Anons

Bu gün, 03:50 - “Mədət Quliyevə müraciət edəcəyik”- MTN GENERALININ OTEL QALMAQALI-FOTO

Bu gün, 01:31 - Sabah bəzi yerlərdə yağış, dağlarda qar yağacaq

21-03-2017, 00:29 - TƏRTƏRİN YENİ DYP RƏİSİ HAQQINDA İLGİNC AÇIQLMA

19-03-2017, 19:23 - NƏRİMANOV PARKINDA POLİSİN GÖZÜ ÖNÜNDƏ AÇIQ FAHİŞƏ BAZARI...

18-03-2017, 22:37 - Hərbi dənizçilərlə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi nümayəndələrinin görüşü keçirilib

17-03-2017, 03:20 - ​Azərbaycanda fahişəliklə məşğul olanlar vergi ödəyəcək - TƏKLİF

15-03-2017, 20:47 - Metropolitenində səbəbsiz tuneldə peyda olan tüstülənmə sərnişinlərə çətin anlar yaşadıb

15-03-2017, 03:30 - Putin və Sarkisyan bu gün Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcəklər

14-03-2017, 16:10 - Prezident də həyəcan təbili çalır, ancaq...

13-03-2017, 21:22 - Bakı-Sumqayıt yolunda qəzada yaralanan tələbələrin aqibəti

13-03-2017, 18:47 - Düşmən atəşkəs rejimini ümumilikdə 123 dəfə pozub

13-03-2017, 18:44 - PAP və FTƏP üzrə NATO-nun ekspertlər qrupu ilə işçi görüşü keçirilib

13-03-2017, 11:42 - Nazir Ramil Usubovdan yeni rəis təyinatı

11-03-2017, 23:23 - İcra başçısı sənədli evləri sökdürür - Sakinlər aksiya keçirib-FOTO+VİDEO

11-03-2017, 18:53 - REGİONUMUZA SOXULAN İRTİCA: ABŞ-İsrail cütlüyünün sürətlə silahlanması bütün dünyaya təhlükədir; onlar vuruşmağa yox, vuruşdurmağa çalışırlar – TƏHLİL

10-03-2017, 23:14 - Qafqaz Universitetinin yeni rektoru Havar Məmmədovun rüşvət və biznes dünyası

10-03-2017, 17:10 - “Ştutqart”la bağlı FAKT təsdiqini tapdı – FOTOFAKT

10-03-2017, 15:08 - Tərtər təhsilində SURXAY MİRZƏYEV müəmması - Dövrü oyun silsiləsində təhsil məhvi

10-03-2017, 01:56 - Təbrik edirik cənab General!

10-03-2017, 00:44 - Sabahdan bu yol bağlı olacaq - Xəbərdarlıq

10-03-2017, 00:17 - 40 yaşından sonra tələbə olan indiki icra başçıları -

8-03-2017, 15:25 - Məktəb direktoru Mahir Əliyev hərbi xidmətdən…

2-03-2017, 17:49 - Təranə Güləliyeva Jurnalistlərin fəaliyyətinə rayon daxilində qadağalar qoyur...

2-03-2017, 15:58 - Polis özbaşınalığı: Serjant eks naziri maşından düşürdü – VİDEO

2-03-2017, 14:59 - TƏRTƏR TƏHSİLİNDƏN BakuNews.az-a YENİ TƏHDİD - SURXAY MİRZƏYEV NƏYƏ NAİL OLMAĞA ÇALIŞIR

1-03-2017, 14:26 - Həbsdəki məmurlar arasında qarşıdurma - “Qorxusundan pul ödəyib”

1-03-2017, 13:47 - Jurnalist İkram Rafiqoğlu həbsdən azad edildi

28-02-2017, 16:53 - Mətbuat Şurası KİV-ə müraciət edib

Haqqımızda Əlaqə

Ermənilərə sərt ismarıc ! -"Cəsədinin fotoları yayılan Çingizin QİSASI ALINACAQ!"

Tarix:9-01-2017, 17:00 Baxış Sayı:439

Ermənilərə sərt ismarıc ! -"Cəsədinin fotoları yayılan Çingizin QİSASI ALINACAQ!"


"Yaxın günlərdə şahidi olacağıq ki, işğalçı ordunun Azərbaycan ərazilərindəki zabitləri və ya əsgərləri ordumuzun əlindədir”.

Azərbaycan ordusunun hərbçisi Çingiz Qurbanovun cəsədi Ermənistanla təmas xəttindəki ərazidən İrəvana aparılıb. Ermənilər bu dəfə də şəhid əsgərimizin İrəvan morqunda çəkilən fotolarını sosial şəbəkədə yayıblar.

Qeyd edək ki, Çingiz Qurbanov ötən il dekabrın 29-da Azərbaycan-Ermənistan sərhədində baş vermiş döyüşlərdə şəhid olub. Hadisədən iki həftə keçsə də, Ermənistan Azərbaycan ordusunun əsgərinin cəsədini vermir. Beynəlxalq Qırmızı Xaça müraciət olunsa da, erməni tərəfi cəsədi qaytarmaqdan imtina edir. Beləcə, Ermənistan beynəlxalq humanitar normalara, müharibənin yazılmış və yazılmamış qanunlarına növbəti dəfə hörmətsizlik nümayiş etdirməkdədir. Ermənilərin əlinə hələ 90-cı illərin əvvəllərindən Qarabağ döyüşlərində istifadə etdikləri praktikanı - cəsədlərdən qisas almağı və onlarla alver etməyi yenidən işə salmaq fürsəti düşüb.

Beynəlxalq humanitar normalar, müharibələr zamanı yaralılarla, cəsədlərlə və əsirlərlə rəftarı tənzimləyən beynəlxalq konvensiyalar, lap elə yazılmamış müharibə qanunları cəsəddən qisas almağı, onun təhvil verilməsini ləngitməyi yolverilməz sayır. Bu, həm də heç bir insanlığa sığmayan praktikadır və belə praktikadan məhz Ermənistan istifadə edir.

Hərbi ekspert Üzeyir Cəfərov bildirdi ki, Çingiz Qurbanovun cəsədinin 10 gün Azərbaycanla sərhəddə saxlanması da Azərbaycanı məhz Ermənistan sərhədində təxribata çəkmək planının tərkib hissəsi idi. Ermənistan rəhbərliyi şəhid əsgəri orada saxlamaqla Azərbaycan ordusunun Ermənistan sərhədini keçməyə cəhd edəcəyini gözləyirdi: "Onlar hesablayırdılar ki, Azərbaycan hərbçiləri Çingizin cəsədini götürmək üçün sərhəddə əməliyyata başlasa, KTMT-yə, dünyaya ”Azərbaycan ordusu Ermənistan sərhədini pozdu" haray-həşirini yaysınlar. Görəndə ki, bu planları baş tutmur, əsgərin meyitini İrəvana apardılar. Ermənistan Azərbaycanı çox ciddi bir təxribata çəkmək istəyirdi".

Hərbi ekspert əsgərimizin cəsədinin necə alınacağının anonsunu verdi -

Ü.Cəfərov qeyd etdi ki, Ermənistanın bütün müharibə qanunlarını, beynəlxalq konvensiyaları, humanitar normaları açıq-aşkar pozmasına ATƏT-in Minsk Qrupunun, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin və digər beynəlxalq qurumların seyrçi qalması, Ermənistana heç bir təsir göstərməməsi onu göstərdi ki, Azərbaycan bu beynəlxalq qurumlarla öz işini konkretləşdirməlidir: "ATƏT-in Minsk Qrupunun həmsədrləri bu məsələdə ümumiyyətlə, hərəkətlilik nümayiş etdirmirlər. Həm onların, həm də Ermənistanın bu davranışı Azərbaycan üçün bir dərs olmalıdır. Erməni əsgərləri canlı və ya ölü Azərbaycan tərəfinin əlinə keçəndə biz onu bir-iki günün içində Ermənistana təhvil verirdik. Ermənilər bir daha sübut elədilər ki, onlar heç bir humanizm prinsipini anlamırlar. ATƏT-in Minsk qrupu həmsədrləri isə heç bir hərəkət etməməkləri ilə bir daha göstərdilər ki, onlar nəinki hansısa rayonu və ya kəndi danışıqlarla geri qaytarmağa nail olası deyillər, hətta bir əsgərin cəsədini ermənilərdən almaq istəyində və imkanında deyillər. Bütün bunlar Azərbaycan üçün həm də bir siqnaldır. Bir əsgər meyitini geri ala bilməyən beynəlxalq qurumdan Qarabağ münaqişəsinin həllini gözləmək öz-özünü aldatmaq olar”.

Hərbi ekspert əsgərimizin cəsədinin necə alınacağının anonsunu verdi -

Hərbi ekspert sonda bəyan etdi ki, Çingiz Qurbanovun cəsədini ermənilər geri qaytarmaq məcburiyyətində qalacaqlar: "İnanıram ki, yaxın günlərdə Azərbaycan ordusu Çingizin qisasını alacaq və Ermənistan çox peşman olacaq. Ermənistan əsgərimizin cəsədini verməməyin bədəlini bir neçə qat artıq ödəməli olacaq. Onsuz da Müdafiə Nazirliyinin rəhbərliyi müvafiq göstərişi verib. Yaxın günlərdə bunun canlı şahidi olacağıq ki, Ermənistan ordusunun Azərbaycan ərazilərindəki zabitləri və ya əsgərləri Azərbaycan ordusunun əlindədir. Bundan sonra ermənilər Çingiz Qurbanovun cəsədini geri qaytarmaq üçün yalvaracaqlar. İnanıram ki, bu baş verəcək. Azərbaycan ərazilərindəki erməni mövqelərinə hücum edib onu darmadağın edən, onları ciddi itkiyə məruz qoyan milli qəhrəmanlar Mübariz İbrahimovun və Fərid Əhmədovun cənazələrini də Ermənistan uzun müddət qaytarmaqdan imtina edirdi? Ancaq sonda cəsədləri geri qaytarmaq məcburiyyətində qaldılar. Ötən ilin aprel döyüşlərində isə ermənilər cəsədlərin qaytarılmasına ona görə tezliklə razı oldular ki, Azərbaycan tərəfin nəzarətində də çoxlu erməni döyüşçüsünün cəsədi qalmışdı. Bütün bu faktlar sübut edir ki, düşmənlə onun başa düşdüyü dildə danışmaqdan başqa yol yoxdur”. //big.az

XƏBƏR LENTİ