Anons

Dünən, 16:59 - Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq, bəzi rayonlara dolu düşəcək

21-04-2017, 16:01 - Albina Muradxanovanın saxta sənədləri ifşa olundu - Samur bələdiyyəsinin sədri

21-04-2017, 14:40 - Gülməmməd Cavadovun qohumu S.Cəfərov fəhlələrə qan uddurur - Nazir müavini niyə məsələyə münasibət bildirmir...?

19-04-2017, 03:52 - 286 saylı məktəbdə 7 sinif şagirdi bıçaqlanıb... - ŞOK MƏLUMATLAR

17-04-2017, 15:53 - Cəlal Əliyevin adından istifadə edən zavod sədri – S.CƏFƏROV

16-04-2017, 13:45 - Polis general-mayoru H.Şirinovun ailəsində itki baş verib - Başsağlığı

16-04-2017, 10:29 - Ermənistan silahlı bölmələri atəşkəsi 120 dəfə pozub

15-04-2017, 10:44 - Qüdrət Şükürov -Bakı lift idarəsinin rəisi və ya milyonlara sahib, xaricdə yaxtası, villaları, maşınları olan oliqarx -

12-04-2017, 02:30 - Məktəbin ərazisində tikinti işlərinin aparılması etiraza səbəb oldu - VİDEO

10-04-2017, 03:18 - Deputat qohumunun 300 min aldığını təsdiqləyən sənəd ortaya çıxdı - FAKT

8-04-2017, 00:02 - Azərbaycanda FETÖ-çuların rəhbəri Şahmar İbadovdur...?

7-04-2017, 15:57 - Saxta diplomla GDU-da necə işləmək mümkün olur…?

6-04-2017, 06:33 - Türkiyədə zəlzələ olub

6-04-2017, 02:15 - Günün qoroskopu: gərginləşməyə davam edəcək

6-04-2017, 02:12 - Rusiyada işləmək istəyən azərbaycanlılara şad xəbər

5-04-2017, 16:48 - Masallı DYPŞ-nin baş inspektorundan nazirə müraciət ünvanlandı - ARAŞDIRMA(VİDEO)

5-04-2017, 01:35 - 136 saylı məktəbdə bıçaqlanma hadisəsi baş verib - Olay

4-04-2017, 14:53 - Qovulmuş tələbə necə general oldu – Vüsal Növruzovun Çovdarovsayağı yüksəlişi

4-04-2017, 13:26 - Azərbaycanda tanınmış ailənin övladı, Çində istintaq qarşısında

3-04-2017, 10:55 - "Azercell" abunəçilərinə xəbərdarlıq edib

3-04-2017, 00:33 - Xocavənddə özbaşınalıq- Sələmçi İslam Allahverdiyev 1 milyonluq mülkə necə sahiblənib?

2-04-2017, 17:51 - Ramin Quluzadəyə qarşı çıxan qovşaq rəisi Zaur Məmmədov

2-04-2017, 16:28 - “Bizim maket”lərin sahibi haqda şok ifadə: 17 milyonluq mülk necə alınıb?

2-04-2017, 02:39 - Firdovsi Cəbrayılov ilə Eldar Əzizov arasında gərginlik...

1-04-2017, 11:32 - Aprel savaşında ordumuz Ermənistana böyük dərs verdi

30-03-2017, 21:10 - Əlillərə 2 milyon manat ayrıldı

30-03-2017, 20:51 - Milli Bankın rəhbəri vəzifədən getdi

30-03-2017, 19:39 - Təhsil Nazirinin qohumu Tərtər təhsilin öz biznesinə çevirib... TAR-MAR EDİR

Ombudsman Azərbaycan hərbçisinin meyitinin qaytarılması ilə bağlı BQXK prezidentinə müraciət edib

Tarix:12-01-2017, 09:18 Baxış Sayı:184

Ombudsman Azərbaycan hərbçisinin meyitinin qaytarılması ilə bağlı BQXK prezidentinə müraciət edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova 2016-cı il dekabrın 29-da Ermənistan Silahlı Qüvvələri tərəfindən qətlə yetirilmiş Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Çingiz Qurbanovun meyitinin qaytarılması ilə bağlı Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti Peter Maurerə məktubla müraciət edib.

Ombudsman Aparatından "Report"a daxil olan məktubda deyilir: “2016-cı ilin 29 dekabr tarixində Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupu təxribata əl ataraq Azərbaycan-Ermənistan dövlət sərhədini pozmağa cəhd göstərib. Təxribatın qarşısı alınarkən Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu əsgər Qurbanov Çingiz Salman oğlu itkin düşüb və sonradan məlum olub ki, onun meyiti qarşı tərəfdədir.

Azərbaycan tərəfi əsgər Qurbanov Çingiz Salman oğlunun meyitinin geri qaytarılması ilə bağlı BQXK-nın Azərbaycan nümayəndəliyinə, ATƏT-in Minsk qrupuna, o cümlədən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikə rəsmi qaydada müraciət edib. Bununla belə, bizim əsgərimizin meyiti bu günə kimi Azərbaycan tərəfinə qaytarılmayıb.

Hazırda müvafiq qurumlarla, habelə Beynəlxalq Qızıl Xaç Komitəsi ilə birgə hərbi qulluqçumuzun meyitinin Azərbaycan tərəfinə qaytarılması istiqamətdə işlər davam etdirilir. Eyni zamanda, kütləvi informasiya vasitələrindən məlum olduğu kimi Ermənistan tərəfi prosesi süni olaraq uzadır və “istintaqın” aparıldığını bəyan edir. Halbuki, meyitlərin qaytarılması mexanizmi və prosedurası yetərincə bəllidir və bu cür hallarda əvvəllər də tətbiq olunmuşdur və onlar hər iki tərəfə, habelə sizin təşkilatınıza da bəllidir.

Hesab edirik ki, Ermənistan tərəfinin bu addımı beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarının, insan hüquqlarının, həmçinin Ermənistanın özünün də qoşulduğu 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyasının öhdəliklərinin kobud şəkildə pozulmasıdır.

Qeyd etmək lazımdır ki, Ermənistan tərəfi 1994-cü ildən etibarən möcud atəşkəsi heçə sayaraq mütəmadi təxribatlar törədir. Bu hadisələrdən biri də 2016-cı ilin aprel ayına təsadüf etmişdir. Belə ki, 2-5 aprel tarixlərində Azərbaycan Respublikasının əraziləri, cəbhəyanı bölgələrdə məskunlaşan mülki əhalinin yaşadığı çoxsaylı evlər, məktəblər və digər sosial obyektlər, habelə Azərbaycan Silahlı Qüvvələrinin qoşunların təmas xətti boyunca mövqeləri ağır artilleriyadan, iri çaplı silahlardan intensiv atəşə məruz qalmışdır. Nəticədə dinc əhali, o cümlədən uşaqlar, qadınlar və ahıllar həlak olmuş və ağır yaralanmışlar. Ermənistan silahlı qüvvələri tərəfindən törədilən bu hərbi cinayətlər nəticəsində beynəlxalq sənədlərin, o cümlədən Cenevrə konvensiyalarının müddəaları kobud şəkildə pozulub.

Yuxarıda qeyd olunanları, o cümlədən onun ailəsinin və ölkə əhalisinin gözləntilərini nəzərə alaraq, təşkilatınızın mandatı çərçivəsində və beynəlxalq hüquq normalarına uyğun olaraq əsgər Qurbanov Çingiz Salman oğlunun meyitinin geri qaytarılmasına köməklik göstərməyinizi Sizdən xahiş edirəm”. report

XƏBƏR LENTİ