Anons

Bu gün, 18:10 - "Ərim məni əxlaqsızlıq yuvalarına aparırdı"- həbsdə olan katibənin məhkəməsi

Bu gün, 17:29 - Xınalıq kəndində görünməmiş özbaşınalıq – Cavid Qurbanov ŞƏHİD ailəsinin evini bu hala saldı [VIDEO]

Bu gün, 12:05 - Azərbaycanın tanınmış şirkəti satılır

Dünən, 14:34 - ŞOK! Prezidentin açılışında olduğu evi Aqil Nəzərli SATDI – VİDEO MÜRACİƏT

Dünən, 02:23 - Oğlu maşınla adam vurmaqda ittiham olunan rəis DANIŞDI

17-07-2017, 20:41 - Şabranda meşə yanğını baş verib... - Rafiq Ədilov yanğın baş verərkən harada olub?

15-07-2017, 01:33 - Gəlin və baldız uşaqlarla birgə itkin düşdü — QAXDA

14-07-2017, 23:55 - “Nar” sosial şəbəkələrdəki abunəçi sorğularında 100%-lik nəticə göstərib

13-07-2017, 12:08 - Ərdoğanın başına silah “dirəyən” rejissor tutuldu - VİDEO

12-07-2017, 11:19 - 642 vakant dövlət qulluğu vəzifəsi müsabiqəyə çıxarıldı - Naxçıvanda

11-07-2017, 16:20 - Vasif İmanovun SOCAR şefinə milyonluq hədiyyəsi narazılıq yaradıb - Rövnəq Abdullayevin Pirallahı "krallığı"

9-07-2017, 22:00 - KƏRƏM HƏSƏNOVUN IŞÇISININ RÜŞVƏT TERRORU - NƏ BAŞ VERİR?

9-07-2017, 15:19 - Abşeronu məhvə aparan idarəçilik...

8-07-2017, 22:37 - Sınaq müddətində Təhsil şöbəsinin müdiri Solmaz Rəhimovaya nədən töhmət verildi-Ağcabədidən tükürpədici məlumat

6-07-2017, 12:27 - Ramil Usubov iki polkovniki işdən çıxartdı

3-07-2017, 16:43 - Təhlükəsizlik xidmətinin əməkdaşı vəhşicəsinə döyüldü - Video

2-07-2017, 17:07 - Qətərə verilən möhlət bu gün başa çatır: Körfəzdə müharibə başlaya bilər

28-06-2017, 15:48 - "Məhərrəm Novruzov başıma silah dayayıb"-Məmurların səs yazıları yayılacaq

26-06-2017, 14:28 - Gəncənin Məharət Mustafayev bəlası

22-06-2017, 13:09 - Bakıda faciəvi şəkildə ölən Susananın anasından ŞOK İDDİALAR

22-06-2017, 13:05 - "Vəziyyəti stabildir, qorxulu heç nə yoxdur“ - Q.Quliyevanın həkimi

20-06-2017, 01:10 - Vasif İsmayılov saxta staj alverindən və POÇTA 1500 manata işə... – AĞSUDA ŞOK İDDİA

19-06-2017, 11:27 - Atəşkəs 124 dəfə pozuldu

16-06-2017, 14:39 - Müsəlmanlar namazları ilə xristianları özlərindən çıxartdı

10-06-2017, 21:10 - Bəzi ödəmə terminallarında "Bakıkarta" balans yükləmək olmur - PROBLEM - VİDEO

10-06-2017, 20:11 - "İSTƏDİYİM PULU VERSƏLƏR, YATAĞA GİRƏRƏM" — AZƏRBAYCANLI TELEAPARICI

9-06-2017, 15:47 - DTX nəşriyyatda əməliyyat keçirdi - "reket jurnalist" həbs olundu

9-06-2017, 15:44 - Natiq Əliyevin nəşi bu gün Bakıya gətiriləcək

"Azadlığ"ın qiyməti 175 min avrodur?

Tarix:11-01-2017, 14:35 Baxış Sayı:270

"Azadlığ"ın qiyməti 175 min avrodur?


Azərbaycan müxalifətindəki situasiyanın izafi şərhə və ya təhlilə artıq ehtiyac qalmayıb. Vəziyyət radikal müxalifətçilərin and-amanlarına, vədlərinə və şüarlarına rəğmən, çox pisdir. Hətta bərbaddır.

İllərdən biri anlaşa bilməyən, "Birləşək!" şüarını artıq çeynənmiş klişeyə çevirərək əlçatmaz ümid səviyyəsinə qaldıran müxalifət partiyalarının liderləri və məhdud dairələrdə "tanınmış sima"ları arasındakı maliyyə qovğaları yeni həddə çatıb.

Sosial şəbəkələrdə yayılan məlumatlara görə, hazırda Fransada yaşayan Qənimət Zahidlə AXCP sədri Əli Kərimli arasında şiddətli anlaşılmazlıq yaranıb. Daha doğrusu, maliyyə məsələsi ucbatından onların arasında son illərdə zatən sərin olan münasibətlər daha da gərilərək aşkar münasibətsizliyə çevrilməyə başlayıb.

İddialara görə, ağır maliyyə böhranında olan və çapını dayandıran "Azadlıq" qəzetinə off-layn versiyasının, yəni ənənəvi formatının bərpası üçün bir neçə beynəlxalq qeyri-hökumət təşkilatı və fondu vəsait ayırıb.

Vəsaitin 175 min avro məbləğində olduğu deyilir və həmin pullar Qənimət Zahid vasitəsilə "Azadlıq" qəzetinə verilməlidir. Sözügedən təşkilatlar bunu Q.Zahidin tanınmış yazar, ən başlıcası isə "Azadlıq" qəzetinin sabiq baş redaktoru olması ilə əlaqələndirirlər.

Amma Qənimət Zahid həmin maliyyəni hələ də "Azadlığ"a verməyib.

Səbəb trivialdır: Qənimət Zahidin fikrincə, hazırda "Azadlıq" qəzetinin baş redaktoru funksiyalarını yerinə yetirən, daha doğrusu, qəsb edən və qəzetin onlayn variantında müxtəlif imzalarla yazılarını dərc etdirən AXCP sədri Əli Kərimli bir zamanlar AXCP mənsublarının Azərbaycan müxalifətinin "flaqman qəzeti" saydıqları "Azadlığ"ı az qala neobolşevik divar qəzetinə, "İskra"nın əyalət variantına çevirib. Üstəlik, sıravi cəbhəçilərin son zamanlar çox səsləndirdikləri "Əli Kərimlinin ətrafındakı insanlar həbs olunur, o isə sanki toxunulmaz statusludur - niyə, nədir bunun səbəbi?!" sualına cavab istəyirlər.

Qənimət Zahid isə deyəsən, sadəcə düşərgə mənsubluğu və mövqe səbəbindən Əli Kərimlidən bəhs etməyə davam edir. Lakin əvvəlki dönəmlərdən fərqli olaraq, yetərincə lakonik, sərin şəkildə.

AXCP sədri Əli Kərimli isə tam əksinə, özünü və davranış modelini arqumentləşdirməyə çalışaraq Q.Zahidi üstüörtülü şəkildə "uzurpasiya"da, səlahiyyət hədlərini aşmaqda suçlayır.

Əslində isə Əli Kərimli bəhs etdiyimiz 175 min avronun nəzarətindəki hesablara keçirilməsinə can atır.

"Azadlıq" qəzeti ilə bu qalmaqal AXCP daxilindəki volüntarizmin, Əli Kərimlini partiyanı faktiki olaraq "bir adamın təşkilatına" çevirmək strategiyasının daha bir təzahürü də sayıla bilər.

Orxan Hun
Milli.Az

XƏBƏR LENTİ