Anons

29-11-2018, 10:42 - Hadı Rəcəbli yenə dilinin bəlasına düşüb - “143 manata normal bir ay yaşamaq olar”

30-10-2018, 16:33 - Səbail rayonuna yeni icra başçısı təyin edildi

29-10-2018, 10:28 - Zəngilanın işğalından 25 il ötür

25-10-2018, 10:05 - Azərbaycan nefti 78 dollara satılır –İki dollardan artıq ucuzlaşma var

23-10-2018, 10:48 - AMEA-nın Elmi Mərkəzi Kitabxanasında nə baş verir? – Tort kəsilir, şadyanalıq edilir

26-09-2018, 19:05 - Qadın və kişi həvəskar velosipedçilər arasında "Dövlət Müstəqillik günü"-nə həsr edilmiş Respublika açıq birinçiliyi keçiriləcəkdir

22-09-2018, 13:00 - Havanın temperaturu 2-4 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ

27-08-2018, 12:52 - TƏCİLİ - Körpə balaların Azərbaycan xalqının dəstəyinə ehtiyacı var

21-08-2018, 01:36 - Vətəndaş Lütvəli Babayevin qanunsuz əməlindən Fazil Mustafayevin xəbəri olub olmadığın soruşur

14-08-2018, 12:48 - Sel Zaqatala və Balakəndə küçələri dağıdıb, sahələri məhv edib - VİDEO

11-08-2018, 22:31 - SON DƏQİQƏ: Azərbaycanda bu kəndlərlə əlaqə kəsildiyindən əhali helikopterlərlə ərazidən çıxarılır - VİDEO

14-07-2018, 13:18 - Ekologiyamıza qənim kəsilənlər və Muxtar Babayevin susqunluğu nədən xəbər verir? - VİDEO/FOTO

13-07-2018, 16:42 - ŞOK! ŞOK! At oğrusu və müdhiş korrupsiya iddiası - SHXÇDX-də nələr baş verir?

3-07-2018, 14:10 - NAR ABUNƏÇİLƏRİNİN NƏZƏRİNƏ

3-07-2018, 05:43 - Baş verən böyük qəza ilə bağlı son məlumat - rəsmi

2-07-2018, 14:54 - Cavid Qurbanovun Bakı Dairəvi yolunda 13 min tonluq metal biznesi - Şok faktlar...

19-06-2018, 08:31 - Kolxozdan gələn gömrük generalının ziyanlı islahatı və müəmmalı keçmişi - Səfər Mehdiyev kimdir?

5-06-2018, 09:15 - Amerikanın qorxulu “Böyük Ermənistan” projesi - SENSASİON İDDİA

18-05-2018, 09:49 - Sayt əməkdaşı baş həkimə qarşı böhtan atdığı üçün işdən azad edilib

18-05-2018, 09:28 - Laçın rayonunun işğalından 26 il ötür

10-05-2018, 17:06 - Eldar Mahmudov və generalları bu şəxsin başına min oyun açdı - ŞOK FAKTLAR ÜZƏ ÇIXARDI

7-05-2018, 10:14 - Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün test mərhələsi üzrə təkrar sınaq imtahanı keçiriləcək

1-05-2018, 15:45 - Müşfiq Rəhimovun ailəsində ağır itki baş verib

20-04-2018, 09:55 - SON DƏQİQƏ Toyda partlayış - Azı 13 yaralı

18-04-2018, 09:19 - “Formula-1” yarışı ilə bağlı Bakının mərkəzi yollarında hərəkət məhdudlaşdırılacaq

9-04-2018, 17:28 - İşsiz və evsiz olan xanım müəllim, “Uşaqlarımı oxuda bilmirəm”

7-04-2018, 01:13 - Azyaşlı şagirdin məktəb direktoru ilə intim videosu qalmaqal yaradıb

2-04-2018, 10:12 - Düşmən atəşkəs rejimini 98 dəfə pozub

Əflatun Amaşov öz ənənəvi ampluasında... - Vasif Paşayev yazır...

Tarix:10-11-2017, 15:57 Baxış Sayı:633

Əflatun Amaşov öz ənənəvi ampluasında... - Vasif Paşayev yazır...

Vasif Paşayev yazır...

Bu günlərdə Mətbuat Şurası ölkə gündəmini zəbt edən kriminal xəbərlərə etiraz olaraq “geniş” bir tədbir keçirdi. Ölkənin tanınmış ziyalılarından tutmuş rəsmi dövlət qurumlarının nümayəndələrinin də iştirak etdiyi tədbirdə nələrin müzakirə edildiyi barəsində uzun-uzadı danışmaq niyyətində deyilik. Əslində əvvəlki yığıncaqlar kimi bu tədbirin də cəmiyyətdə əsaslı dönüş yaradacağına inamımımz yoxdur. Sadəcə olaraq “bıçağın sümüyə dirəndiyi” bir vaxtda MŞ-nın yenə öz ampluasında olması susqunluğun pozulması üçün zərurət yaradır. Əflatun Amaşov yenə danışdı... Həm millət vəkili kimi, həm də ölkə mətbuatına ictimai nəzarəti həyata keçirən qurumun rəhbəri kimi. Əslində bu çıxışı özünüifşa kimi dəyərləndirmək də mümkündür. Kriminal ünsürlərin mətbuatda təbliğ olunmasını, son günlər böyük əhəmiyyət kəsb edən tarixi hadisələri üstələməsini “ürəkağrısı” ilə qeyd edən MŞ sədri və millət vəkilinin necə rəzil və acınacaqlı durumda olmasını seyr etməkdən başqa çarəmiz qalmadı. Neçə illərdir ki, böyük səlahiyyətlərə sahib olan (qeyri-hökümət təşkilatı olmasına baxmayaraq: red) MŞ-na rəhbərlik edən şəxs məzlumcasına “SOS” siqnalı verir və etiraf edir ki, mətbuatımz zəlil gündədir. Bunu yaradan səbəblər barəsində isə heç kim danışmadı və ya danışmaq istəmədi. Əlahəzrət fakt isə göz qabağındadır. Özlərini “aparıcı media kapitanları” kimi cəmiyyətə sırımağa çalışan və MŞ-da təmsil olunan insanlar neçə illik fəaliyyətləri dövründə ölkə mətbuatında əsaslı dönüş yarada bilmədilər. Dönüş yaratmaqları bir yana, özləri çirkli oyunların iştirakçılarına çevrildilər.

Baş verənlərdə dövlətin günahı varmı?

Apardığımız araşdırmalar və müşahidələr göstərir ki, idarəolunmaz həddə çatmış, ənənəvi kriteriyalardan uzaqlaşmaqda olan ölkə mətbuatındakı durum cəmiyyətin müxtəlif təbəqələri tərəfindən fərqli formada dəyərləndirilir. Ümumi nəticə ondan ibarətdir ki, bu işdə günahkar dövlət və mövcud hakimiyyətdir. Bu belədirmi?... Faktiki olaraq dövlətin başçısı olan Prezident İlham Əliyevin mətbuata olan diqqəti və qayğısı göz önündədir.

Mətbuatın sağlamlaşdırılması və onun problemlərinin həll olunması istiqamətində dünyada analoqu olmayan islahatlar məhz ölkə başçısının rəhbərliyi altında həyata keçirilir. Redaksiyaların borclarından tutmuş jurnalistlərə verilən evlərə qədər dediklərimizə əyani sübutdur. Mətbuatın inkişafı üçün ayrılan milyonların aqibəti ilə bağlı isə gələn yazılarımızda ətraflı bəhs edəcəyik. Çünki bu, daha ciddi məsələlərdən xəbər verir. Məntiqi bir sual yaranır. Əgər dövlətin başçısı ilin-günün bu vaxtında milyonlarla vəsaitin mətbuatın inkişafı istiqamətində ayrılmasına qərar verirsə və bu işləri həyata keçirmək üçün KİVDF (qeyd edək ki, bu qurum da dövlət büdcəsindən maliyyələşir: red) deyilən qurum təsis olunursa, bununla paralel Mətbuat Şurası deyilən bir qurum da fəaliyyət göstərirsə deməli ilk baxışda hər şey qaydasında olmalıdır. Bəs nə baş verir??? Belə çıxır ki, dövlətin mətbuat siyasətinə mənsub olan şəxslər yerində deyillər və ya öz işlərinə məsuliyyətsiz yanaşırlar. Məhz bunun nəticəsində Azərbaycan mətbuatı acınacaqlı durumla üz-üzə qalıb. Büdcədən ayrılan vəsaitlər boş-boşuna havaya sovrulur, nəşr edilən qəzetlər makulaturaya çevrilir, bəzi qəzetlərin rəsmi internet saytları isə oxucu auditoriyasından məhrum olur. Həmin nəşrlərin rəhbərləri özlərini “kolxoz sədrləri” kimi (bu yanaşmanı hamısına aid etmək olmaz: red) aparmaqla ictimai qınaq obyektinə çevriliblər. Dövlətin kifayət qədər strateji sahə hesab olunan informasiya və təbliğat sektoruna ayırdığı diqqət və qayğı aşağıdakı instansiyalar və bu işlərə məsul olan şəxslər tərəfindən darmadağın edilir, bununla da, cəmiyyətdə arzuolunmaz vəziyyət yaranır və nəticə etibarilə adıçəkilən sahədə ciddi çatlar əmələ gəlir. Bu çatlardan isə dövlətçiliyimizə qarşı köklənmiş qüvvələrin istifadə edəcəyi qaçılmazdır. Mövcud mənzərə onu deməyə əsas verir ki, yaranmış situasiyada məsuliyyət dovlətin deyil, öz işinin öhdəsindən gəlməyən, şəxsi maraqlarını dövlət və milli maraqlardan üstün tutam məmurların üzərinə düşür.

Hüquq-mühafizə orqanları mətbuatda kök salmış cinayətkar şəbəkələrə qarşı “vuruşmaq” zorunda qalıb

MŞ-nın öz işinin öhdəsindən gəlməməsi, praktiki olaraq mətbuata ictimai nəzarəti itirməsi, o cümlədən MŞ-nın idarə heyətində və ətrafında olan insanların cəmiyyətdə formalaşmış qeyri-sağlam imici bu sektorda özbaşınalığın yaranmasının əsas səbəblərindən biridir. MŞ-nın rəsmiləri dəfələrlə çıxışlarında qeyd edirlər ki, geniş səlahiyyətləri olmadığı üçün müəyyən məsələlərdə aktiv fəaliyyət göstərə bilmirlər. Xüsusilə “reket” jurnalistikaya qarşı mübarizədə onlar sadaladığımız faktoru daha qabarıq şəkildə önə çəkirlər. Bəli, bu yanaşma ilə biz də hardasa razıyıq. Amma MŞ-nın yaranmış vəziyyətdən çıxış yollarını araşdırmaq və müzakirə aparmaq hüququ var. Bu hüquqdan bəhrələnən şura üzvləri, başda Əflatun Amaşov olmaqla rəsmi dövlət qurumlarına təkliflərlə müraciət etmək səlahiyyətlərinə malikdir. Belə çıxır ki, MŞ ya bu imkandan istifadə etməyib ya da, dövlət qurumları bu müraciətləri saya almırlar. Ölkə başçısının ayırdığı diqqətdən maksimum dərəcədə bəhrələnən MŞ-nın və digər qurumların başı özlərinə o qədər qarışıb ki, Azərbaycan mətbuatı “cinayətkar yuvası”na çevrilib. Adını və soyadını düzgün yazmağı bacarmayan ünsürlər, heç bir məqalədə imzası olmayan qeyri-peşəkarlar bu sahədə “at oynadır”. Belələrinə qarşı mübarizə aparmaq əvəzinə MŞ peşəkar jurnalistlərə qarşı cəbhə açır, tənqidi medianı susdurmağa çalışır və bununla da xoşagəlməz tendensiyanın əsasını qoyur. Informasiya və təbliğat sektorunda yaranmış acınacaqlı durum və cəzasızlıq mühiti sonda burada kriminallaşmış şəbəkələrin yaranmasına münbit şərait yaradır. Bu vəziyyət isə hüquq-mühafizə orqanlarının baş verənlərə müdaxiləsi zərurətini ortaya qoyur. Əgər MŞ başda olmaqla bu sahəyə məsul olan şəxslər mövcud qanunvericilik bazası çərçivəsində öz işlərinə məsuliyyətlə yanaşsaydılar, nəfslərinə qənim kəsilib şəxsi maraqlarını dövlət maraqlarına qurban verməyi bacarsaydılar nə hazırki kriminal mühit yaranardı, nə də hüquq-mühafizə orqanlarının bu sahəyə müdaxiləsi zərurəti ortaya çıxardı. Bəli, Əflatun Amaşov, sizin rəhbərlik etdiyiniz MŞ məmurlaşmış quruma çevrilib. Sizin ətrafınızdakılar özlərini nəinki məmur kimi, hətta, bəzi hallarda ondan da yuxarı səviyyədə təsəvvür edirlər. Siz və ətrafınızdakılar Azərbaycan mətbuatını elə duruma salmısınız ki, bir çox hallarda ictimaiyyət nümayəndələri jurnalist adı eşidəndə ağız büzürlər. Mətbuatın problemlərinə lazımi diqqət ayırmamağınız hazırda qeyri-peşəkarların (qədim peşənin sahibləri daxil olmaqla: red) bu sahəyə axınını sürətləndirib. Məhz buna görə də hüquq-mühafizə orqanları (DTX, DİN, Prokurorluq və məhkəmə sitemi nəzərdə tutulur: red) Sizin “yetişdirdiyiniz” tör-töküntüləri təmizləməklə məşğuldur.

MŞ-nın ötür-ötür oyunu

Bu günlərdə İctimai Televiziyada yayımlanan verilişlərin birinin qonağı olan Əflatun Amaşova və onun həmkarlarına jurnalistin ünvanladığı sual diqqət çəkdi. Verilişin aparıcısı israrla kriminal avtoritetlərin təbliğatını aparan mətbu orqanların adlarının açıqlanmasını istəsə də Əflatun Amaşov bu sualdan yayındı. Səbəbi gün kimi aydındır. Çünki bu mətbu orqanlarının içində Əflatun Amaşovun “stavka” etdiyi saytlar və qəzetlər, o cümlədən dövlətdən ev və maliyyə yardımı alan şəxslər də var. Bunun nə ilə nəticələnəcəyini gözəl anlayan Əflatun Amaşovun sualı yayındırmaqdan başqa çarəsi qalmadı. Eləcə də onun həmkarları konkret sualdan yayındılar. Haqlısınz, Əflatun Amaşov! Əksər internet portalları və mətbu nəşrlər kriminal avtoritetlərin təbliğatını böyük həvəslə həyata keçirirlər. Bilirsinizmi niyə?...Çünki Azərbaycan mətbuatında kriminala meylli insanlar həddindən artıq çoxdur. Həmin insanların mətbuata soxulmasında isə sizin və komandanızın böyük “xidmətləri” var. Dünyanın bir nömrəli terrorçusu hesab olunan Üsəma Ben Ladeni yetişdirib sonradan onun əlində aciz qalan böyük güclər kimi siz də kriminallaşmış mətbuatın əsirinə çevrilmisiniz. Ona görə də konkret adlar çəkməkdən yayınmaqla ötür-ötür oyununa rəvac verirsiniz. Kriminal avtoritetlərə müsbət yanaşma tərzi ilə seçilən deputat həmkarlarınızın və eləcə də, kriminal “razborkalar”da iştirak edən məmurların adlarının çəkilməsinə isə sizin cəsarətiniz çatmadı. Cəsarətsiz insanlar isə Azərbaycan mətbuatını mövcud acınacaqlı durumdan çıxara bilməz.

Bu məqalə növbəti yazılarımızın başlanğıcıdır. Əflatun Amaşovdan fərqli olaraq cəsarətimizə güvənərək dövlətimiz və milli maraqlarımız üçün mühüm əhəmiyyət kəsb edən bir sahənin acınacaqlı duruma düşməsinə biganə qala bilmərik. Bu yolda əlimizdən gələni edəcəyik. Əvəzində isə başqalarından fərqli olaraq nə mənzil, nə də maddi yardım umuruq. Əksinə, ehtimal edirik ki, bu yazımızdan sonra kimlərsə bizə qarşı qarayaxma kampaniyasina start verə bilər. Necə ki, bir vaxtlar sizin “dirijorluğ”unuz ilə bu sayaq addımların şahidi olmuşuq. Bizə qarşı atacağınız hər bir addıma hüquqi əsaslarla və faktlarla cavab verəcək qədər gücümüzün, cəsarətimizin olacağına şübhə etməyin. Bu gün siz Azərbaycan mətbuatının problemlərini qanunverici orqan olan Milli Məclisə daşıyacaq qədər səlahiyyətə maliksiniz. Bundan yuxarı sizə hansı səlahiyyətlər verilməlidir ki, acınacaqlı durumda olan Azərbaycan mətbuatını bu vəziyyətdən çıxarasınız? Siz isə, hələ də öz ampluanızdasınız!...
"Vediinfo.az" saytının baş redaktoru

XƏBƏR LENTİ