Əli Kərimlinin Fransaya pul dalınca göndərdiyi şəxslər ölkədən deportasiya edildi — EKSKLÜZİV

12-01-2017, 11:17Gündəm, seçilmiş
Əli Kərimlinin Fransaya pul dalınca göndərdiyi şəxslər ölkədən deportasiya edildi


Bu yaxınlarda Fransaya səfər edən “Azadlıq” qəzetinin baş redaktorunun birinci müavini Rahim Hacıyev, qəzetin yazarı Səadət Cahangir, AXCP-nin Cəlilabad rayon təşkilatının sədri Təzəxan Mirələmli və Xatirə Əliyeva bu ölkədən deportasiya edilib.

Ölkə.Az-ın əldə etdiyi məlumata görə, buna səbəb Rahim Hacıyev ilə “Azadlıq” qəzetinin Fransada mühacir həyatı yaşayan baş redaktoru Qənimət Zahid arasında şiddətli mübahisənin baş verməsi olub.

Belə ki, ağır maliyyə böhranında olan və çapını dayandıran “Azadlıq” qəzetinə ənənəvi formatının bərpası üçün bir neçə beynəlxalq qeyri-hökumət təşkilatı və fondu tərəfindən 175 min avro məbləğində vəsait ayrılıb. Həmin vəsaiti isə Fransada yaşayan Qənimət Zahid əldə edərək, özünün yeni təsis etdiyi “Turan TV”-yə sərf etmək üçün saxlayıb.

Ancaq həmin vəsaitin yarısını almaq üçün Rahim Hacıyev, Səadət Cahangir, Təzəxan Mirələmli və Xatirə Əliyeva ötən həftə AXCP sədri Əli Kərimlinin göstərişi ilə Fransaya yollanıb.

Əli Kərimli göndərdiyi şəxslərə təlimat verib ki, 175 min avronun ən azı yarısı Qənimətdən alınaraq, ona gətirilsin. Hətta, həmin vəsaiti Bakıya gətirmək üçün hava limanında şübhə yaranmasın deyə, pulların 4 nəfərin arasında bölünülməsi tapşırığı verilib.

Ancaq Əli Kərimli ilə Qənimət Zahid arasında mövcud olan “soyuq” münasibətlər bu məsələdə də özünü göstərib. Rahim Hacıyev Q.Zahiddən pulun yarısını istəsə də, “yox” cavabı alıb.

Q.Zahid R.Hacıyevlə söhbəti zamanı həmin pulları Əli Kərimliyə verməyəcəyini deyib. Bundan sonra onların arasında şiddətli mübahisə yaranıb. Hətta, aralarında pul üstündə yaranan mübahisə Fransada əlbəyaxa dava ilə nəticələnib. Hadisəyə Fransa polisi də qarışmalı olub.

Hadisə ilə əlaqədar Əli Kərimlinin Fransaya ezam etdiyi şəxslər polisə aparılıb, ifadələri alındıqdan sonra isə ölkədən deportasiya edilib.

Zaur Əziz
Ölkə.Az
Oxunub: 92
Rəsmi

Akademik Ramiz Mehdiyevin “Yeni dünya nizamı və milli ideya” kitabının təqdimatı olub
Akademik Ramiz Mehdiyevin “Yeni dünya nizamı və milli ideya” kitabının təqdimatı olub

Prezident İlham Əliyev: “Naxçıvanda istehsal olunan mallar dünya bazarlarına rahatlıqla çıxa biləcək”
Prezident İlham Əliyev: “Naxçıvanda istehsal olunan mallar dünya bazarlarına rahatlıqla çıxa biləcək”
XƏBƏR LENTİ
18:15 2-ci sinif şagirdi kanalda boğuldu 17:58 “Oğlum qışqırdı ki, evdən tüstü çıxır” - 7 ailənin yaşadığı bina yandı 17:30 ABŞ-ın ən yaşlı meymunu öldü 17:13 “Azərsu”da müdhiş sayğaclaşma TALANI- ARAŞDIRMA 17:00 Naxçıvan karateçiləri beynəlxalq turnirdə! 16:52 Moskvada fahişələr polis zabitinə təcavüz etdilər 16:16 Kamil Zeynallı polis şöbəsinə çağırıldı 16:01 Bakıda məşhur mağaza müştəriləri aldadır- FOTO 15:37 Prezident İlham Əliyev CISCO şirkətinin icraçı sədri ilə görüşüb - YENİLƏNİB 15:25 RÖYA AYXANDAN YENİ- FOTOLAR 15:09 NAZİRLİK RƏSMİSİ: "BAKI ŞƏHƏR İCRA HAKİMİYYƏTİ ZİRZƏMİLƏRDƏKİ SUYUN TƏMİZLƏNMƏSİ İLƏ BAĞLI LAZIMİ TƏDBİLƏR GÖRMÜR" 14:34 Yasamalda aksiya - Köçkünlər yolu bağlayır 14:22 Məşhur şirkət Azərbaycanda kimə rüşvət verib? - Qalmaqal 14:06 Azərbaycanda müəllim dərsdə öldü 13:51 Kommunal idarəsinin ölü canları və xaraba qalan Neftçala- FOTOLAR+VIDEO 13:33 Qafqaz Universitetinin yerində yeni ali məktəb yaradılır 13:21 İdmançımız ermənini məğlub etdi- Dünya çempionu oldu 13:10 Dollar və avronun alış-satış qiymətləri– SİYAHI 13:00 Sabahdan HAVA PİSLƏŞƏCƏK- XƏBƏRDARLIQ 12:44 “Lotu Quli”nin həbsxanalarda yayılmış məktubu açıqlandı:“Rövşən Lənkəranski…” 12:27 Kremldən Bakıya həmlə– Azərbaycandan cavab gecikmədi 12:13 MTN generallarının əmək haqları açıqlandı- 1,8 milyon manat+Siyahı 12:00 Arvadının xalatının açıq sinəsindən telefon düşdü, kişilərlə yazışmasını tutdu…- AZƏRBAYCANDA 11:45 Tofiq Zülfüqarov Lavrovun ermənipərəst danışdığını deyir 11:32 Messi Ronaldu ilə münasibətlərindən danışıb 11:20 Ləğv edilən Qafqaz Universitetinin aqibəti necə olacaq?– REKTOR AÇIQLADI 11:11 Dünyanın ən riskli şəkillərini çəkdirən qız- FOTOLAR 10:42 2 nazir İlham Əliyevin qara siyahısına düşdü 10:34 Gəncə Dövlət Universitetindən şikayət var 10:31 Qafqaz Universiteti ləğv olunduğunu elan edib 10:31 Bakıda beş yaşlı uşağın bağçada döyüldüyü iddia edilir- VİDEO 01:45 Qəbələ sakininin başına gələn DASTAN KİMİ OLAYLAR -İşin içində MTN-nin də adı keçir 23:58 Heydər Əliyevin uşaqlıq FOTOSU yayıldı 23:41 Naz azərbaycanlı jurnalistləri təhqir etdi (VİDEO) 23:19 Qubada təlim sessiyası keçirilib 23:06 Kainat Gözəli Lidia futbol komandasına məşqçi oldu -FOTOLAR 22:54 Neftçalada YAP-a qəbul olunmaq üçün də rüşvət istəyirlər - VideosxA3_qICcNs 22:51 Tramp 'İvanka'ları qarışdırdı 22:20 Deputatdan “Recep İvedik”ə müraciət -“O səhnə filmdən çıxarılsın” 19:43 Şəhid ailəsi icra başçısından PREZİDENTƏ şikayət etdi -Şirvanda hərcmərclik