Anons

Bu gün, 14:17 - Nazir Ramil Usubova MÜRACİƏT - DYNACORD-dan intihara gedən yol

Bu gün, 13:18 - S.Mirzəyevin qurduğu 'tamaşa'da G.Əkbərova 1 saylıda direktor...

Dünən, 00:06 - Azərbaycanlı sürücülər Rusiyaya gedə bilməyəcək - CİDDİ QADAĞA

24-03-2017, 03:50 - “Mədət Quliyevə müraciət edəcəyik”- MTN GENERALININ OTEL QALMAQALI-FOTO

24-03-2017, 01:31 - Sabah bəzi yerlərdə yağış, dağlarda qar yağacaq

21-03-2017, 00:29 - TƏRTƏRİN YENİ DYP RƏİSİ HAQQINDA İLGİNC AÇIQLMA

19-03-2017, 19:23 - NƏRİMANOV PARKINDA POLİSİN GÖZÜ ÖNÜNDƏ AÇIQ FAHİŞƏ BAZARI...

18-03-2017, 22:37 - Hərbi dənizçilərlə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi nümayəndələrinin görüşü keçirilib

17-03-2017, 03:20 - ​Azərbaycanda fahişəliklə məşğul olanlar vergi ödəyəcək - TƏKLİF

15-03-2017, 20:47 - Metropolitenində səbəbsiz tuneldə peyda olan tüstülənmə sərnişinlərə çətin anlar yaşadıb

15-03-2017, 03:30 - Putin və Sarkisyan bu gün Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcəklər

14-03-2017, 16:10 - Prezident də həyəcan təbili çalır, ancaq...

13-03-2017, 21:22 - Bakı-Sumqayıt yolunda qəzada yaralanan tələbələrin aqibəti

13-03-2017, 18:47 - Düşmən atəşkəs rejimini ümumilikdə 123 dəfə pozub

13-03-2017, 18:44 - PAP və FTƏP üzrə NATO-nun ekspertlər qrupu ilə işçi görüşü keçirilib

13-03-2017, 11:42 - Nazir Ramil Usubovdan yeni rəis təyinatı

11-03-2017, 23:23 - İcra başçısı sənədli evləri sökdürür - Sakinlər aksiya keçirib-FOTO+VİDEO

11-03-2017, 18:53 - REGİONUMUZA SOXULAN İRTİCA: ABŞ-İsrail cütlüyünün sürətlə silahlanması bütün dünyaya təhlükədir; onlar vuruşmağa yox, vuruşdurmağa çalışırlar – TƏHLİL

10-03-2017, 23:14 - Qafqaz Universitetinin yeni rektoru Havar Məmmədovun rüşvət və biznes dünyası

10-03-2017, 17:10 - “Ştutqart”la bağlı FAKT təsdiqini tapdı – FOTOFAKT

10-03-2017, 15:08 - Tərtər təhsilində SURXAY MİRZƏYEV müəmması - Dövrü oyun silsiləsində təhsil məhvi

10-03-2017, 01:56 - Təbrik edirik cənab General!

10-03-2017, 00:44 - Sabahdan bu yol bağlı olacaq - Xəbərdarlıq

10-03-2017, 00:17 - 40 yaşından sonra tələbə olan indiki icra başçıları -

8-03-2017, 15:25 - Məktəb direktoru Mahir Əliyev hərbi xidmətdən…

2-03-2017, 17:49 - Təranə Güləliyeva Jurnalistlərin fəaliyyətinə rayon daxilində qadağalar qoyur...

2-03-2017, 15:58 - Polis özbaşınalığı: Serjant eks naziri maşından düşürdü – VİDEO

2-03-2017, 14:59 - TƏRTƏR TƏHSİLİNDƏN BakuNews.az-a YENİ TƏHDİD - SURXAY MİRZƏYEV NƏYƏ NAİL OLMAĞA ÇALIŞIR

Haqqımızda Əlaqə

Əgər düşmən cəsəddən qisas alacaq qədər alçaqdırsa...

Tarix:5-01-2017, 10:59 Baxış Sayı:85

Əgər düşmən cəsəddən qisas alacaq qədər alçaqdırsa...


Ermənistan beynəlxalq humanitar normalara, müharibənin yazılmış və yazılmamış qanunlarına növbəti dəfə hörmətsizlik nümayiş etdirməkdədir. Xəbər verildiyi kimi dekabrın 29-da Azərbaycan-Ermənistan sərhədində baş vermiş döyüşlərdən sonra ordumuzun əsgəri Çingiz Qurbanovun cəsədi düşmənin nəzarətində olan ərazidə qalıb və Beynəlxalq Qırmızı Xaça müraciət olunsa da erməni tərəfi cəsədi qaytarmaqdan imtina edir.

Azərbaycan ordusunun əsgərinin cəsədinin düşmənin nəzarəti altında olan ərazidə qalması ilə bağlı situasiya tam aydın deyil. Lakin sərhədin həmin istiqamətində-Ermənistanın Tavuş vilayətinin Azərbaycanın Qazax rayonu ilə həmsərhəd Çinari kəndi istiqamətində qoşunların mövqlərini bir-birindən bəzən cəmi 150-200 metr məsafə ayırır. Bu baxımdan istisna deyil ki, düşmənin diversiya həmləsini dəf edən zaman əsgərimiz yaralanaraq düşmənin mövqelərinə yaxın ərazidə qalıb. Beləliklə də ermənilərin əlinə hələ 90-cı illərin əvvəllərindən Qarabağ döyüşlərində istifadə etdikləri praktikanı-cəsədlərdən qisas almağı və onlarla alver etməyi yenidən işə salmaq fürsəti düşüb.

Əgər düşmən cəsəddən qisas alacaq qədər alçaqdırsa...


Bu döyüşlərin hansı situasiyada baş verdiyi, erməni tərəfinin iddia etdiyi kimi Azərbaycanın Ermənistan ərazisində diversiya əməliyyatı keçirib-keçirmədiyi bir kənara dursun. İstənilən halda beynəlxalq humanitar normalar, müharibələr zamanı yaralılarla, cəsədlərlə və əsirlərlə rəftarı tənzimləyən beynəlxalq konvensiyalar, lap elə yazılmamış müharibə qanunları cəsəddən qisas almağı, onun təhvil verilməsini ləngitməyi yolverilməz sayır. Bu, heç bir insanlığa sığmayan praktikadır və belə praktikadan istifadə Azərbaycanın nə dərəcədə alçaq düşmənlə üz-üzə olduğunu bir daha göstərir.

Əgər düşmən cəsəddən qisas alacaq qədər alçaqdırsa...


Axı biz hansı düşməndən danışırıq ki, cəmi bir neçə il əvvəl Qarabağda erməni mövqelərinə hücum edib onu darmadağın edən, onları ciddi itkiyə məruz qoyan Milli Qəhrəmanlar Mübariz İbrahimovun və Fərid Əhmədovun cənazələrini uzun müddət qaytarmaqdan imtina edirdi?

Yaxud kimin yadından çıxıb ki, ermənilər cəmi 25 il əvvəl Xocalıda qətlə yetirdikləri yüzlərlə azərbaycanlı mülki sakinin-qadınların, uşaqların, qocaların cəsədlərinin başına hansı oyunları açmışdı?

Əgər düşmən cəsəddən qisas alacaq qədər alçaqdırsa...


Ötən ilin aprel döyüşlərində isə ermənilər cəsədlərin qaytarılmasına ona görə tezliklə razı oldular ki, Azərbaycan tərəfin nəzarətində də çoxlu düşmən cəsədi qalmışdı. İndi isə Azərbaycan əsgərinin cəsədi düşmən əlindədir və onu qaytarmaq istəmirlər. Və Minsk Qrupu sərhəddə baş vermiş hadisələrin səbəbləri barədə baş sındırmağı bir kənara qoyub bu humanitar situasiyaya müdaxilə etmir. Belə vəziyyətdə Azərbaycan tərəfinin hansı seçim imkanları qalır? Birincisi, erməni tərəfinin bu alçaq davranışı barədə mümkün qədər beynəlxalq ictimaiyyəti məlumatlandırmaq. İkincisi, düşmənlə onun başa düşdüyü dildə danışmaq. Bu isə indiki halda düşmən əsgərini ya diri, ya ölü ələ keçirməyi tələb edir.../Virtualaz.org/

XƏBƏR LENTİ