Anons

1-12-2017, 08:52 - Heydər Əliyev adına liseyin müəlliməsi Prezidentə və Vitse-prezidentə - Açıq Məktub

17-11-2017, 13:57 - Heydərovların maliyyəsi ilə dəyişən zehniyyət - Aynur Camalqızı

15-11-2017, 14:48 - Saytların girişinə məhdudiyyətlər qoyulur - Vasif Paşayev

14-11-2017, 14:18 - AYNUR CAMALQIZI – BİZNESMEN XANIMI, FÖVQƏLNAZİRİN SEVİMLİSİ VƏ...

10-11-2017, 12:49 - Təhsil idarə müdirəsi muhasibi işdən azad etdi! - Yerinə oğlunun müdirinin xanımını götürdü İDDİA

10-11-2017, 09:58 - Gömrük sisteminin daha bir müəmmalı fiquru…– 38 YAŞINDA DİPLOM ALAN GENERAL

5-11-2017, 19:22 - Gürcüstan Gömrük Keçid Məntəqələrində rüşvət mexanizmi işə salındı? - ŞOK İDDİALAR

1-11-2017, 12:59 - “Az-Granata” MMC-nin konyakı daha iki vətəndaşı zəhərlədi

30-10-2017, 01:04 - Masallıda iş adamı Fəxrəddin Baxışov Azərsu ASC tərəfindən 60 min cərimələndi – Mənimsəmə faktları aşkarlanıb

30-10-2017, 00:18 - Vətəndaş Nəsirov İsmayıl Ədliyyə naziri Fikrət Məmmədova media vasitəsi ilə ŞİKAYƏT ETDİ

27-10-2017, 14:07 - Bakıda məktəb direktorunun əxlaqsız təklifi müəlliməni işsiz qoydu… – VİDEO – FOTO

26-10-2017, 09:16 - Ermənistanın blokadasına Gürcüstan da qoşulur - düşmən şokda

23-10-2017, 09:11 - Azərbaycana qarşı Gürcüstan sərhədində edilən hörmətsizlik - Qanun tanımayan qonşu GÖMRÜK keçid əməkdaşları

17-10-2017, 11:22 - İcra başçısı “fövqəlnazir”lə “Mətanət A” şirkəti arasında qalıb

16-10-2017, 09:33 - Qusarda şok olay - Polislər meşə gözətçisini xəstəxanalıq edib+FOTO

11-10-2017, 18:41 - Erməni əsgərin əlində qumbara partlayıb

10-10-2017, 12:30 - Ramiz Zeynalovun Yevlax “MERO”sundakı rəis qohumunun ilginc korrupsiyası - VİDEO

6-10-2017, 20:26 - Əxlaqsızlıq yuvasında 'ƏDALƏT' höküm sürür - Hakim qərarı ilə 50 nəfəri çörəyindən etdi...

5-10-2017, 17:30 - İlham Əliyev Qərblə strateji sazişi anons etdi

5-10-2017, 17:23 - Məcburi köçkünlər Şəkinin icra başçısından prezidentə şikayət etdilər-

3-10-2017, 20:48 - 'Hacı' titullu iş adamı... Zakir Fərəcov kimi 'moşennik'lərin cavabını tək verməyə hazıram - İTTİHAM

3-10-2017, 20:05 - Ağcabədi “MERO”-da Babək Mərdanovla Xaqani Həsənov bazarı

3-10-2017, 19:34 - Göyçayda icra başçısı ilə bələdiyyə sədri vətəndaşın torpağını əlindən aldı- ŞOK İDDİA

3-10-2017, 18:59 -  Elman Nigaran Sumqayıt ŞPİ-nə çağrılıb

26-09-2017, 12:18 - Vətəndaş Kəmalə Mehdiyeva Prezident İlham Əliyevə Müraciət etdi - ŞİKAYƏT

20-09-2017, 11:05 - Xırdalan şəhər 1 saylı məktəblə bağlı iddialar əsasız çıxdı - Araşdırma

18-09-2017, 14:20 - Daha bir varlı oğlu Lexusu ilə yolu keçən piyadanı vurub, öldürdü - QANLI təfərrüat

16-09-2017, 23:46 - DİQQƏT! Paytaxtda profesional oğru peyda olub - FOTOLAR

Xeyriyyəçi Akif Rəhimova qarşı qərəzli yanaşmanın kökündə nələr dayanır?

Tarix:5-12-2017, 16:05 Baxış Sayı:51

Xeyriyyəçi Akif Rəhimova qarşı qərəzli yanaşmanın kökündə nələr dayanır?
Xeyriyyəçi Akif Rəhimova qarşı qərəzli yanaşmanın kökündə nələr dayanır?
Adicə onu da vurğulamaq yerinə düşər ki, hal-hazırda bu şəxs 3 (üç) min nəfərdən çox insanı iş yeri ilə təmin edib, dolanışıqlarının təmin olunmasına imkanlar da yaradıb

Son vaxtlar paytaxt Bakı şəhərində və digər ərazilərdə yol-hərəkəti qaydalarının tənzimlənməsi, vətəndaş təhlükəsizliyinin təmin olunması yöndə aidiyyəti qurumlar tərəfindən ciddi addımlar atılmaqdadır. Başlıca məqsəd, sakinlər arasında daha çox maarifləndirmə tədbirlərini həyata keçirmək, yol-hərəkəti qaydaları zamanı vətəndaş təhlükəsizliyini təmin etməkdən ibarətdir. Hətta, bu yöndə Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən atılan addımlar, yəni həyata keçirilən maarifləndirmə tədbirləri də, daha çox diqqəti cəlb etməkdədir. Atılan belə bir addımların varlığına baxmayaraq, bu gün də əksər sakinlər maarifləndirmə tədbirlərinin əhəmiyyətinə varmırlar, açıq-aydın şəkildə yol-hərəkəti qaydalarını pozmaqda davam edirlər ki, bu da bəzən acı sonluqla nəticələnir.
Bu günlərdə redaksiyamıza 08 noyabr 2017-ci il tarixdə Səbail rayonu ərazisində baş verən ölüm hadisəsi ilə bağlı sensasion məlumat daxil olmuşdu. Hadisənin mahiyyəti haqda bir qədər araşdırma aparıb lazımi məlumatları əldə etdikdə o da məlum oldu ki, baş verən hadisə nəticəsində dünyasını dəyişən Əkbərova Könül Elton qızı olmuşdur. Baş verən hadisə nəticəsində isə təqsirləndirilən şəxş, uzun illər ərzində sahibkarlıq fəaliyyəti ilə məşğul olan Akif Rəhimov adlı şəxsin oğlu Rəhim Rəhimov olmuşdur. Onu da vurğulayaq ki, bu gün də baş verən hadisə ilə bağlı Səbail rayon hüquq-mühafizə orqanlarında istintaq araşdırmaları davam etdirilir. Amma, aparılan istintaq araşdırmalarının gedişindən narazı qalan Akif Rəhimov, artıq bu gün ölkə rəhbəri cənab İlham Əliyevə, Baş Prokuror cənab Zakir Qaralova, Daxili İşlər Naziri cənab Ramil Usubova və digər dövlət qurumlarının rəhbərlərinə müraciət edərək, yaşanan olayı diqqətdə saxlamalarını və istintaq proseslərinin qanunun tələb etdiyi qaydada davam etdirilməsi üçün, aidiyyəti üzrə lazımi tapşırıqlar verməsini xahiş edir.

Biz də bir redaksiya olaraq, baş verən hadisə nəticəsində yaşanan olayı xarakterizə edərək bildiririk ki, yol hərəkəti qaydalarını pozan şəxslərdən biri də, 1975-ci il təvəllüdlii Əkbərova Könül Elton qızı olmuşdur. Belə ki, adı çəkilən şəxs 08 noyabr 2017-ci il tarixdə saat 19:30 radələrində Bakı şəhəri, Səbail rayonu, Bayraq Meydanı adlanan ərazidə, daha dəqiq desək Salyan şosesinin 2-ci kilometrliyində yolu, piyadalar üçün nəzərdə tutulmamış yerdən keçmək istəyərkən, həmin vaxt şəhərdən Bayıl qəsəbəsı istiqamətində hərəkətdə olan şəxsin idarə etdiyi “Jeep Grand Cherokee” markalı 9O-FO-007 dövlət qeydiyyat nişanlı avtomobillə vurulur və Könül Ələkbərova aldığı xəsarət nəticəsində dünyasını dəyişir. Ölüm hadisəsinin baş verməsinə əsas səbəb, adı çəkilən xanımın yol-hərəkəti qaydalarının pozması və bu yöndə aparılan təbliğat işlərinə məhəl qoymaması olur. Onu da vurğulayaq ki, hadisənin baş verdiyi ərazidə müasir üslübda inşa olunmuş yeraltı keçidin varlığına baxmayaraq, həmin xanım piyadalar üçün nəzərdə tutulmuş yeraltı keçiddən keçmir, son anda da belə bir aqibətlə üz-üzə qalır.
Çox keçmir ki, baş verən ölüm hadisəsi ilə bağlı Səbail RPİ-nin İŞ-də 2000-ci il təvəllüdlü Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsi döngə-5, mən-1 ünvanda yaşayan Rəhimov Rəhim Akif oğlu barəsində, adı çəkilən qurumun müstəntiqi, polis baş leytenantı Vüqar Abbasov tərəfindən, Azərbaycan Respublikası CM-nin 263.2 və 264-cü maddələri ilə cinayət işi qaldırılır. Təəssüf doğuran hal odur ki, hadisənin baş verməsində əsas günahkar Könül Ələkbərovanın olmasına baxmayaraq, bu gün də aparılan istintaq araşdırmaları düzgün aparılmır. Çünki, təqsirləndirilən şəxsin müdafiəçisi Rəhimova Lyudmila Rəhimovna bildirir ki, “hadisə baş verən vaxt Rəhim Rəhimov qaçıb gizlənməmiş, özü polis orqanlarına təslim olmuş, 40 dəqiqə hadisə yerində qalmış və zərərçəkəni həyata qaytarmaq üçün onu silkələmiş və digər addımlarını atmışdır”. Bütün bunlara baxmayaraq, hadisə baş verdikdən sonra Rəhim Rəhimov qanunsuz olaraq 48 saat ərzində Səbail rayon Polis İdarəsində ac-susuz saxlanılır və ciddi qanun pozuntusuna da yol verilir. Bütün bunların da kökündə, təqsirləndirilən şəxsin atası Akif Rəhimov adlı şəxsin sahibkarlıq fəaliyyəti ilə məşğul olmasıdır ki, hal-hazırda bundan da hüquq-mühafizə orqanı əməkdaşları sui-istifadə etməkdədirlər.
Onu da unutmaq olmaz ki, Akif Rəhimov uzun müddətdir ki, respublikamızda sahibkarlıq fəaliyyəti ilə məşğul olur və bu günə kimi ölkəmizdə iqtisadiyyatın inkişaf etdirilməsi yöndə dərin töhfələrini də verib. Yəni, adı çəkilən şəxsin bugünkü mövqeyi ölkə rəhbəri cənab İlham Əliyevin sahibkarlığın inkişaf etdirilməsi istiqamətində çağırışlarına dəstək verməkdir. Adicə onu da vurğulamaq yerinə düşər ki, hal-hazırda bu şəxs 3 (üç) min nəfərdən çox şəxsi iş yeri ilə təmin edib, dolanışıqlarının təmin olunmasına imkanlar da yaradıb.
Bütün bunlara baxmayaraq, bu gün Səbail rayon hüquq-mühafizə orqanı əməkdaşlarının Rəhim Rəhimov adlı şəxsə qarşı bəslədikləri yanaşma, aparılan istintaq araşdırmalarının qərəzçilik mahiyyəti və s. heç cür başadüşülən hal deyil. Çünki, baş verən hadisə nəticəsində dünyasını dəyişmiş Könül Əkbərovanın valideyinləri istintaq orqanlarına verdikləri izahatlarında şikayətçi olmadıqlarını bildirsələr də, bu yöndə yazılı izahatlarını təqdim esələr də, nədənsə hüquq-mühafizə orqanı əməkdaşları qərəzçilik mövqelərini yenə də ortaya qoymaqda davam edirlər. Bu cür yanaşmanın da kökündə yəqin ki, yuxarıda qeyd etdiyimiz kimi Akif Rəhimovun sahibkarlıq fəaliyyəti ilə məşğul olmasıdır.
Daha üzücü hal isə, baş verən hadisə ilə əlaqədar bəzi üzdəniraq media nümayəndələrinin ortaya qoyduqları qərəzli mövqenin varlığıdır. Çünki, onlar hansısa maraqlar çərçivəsində haqqı deyil, daha çox nahaqqı ictimailəşdirirlər ki, bu da onların iç üzünü açıb göstərir. Yəni, həmin şəxslər hadisənin mahiyyətini, baş vermə səbəblərini və digər halları araşdırıb ortaya ədalətli mövqe qoymaq əvəzinə, ədalətsiz mövqe qoymağı daha üstün tutublar. Əslində onlar bu cür açıqlamalar dərc etməklə, xeyriyyəçi iş adamı Akif Rəhimova “qara ləkə” yaxmaqla nəyəsə nail olmaq istəsələr də, yəqin ki, onların arzuları elə arzu olaraq da qalacaq.

XƏBƏR LENTİ