Anons

1-12-2017, 08:52 - Heydər Əliyev adına liseyin müəlliməsi Prezidentə və Vitse-prezidentə - Açıq Məktub

17-11-2017, 13:57 - Heydərovların maliyyəsi ilə dəyişən zehniyyət - Aynur Camalqızı

15-11-2017, 14:48 - Saytların girişinə məhdudiyyətlər qoyulur - Vasif Paşayev

14-11-2017, 14:18 - AYNUR CAMALQIZI – BİZNESMEN XANIMI, FÖVQƏLNAZİRİN SEVİMLİSİ VƏ...

10-11-2017, 12:49 - Təhsil idarə müdirəsi muhasibi işdən azad etdi! - Yerinə oğlunun müdirinin xanımını götürdü İDDİA

10-11-2017, 09:58 - Gömrük sisteminin daha bir müəmmalı fiquru…– 38 YAŞINDA DİPLOM ALAN GENERAL

5-11-2017, 19:22 - Gürcüstan Gömrük Keçid Məntəqələrində rüşvət mexanizmi işə salındı? - ŞOK İDDİALAR

1-11-2017, 12:59 - “Az-Granata” MMC-nin konyakı daha iki vətəndaşı zəhərlədi

30-10-2017, 01:04 - Masallıda iş adamı Fəxrəddin Baxışov Azərsu ASC tərəfindən 60 min cərimələndi – Mənimsəmə faktları aşkarlanıb

30-10-2017, 00:18 - Vətəndaş Nəsirov İsmayıl Ədliyyə naziri Fikrət Məmmədova media vasitəsi ilə ŞİKAYƏT ETDİ

27-10-2017, 14:07 - Bakıda məktəb direktorunun əxlaqsız təklifi müəlliməni işsiz qoydu… – VİDEO – FOTO

26-10-2017, 09:16 - Ermənistanın blokadasına Gürcüstan da qoşulur - düşmən şokda

23-10-2017, 09:11 - Azərbaycana qarşı Gürcüstan sərhədində edilən hörmətsizlik - Qanun tanımayan qonşu GÖMRÜK keçid əməkdaşları

17-10-2017, 11:22 - İcra başçısı “fövqəlnazir”lə “Mətanət A” şirkəti arasında qalıb

16-10-2017, 09:33 - Qusarda şok olay - Polislər meşə gözətçisini xəstəxanalıq edib+FOTO

11-10-2017, 18:41 - Erməni əsgərin əlində qumbara partlayıb

10-10-2017, 12:30 - Ramiz Zeynalovun Yevlax “MERO”sundakı rəis qohumunun ilginc korrupsiyası - VİDEO

6-10-2017, 20:26 - Əxlaqsızlıq yuvasında 'ƏDALƏT' höküm sürür - Hakim qərarı ilə 50 nəfəri çörəyindən etdi...

5-10-2017, 17:30 - İlham Əliyev Qərblə strateji sazişi anons etdi

5-10-2017, 17:23 - Məcburi köçkünlər Şəkinin icra başçısından prezidentə şikayət etdilər-

3-10-2017, 20:48 - 'Hacı' titullu iş adamı... Zakir Fərəcov kimi 'moşennik'lərin cavabını tək verməyə hazıram - İTTİHAM

3-10-2017, 20:05 - Ağcabədi “MERO”-da Babək Mərdanovla Xaqani Həsənov bazarı

3-10-2017, 19:34 - Göyçayda icra başçısı ilə bələdiyyə sədri vətəndaşın torpağını əlindən aldı- ŞOK İDDİA

3-10-2017, 18:59 -  Elman Nigaran Sumqayıt ŞPİ-nə çağrılıb

26-09-2017, 12:18 - Vətəndaş Kəmalə Mehdiyeva Prezident İlham Əliyevə Müraciət etdi - ŞİKAYƏT

20-09-2017, 11:05 - Xırdalan şəhər 1 saylı məktəblə bağlı iddialar əsasız çıxdı - Araşdırma

18-09-2017, 14:20 - Daha bir varlı oğlu Lexusu ilə yolu keçən piyadanı vurub, öldürdü - QANLI təfərrüat

16-09-2017, 23:46 - DİQQƏT! Paytaxtda profesional oğru peyda olub - FOTOLAR

ERMƏNİLƏRLƏ İŞBİRLİYİNDƏ OLAN ƏBÜLFƏZ MƏLİKOVA YARADILAN İMKANLAR...

Tarix:4-12-2017, 18:59 Baxış Sayı:245

ERMƏNİLƏRLƏ İŞBİRLİYİNDƏ OLAN ƏBÜLFƏZ MƏLİKOVA YARADILAN İMKANLAR...

Xatıqladaq ki, bir müddət əvvəl musavat.com-da “General Çovdarova “peredaça” daşıyan adamı bilindi – “Broker Əbülfəz”” başlıqlı yazı dərc olunub. Bu əsnada Bakunews.az həmin yazıdan bəzi çıxarışları oxuculara təqdim edir:

“Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov saxlanıldığı Bakı İstintaq Təcridxanasında (BİT) aclıq aksiyasını davam etdirir. A.Çovdarov barəsindəki cinayət işinin materialları ilə tanış olmağa az vaxt verilməsini bəhanə edərək aclıq aksiyası keçirir.

Media üzərində aparılan araşdırmalardan məlum olub ki, BİT-in tibb hissəsində saxlanılan odioz generalın durumunun ağır olduğu vaxtda ona dəstək verənlər haqda da şok xəbərlər yayılıb.

Yayılan xəbərlər də bildirilir ki, vaxtilə A.Çovdarovla yaxın münasibətlərdə olmuş, zaman-zaman onun “çətiri” altına sığınan məmurlar onun ailəsinə dəstək verirlər. Hətta məmurların bir neçəsi öz yaxın adamları vasitəsi ilə A.Çovdarovun yaxınlarına əllərindən gələn köməyi etməyə belə əsirgəməyiblər.

Hətta A.Çovdarov aclıq elan etməzdən əvvəl onun saxlanıldığı BİT-ə “peredaça” göndərənlər də olub. Mediada yayılan ilginc məlumatlara görə, belə şəxslərdən biri də Azərbaycanda idxal-ixrac əməliyyatlarına qeyri-rəsmi nəzarət funksiyasını həyata keçirən və gömrük-keçid məntəqələrində inhisarçı oliqarxların maraqlarına uyğun iş adamlarını soymaqla məşğul olan “Broker” MMC-nin rəhbəri Əbülfəz Məlikov olub.

O, daha çox “Broker Əbülfəz” kimi məşhurdur”.

İddialara görə, Ə.Məlikovun MTN çetesi ifşa olunmazdan əvvəl A.Çovdarovla yaxın münasibətləri (YM-red.) olub. Onun “çətiri”ndən istifadə etməklə rəhbərlik etdiyi MMC-də illərlə baş verən qanunsuzluqların araşdırılmamasına nail ola bilib. Ə.Məlikovun rəhbərlik etdiyi MMC-nin fəaliyyəti haqda xəbərlər isə həmişə neqativ olub. Yerli, hətta xarici iş adamlarının Azərbaycanın gömrük-keçid məntəqələrində bu MMC əməkdaşlarının soyğunçuluğu ilə üzləşməsi yeni fakt deyil. Bu reketçiliyin 20 ilə yaxınlaşan tarixi var. Bu tarixin 5-6 ili məhz Ə.Məlikovun MMC-sinin fəaliyyəti dövrünə təsadüf edir.

Rəsmi sənədlərdə “Trans Broker” MMC kimi qeydiyyatdan keçən qurum illərlə iş adamlarının kabusuna çevrilmişdi. Dövlət Gömrük Komitəsinin 2700 nəfər əməkdaşı olduğu halda, Əbülfəz Məlikovun “Trans Broker”ində 5 min nəfər çalışıb. Yazıda bildirilir ki, brokerlər ən müxtəlif sahələri inhisarda saxlayanların maraqlarına uyğun olaraq idxal olunan məhsullara rüşvət tarifləri tətbiq ediblər ki, bu da sonradan həmin malların qiymətlərinin bahalaşmasına səbəb olub:

“Sahibkarlardan yığılan rüşvət isə “Trans Broker” MMC-yə axıb. Buna görə brokerlərin hər birinə Ə.Məlikov 3-5 min manat “paket” maaş verib”.

Əbülfəz Məlikovun Akif Çovdarova “peredaça” daşıması barədə informasiyaya bir daha oxucuların diqqətini çəkmək və bu məqam üzərində düşündürmək istərdik.
Ola bilər ki, Ə.Məlikovun özünü A.Çovdarov qarşısında niyə “borclu” hiss etməsi ilə bağlı oxucularda da sual yaransın. Yaxud da, A.Çovdarovun “bildikləri” arasında Əbülfəz Məlikova dair hansı incə nüanslar var? Biz bu suala aydınlıq gətirmək üçün, araşdırma apardıq və araşdırma zamanı ilginc məlumatlar əldə etdik. Belə ki, məlumata görə, Akif Çovdarov içəridən bir neçə nəfərə “xəbər” göndərib ki, bunların arasında Əbülfəz Məlikov “xüsusi yer” tutur.

ARA ABRAMYANIN AZƏRBAYCANDAKI “NAZİR” YEZNƏSİ KİMDİR?

Mənbə qeyd edir ki, Akif Çovdarov “qeyri-rəsmi milyarder” kimi tanınan Məlikova çox maraqlı bir sirrini xatırladıb. Görəsən, bu sirr nədən ibarətdir?…

Sovetlər dönəmində Nəsimi rayonu ərazisində yerləşən “Pioner” kinoteatrının yanında qastronom mağazası fəaliyyət göstərirmiş. Həmin qastronomun müdiri əslən Gəncədən olan İsmayıl adlı şəxs olub.

İsmayıl kişinin qastronomunda erməni millətindən olan Raisa Ovanesyan adlı bir qadın satıcı işləyirmiş. Raisa təcrübəli satıcı olduğu üçün o qastronomda İsmayılın sağ əli sayılırdı.

Raisanın yanında isə köməkçi kimi öz ticarət fəaliyyətinə başlayan və əslən Şamaxıdan olan Əbülfəz adlı cavan bir oğlan var idi. Bu cavan şamaxılı balası Raisa Ovanesyan və onun gənc qızı Rena ilə dostluq edirdi.

Bu dostluq sonra qohumluğa və böyük bir işbirliyinə çevrildi. Hətta Rena Ovanesyan dönüb Rena Məlikova oldu. Düzdür, apardığımız araşdırmaların nəticəsinə görə “qəhrəman”ımız hazırda kağız üstündə subaydır, ancaq…

Apardığımız araşdırma nəticəsində o da məlum oldu ki, Raisa Ovanesyan və Rena Məlikova hazırda Bakı şəhərində yaşayırlar. Olsun. Onsuz da Azərbaycanda 30 min erməni əsilli gəlin yaşayır. Rena da olsun otuz min birinci. Hətta Rena Ovanesyanın 2 oğul anası olması da məlumdur. Bunu da haradasa qəbul etmək olar. Baxmayaraq ki, ermənilərlə hazırda müharibə vəziyyətindəyik. Ancaq bir şeyə heç cür dözmək və yazmamaq olmur. …

Bu yaxınlarda bir həmyerlimiz Moskvadan Minvoda təyyarə ilə dincəlməyə uçarkən təyyarədə bir Moskva ermənisi olan Ara Abramyanla tanış olur. Söhbət Azərbaycandan düşəndə Ara deyir ki, , mənim bacım Raisa Ovanesyan, onun qızı Rena da Bakıda yaşayırlar, kürəkənim də azərbaycanlıdır. Ara öz kürəkənindən xeyli razılıq edib və deyib ki, yeznəm Bakıda nazirdir. Xeyli təəccüblənən həmyerlimiz soruşub ki, yeznəniz hansı sahəyə rəhbərlik edir? Ara Abramyan cavab verib ki, “monopoliya naziri”dir.

Sonra Ara danışıb ki, “Moskvada bütün ərzaq məhsulları istehsalı ilə məşğul olan müəssisələr bizim əlimizdə cəmləşib”. Onun sözlərinə görə, “Monopoliya naziri” olan “yeznə” Moskvaya gələn kimi Azərbaycan üçün ərzaq məhsullarını sifariş edir. “Bizdə ona bu işlərdə öz köməkliymizi əsirgəmirik, axı o bizim yeznəmizdir”, – deyə Ara Abramyan bildirib.(realmedia.az)

A.Abramyanın kim olması da oxucularda sual doğura bilər. Belə ki, Ara Arşaviroviç Abramyan da Moskvada “ermənilərin naziri” hesab olunur. Belə ki, erməni diasporunun lideri olan bu şəxsin müxtəlif biznes sahələrinə nəzarət etdiyi və hətta Azərbaycana qədər də əlinin uzandığı barədə iddialar var.

Maraqlıdır, Abramyanın “əlini” Azərbaycana buraxan, onun pul kisəsini doldurmağa yardımçı olanlar kimdir? Olmaya, “monopoliya naziri” bu işdə xüsusi canfəşanlıq göstərir?

Əbülfəz Məlikovun gələcək taleyi hələ ki, bəlli deyil


Onun həbs olunması və xalası oğlu Anar Allahverdiyevin haqqında isə beynəlxalq axtarış elan olunması da istisna olunmur.

“Trans-Broker” MMC-nin sabiq rəhbəri, Azərbaycan gömrüyünün kölgə rəhbəri Əbüdfəz Məlikova qeyri-rəsmi olaraq ölkədən çıxma yasağı qoyulub. Müvəqqəti olaraq isə o, “Gilan Holdinq”in kənd təsərrüfatı sektorunun müdiri postuna gətirilib.

Bu barədə MilliYol-a daxil olan məlumata görə Əbülfəz Məlikovdan görmrükdən qeyri-rəsmi olaraq topladığı və daha sonra xaricə çıxardığı milyonlarla manatın hesabı tələb edilir. Aldığımız məlumata görə “Trans-Broker” MMC-dən uzaqlaşdırılmasının əsas səbəblərindən biri də elə budur. Bu barədə məlumat verən mənbə Əbülfəz Məlikov külli miqdarda vəsaiti xalası oğlu, Göyçay sakini Anar Allahverdiyevin müxtəlif banklarda açılan hesablarına keçirib. Anar Allahverdiyev isə hazırda ABŞ-da yaşayır və bəzi məlumatlara görə o bu ölkədə miqrant statusu alıb deyə məlum sayt qeyd edib. bəzi hesablamalarla Əbülfəz Məlikovun müxtəlif banklarda xalası oğlunun adına yerləşdidiyi vəsait 400 milyon dallardan çoxdur.

Mənbənin bildirdiyinə görə Əbülfəz Məlikovun bu əməlindən daha əvvəl xəbər tutulub. Və ondan pulları geri gətimək tələb olunub. Onu hazırda gömrükdən uzaqlaşdırıb “Gilan Holdinq”in kənd təsərrüfatı sektorunun müdiri vəzifəsinə ona görə qoyublar ki, gömrükdən oğurladığı pulları kənd təsərrüfatının inkişafına sərmayə olaraq qoysun. Lakin hələ də Əbülfəz Məlikovun Anar Allahverdiyevin müxtəlif ölkələrdə açılan hesablarında gizlətdiyi milyonları ölkəyə gətirib gətirməməsi şübhə altındadır. Ona görə də Əbülfəz Məlikovun gələcək taleyi hələ ki, bəlli deyil. Onun həbs olunması və xalası oğlu Anar Allahverdiyevin haqqında isə beynəlxalq axtarış elan olunması da istisna olunmur.



Gələn yazımızda:

- Dövlət Gömrük Xitmətində fəaliyyətin davam etdirən iki şirkətin Əbülfəz məlikovla nə əlaqəsi?

- Uzun müddətdir barəsində cinayət araşdırması gedən "Broker" Əbülfəz Məlikov həmin şirkətləri necə və hansı yollarla əlində saxlaya bilib...?

- Gürcüstan sərhədin də saxlanılan Tranzit yük maşınlarının Ə.Məlikovla nə əlaqəsi?

XƏBƏR LENTİ