Anons

29-11-2018, 10:42 - Hadı Rəcəbli yenə dilinin bəlasına düşüb - “143 manata normal bir ay yaşamaq olar”

30-10-2018, 16:33 - Səbail rayonuna yeni icra başçısı təyin edildi

29-10-2018, 10:28 - Zəngilanın işğalından 25 il ötür

25-10-2018, 10:05 - Azərbaycan nefti 78 dollara satılır –İki dollardan artıq ucuzlaşma var

23-10-2018, 10:48 - AMEA-nın Elmi Mərkəzi Kitabxanasında nə baş verir? – Tort kəsilir, şadyanalıq edilir

26-09-2018, 19:05 - Qadın və kişi həvəskar velosipedçilər arasında "Dövlət Müstəqillik günü"-nə həsr edilmiş Respublika açıq birinçiliyi keçiriləcəkdir

22-09-2018, 13:00 - Havanın temperaturu 2-4 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ

27-08-2018, 12:52 - TƏCİLİ - Körpə balaların Azərbaycan xalqının dəstəyinə ehtiyacı var

21-08-2018, 01:36 - Vətəndaş Lütvəli Babayevin qanunsuz əməlindən Fazil Mustafayevin xəbəri olub olmadığın soruşur

14-08-2018, 12:48 - Sel Zaqatala və Balakəndə küçələri dağıdıb, sahələri məhv edib - VİDEO

11-08-2018, 22:31 - SON DƏQİQƏ: Azərbaycanda bu kəndlərlə əlaqə kəsildiyindən əhali helikopterlərlə ərazidən çıxarılır - VİDEO

14-07-2018, 13:18 - Ekologiyamıza qənim kəsilənlər və Muxtar Babayevin susqunluğu nədən xəbər verir? - VİDEO/FOTO

13-07-2018, 16:42 - ŞOK! ŞOK! At oğrusu və müdhiş korrupsiya iddiası - SHXÇDX-də nələr baş verir?

3-07-2018, 14:10 - NAR ABUNƏÇİLƏRİNİN NƏZƏRİNƏ

3-07-2018, 05:43 - Baş verən böyük qəza ilə bağlı son məlumat - rəsmi

2-07-2018, 14:54 - Cavid Qurbanovun Bakı Dairəvi yolunda 13 min tonluq metal biznesi - Şok faktlar...

19-06-2018, 08:31 - Kolxozdan gələn gömrük generalının ziyanlı islahatı və müəmmalı keçmişi - Səfər Mehdiyev kimdir?

5-06-2018, 09:15 - Amerikanın qorxulu “Böyük Ermənistan” projesi - SENSASİON İDDİA

18-05-2018, 09:49 - Sayt əməkdaşı baş həkimə qarşı böhtan atdığı üçün işdən azad edilib

18-05-2018, 09:28 - Laçın rayonunun işğalından 26 il ötür

10-05-2018, 17:06 - Eldar Mahmudov və generalları bu şəxsin başına min oyun açdı - ŞOK FAKTLAR ÜZƏ ÇIXARDI

7-05-2018, 10:14 - Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün test mərhələsi üzrə təkrar sınaq imtahanı keçiriləcək

1-05-2018, 15:45 - Müşfiq Rəhimovun ailəsində ağır itki baş verib

20-04-2018, 09:55 - SON DƏQİQƏ Toyda partlayış - Azı 13 yaralı

18-04-2018, 09:19 - “Formula-1” yarışı ilə bağlı Bakının mərkəzi yollarında hərəkət məhdudlaşdırılacaq

9-04-2018, 17:28 - İşsiz və evsiz olan xanım müəllim, “Uşaqlarımı oxuda bilmirəm”

7-04-2018, 01:13 - Azyaşlı şagirdin məktəb direktoru ilə intim videosu qalmaqal yaradıb

2-04-2018, 10:12 - Düşmən atəşkəs rejimini 98 dəfə pozub

Sumqayıtda bayraq dalğalandıranlar həbs oluna bilər - İş adamları təhlükə qaşısında

Tarix:13-11-2017, 14:31 Baxış Sayı:661

Sumqayıtda bayraq dalğalandıranlar həbs oluna bilər - İş adamları təhlükə qaşısında

Sumqayıtın icra başçısı Zakir Fərəcovun iş adamlarını aldadaraq onların milyon manatlarını mənimsəməsi ilə bağlı faktlar Realliq.az (Realliq.info) saytında dərc olunandan sonra sahibkarlar müxtəlif hədələrlə üzləşiblər. Hazırda həbsdə olan və 8 milyon manat pulunu Sumqayıt şəhərinin abadlaşdırılması üçün xərcləyən Müqayis Verdiyev və digər 12 iş adamı Zakir Fərəcovun yaxın ətrafı tərəfindən müxtəlif təzyiqlərə məruz qalıb.
Icra başçısının müavinləri və “qara kassası” hesab edilən Adil Xudadatovun hədələri artıq hər gün davam edir. İş adamlarının rəsmi dövlət qurumlarına müraciəti və qəbullarda olmaları qarşı tərəfin narahatçılığına səbəb olub. Məhz buna görə vətəndaşları həbs etdirməklə hədələyən Zakir Fərəcov onlardan susmağı tələb edir.

Sumqayıtda bayraq dalğalandıranlar həbs oluna bilər - İş adamları təhlükə qaşısında


Xatırladım ki, Realliq.az (Realliq.info) saytı bu məmurun qanunsuz əməllərindən geniş bəhs edib. Akif Çoxdarov və Eldar Mahmudovun yaxın dostu olan icra başçısı o vaxt olduğu kimi indi də haqqını tələb edənləri zor gücü və işgəncələrlə susdurmağa üstünlük verir. Sumqayıtlılar bu məmurun qanunsuz əməllərində cana doyublar. İnsanların həyatına təhlükə yaradan Zakir Fərəcovun növbəti addımları daha təhlükəli ola bilər. Var dövlətini

Sumqayıtın abadlaşdırılmasına xərcləyən iş adamlarının Prezident Aparatının rəsmilərinə müraciəti icra başçısını qəzəbləndirib.
Heç bir orqanı saymayan Zakir Fərəcovun Sumqayıtda istənilən şəxsi şərləyərək cəzalandırması adi hala çevrilib. Polis rəisinin əli ilə narazılıq edənləri işgəncələrə məruz qoyan bu məmur, indi haqqını tələb edib ölkə başçısına müraciət edən iş adamlarını da cəzalndırmaq istəyir. Zakir Fərəcovun tələbi aydındır: Pulları qaytarmır və hamı susmalıdır. Lakin iş adamları borc içində qalıblar. Onlar texnika və avadanlıq aldıqları şirkət və ya mağazalara küllü-miqdarda borcludurlar. Belə olan halda Zakir Fərəcovun dövlətin ayırdığı vəsaiti mənimsəmək üçün onların pullarını qaytarmaması borc sahiblərini də çətin duruma salıb.

Sumqayıt meri olunan şikayətləri nəzərə almır. Ona iş adamlarına olan borcu qaytarmaq üçün verilən tapşırıqlara məhəl qoymur. Özünü “Akula” adlandıran icra başçısı Adil Xudadatov və müavinləri vasitəsilə açıq mesaj verir: “Hamını həbs etdirin”.
Hamıya məlumdur ki, qarşıda seçki ilidir. Ölkə başçısının rəqibləri də narazı kütlənin çoxalmasını istəyirlər. Onlara bu əməlləri ilə xidmət edən Zakir Fərəcov Prezidentə qarşı siyasət apararaq gizli istəklərini həyata keçirmək istəyir. Qəribə də olsa dövlətin aidiyyatı qurumları bir məmurun kütləvi narazılıq yaratmasına susmaqla cavab verirlər. İcra başçısını cəzalandırmaq istəməyən yüksək qurumların Fərəcovları qanundan üst tutmalarına ad vermək olmur. İş adamlarını da bu məqam narahat edir. Pullarını mənimsəyən bir icra başçısının qanunsuzluğuna və özbaşınalığına susanlar dövlətin siyasətinə qarşı olmaqdadırlar.

Sumqayıtda bayraq dalğalandıranlar həbs oluna bilər - İş adamları təhlükə qaşısında


Bu yaxında ölkədə müqəddəs bayram sayılan “Bayraq günü” qeyd olundu. Lakin olkəni müxtəlif şəhər və rayonlarında 8 bayraq ucaldan Müqayis Verdiyev bu bayramı həbsxanada qeyd etdi. Haqlı iradları var iş adamının. Doğma bayrağı ucaltmaq üçün pulundan olan Müqayis Verdiyevə verilən qiymət sadəcə həbsxanada ömrünü çürütmək qədər oldu. Onun dalğalandırdığı bayrağın yanından keçən Zakir Fərəcov isə çəkilən əməyi öz adı ilə bağlamaqdan utanmadı.

Digər iş adamı Məhəmməd Əsgərov da Sumqayıtda bayraq dalğalandırmaq üçün 40000 dollar (bayrağın alınması üçün ) pul xərcləyib. İndi bu iş adamı da çarəsiz durumda müraciətlər edir, qəbullara üz tutub Zakir Fərəcovun özbaşınalığından bəhs edir. Onlar ümid edir ki, Azərbaycanın qanunları bir gün icra başçısının qanunsuz əməllərinin qarşısına sədd çəkəcək və dəymiş ziyan ödəniləcək. Zakir Fərəcov isə onları Sumqayıtda müqəddəs bayrağı alıb ucaldan Məhəmməd Əsgərovu hədələməklə və həbs etdirməklə susdurmaq istəyir. Adil Xudadatov kimi dələduzluq üstə həbs olunan və sonra mükafatlandırılan yaxınları vasitəsilə “sizi tutduracağam” – mesajı verən icra başçısı indi də Bakı meri olmaq istəyir.

Bir vaxtlar Bakının icra başçısı Hacıbala Abutalıbovdan silsilə məqlələr yazdıran Zakir Fərəcov indi dostlarını itirmiş durumdadır. MTN ləğv olunandan sonra onun yerinə yaranmış Dövlət Təhlükəsizlik Xidməti Z.Fərəcovun dostlarını ağır ittihamlarla həbs etdi. Həbs olunanlar Sumqayıt merinin yaxın dostları və mediada sifariş icra edən kadrları idi. Onlar həbs olunanda Daşkəsəninn icra başçısı Əhəd Abıyev maraqlı açıqlama yayaraq DTX tərəfindən saxlanılanların Zakir Fərəcovla dost olduqlarını söyləmişdi. Hətta Əhəd müəllim onları məhkəməyə verəndə Zakir Fərəcovun xahişi ilə bağışladığını gizlətmədi.

Qəribə də olsa Sumqayıt meri həmin şəxslərin əli ilə bir sıra məmuru şantaj etmişdi. Bununla yanaşı Bakı merindən silsilə tənqidi yazıları safaris etməklə növbəti qanunsuzluğa imza atmışdı. Lakin onların həbsi Zakir Fərəcovun da cəzalanacağını sürətləndirməyə təkan vermədi. Bundan sonra da fəaliyyəti ilə dövlətə 10 milyonlarla ziyan vuran Fərəcov şəhəri varını talamaqda, insanları narazı salmaqda davam edir.
İndi, Müqayis Verdiyev kimi haqqını tələb edən digər iş adamları da icra başçısının qanunsuz təzyiqləri ilə üz-üzə qalıblar. Onlar Sumqayıt bulvarı üçün xərclədikləri pulları tələb edirlər. Milyonlarla vəsaiti mənimsəyən Zakir Fərəcov isə etirazlara məhəl qoymur və qaydalara sığmayan əməllərini davam etdirir.

Müqayiş Verdiyevdən başqa Realliq.info zərərçəkmiş 12 iş adamının adlarını və xərclədikləri vəsaiti bir daha təqdim edir:

Aydın Abdullayev -119532 manat

İsa Qasımov -136500 manat

Eyvaz Abbasov – 201600 manat

Məhəmməd Əsgərov -176924 manat, 40000 dollar (bayrağın alınması üçün )

Çingiz Mansurov -248300 manat

Bilal Piriyev – 98339,50 manat

Rəşad Abbasov – 35600 manat

Bəxtiyar Əlinağıyev – 10270 manat

Zöhrab Rzayev – 264280 manat

İlham Məmmədov – 297000manat

Elçin Qarayev – 36000 manat

Allahverdiyev Ruslan - 283 000 manat


Hazırda həbsdə olan Müqayis Verdiyev isə 8 milyondan artıq pulunu icra başçısından ala bilmir. Iş adamını müflis edən icra başçısı onu həbsxanada belə hədləməkdən çəkinmir.
Ardı var.

Realliq.az (Realliq.info)

XƏBƏR LENTİ