Anons

1-12-2017, 08:52 - Heydər Əliyev adına liseyin müəlliməsi Prezidentə və Vitse-prezidentə - Açıq Məktub

17-11-2017, 13:57 - Heydərovların maliyyəsi ilə dəyişən zehniyyət - Aynur Camalqızı

15-11-2017, 14:48 - Saytların girişinə məhdudiyyətlər qoyulur - Vasif Paşayev

14-11-2017, 14:18 - AYNUR CAMALQIZI – BİZNESMEN XANIMI, FÖVQƏLNAZİRİN SEVİMLİSİ VƏ...

10-11-2017, 12:49 - Təhsil idarə müdirəsi muhasibi işdən azad etdi! - Yerinə oğlunun müdirinin xanımını götürdü İDDİA

10-11-2017, 09:58 - Gömrük sisteminin daha bir müəmmalı fiquru…– 38 YAŞINDA DİPLOM ALAN GENERAL

5-11-2017, 19:22 - Gürcüstan Gömrük Keçid Məntəqələrində rüşvət mexanizmi işə salındı? - ŞOK İDDİALAR

1-11-2017, 12:59 - “Az-Granata” MMC-nin konyakı daha iki vətəndaşı zəhərlədi

30-10-2017, 01:04 - Masallıda iş adamı Fəxrəddin Baxışov Azərsu ASC tərəfindən 60 min cərimələndi – Mənimsəmə faktları aşkarlanıb

30-10-2017, 00:18 - Vətəndaş Nəsirov İsmayıl Ədliyyə naziri Fikrət Məmmədova media vasitəsi ilə ŞİKAYƏT ETDİ

27-10-2017, 14:07 - Bakıda məktəb direktorunun əxlaqsız təklifi müəlliməni işsiz qoydu… – VİDEO – FOTO

26-10-2017, 09:16 - Ermənistanın blokadasına Gürcüstan da qoşulur - düşmən şokda

23-10-2017, 09:11 - Azərbaycana qarşı Gürcüstan sərhədində edilən hörmətsizlik - Qanun tanımayan qonşu GÖMRÜK keçid əməkdaşları

17-10-2017, 11:22 - İcra başçısı “fövqəlnazir”lə “Mətanət A” şirkəti arasında qalıb

16-10-2017, 09:33 - Qusarda şok olay - Polislər meşə gözətçisini xəstəxanalıq edib+FOTO

11-10-2017, 18:41 - Erməni əsgərin əlində qumbara partlayıb

10-10-2017, 12:30 - Ramiz Zeynalovun Yevlax “MERO”sundakı rəis qohumunun ilginc korrupsiyası - VİDEO

6-10-2017, 20:26 - Əxlaqsızlıq yuvasında 'ƏDALƏT' höküm sürür - Hakim qərarı ilə 50 nəfəri çörəyindən etdi...

5-10-2017, 17:30 - İlham Əliyev Qərblə strateji sazişi anons etdi

5-10-2017, 17:23 - Məcburi köçkünlər Şəkinin icra başçısından prezidentə şikayət etdilər-

3-10-2017, 20:48 - 'Hacı' titullu iş adamı... Zakir Fərəcov kimi 'moşennik'lərin cavabını tək verməyə hazıram - İTTİHAM

3-10-2017, 20:05 - Ağcabədi “MERO”-da Babək Mərdanovla Xaqani Həsənov bazarı

3-10-2017, 19:34 - Göyçayda icra başçısı ilə bələdiyyə sədri vətəndaşın torpağını əlindən aldı- ŞOK İDDİA

3-10-2017, 18:59 -  Elman Nigaran Sumqayıt ŞPİ-nə çağrılıb

26-09-2017, 12:18 - Vətəndaş Kəmalə Mehdiyeva Prezident İlham Əliyevə Müraciət etdi - ŞİKAYƏT

20-09-2017, 11:05 - Xırdalan şəhər 1 saylı məktəblə bağlı iddialar əsasız çıxdı - Araşdırma

18-09-2017, 14:20 - Daha bir varlı oğlu Lexusu ilə yolu keçən piyadanı vurub, öldürdü - QANLI təfərrüat

16-09-2017, 23:46 - DİQQƏT! Paytaxtda profesional oğru peyda olub - FOTOLAR

“Broker Əbülfəz”dən yeni xəbər var:“Meyvəli-A” MMC, “HORSE HUSBANDRY” MMC-i, “RB Motive” MMC-i… (YENİLƏNİR)

Tarix:7-12-2017, 16:30 Baxış Sayı:64

“Broker Əbülfəz”dən yeni xəbər var:“Meyvəli-A” MMC, “HORSE HUSBANDRY” MMC-i, “RB Motive” MMC-i… (YENİLƏNİR)

“Monopoliya naziri”nin biznesinin görünməyən kökləri haqqında...

Uzun illərdir ki, iş adamlarının qorxunc kabusuna çevrilmiş Əbülfəz Məlikovla bağlı yenixeber.org-a yeni məlumatlar daxil olub. Xatırladım ki, ölkə ictimaiyyətinin “monopoliya naziri”, “Broker Əbülfəz” kimi tanıdığı bu iş adamı ilə bağlı indiyədək də mediada silsilə yazılar yer alıb. Bu yazılarda onun “Broker” MMC, “Transbroker” MMC kimi qurumlarla uzun illər idxal-ixrac üzərində sərt monopoliya rejimi yaratmasından, sahibkarlara “qan uddurmasından” və müxtəlif mənimsəmə faktlarından bəhs olunur. İddialara görə, Əbülfəz Məlikovun bu şirkətlərində 2012-2013-cü illərdə nə az-nə çox, 5 minə yaxın şəxs çalışıb. Onların başlıca vəzifəsi isə idxal-ixrac əməliyyatlarını tam nəzarətə almaq olub. Əbülfəz Məlikovun qurduğu bu sistem idxal-ixrac üzərində tam nəzarət yarada bilmişdir də. Ekspertlərin iddiasına görə, məhz bu səbəbdən də hər il gömrük əməliyyatları zamanı büdcəyə daxil olmalı olan 5-7 milyard dollar ayrı-ayrı şəxslərin cibinə axıb. Ancaq gömrükdə baş verən korrupsiya haqqında məlumatı olan şəxs isə iddia edir ki, ekspertlər bu məsələyə çox liberal yanaşırlar. Əslində isə elə il olub ki, büdcədən yayındırılaraq mənimsənilən vəsait hətta 10 milyard dollardan da çox olub. Bu qədər vəsaitin yığılmasını isə “fövqəlnazir” məhz Əbülfəz Məlikova həvalə edib. Son on il ərzində onlar bu işin öhdəsindən layiqincə gələrək, göstərilən etimadı doğruldublar. Məlumatda həmçinin o da qeyd olunur ki, Əbülfəz Məlikov özü əslən Şamaxı rayonundan olsa da, onun işçilərinin böyük əksəriyyəti nehrəmlilər olub...

Neftin ucuzlaşması və məlum maliyyə-iqtisadi durum səbəbindən “broker”lərin nəzarət dairəsi də daralmaqdadır. Hal-hazırda inhisarda barmaqla sayılacaq qədər sahələr qalıb. Ancaq bu tendensiya “Broker Əbülfəz”in gəlirlərinin azalması anlamını doğurmamalıdır. Bu istiqamətdə yenixeber.org-a daxil olan məlumatlara görə, "Meyvəli" meyvə-tərəvəzlərin topdan və pərakəndə satış bazasının yarı hissəsi Əbülfəz Məlikovun nəzarəti altındadır. "Meyvəli" beynəlxalq avtomobil və dəmir yolu magistralının kəsişdiyi dairədə-Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi Xocasən yolu 57 ünvanda yerləşir. Nizamnamə kapitalı 10 min manat olan, 2014-cü ilin aprelində təsis edilən “Meyvəli-A” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) hüquqi ünvanı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi Xocasən yolu 57-dir. Eyni ilə bir il əvvəl, 2016-cı ilin fevralında yaradılan “Meyvəli Hacıqabul” MMC-i də Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi Xocasən yolu 57-də qeydiyyatdadır. Ümumi ərazisi 35 ha olan «Meyvəli» meyvə və tərəvəz məhsullarının saxlanması, satışı və tranziti üçün nəzərdə tutulmuşdur. 6 korpusdan ibarət 11 360 m2 sahəsi olan 22 720 ton tutumlu 112 satış anbarı; 3 korpusdan ibarət 12000 m2 sahəsi olan 24000 ton tutumlu 60 soyuducu saxlama ambarları, kənd təsərrüfatı məhsullarının yarmarka bazarı indi inhisarçılığın yeni mərhələsi sayıla bilər. Həm də bu bazarda yalnız idxal olunan kənd təsərrüfatı məhsullarının deyil, yerli istehsalın satışı üzərində də monopoliya yaradılıb. Monopoliyanın yeni ünvanına nəzarət isə Əbülfəz Məlikovun oğluna tapşırılıb...

Bütün bunlar Əbülfəz Məlikovun böyük biznes imperiyasının az-çox bilinən tərəfidir. Onun biznes gizlinləri ilə bağlı yenixeber.org-a daxil olan məlumatlarda “HORSE HUSBANDRY” MMC-i ilə hansı əməliyyatlar həyata keçirdiyindən də bəhs olunur... 2011-ci ilin martında yaradılan bu şirkət üç şəxs tərəfindən təsis edilib ki, təsisçilərdən biri də Əblüfəz Məlikovdur. Onun digər ortaqları isə çox nüfuzlu ailələrin təmsilçilərdir… Bu şirkət və onun fəaliyyət istiqamətləri haqqındakı məlumatların şok doğuracağı şübhəsizdir.

“HORSE HUSBANDRY” MMC-I, eləcə də “RB Motive” MMC-i ilə bağlı isə araşdırmalarımız davam edir. Məhz bu şirkətlər “monopoliya naziri”nin biznesinin kökləri hesab oluna bilər... Yerin altında qalıb da, görünməyən ağac kökləri kimi.

Əbülfəz Məlikovla bağlı Türkiyə mediasının yazdıqları və oğlunun Gürcüstanda olan biznes fəaliyyəti də araşdıracağımız məlumatlar sırasındadır.
Bu və digər məlumatlarla bağlı qarşı tərəfi dinləmək istiqamətindəki cəhdlərimiz nəticəsiz oldu.

Mövzunun davamı olacaq.

Aydın

XƏBƏR LENTİ