Anons

29-11-2018, 10:42 - Hadı Rəcəbli yenə dilinin bəlasına düşüb - “143 manata normal bir ay yaşamaq olar”

30-10-2018, 16:33 - Səbail rayonuna yeni icra başçısı təyin edildi

29-10-2018, 10:28 - Zəngilanın işğalından 25 il ötür

25-10-2018, 10:05 - Azərbaycan nefti 78 dollara satılır –İki dollardan artıq ucuzlaşma var

23-10-2018, 10:48 - AMEA-nın Elmi Mərkəzi Kitabxanasında nə baş verir? – Tort kəsilir, şadyanalıq edilir

26-09-2018, 19:05 - Qadın və kişi həvəskar velosipedçilər arasında "Dövlət Müstəqillik günü"-nə həsr edilmiş Respublika açıq birinçiliyi keçiriləcəkdir

22-09-2018, 13:00 - Havanın temperaturu 2-4 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ

27-08-2018, 12:52 - TƏCİLİ - Körpə balaların Azərbaycan xalqının dəstəyinə ehtiyacı var

21-08-2018, 01:36 - Vətəndaş Lütvəli Babayevin qanunsuz əməlindən Fazil Mustafayevin xəbəri olub olmadığın soruşur

14-08-2018, 12:48 - Sel Zaqatala və Balakəndə küçələri dağıdıb, sahələri məhv edib - VİDEO

11-08-2018, 22:31 - SON DƏQİQƏ: Azərbaycanda bu kəndlərlə əlaqə kəsildiyindən əhali helikopterlərlə ərazidən çıxarılır - VİDEO

14-07-2018, 13:18 - Ekologiyamıza qənim kəsilənlər və Muxtar Babayevin susqunluğu nədən xəbər verir? - VİDEO/FOTO

13-07-2018, 16:42 - ŞOK! ŞOK! At oğrusu və müdhiş korrupsiya iddiası - SHXÇDX-də nələr baş verir?

3-07-2018, 14:10 - NAR ABUNƏÇİLƏRİNİN NƏZƏRİNƏ

3-07-2018, 05:43 - Baş verən böyük qəza ilə bağlı son məlumat - rəsmi

2-07-2018, 14:54 - Cavid Qurbanovun Bakı Dairəvi yolunda 13 min tonluq metal biznesi - Şok faktlar...

19-06-2018, 08:31 - Kolxozdan gələn gömrük generalının ziyanlı islahatı və müəmmalı keçmişi - Səfər Mehdiyev kimdir?

5-06-2018, 09:15 - Amerikanın qorxulu “Böyük Ermənistan” projesi - SENSASİON İDDİA

18-05-2018, 09:49 - Sayt əməkdaşı baş həkimə qarşı böhtan atdığı üçün işdən azad edilib

18-05-2018, 09:28 - Laçın rayonunun işğalından 26 il ötür

10-05-2018, 17:06 - Eldar Mahmudov və generalları bu şəxsin başına min oyun açdı - ŞOK FAKTLAR ÜZƏ ÇIXARDI

7-05-2018, 10:14 - Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün test mərhələsi üzrə təkrar sınaq imtahanı keçiriləcək

1-05-2018, 15:45 - Müşfiq Rəhimovun ailəsində ağır itki baş verib

20-04-2018, 09:55 - SON DƏQİQƏ Toyda partlayış - Azı 13 yaralı

18-04-2018, 09:19 - “Formula-1” yarışı ilə bağlı Bakının mərkəzi yollarında hərəkət məhdudlaşdırılacaq

9-04-2018, 17:28 - İşsiz və evsiz olan xanım müəllim, “Uşaqlarımı oxuda bilmirəm”

7-04-2018, 01:13 - Azyaşlı şagirdin məktəb direktoru ilə intim videosu qalmaqal yaradıb

2-04-2018, 10:12 - Düşmən atəşkəs rejimini 98 dəfə pozub

Heydərovların maliyyəsi ilə dəyişən zehniyyət - Aynur Camalqızı

Tarix:17-11-2017, 13:57 Baxış Sayı:3 947

Heydərovların maliyyəsi ilə dəyişən zehniyyət - Aynur Camalqızı

Kim zəmanət verə bilər ki, Aynur Camal zehniyyəti sabah Kəmaləddin və ya Tale Heydərovlara da “Pleyboy”, “qumarbaz”, “qadın düşkünü”... yarlıkı vurmayacaq?

Aynur Camalın rəhbərlik etdiyi media qrupun Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov tərəfindən himayə edilməsi ilə bağlı fikirlər bu günə kimi inkar edilməyib.

“İlham Əliyev bütün “fəxri adları”, “titulları”, hobbiləri ilə bahəm “tədqiq” olunur. “Pleyboy”, “qumarbaz”, “qadın düşkünü”... Yeni baş nazirin tərcümeyi – halındakı bu “parlaq” nüanslara bəlkə də önəm verməmək olar və zənnimcə ilin – günün bu vaxtında varisin kazinoda bir dəfəyə yeddi – səkkiz milyon dollar uduzması ilə Azərbaycan ictimaiyyətini şoka salmaq mənasızdır. İctimai rəydə onun “əfsanəvi kazino qəhrəmanı” obrazını cızmağa da lüzum yoxdur”. Yuxarıda qeyd edilən cümlələrin hətta təkrar edilməsi nə qədər məsulyyətli olsa da, lakin diqqətli oxucuların, ən başlıcası isə başlarının üstünə Ulu Öndər Heydər Əliyevin, xidməti otaqlarındakı masalarının üzərində isə cənab Prezidentin şəkilini qoyub bu fikirlərin müəllifinə hər ay fəaliyyətləri üçün yüz min manatlarla vəsait verən məmurların oxuması daha vacibdir. Qeyd edək ki, həmin cümlələrin müəllifi dünənin ən radikal müxalif yazarı, bu günün isə ən imkanlı media holdinqlərindən birinin sahibi Aynur Camaldır (Quliyeva). Xatırladaq ki, Aynur Camal “Şahzadə” adlı köşəsini cənab Prezidentin Baş nazir təyinatından sonra yazıb və dərc etdirib. Bəzi məmurlar səhər yediklərini nahara qədər unutsalar da, xatırladaq ki, nə Aynur Camalın qeyd etdiyi kimi “ictimai rəydə” heç nə unudulmur. Həm də bu o qədər də uzun keçmişə aid düşüncə tərzi də deyil ki, həmən unudulsun. Diqqətli oxucuların nəzərinə çatdıraq ki, “Gündəlik Teleqraf” holdinqin sahibi Aynur Camalın qərəzi, hikkəsi yalnız cənab Prezidentin təhqiri ilə sərhədlənməyib. Aynur Camal bu məsələdə bir azda irəli gedərək, müasir Azərbaycanın qurucusu mərhum Ulu Öndər Heydər Əliyevin ölüm xəbərini ona gətirənə nişan üzüyünü belə hədiyyə olaraq vəd edirdi. Həm də vədini köşəyə çevirib dərc etdirərək. Bəs nə dəyişdi? Bu qədər nifrət, qəddar düşüncə, qisas, hikkə üzərində formalaşan zehniyyətin dəyişməsinə nə səbəb oldu? Və ya kimlər dövriyyəyə girdi?

Qeyd edək ki, Aynur Camalın rəhbərlik etdiyi media qrupun Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov tərəfindən himayə edilməsi ilə bağlı fikirlər bu günə kimi inkar edilməyib. Hesab edirik ki, yaddaşlara hakim kəsilmiş qənaətin inkarı da lüzumsuzdur. Zamanının kifayət qədər maddi sıxıntılar içərisində yaşayan və işləyən müxbirlərindən biri olub Aynur Camal. Daha sonra bir təsadüfi xarici səfər sonrası eyni təsadüflərlə müşayət edilən görüş və sonucda millət vəkili mandatı. Hesab etmirik ki, Aynur Camal “mən millət vəkili olarkən qurduğum media holdinqin pulunu əmək haqqımdan yığırdım” deyə sadəlövh cavab versin. Nə biz, nə də yenə də öz təbiri ilə desək “ictima rəy” sözsüz ki, bu yoruma ciddi önəm verməyəcək. Bəs elə isə...

Hələ Gömrük Komitəsinin sədri vəzifəsində olarkən Kəmaləddin Heydərovun iqtisadi imperiyası ilə bağlı onlarla deyil, hətta yüzlərlə araşdırmalar, məqalələr yazılıb. Bir dövlət görəvlisinin bu qədər sərvətə necə sahib olması bir başqa mövzudur. Lakin “iqtisadi imperiya” ilə bağlı məsələlər səngiməmiş özünü zamanənin fövqəlnaziri hesab edən Kəmaləddin Heydərovun “media imperiyası” ilə bağlı söhbətlər müzakirə mövzusu oldu. Ədalət naminə deyək ki, fövqəlnazirin “stavka” etdikləri, bu günün media holdinq rəhbərləri son on ildən bir az artıq müddətdə hətta həmkarları içərisində ən imkansız kateqoriyaya aid olanlar oldu. Əslində hesab edirik ki, bu da fövqəlnazirin gələcəyə hesablanmış uzaq görən gedişi idi. Yəni “insan çiy süd əmib” prinsipi. Digər tərəfdən kim zəmanət verə bilər ki, Aynur Camal zehniyyəti sabah Kəmaləddin və ya Tale Heydərovlara da “Pleyboy”, “qumarbaz”, “qadın düşkünü”... yarlıkı vurmayacaq? Zamanında bir ölüm xəbərinə yeganə qiymətlisi nişan üzüyünü hədiyyə olaraq vəd edən bu xanım kim bilir sabah daha kimlərin ölüm xəbəri üçün nələrini vəd edər? Axı bundan sonra hədiyyə vəd edən o günlərin Aynur Camalı yox, media holdinq rəhbəri Aynur Camaldır. Və bu kardinal dəyişikliyin olması da mümkündür. Çünki bir dəfə xəyanət edən üçün növbəti xəyanətin edilməsi zamanı artıq “ictima rəy”də nəzərə alınmır. Bəlkə növbəti “stavkada” daha ciddi maddi imkanlar vədi olacaq.

Mövzuya qayıdacağıq.

Yazıda adı çəkilən şəxslərində mövqelərini dərc etməyə hazırıq.

BakuNews.az

XƏBƏR LENTİ