Anons

17-10-2017, 11:22 - İcra başçısı “fövqəlnazir”lə “Mətanət A” şirkəti arasında qalıb

16-10-2017, 09:33 - Qusarda şok olay - Polislər meşə gözətçisini xəstəxanalıq edib+FOTO

11-10-2017, 18:41 - Erməni əsgərin əlində qumbara partlayıb

10-10-2017, 12:30 - Ramiz Zeynalovun Yevlax “MERO”sundakı rəis qohumunun ilginc korrupsiyası - VİDEO

6-10-2017, 20:26 - Əxlaqsızlıq yuvasında 'ƏDALƏT' höküm sürür - Hakim qərarı ilə 50 nəfəri çörəyindən etdi...

5-10-2017, 17:30 - İlham Əliyev Qərblə strateji sazişi anons etdi

5-10-2017, 17:23 - Məcburi köçkünlər Şəkinin icra başçısından prezidentə şikayət etdilər-

3-10-2017, 20:48 - 'Hacı' titullu iş adamı... Zakir Fərəcov kimi 'moşennik'lərin cavabını tək verməyə hazıram - İTTİHAM

3-10-2017, 20:05 - Ağcabədi “MERO”-da Babək Mərdanovla Xaqani Həsənov bazarı

3-10-2017, 19:34 - Göyçayda icra başçısı ilə bələdiyyə sədri vətəndaşın torpağını əlindən aldı- ŞOK İDDİA

3-10-2017, 18:59 -  Elman Nigaran Sumqayıt ŞPİ-nə çağrılıb

26-09-2017, 12:18 - Vətəndaş Kəmalə Mehdiyeva Prezident İlham Əliyevə Müraciət etdi - ŞİKAYƏT

20-09-2017, 11:05 - Xırdalan şəhər 1 saylı məktəblə bağlı iddialar əsasız çıxdı - Araşdırma

18-09-2017, 14:20 - Daha bir varlı oğlu Lexusu ilə yolu keçən piyadanı vurub, öldürdü - QANLI təfərrüat

16-09-2017, 23:46 - DİQQƏT! Paytaxtda profesional oğru peyda olub - FOTOLAR

10-09-2017, 14:58 - Rövnəq Abdulayevin himayəsində olan Qüdrət Şükürov - Milyonların yeyilməsində Hacıbalanın rolu?

10-09-2017, 01:35 - Mətbuat Şurasında QALMAQAL – İkram Rəhimovla Vüqar Rəhimzadə niyə 'TOQQUŞDU'...?

10-09-2017, 01:30 - İsgəndər Şirəlinin mənimsədiyi milyonları oğlu Xəzər Şirəli belə xərcləyir - FOTOLAR

6-09-2017, 01:39 - "SULTAN" MTK vətəndaşları aldadır

5-09-2017, 17:23 - Zaqatala səhiyyəsinin başına bəla olan Teymur Həsənov vəzifəsində necə qaldı...? - ARAŞDIRMA

4-09-2017, 17:32 - Neolit restoranında müştərilər İzzət Bağırovun cangüdənləri tərəfindən döyülüb... - FOTO/VİDEO

3-09-2017, 12:20 - Ağdaşda 40-dan çox iribuynuzlu mal-qara dərman preparatlarından tələf olub

30-08-2017, 05:44 - GÖYÇAY Avtonəqliyyat ASC-nin müdiri Arif Əliyev barəsində Prezidentə şikayət dolu MÜRACİƏT

28-08-2017, 00:04 - FOTOYA DİQQƏT: Əfsanəni görənlər POLİSƏ XƏBƏR VERSİN - VİDEO

17-08-2017, 03:55 - Qubada qadını döyüb, huşsuz və yaralı halda Bakıya gətirdilər - CİNAYƏT TÖRƏDİLİB AMMA ...

16-08-2017, 13:28 - İmişli DSMF-nin əməkdaşı məndən rüşvət istədi- Babək Hüseynovla AudioMüsahibə

14-08-2017, 02:17 - Gənc əsgərlərin andiçmə mərasimi keçirilib

13-08-2017, 14:55 - Bakıda ağacları kəsib obyekt tikməyə başladılar - VİDEO

Balansdakı məbləğə NAR zəmanət vermir... - İnternet vasitəsi ilə milyonlar ölkədən çıxır?

Tarix:15-09-2017, 14:41 Baxış Sayı:566

Balansdakı məbləğə NAR zəmanət vermir... - İnternet vasitəsi ilə milyonlar ölkədən çıxır?


Demək olar ki, gündəlik həyatımızın ayrılmaz bir hissəsinə çevrilən mobil telefonlar xxı əsrin yüksək gəlirli biznesidir. Bu telefonlara birdə istifadə etmək üçün nömrələr gərəklidir ki, onların vasitəsi ilə həm danışıq həmdə internet xidmətlərində müasir telefonlarda istifadə edə bilək.

Bir neçə müddətdir ki, redaksiyamıza məxsus olan nömrələrin dəfələrlə balansından məbləğlər silinib. Bu məbləğlərin silinməsi ilə bağlı Nar mobil operator şirkətinin inzibati binasına gedərək ərizədə təqdim etməmizə baxmayaraq şirkət bunun qarşısını almaqda acizlik nümayiş etdirib. BakuNews.az-a məxsus NAR nömrənin dəfələrlə balansından pul silinməsi ilə bağlı etdiyimiz şikayətlərə baxmayaraq şirkət bunun qarşısını ala bilmir. Şirkətin 777 müştəri xidmətindən verilən məlumata qeyd edilir ki, “bizim səlahiyyətimiz yoxdur bu abunə edilən saytların qarşısını almağa”.

Nar Müştəri Xidmətlərinin verdiyi izahdan belə çıxır ki, Nar mobil şirkəti öz idarəçiliyində olan nömrələrə cavabdehlik edə bilmir. 10.07.2017-ci il tarixində sms vasitəsi ilə yeni bildiriş daxil olub (+99470***0285 +99477***4001 nömrə sayı çoxdur) nömrələrinə və orda bildirilib ki, “Abunə xidməti aktivləşdirildi – www.ok-fun.net saytı. Xidmət haqqı 0.59azn/gündəlik. İmtina etmək üçün STOP OF sözünü 9771 nömrəsinə göndərin” bu cür bir neçə saytların adından şirkət qanunsuz olaraq vətəndaşın balansından pullar çəkərək həmin işbazlara ödəyir. Yuxarıda qeyd etdiyimiz sayt əcnəbilərə məxsus olması ABŞ və Ukrayna ölkələrinin serverində özünə yer alaraq (əlaqə nömrəsi: +1.5163872248) Azərbaycanda fəaliyyətdə olan Nar şirkəti ilə hansı yollarla təmasa girərək onun bazasında olan nömrələrə giriş izni ala bilib. Azərbaycana düşmən mövqeyində olan ölkələrdə fəaliyyət göstərən bu kimi saytlar əslində ermənilərə məxsus olmadığını biz hardan bilə bilərik? Bəlkə də bilmədən hər birimiz kliklədiyimiz reklamlarda erməni lobbisinə bilmədən maddi dəstək vermiş oluruq. Bizim bilmədən balansımızdan oğurlanan pulları məhz Nar şirkəti həmin şəxslərin hesab nömrələrinə köçürür – desək yanılmarıq. Bu bir reallıqdır ki, Nar müştəri xidməti bu tip provayderlərlə birbaşa əlaqələrinin olmadığını vurğulamaqdadır. Əlaqəsi olmadığı şirkət və ya şəxslərlə hansı qaydalarla işləməsini açıqlamayan Nar şirkəti Azərbaycan vətəndaşlarının aldadılmasına, büdcələrinin talan edilməsinə şərait yaradır. Nömrə sahiblərinin icazəsi olmadan xarici dövlətlərdən nömrələrin balansını oğurlamağa izn verir.
Balansdakı məbləğə NAR zəmanət vermir... - İnternet vasitəsi ilə milyonlar ölkədən çıxır?

Bu tip xidmətlər bundan ibarətdir: “Navigator Kontent provayder, Azerikom Kontent provayder, Reklam mesajlarını dayandırmaq üçün isə STOP+ və ya Dayan yazıb 9806-ya yazıb göndərmək məcburiyyətindəsiniz, abunəliklərin ləğvi isə bu cür şərh edilir 6550 / 7615 bu nömrələrə STOP ALL yazıb göndərməyə məcbur edirlər”.
Nar şirkətinin təqdim etdiyi internet paketindən istifadə edənlər özləridə bilmədən bəlaya düşürlər. Belə ki, internetdən istifadə edərkən qarşınıza çıxan reklam bannerinə toxunduqda gizli şəkildə hansısa provayderə abunə olursunuz və bu edilən abunəlik tamamilə qanunsuzdur. Bu qanunsuz atılan addımın təmizləməyi isə yalnız sizin ixtiyarınıza verir ki, edilən cinayət tərkibli əməli özünüz sms vasitəsi ilə dayandırasınız. Bura qədər yenədə qəbul etmək olar amma sizin sms vasitəsi ilə dayandıracağınız xidmət öncədən 0.59 azn və ya 1.00 azn məbləğinizi artıq oğurlamış olur. Hal-hazırda Azərbaycanda elə şəxs tapa bilməzsiniz ki, başqa mobil provayderlərdən istifadə etdiyi halda Nar nömrəsindən istifadə etməsin. Bu gün bir reallıq göz önündədir ki, Nar şirkətinin 9 milyon abunəçisi mövcuddur və hər bir abonentdən bir gün üçün xitmətə qoşulma haqqı olaraq 0.59 azn x 9.000.000 = 531.000.000 azn məbləğ tutulmaqdadır (Bu hesablama sadəcə bir provayderin gündəlik oğurladığı rəqəmdir bunun kimi bir neçə provayder mövcudur artıq onlarıda özünüz hesablayın). Bu tutulan məbləğin hansı şirkətə və ya şəxslərə getməsilə bağlı Nar şirkəti ictimaiyyətə açıqlama vermir. Biz bir Azərbaycan vətəndaşı olaraq abonentlərdən oğurlanan milyonların kimlərə hansı yollarla verilməsinin Nar şirkəti tərəfindən ictimaiyyətə açıqlanmasını tələb edirik.

Bu oğurluq deyil nədir dəyərli oxucular…? Buna biz ad verə bilmirik siz yardım edin bunun hüquqi adını təyin edək….

Mövzu diqqətimizdədir! Araşdırma davam edir.

M.M.S.
BakuNews.az

XƏBƏR LENTİ