəzanın nəticələri iki gün ərzində tam aradan qaldırılacaq” - SOCAR rəsmisi -

Tarix:28-12-2016, 14:34 Baxış Sayı:161

“Magistral qaz kəmərindəki qəzanın nəticələri iki gün ərzində tam aradan qaldırılacaq” - SOCAR rəsmisi  -

Bu gün səhər saatlarında Qaradağ rayonu Səngəçal qəsəbəsi ərazisində Qaz Emalı Zavodundan Səngəçal Baş Qurğularına gedən, diametri 1000 mm-lik magistral qaz kəmərində baş vermiş yanğının nəticələri iki gün ərzində tam aradan qaldırılacaq.
“Report” xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Qaz İxrac İdarəsinin rəis müavini Nazim Səmədzadə bildirib.
O qeyd edib ki, bir xəttin istismarının dayandırılması respublikanın qaz təchizatında problem yaratmayacaq.
“Qəza barədə məlumat alınan kimi dərhal tapşırıqlar verilib. Yanğın baş verən hissə yaşayış məntəqəsindən 800 metr -1 km aralıda yerləşir. Ərazidə heç bir tikili yoxdur, heç kim xəsarət almayıb. Həm “Şahdəniz” qaz-kondensat yatağından, həm “Azəri-Çıraq-Günəşli” (“AÇG”) yataqlarından, həm də “Ümid” yatağından qaz tam şəkildə qəbul olunur və respublika ərazisində paylanma həyata keçirilir".
Qeyd edək ki, SOCAR, Fövqəladə Hallar Nazirliyi və ''Azərenerji'' mütəxəssislərinin birgə səyləri və görülmüş operativ tədbirlər nəticəsində Səngəçal qəsəbəsi ərazisində Qaz Emalı Zavodundan Səngəçal Baş Qurğularına gedən 1000 mm-lik magistral qaz kəmərində baş vermiş yanğın söndürülüb.
SOCAR-ın məlumatına görə, qəza baş vermiş xətdə təmir bərpa işlərinə başlanılıb, Abşeron yarımadasına qazın verilməsi alternativ qaz xətti ilə bərpa olunub.

XƏBƏR LENTİ