Anons

17-10-2017, 11:22 - İcra başçısı “fövqəlnazir”lə “Mətanət A” şirkəti arasında qalıb

16-10-2017, 09:33 - Qusarda şok olay - Polislər meşə gözətçisini xəstəxanalıq edib+FOTO

11-10-2017, 18:41 - Erməni əsgərin əlində qumbara partlayıb

10-10-2017, 12:30 - Ramiz Zeynalovun Yevlax “MERO”sundakı rəis qohumunun ilginc korrupsiyası - VİDEO

6-10-2017, 20:26 - Əxlaqsızlıq yuvasında 'ƏDALƏT' höküm sürür - Hakim qərarı ilə 50 nəfəri çörəyindən etdi...

5-10-2017, 17:30 - İlham Əliyev Qərblə strateji sazişi anons etdi

5-10-2017, 17:23 - Məcburi köçkünlər Şəkinin icra başçısından prezidentə şikayət etdilər-

3-10-2017, 20:48 - 'Hacı' titullu iş adamı... Zakir Fərəcov kimi 'moşennik'lərin cavabını tək verməyə hazıram - İTTİHAM

3-10-2017, 20:05 - Ağcabədi “MERO”-da Babək Mərdanovla Xaqani Həsənov bazarı

3-10-2017, 19:34 - Göyçayda icra başçısı ilə bələdiyyə sədri vətəndaşın torpağını əlindən aldı- ŞOK İDDİA

3-10-2017, 18:59 -  Elman Nigaran Sumqayıt ŞPİ-nə çağrılıb

26-09-2017, 12:18 - Vətəndaş Kəmalə Mehdiyeva Prezident İlham Əliyevə Müraciət etdi - ŞİKAYƏT

20-09-2017, 11:05 - Xırdalan şəhər 1 saylı məktəblə bağlı iddialar əsasız çıxdı - Araşdırma

18-09-2017, 14:20 - Daha bir varlı oğlu Lexusu ilə yolu keçən piyadanı vurub, öldürdü - QANLI təfərrüat

16-09-2017, 23:46 - DİQQƏT! Paytaxtda profesional oğru peyda olub - FOTOLAR

10-09-2017, 14:58 - Rövnəq Abdulayevin himayəsində olan Qüdrət Şükürov - Milyonların yeyilməsində Hacıbalanın rolu?

10-09-2017, 01:35 - Mətbuat Şurasında QALMAQAL – İkram Rəhimovla Vüqar Rəhimzadə niyə 'TOQQUŞDU'...?

10-09-2017, 01:30 - İsgəndər Şirəlinin mənimsədiyi milyonları oğlu Xəzər Şirəli belə xərcləyir - FOTOLAR

6-09-2017, 01:39 - "SULTAN" MTK vətəndaşları aldadır

5-09-2017, 17:23 - Zaqatala səhiyyəsinin başına bəla olan Teymur Həsənov vəzifəsində necə qaldı...? - ARAŞDIRMA

4-09-2017, 17:32 - Neolit restoranında müştərilər İzzət Bağırovun cangüdənləri tərəfindən döyülüb... - FOTO/VİDEO

3-09-2017, 12:20 - Ağdaşda 40-dan çox iribuynuzlu mal-qara dərman preparatlarından tələf olub

30-08-2017, 05:44 - GÖYÇAY Avtonəqliyyat ASC-nin müdiri Arif Əliyev barəsində Prezidentə şikayət dolu MÜRACİƏT

28-08-2017, 00:04 - FOTOYA DİQQƏT: Əfsanəni görənlər POLİSƏ XƏBƏR VERSİN - VİDEO

17-08-2017, 03:55 - Qubada qadını döyüb, huşsuz və yaralı halda Bakıya gətirdilər - CİNAYƏT TÖRƏDİLİB AMMA ...

16-08-2017, 13:28 - İmişli DSMF-nin əməkdaşı məndən rüşvət istədi- Babək Hüseynovla AudioMüsahibə

14-08-2017, 02:17 - Gənc əsgərlərin andiçmə mərasimi keçirilib

13-08-2017, 14:55 - Bakıda ağacları kəsib obyekt tikməyə başladılar - VİDEO

Cəbhə bölgəsi Tərtərin 1 nömrəli problemi – Yüksək təhsili şəxsiyyətlər Surxay Mirzəyev tərəfindən sıxışdırılır!

Tarix:26-09-2017, 20:22 Baxış Sayı:450

Cəbhə bölgəsi Tərtərin 1 nömrəli problemi – Yüksək təhsili şəxsiyyətlər Surxay Mirzəyev tərəfindən sıxışdırılır!


Yazımızın sonunda isə Musaməddin Qurbanovun Ulu öndərin məzarına

və Prezident İlham Əliyevə yazdığı məktub sizlərə təqdim edirik



Keçən yazılarımızda dəfələrlə bu mövzuya toxunmağımıza baxmayaraq Təhsil Nazirliyi cəbhə bölgəsi olan Tərtər rayonunun təhsilinə diqqət ayırmadı. Yazılarımızdada qeyd etdiyimiz kimi Rayon Təhsil Şöbəsinin müdiri Surxay Mirzəyevin qanunsuz əmələri azmış kimi Hörmətli nazir Mikayıl Cabbarovun adındanda sui-istifadə edərək müəllim kollektivini hədələməsi qəbul edilməz hal almışdır. Beləki, şikayət edəcəyin qeyd edən müəllimlərə “məndən mənəmi” şikayət edəcəksiniz deyərək müəllimlərə daha geniş şəkildə bu sözünü açıqlayan S.Mirzəyev nazir mənim qohumumdur sən kimi kimə şikayət edəcəksən deyərək onları işdən çıxarmaqla hədələməkdədir. Azərbaycanda böyük bir problemə çevrilən təhsil məsələsinin çıxılmaz vəziyyətdən xilas etməyə çalışan nazirin görünür bu problemdən hələdə xəbər tutmayıb ki, S.Mirzəyev vəzifəsində qalmaqda davam edir.

Bakunews.az-a daxil olan məlumata görə, Tərtər şəhər 1 saylı tam orta məktəbin direktor postunun satışa çıxarılması dərc edilən yazılardan sonra S.Mirzəyevin qurduğu planları alt-üst edib. Hazırda rayon təhsil sahəsində 1 saylı məktəbə layiqli namizəd kimi əhali tərəfindən sevilib seçilən və hörmət sahib olan Musaməddin Qurbanov göstərilir. Əhalinin və Tərtər rayon hakim dairələrində hörmətini qazanan M.Qurbanov təsüflər olsun ki, S.Mirzəıyevin qəzəbinə tuş gəlib. 1 saylı məktəbə namizədliyin irəli sürərək direktor seçim imtahanlarına qatılmaq istəyən M.Qurbanov imtahana bir gün qalmış rədd cavabı ilə üzləşib. Rəd cavabının verilməsi isə RTŞ müdiri S.Mirzəyevin Təhsil Nazirliyinə M.Qurbanovla bağlı göndərdiyi təqdimatın səbəb olduğu göstərilməkdədir. Etibarlı mənbələrdən əldə etdiyimiz məlumata əsasən RTŞ təhsil fəaliyyət göstərən metodkabinetin metodisti , Musaməddin Qurbanova qarşı təqqiblər davam etdirilir. Təqib edilməsinin səbəbi isə açıq aydın bəlidir. Satışa çıxarılan məktəb rəhbər vəzifəsinə iddialı olması onun təqib edilməsinə rəvac verib.
Cəbhə bölgəsi Tərtərin 1 nömrəli problemi – Yüksək təhsili şəxsiyyətlər Surxay Mirzəyev tərəfindən sıxışdırılır!

Aldığımız məlumatlarda o da qeyd edilir ki, RTŞ kameralarında M.Qurbanovla yaxınlıq edən onunla həm söhbət edən şəxslər işindən azad edilməkdə və ona salam verən direktorlarda eyni təzyiqlərə məruz qalmaqdadırlar. M.Qurbanovun bu cür sıxışdırılaraq öz şəxsi ərizəsi ilə işindən getməsini istəyən RTŞ müdiri S.Mirzəyev iyrənc oyunlarına davam etməkdədir. Bu yaxın müddətdə isə 1 saylı məktəbə əvəz edici olaraq göndərilən inspektor Vaqif Əsgərovda geri çağrılaraq məktəbi tamamilə başsız saxlayan S.Mirzəyev çirkin əməllərinə davam etməkdədir – deyə mənbə qeyd edir. Aparılan araşdırmalardanda məlum olan faktlar isə Musammədin Qurbanovla Vaqif Əsgərovun şəxsi keyfiyyətlərinin və biliklərinin yüksək notlarla qeyd edilməsidir. Rayon əhalisi tərəfindən qəbul edilən bu şəxslər RTŞ müdirinin qəzəbinə və qisasına tuş gəlmiş şəxslər olaraq döyüş bölgəsində təhsil şəhidi kimi tarixə düşməkdədir.

P.S. Sonda qeyd etmək lazımdır ki, M.Qurbanovla eyni sahədə çalışan şəxs yəni Rahil Şəldiyev metodistlə olan səmimi münasibətinə görə uzaqlaşdırılaraq Surxay Mirzəyevin yaxın münasibəti olan həmkarların sədri Şəhlanın yaxın adamıgətirilməkdədir. M.Qurbanovunda yerinə çıxarılması məqsədi 1 saylı məktəbin fizika müəllimi Oktay bəyin gətirilməsinə hesablanıb.

BakuNews.az

Cəbhə bölgəsi Tərtərin 1 nömrəli problemi – Yüksək təhsili şəxsiyyətlər Surxay Mirzəyev tərəfindən sıxışdırılır!


FƏXRİ XİYABANDA UYUYAN, AZƏRBAYCAN VƏ DÜNYA TARİXLƏRİNDƏ NADİR, YEGANƏ, ENSKLOPEDİK ŞƏXSİYYƏT OLAN, ULU ÖNDƏR, ÜMUMMİLLİ LİDERİMİZ HEYDƏR ƏLİRZA OĞLU ƏLİYEVƏ

Surəti:AZƏRBAYCAN RESPUBLİKASININ PREZDENTİ MÖHTƏRƏM İLHAM HEYDƏR OĞLU ƏLİYEVƏ
Surəti:AZƏRBAYCAN RESPUBLİKASININ BİRİNCİ VİTSE PREZDENTİ, AZƏRBAYCANIN BİRİNCİ XANIMI MEHRİBAN XANIM ARİF QIZI ƏLİYEVAYA


Tərtər şəhəri H.Əliyev pr. ev-83 mənzil-37-də yaşayan, rayon təhsil şöbəsində fəaliyyət göstərən metodkabinetin metodisti, Qarabağ müharibəsi veteranı Qurbanov Musaməddin Şamil oğlu tərəfindən

ƏRİZƏ


Yazıb Sizlərə ərz edirəm ki, 1993-cü ilin oktyabr ayında prezident seçilərək xalqa müraciətinizlə Qarabağ mqharibəsinə qatılaraq müharibə veteranıyam. Bu da Sizlərin ideyalarına hörmətlə yanaşmamın və dəstəkləməmın nümayişidir. Sizləri narahat edib ərz edirəm ki, artıq Sizlərin ideyaları Tərtər təhsilində işləmir, çünki, “müdir” Surxay Mirzəyevin ideyaları daha sərfəli çıxıbdır.

Mehriban xanım Əliyeva Respublikamızın çiçəklənməsi naminə uşaq bağçaları, məktəblər tikdirib millətin istifadəsinə verir. Tərtər RTŞ-nin “müdiri” Surxay Mirzəyev isə Tərtərdə təhsil müəssisələrini sökdürməklə məşğuldur. Məsələn, Rəcəbli kənd ümumi orta məktəbini, Tərtər RTŞ-nin binasının yarısını, Tərtər şəhər 2 nömrəlı məktəb-liseyin binasının bir hissəsini sökdürüb, Tərtər şəhər 6 nömrəli tam orta, Qazyan kənd ümumi orta məktəblərin təmiri üçün ayrılan vəsaitin mənimsənilməsinə görə (halbuki 2016-cı ilin noyabr ayından bu məktəblərdə dərslər başqa yerlərə köçürülüb) bu günədək təmir işləri aparılmır.

Möhtərəm Prezidentimiz İlham Heydər oğlu Əliyev isə regionların iqtisadi inkişafı üçün verdiyi fərman və sərəncamların tətbiqi əvəzində Surxay “müəllim” ayrılan vəsaitlərin mənimsənilməsi ilə məşğuldur. Məsələn, Tərtər şəhər 1,2 nömrəli və UGŞİ məktəblərində, eyni zamanda digər böyük məktəblər üçün mal-materiallar alınması zamanı ayrılan vəsaitlərin Surxay “müəllim” tərəfindən mənimsənilməsidir.

Demək olar ki, Tərtər təhsilində qanunsuzluqlar baş alıb gedir. Bunları isə hələki cilovlayan bir təşkilat ortaya çıxmayıb. Çünki, respublika TN-yə 29.06.2017-ci il tarixdə iki ərizə göndərmişəm, hələ də cavab yoxdur. Eyni zamanda qeyd olunan qanunsuzluqların araşdırılması üçün prezident aparatına 29.06.2017-ci il tarixdə yazdığım ərizəmə cavab verilməyib. Respublika Prokurorluğuna həmin tarixdə yazdığım ərizələr, rayon prokurorluğunda araşdırılır. Lakin, bir aydan artıq vaxt keçməsinə baxmayaraq nə mənə cavab verilib, nə də ki, araşdırmada mənim iştirakım təmin olunub.

Yuxarıda və ərizələrimdə göstərilən qanunsuzluqlar haqqında heç bir nəticə əldə olunmayanda “TƏRTƏR TƏHSİLİNDƏ QANUNSUZLUQLAR” qanunidir fikirləşdim və Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinə müraciət etmək qərarına gəldim. Birdən Sizlərin “MƏN, FƏXR EDİRƏM Kİ, AZƏRBAYCANLIYAM” sözləriniz yadıma düşdü və Aİ-nin Azərbaycan nümayəndəliyinə müraciətmi dayandırıb, yuxarıda qeyd olunan ərzi yazdım. Nəticəsinə də böyük ümidim var. Çünki, ərzə əlavə olunan ərizəm həm Möhtərəm Prezidentimiz İlham Əliyevin, həm də Azərbaycanın birinci vitse prezidenti, Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevanın nəzarəti ilə araşdırılacaqdır.

Sizin daim yaddaşda qalan “QOY ƏDALƏT ZƏFƏR ÇALSIN” ifadənizlə sözlərimi bitirib RUHUNUZ ŞAD OLSUN deyirəm və RUHUNUZ QARŞISINDA BAŞ ƏYİRƏM.

M.Ş.Qurbanov.

XƏBƏR LENTİ