Anons

Haqqımızda Əlaqə

Müharibə veteranlarına qarşı laqeydlik - FOTOLAR

Tarix:9-01-2017, 17:38 Baxış Sayı:229

Müharibə veteranlarına qarşı laqeydlik - FOTOLAR



BakuNews.az-a müraciət edən Qarabağ döyüşçüsü haqqı olan veteran biletini ala bilmir. 28.12.1966-cı il təvəllüdlü Sumqayıt şəhər 18-ci məh. ev 27B/6, mənzil 37-də yaşayan Babayev Mahir Habil oğlu redaksiyamıza müüraciət edib. 21.07.1992-ci il tarixdə döyüş bölgəsinə yolanmış vətənin bütövlüyü uğrunda Laçın rayon 701 saylı hərbi hissədə xidmətə başlamışdır. 1992-ci ildə Qarabağ uğrunda gedən döyüşdə iştirak etməsinə baxmayaraq dövlət qayğısından məhrum edilib. 09.09.1992-ci il tarixində Babayev Mahir Habil oğlu Sumqayıt şəhər 4 saylı Səhiyyə şöbəsinin göndərişi ilə “Alnın böyük həcimli didilmiş yarası” diaqnozu ilə Bərpa müalicə xəstəxanasının travmatologiya şöbəsinə daxil olmuşdur. (Forma 001/U Xəstələrin stasionara qəbulu və imtinasının qeydiyyat jurnaldakı yazıya əsasən) yara nahiyyəsi stasionar şəraitdə cərrahi müdaxilə yolu ilə işlənmiş və 17 oktyabr 1992-ci il tarixdə yaxşılaşma ilə evə yazılmışdır (Xəstəlik tarixinin nömrəsi: 2201).

Yuxarıda qeyd etdiyimiz faktlar isə dövlət quluqçularının imzaları ilə təsdiqlənmiş rəsmi sənətlərdə öz əksini tapmaqdadır. Bir Azərbaycan vətəndaşı olaraq bizədə maraqlıdır ki, Veteranlar Komissiyasının sədri Emin Səfərov həqiqi vətənə quluq edənlərin sənətlərini ləvğ etməkdə məqsədi nədir…?

Məsələ ilə Bağlı Veteranlar Komissiyasının sədri Emin Səfərovla əlaqə saxlamaqa cəhd etsəkdə cəhdlərimiz boşa çıxdı.

Araşdırma zamanı məlum olub ki, bu məsələdə tək Emin Səfərov deyil onun bu qərarları verməsinə Müdafiə Nazirliyinin Mərkəzi Arxiv idarəsinin rəisinin verdiyi sorğuya cavab məktubu olub. O mətub ki, döyüşçülərin həqiqətən də cəbhədə iştirakı barəsində Emin Səfərov tərəfindən verilən sorğunun cavabı sayılan qərarlı məktub. Nədəndirsə MNMAİ-nə göndərilən hər bir sorğu məktubuna cəbhədə olmayıb deyə cavab verilir. O zaman burda bir sual yaranır görəsən MNMAİ-nin arxivində kimlərin həqiqətən döyüş iştirakçısı olması ilə bağlı sənətlər saxlanılmaqdadır.


Qanunla Babayev Mahir Habil oğlu həqiqətəndə Azərbaycan torpaqlarının bütövlüyü uğrunda gedən döyüşlərin iştirakçısı kimi veteran olması huququ tanınmalıdır. Amma bu qanunların kimlər tərəfindən icra ediləcəyi və vətəndaşın huquqlarının qorunacağı naməlum qalmaqdadır.

Vetranlar Komissiyasının rəisi Emin Səfərov və MNMAİ-nin rəisinin diqqətinə çatdırmaq istəyirik ki, Ulu Öndər hər bir vətənini sevib onun keşiyində duran şəxslərin huquqlarının qorunması məqsədi ilə fərman imzalayıb qanunlar qəbul edib.

Ulu Öndər Heydər Əliyev tərəfindən 28 iyul 1994-cü ildə imzalanmış Azərbaycan Respublikasının Veteranlarla bağlı qanunun 3-cü maddəsində deyilir.

Maddə 3. Müharibə veteranları
Aşağıdakılar müharibə veteranları sayılırlar:

- İkinci dünya müharibəsi illərində döyüşən orduda (donanmada), partizan birləşmələri tərkibində, gizli fəaliyyətdə Vətənin müdafiəsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş, habelə başqa ölkələrin ərazisində gedən məhəlli müharibələrdə və hərbi münaqişələrdə hərbi birləşmələrin tərkibində və keçmiş SSRİ Silahlı Qüvvələrinin, Dövlət Təhlükəsizliyi Komitəsinin, Daxili İşlər Nazirliyinin mütəxəssisləri və müşavirləri kimi iştirak etmiş şəxslər;

- Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər;

- 1944-cü il yanvarın 1-dən 1951-ci il dekabrın 31-dək Ukraynanın, Belorusiyanın, Baltikyanı respublikaların ərazisində quldur dəstələrinə qarşı silahlı mübarizədə iştirak etmiş şəxslər;

- Azərbaycan Respublikasının ərazisində daimi yaşayan, ikinci dünya müharibəsi illərində xarici ölkələrin ərazisində milli orduların, partizan dəstələrinin tərkibində faşist Almaniyasına, onun müttəfiqlərinə və imperialist Yaponiyaya qarşı döyüş
əməliyyatlarında iştirak etmiş şəxslər;

- İkinci dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçiləri;

- 1941-1945-ci illərdə keçmiş Sovet ordusunda (donanmasında), daxili işlər və dövlət təhlükəsizliyi orqanlarında hərbi xidmətdə olmuş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş hərbi qulluqçular;

- İkinci dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və «Leninqradın müdafiəsinə görə» medalı, «Leninqrad mühasirəsində yaşayan» döş nişanı ilə təltif edilmiş şəxslərə.
«Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.


Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir.

Azərbaycan Respublikası Kanustusiya Məhkəməsinin 09 iyul 2007-ci il tarixli Plenyum qərarında göstərilir ki, döyüş bölgəsində iştirakın vaxt (gün, ay və il) sayı əsas deyil. Əsas vacib şərt ərazi bütövlüyündə və döyüş bölgəsində iştirakıdır.

P.S. Gəlin bunu unutmayaq ki, bu şəxslərin yerində sizdə bizdə ola bilərdik. Bu gün vətən size haraylasa harayına səs verəcək oğulların olduğunu bildiyimiz kimi yadınıza Aprel döyüşlərini salın. Bu xalqın torpağından başqa itirəcəyi heçnə olmadığı kimi o vətənin bir qarışını yağı düşmənə verməyəcək qədərdə qanından keçəcək müdafiəçiləri var. Gəlin cənab məmurlar özümüz-özümüzə düşmən kəsilməyək. Heydər Əliyevin bizə əmanət etdiyi Azərbaycanımızı birlikdə çiçəklənməsinə xidmət edək.


Məsələ ilə bağlı adları keçən hər bir şəxsi dinləyib mövqeyini dərc etməyə hazırıq.

BakuNews.Az



Müharibə veteranlarına qarşı laqeydlik - FOTOLAR
Müharibə veteranlarına qarşı laqeydlik - FOTOLAR
Müharibə veteranlarına qarşı laqeydlik - FOTOLAR
Müharibə veteranlarına qarşı laqeydlik - FOTOLAR

SON XƏBƏRLƏR
Azərbaycanda müharibəyə hazırlıq: Ən yeni döyüş təyyarələri alındı
Sizə “Ə” deyimmi, Nuşirəvan Səfərov?
Sarkisyanın yeni müharibə çağırışına rəsmi Bakıdan cavab
Leyla Əliyeva çağırış etdi
Sarkisyan xalqa Qarabağda yeni müharibə vəd edir
Türkiyə Azərbaycanı silahlandırmağa başladı
Sərhəd bölgəsinə minə yaxın hərbçi göndərilir
Pulu pulla qazananlar: Araz Ağalarov və Telman İsmayılovun da iştirak etdiyi OLİQARX TOYLARI
Sarkisyan Qarabağda müharibənin başlayacağı tarixi açıqladı
General: Zakir Həsənov nazir oğullarını da orduya çağırtdırır
Həbsdəki jurnalist əfv ərizəsi yazıb - Ərşad İbrahimov prezidentə üz tutdu
Deputat: "Bu, Ermənistanın növbəti təxribatıdır"
Tramp lap Stalin kimi danışmağa başladı:
Zeynəb Xanlarovadan mühüm siyasi gediş
Dənizdən çıxarılan meyitin itkin neftçilərdən birinə məxsus olduğu dəqiqləşdi -
Ermənistan mart ayında Qarabağda yeni müharibəyə başlayacaq - Hərbi mənbə
“Siyahıda Əli İnsanov və İlqar Məmmədovun adı var”
ABŞ Dövlət Departamentinin rəsmisi Azərbaycana səfər edəcək
Hakimiyyətin qara siyahısında olan icra başçıları
"Prezidentin sərəncamı hüquqi islahatların keyfiyyətcə yeni mərhələsidir"
Bakının mərkəzində QAZ BÖHRANI - Rövnəq Abdullayevdən Prezidentə şikayət
Xanım dekan müavininin intihar etmiş MTN polkovniki ilə nə əlaqəsi - BDU in ilahiyyat fakultəsində nə baş verir ŞİKAYƏT
“Ermənistan əsgəri ölmək istəmirsə…” – Hərbi ekspert
BDU-nun dekan müavinindən şikayət var
Cavid Qurbanov 276 milyon kredit götürdü -
Rusiya XİN: Biz öz ərazimizi qaytarmırıq
BU GÜN ARİF MİRCƏLAL OĞLU PAŞAYEVİN DOĞUM GÜNÜDÜR
Milli Məclisdə bələdiyyələrin fəaliyyəti tənqid olundu
2-ci Aprel döyüşləri başlayır - “Azərbaycanın atacağı addımlar amansız və sərt olacaq”
Səfirlərin və beynəlxalq təşkilatların rəhbərlərinin Cocuq Mərcanlıya səfəri başlayıb - YENİLƏNİB