Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəylik Oyunlarında Azərbaycanın kişi voleybolçulardan ibarət millisi medalsız qalıb.
bakunews.az-nun report-a istinadən verdiyi məlumata görə, milli üçüncülük uğrunda görüşdə meydan sahibi Türkiyəyə 1:3 (23:25, 25:22, 26:28, 14: 25) hesabı ilə uduzub.
Qeyd edək ki, bu gün Azərbaycanın qadın voleybol millisi də üçüncülük uğrunda Kamerunla qarşılaşacaq. Həmin görüş Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.
bakunews.az