Anons

17-10-2017, 11:22 - İcra başçısı “fövqəlnazir”lə “Mətanət A” şirkəti arasında qalıb

16-10-2017, 09:33 - Qusarda şok olay - Polislər meşə gözətçisini xəstəxanalıq edib+FOTO

11-10-2017, 18:41 - Erməni əsgərin əlində qumbara partlayıb

10-10-2017, 12:30 - Ramiz Zeynalovun Yevlax “MERO”sundakı rəis qohumunun ilginc korrupsiyası - VİDEO

6-10-2017, 20:26 - Əxlaqsızlıq yuvasında 'ƏDALƏT' höküm sürür - Hakim qərarı ilə 50 nəfəri çörəyindən etdi...

5-10-2017, 17:30 - İlham Əliyev Qərblə strateji sazişi anons etdi

5-10-2017, 17:23 - Məcburi köçkünlər Şəkinin icra başçısından prezidentə şikayət etdilər-

3-10-2017, 20:48 - 'Hacı' titullu iş adamı... Zakir Fərəcov kimi 'moşennik'lərin cavabını tək verməyə hazıram - İTTİHAM

3-10-2017, 20:05 - Ağcabədi “MERO”-da Babək Mərdanovla Xaqani Həsənov bazarı

3-10-2017, 19:34 - Göyçayda icra başçısı ilə bələdiyyə sədri vətəndaşın torpağını əlindən aldı- ŞOK İDDİA

3-10-2017, 18:59 -  Elman Nigaran Sumqayıt ŞPİ-nə çağrılıb

26-09-2017, 12:18 - Vətəndaş Kəmalə Mehdiyeva Prezident İlham Əliyevə Müraciət etdi - ŞİKAYƏT

20-09-2017, 11:05 - Xırdalan şəhər 1 saylı məktəblə bağlı iddialar əsasız çıxdı - Araşdırma

18-09-2017, 14:20 - Daha bir varlı oğlu Lexusu ilə yolu keçən piyadanı vurub, öldürdü - QANLI təfərrüat

16-09-2017, 23:46 - DİQQƏT! Paytaxtda profesional oğru peyda olub - FOTOLAR

10-09-2017, 14:58 - Rövnəq Abdulayevin himayəsində olan Qüdrət Şükürov - Milyonların yeyilməsində Hacıbalanın rolu?

10-09-2017, 01:35 - Mətbuat Şurasında QALMAQAL – İkram Rəhimovla Vüqar Rəhimzadə niyə 'TOQQUŞDU'...?

10-09-2017, 01:30 - İsgəndər Şirəlinin mənimsədiyi milyonları oğlu Xəzər Şirəli belə xərcləyir - FOTOLAR

6-09-2017, 01:39 - "SULTAN" MTK vətəndaşları aldadır

5-09-2017, 17:23 - Zaqatala səhiyyəsinin başına bəla olan Teymur Həsənov vəzifəsində necə qaldı...? - ARAŞDIRMA

4-09-2017, 17:32 - Neolit restoranında müştərilər İzzət Bağırovun cangüdənləri tərəfindən döyülüb... - FOTO/VİDEO

3-09-2017, 12:20 - Ağdaşda 40-dan çox iribuynuzlu mal-qara dərman preparatlarından tələf olub

30-08-2017, 05:44 - GÖYÇAY Avtonəqliyyat ASC-nin müdiri Arif Əliyev barəsində Prezidentə şikayət dolu MÜRACİƏT

28-08-2017, 00:04 - FOTOYA DİQQƏT: Əfsanəni görənlər POLİSƏ XƏBƏR VERSİN - VİDEO

17-08-2017, 03:55 - Qubada qadını döyüb, huşsuz və yaralı halda Bakıya gətirdilər - CİNAYƏT TÖRƏDİLİB AMMA ...

16-08-2017, 13:28 - İmişli DSMF-nin əməkdaşı məndən rüşvət istədi- Babək Hüseynovla AudioMüsahibə

14-08-2017, 02:17 - Gənc əsgərlərin andiçmə mərasimi keçirilib

13-08-2017, 14:55 - Bakıda ağacları kəsib obyekt tikməyə başladılar - VİDEO

Ramiz Zeynalova bağlı olduğu iddia edilən 188 xidməti vətəndaşları aldadır - ŞİKAYƏT

Tarix:9-10-2017, 10:35 Baxış Sayı:409

Ramiz Zeynalova bağlı olduğu iddia edilən 188 xidməti vətəndaşları aldadır - ŞİKAYƏT



188 yük xidməti dedikdə hər birimizin gözləri önündə Taksi və ya evakuator xidməti canlanır. Amma əslində bu xidmətin təklifi bununlada bitmir. Bu xidmət həmdə böyük həcimli yüklərin daşınması və uzaq məsafələrə çatırılması xidmətinidə iri gönüşlü TIR vasitəsi ilə həyata keçirməkdədirlər. 188 xidməti isə “AzCargo” şirkətinə məxsus olduğu məlumatlardan biridir. “AzCargo” şirkəti müxtəlif növ tipli dəmir yük avtomobillərinə malikdir - iki və ya daha çox avtomobilləri nəql etmək üçün platforma tam və ya qismən yükləmə ilə hidravlik manipulyator və vinçlə sürüşmə platforma malikdir. Evakuasiya xidməti əlverişli dərəcədə gündə 24 saat təklif olunur.

İlkin məlumatlarda 188 xidmətinin “AzCargo” şirkəti ilə əməkdaşlıq etdikləri daha sonralar bu şirkətin logotiplərinin avtomobilərin üzərindən sökülərək sadəcə 188 ximəti yazılması ilə fəaliyyəti davam etdirilib.

Media üzərində apardığımız qısa araşdırmadan İsmixan və Rəşad Məmmədovların Ramiz Zeynalova dolayı yollarla qohumluq bağı olması meydana çıxıb. Beləki, Ramiz Zeynalovun qardaşı oğlu Aydın Zeynalovun (166 xidmətinin sahibi) ana tərəfdən qohumu olan İsmixan və Rəşad qardaşları bu qohumçuluq bağından istifadə edərək biznes üçün işlətdikləri avtomobillərin Texniki baxış müddətinin keçməsinə baxmayaraq istifadə etməkdədirlər. Və bu avtomobilərin həcmindən asılı olmayaraq Dövlət Keçid Məntəqələrində və DYP əməkdaşları tərəfindən saxlanılaraq onların ödənilməmiş cərimələrinin olmasına baxmayaraq heç bir avtomobil cərimə meydançasına qoyulmamaqdadır. Azərbaycanın bölgələrində belə fəaliyyət göstərən bu xidmətin istifadəsində olan TIR və ya digər avtomobillərin idarə edənlər DYP əməkdaşlarına rüşvət verməklə bəzən isə arxalarında duran qüvvənin gücü ilə maşınların cərimə meydançasına qoyulmasından son anda qurtulmağı bacarırlar. 188 xidmətinə məxsus avtomobillərin Ramiz Zeynalovun adı altında olmasına zəmin yaradan göstəricilərin olması isə artıq danılmaz faktorlardandır. Ramiz Zeynalovun olduğu belə iddia edilən bəzi yük daşıma xidmətlərinin sırasında məhs 188 xidmətinində adı hallanmaqdadır.

Bütün bunlarla bağlı redaksiyamıza şikayət edən vəndaşlarında məlumatlı olması artıq İsmixan və Rəşad qardaşlarının arxalandıqları şəxsin hesabına vətəndaşın hüququnu pozaraq, onun haqqı olan məvacibinin verilməməsində israrlıdırlar. Vətəndaşların nəğd ödənişlə işlədikləri məbləğlərin hansı üsulda vergisinin ödənildiyi isə qaranlıq qalan məqamlardandır. Bu şəxslərin şirkətlər arası köçürmə yolu ilə daşıdıqları yüklərin gəlirindən xəbərsiz olduqları amma nəğdləşdirmə hesabatı qadağan edildiyi halda 188 xidməti bu vasitədən mütəmaddi istifadə etməkdə olduğu sürücülər tərəfindən bildirilib.

Vətəndaşları işlə təmin etdikdən sonra onları pulsuz işlədərək, pul tələb edən şəxslərin isə işdən qovan bu şirkət bir neçə müddətdir eyni tipli oyunlarına davam etməkdədir. Bakunews.az-a müraciət edən Şərur və Lənkəran rayon sakinləri bir müddət 188 xidmətində TIR sürücüsü kimi fəaliyyətə başlayıblar müqavilə və təkliflərini arxasında durmayan İsmixan və Rəşad Məmmədov qardaşları gördükləri işdə sadə vətəndaşları aldatmaqla və onlara həm borcla, həmdə səfalət içində yaşamalarına zəmin yaratdığı barədə redaksiyamıza danışan Əliyev İbrahim və Ağayev Məhəmməd iddialarında qeyd ediblər. M.Ağayevə 3,400 manata qədər borcu olan şirkət onun pulunu verməkdən imtina edib. Beləki, Məhəmmədin qeyd etdiyinə görə bu barədə dövlət qurumlarına şikayət məktub ünvanlayıb.Aldadılaraq haqqının mənimsənildiyin iddia edən M.Ağayev İsmixan və Rəşad qardaşları tərəfindən dəfələrlə vəd edilməsinə baxmayaraq pulunu ala bilməməsini və bununla bağlı Daxili İşlər Nazirinə şikayət məktubu ünvanladığını qeyd edib. O, bildirib ki, şikayətindən az müddət sonra Lənkəran polis idarəsindən onun yaşadığı mənzilə gələn polis əməkdaşları şikayətlə bağlı ağ kağıza imza atırmaq istəyiblər. O, isə imza atmayaraq dayanmadan şikayət edəcəyinidə qeyd edib. M.Ağayev işlədiyi müddət ərzində 30-40 min manat şirkətə nəğd işlərdən aldığı pulların ödənişini etdiyi halda əmək haqqı ala bilməməsini anlaya bilmir. 4 ay yarım müddətində almadığı məvacibi tələb edərkən pulun olmadığını vurğulayan iş sahiblərinə TIR-ın təhvil verərək ayrılıb.

Məsələ ilə bağlı Rəşad Məmmədovla əlaqə saxladıq o isə yuxarıda adları çəkilən sürücülərin onlarda işlədiyini etiraf etsədə, onlara olan borcla bağlı sualımıza isə bizim kimsəyə borcumuz yoxdur.

Burdan belə görünür ki, qarşı tərəfin arqesiya ilə cavablandırdığı sualımızdan dərhal sonra “AzCargo” şirkətinin əməkdaşı olduğunu iddia edən Ruslan adlı şəxsin redaksiyamıza zəngi və məsələdən xəbərsiz olduğu aşikar bilindiyi halda müdaxilə etmək istəməsidə gülünc bir epizodun yaranmasına səbəb oldu. Bu şəxsində bizə sual edərək şikayətçilərin kimlər olduğunu və hansı iddialarının olduğunu xəbər almaq istəməsinə, tam dolğun şəkildə cavab verdikdən sonra bizə bildirdi ki, məsələni araşdırıb tam şəkildə mediaya məlumat verəcək. Amma çox təəssüflər olsun ki, bu gün medianın aparmaq istədiyi araşdırmaya dırnaqarası baxan bu şirkətin nümayəndələri 2 həftə keçməsinə baxmayaraq heç bir məlumat vermirlər. Bu gündə dinc sakinlərin hüquqularının kobud şəkildə pozulması bunların heçdə vecinə deyil. Redaksiyamıza mobil nömrə ilə edilən zəngin yiyəsi Ruslan adlı şəxsi dəfələrlə yığmağa çalışdıq amma telefonlarımıza artıq cavab verməkdən imtina edən bu şəxsin huquq məsləhətçisi olduğunu öyrənə bildik...



Yazıda adları keçən şəxslərin məsələyə münasibət bildirmək huququ vardır.

XƏBƏR LENTİ