Anons

10-01-2018, 15:47 - Yaşıllaşma adı altında tikilən villalar – HACIBALA ABUTALIBOV KİMİ ALDADIR?

9-01-2018, 10:52 - Musiqi məktəblərində maaşlar 70% kəsilib - Müəllimlər səsin çıxarmasın... ÖDƏYƏCƏYİK! AUDİOYAZI

26-12-2017, 09:57 - Rəhim Qazıyev saxlanılıb

22-12-2017, 10:02 - Sözün bitdiyi Neftçala təhsil ocağı – 1 saylı məktəbin direktoru Ülviyyə Abdulayeva susur...

19-12-2017, 22:42 - Füzuli rayonunda Dövlət Proqramının sənədləri saxtalaşdırılıb - Prezidentin qərarını dəyişmək cəhdi ifşa edildi

1-12-2017, 08:52 - Heydər Əliyev adına liseyin müəlliməsi Prezidentə və Vitse-prezidentə - Açıq Məktub

17-11-2017, 13:57 - Heydərovların maliyyəsi ilə dəyişən zehniyyət - Aynur Camalqızı

15-11-2017, 14:48 - Saytların girişinə məhdudiyyətlər qoyulur - Vasif Paşayev

14-11-2017, 14:18 - AYNUR CAMALQIZI – BİZNESMEN XANIMI, FÖVQƏLNAZİRİN SEVİMLİSİ VƏ...

10-11-2017, 12:49 - Təhsil idarə müdirəsi muhasibi işdən azad etdi! - Yerinə oğlunun müdirinin xanımını götürdü İDDİA

10-11-2017, 09:58 - Gömrük sisteminin daha bir müəmmalı fiquru…– 38 YAŞINDA DİPLOM ALAN GENERAL

5-11-2017, 19:22 - Gürcüstan Gömrük Keçid Məntəqələrində rüşvət mexanizmi işə salındı? - ŞOK İDDİALAR

1-11-2017, 12:59 - “Az-Granata” MMC-nin konyakı daha iki vətəndaşı zəhərlədi

30-10-2017, 01:04 - Masallıda iş adamı Fəxrəddin Baxışov Azərsu ASC tərəfindən 60 min cərimələndi – Mənimsəmə faktları aşkarlanıb

30-10-2017, 00:18 - Vətəndaş Nəsirov İsmayıl Ədliyyə naziri Fikrət Məmmədova media vasitəsi ilə ŞİKAYƏT ETDİ

27-10-2017, 14:07 - Bakıda məktəb direktorunun əxlaqsız təklifi müəlliməni işsiz qoydu… – VİDEO – FOTO

26-10-2017, 09:16 - Ermənistanın blokadasına Gürcüstan da qoşulur - düşmən şokda

23-10-2017, 09:11 - Azərbaycana qarşı Gürcüstan sərhədində edilən hörmətsizlik - Qanun tanımayan qonşu GÖMRÜK keçid əməkdaşları

17-10-2017, 11:22 - İcra başçısı “fövqəlnazir”lə “Mətanət A” şirkəti arasında qalıb

16-10-2017, 09:33 - Qusarda şok olay - Polislər meşə gözətçisini xəstəxanalıq edib+FOTO

11-10-2017, 18:41 - Erməni əsgərin əlində qumbara partlayıb

10-10-2017, 12:30 - Ramiz Zeynalovun Yevlax “MERO”sundakı rəis qohumunun ilginc korrupsiyası - VİDEO

6-10-2017, 20:26 - Əxlaqsızlıq yuvasında 'ƏDALƏT' höküm sürür - Hakim qərarı ilə 50 nəfəri çörəyindən etdi...

5-10-2017, 17:30 - İlham Əliyev Qərblə strateji sazişi anons etdi

5-10-2017, 17:23 - Məcburi köçkünlər Şəkinin icra başçısından prezidentə şikayət etdilər-

3-10-2017, 20:48 - 'Hacı' titullu iş adamı... Zakir Fərəcov kimi 'moşennik'lərin cavabını tək verməyə hazıram - İTTİHAM

3-10-2017, 20:05 - Ağcabədi “MERO”-da Babək Mərdanovla Xaqani Həsənov bazarı

3-10-2017, 19:34 - Göyçayda icra başçısı ilə bələdiyyə sədri vətəndaşın torpağını əlindən aldı- ŞOK İDDİA

Füzuli rayonunda Dövlət Proqramının sənədləri saxtalaşdırılıb - Prezidentin qərarını dəyişmək cəhdi ifşa edildi

Tarix:19-12-2017, 22:42 Baxış Sayı:20389

Füzuli rayonunda Dövlət Proqramının sənədləri saxtalaşdırılıb - Prezidentin qərarını dəyişmək cəhdi ifşa edildi

Azərbaycan Respublikasının Baş Prokuroru I dərəcəli dövlət ədliyyə müşaviri cənab Zakir Qaralova


Nəzarət üçün: Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə

Nəzarət üçün: Azərbaycan Respublikasının Birinci vitse-prezidenti əziz və hörmətli xanım Mehriban Əliyevaya

Məlumat üçün: Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant cənab Mədət Quliyevə

Nəzarət üçün: Azərbaycan Respublikasının Baş Prokuroru birinci müavini II dərəcəli dövlət ədliyyə müşaviri cənab Rüstəm Usubova



Ərizəçi: Füzuli rayonundan məcburi köçkün ailəsi olan vətəndaş Nağıyev Adil İsmayıl oğlunun nümayəndəsi Qasımov Vüqar Vaqif oğlu tərəfindən
Əlaqə telefonu, mob., (050)302-11-89.



Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinə və AR CPM-nin 207-ci maddəsinə istinad edərək


Ş i k a y ə t



Füzuli Rayon İcra Hakimiyyətinin bir qrup məsul vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, tamah və ya sair şəxsi maraq üzündən öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi nəticəsində vətəndaş Nağıyev Adil İsmayıl oğluna zərər vurmaqla hüquqlarını pozmuşlar və eləcədə dövlətin qanunla qorunan mənafelərinə zərər vurmuşlar.

Belə ki, Füzuli rayonundan olan məcburi köçkünlərin müvəqqəti yaşaması üçün nəzərdə tutulan, Alman dövləti tərəfindən 02 fevral 1995-ci il tarixdə verilmiş sertifikata əsasən Füzuli rayonundan məcburi köçkün ailəsi olan vətəndaş Nağıyev Adil İsmayıl oğlunun və ailə üzvlərin müvəqqəti yaşaması üçün E05 II saylı fin evi vermişlər. Həmin vaxtan vətəndaş Nağıyev Adil İsmayıl oğlu ailə üzvləri ilə birgə həmin fin evində yaşayıblar.

AR Füzuli rayonu, İcra Hakimiyyəti Başçısının Quraşdırma evləri inzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin verdiyi 23 dekabr 2016-cı il tarixli, 822№-li arayışı bu faktı təsdiq edir. Əlavə olaraq orada yaşamış məcburi köçkünlərin əksəriyyəti zərurət yaranarsa bunu təsdiq etməyə hazırdır.

Füzuli rayon ərazisində yeni inşa edilmiş 400 məcburi köçkün ailəsi üçün nəzərdə tutulmuş yeni qəsəbədə, Füzuli rayonundan məcburi köçkün ailəsi olan vətəndaş Nağıyev Adil İsmayıl oğlunu və ailə üzvlərinə dövlət proqramına uyğun olaraq qanunla düşən yeni inşa edilmiş evdən, adlı siyahını saxtalaşdırmaqla məhrum etmişlər.

Adlı siyahı tərtib olunan zaman, Füzuli Rayon İcra Hakimiyyəti başçısının müavini Süleyman Əliyev, Füzuli Rayon İHB-nın Fin şəhərciyi üzrə icra nümayəndəsi Niyaməddin Quliyev, onun müavini Əbülfət İbrahimov və Dövlətqaçqınkomun Füzuli rayonu üzrə nümayəndəsi Elmir Allahyarov tərəfindən, sənədlərlərdə özündə yalan əks məlumatlar qeyd edərək, Prezidentin müvafiq göstərişinə əsasən Füzuli rayon ərazisində həyata keçirilən Dövlət Proqramında adları çəkilən vəzifəli şəxslər vəzifələrinin hüdudlarından açıq-aşkar kənara çıxmaqla dövlət proqramında saxta sənədlər hazırlamışlar.

Adlı siyahı tərtib olunan zaman, həmin məsul vəzifəli şəxslər sənədlərdə saxta məlumatlar əlavə edərək, Füzuli rayonundan məcburi köçkün ailəsi olan vətəndaş Nağıyev Adil İsmayıl oğlunun ailə üzvləri ilə birgə 2012-ci ildən etibarən Qaradağ rayonuna köçməklə orada yaşaması, onun uşaqlarının Qaradağ rayon ərazisində yerləşən 139 saylı tam orta məktəbdə təhsil almaları göstərilmişdir.

AR Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi Repatriyasiya Departamentin Direktorun müavini Əhliman Adıgözəlovun 13 fevral 2017-ci il tarixli, 160№-li məktubu ilə bu fakt təsdiq olunur.

Bu məlumatların doğru olub-olmamasını müəyyən edilməsi istiqamətdə zəruri tədbirlər kimi aidiyyati ünvanlara tərəfimdən rəsmi sorğu göndərilmişdir.

Nəticədə, AR Təhsil Nazirliyin Bakı şəhəri üzrə Təhsil İdarəsinin 139№-li tam orta məktəbin direktoru İ.İsmayılovanın 08 dekabr 2017-ci il tarixli, 79№-li məktubuna əsasən, müəyyən edilmişdir ki, Füzuli rayonundan məcburi köçkün olan vətəndaş Nağıyev Adil İsmayıl oğlunun (İsmayılov Nurlan Adil oğlu, İsmayılzadə Ceyhun Adil oğlu. Nağızadə İsmayıl Adil oğlu və Nağızadə Aişə Adil qızı) uşaqları 2011-2017-ci illər üzrə ümumiyyətlə, heç vaxt 139№-li tam orta məktəbin şagird kontingenti siyahısında olmamışlar.

Eyni zamanda müəyyən edilmişdir ki, AR DİN-nin Bakı Şəhəri Qaradağ Rayon Polis İdarəsinin rəisi Əli İbrahimovun 08 dekabr 2017-ci il tarixli məktubuna əsasən, Füzuli rayonundan məcburi köçkün olan vətəndaş Nağıyev Adil İsmayıl oğlu ailə üzvləri ilə birgə 2011-2017-ci illər üzrə Qaradağ rayon ərazisində yaşayış və ya olduğu yer üzrə qeydiyyatda olmamışlar.

Bundan başqa, dövlət proqramının həyata keçirilməsində adlı siyahını tərtib edən məsul vəzifəli şəxslərin adlanın müəyyən edilməsi istiqamətində zəruri tədbir kimi, Füzuli rayon İcra Hakimiyyətinə dəfələrlə yani, 27.03.2017-ci il tarixdə və 12.07.2017-ci il tarixdə tərəfimdən sorğu verilsədə inzibati orqan sorğunu cavab verməmiş və məsul vəzifəli şəxslərin adlarının açıqlanmasında qeyri səmimilik göstərməklə, cavab verməkdən yayınmaq istəmişlər.

Lakin tərəfimdən zəruri tədbir kimi, inzibati orqanın (Füzuli Rayon İcra Hakimiyyətinin) bu qanuna zidd hərəkət və hərəkətsizliyindən Şirvan İnzibati-İqtisadi Məhkəməsinə müraciət olunmuşdur.

Müraciətim əsasında 2-1(086)-3086/2017 saylı iş üzrə Şirvan İnzibati-İqtisadi Məhkəməsində inzibati prosessual məcəlləsinin tələblərinə uyğun olaraq, tam obyektiv və hərtərəfli araşdırma aparılmışdır.

Nəticədə, 2-1(086)-3086/2017 saylı iş üzrə iddia tələbimiz 12 oktyabr 2017-ci il tarixdə təmin olunaraq, inzibati orqanın vətəndaşın ərizə və müraciəti ilə əlaqədar yol verdiyi qanunsuz hərəkətlər tasdiq edilmiş, eyni zamanda inzibati orqan sayılan Füzuli Rayon İcra Hakimiyyətinin üzərinə 12.07.2017-ci il tarixli sorğuya cavab verilməsi öhdəliyi qoyulmuşdur.

Bununlada məhkəmə vasitəsi ilə adlı siyahını tərtib edən məsul vəzifəli şəxslərin adlarını müəyyən etmək mümkün olmuşdur.

Bu fakt Füzuli rayon icra hakimiyyətinin 13 oktyabr 2017-ci il tarixli, H/Ş-34№-li məktubu ilə təsdiq olunur.

Göründüyü kimi vətəndaşların ərizə və müraciətləri ilə əlaqədar vətəndaş A.Nağıyevə qarşı süründürməçiliyə və qanunsuzluğa yol verilmiş, bununlada təminatçısı cənab Prezidentimiz İlham Əliyev olan AR Konstitusiyasının 57-ci maddəsinin tələbləri Füzuli Rayon İcra Hakimiyyəti tərəfindən bir başa pozulmuşdur.

Bu fakt Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 2-1(086)-3086/2017 saylı, 12 oktyabr 2017-ci il tarixli dövlətin adından çıxarılmış və qanuni qüvvəsini almış Qərarla təsdiq olunur.

Füzuli Rayon İcra Hakimiyyəti başçısı cənab Alı Alıyev bu cürmü Prezidentimizin etimadını doğruldur?

Burada Prezidentimiz cənab İlham Əliyevə təşəkkür edirk ki, ədliyyə sahəsində azərbaycanda ədalət mühakiməsinin həyata keçirilməsində məhkəmə fəaliyyətinin səmərəli inkişafı üçün, layiqli və peşəkar, ədalətli hakilər təyin edir.

Eyni zamanda bu mühüm və heç də asan olmayan hakimliyə namizədlərin uğurlu seçimində böyük əvəzolunmaz hər zaman rolu AR Ədliyyə Nazirliyinin rəhbərliyinə və onun struktur şöbə, idarə və baş idarələrinə öz dərin təşəkkürümü bildirirəm.

Bu gün göründüyü kimi Şirvan İnzibati–İqtisadi Məhkəmənin hakimləri Zaur Allahyarov, Müşfiq Həsənov, Mehman Nuriyev kimi ölkə başçısının və ədliyyə nazirliyin etimadını doğruldmaqda davam etməkdədirlər.

Biz vətəndaş olaraq öz üzərimizə düşən vəzifəni yernə yetirərək qeyd olunan faktı üzə çıxardıq. Qeyd olunanlara hüquqi qiymət vermək və qanunla töfsif etmək aidiyyati dövlət və yekünda məhkəmə orqanların üzərinə düşür.

İnanırıq ki, bu məsələ obyektiv, köklü və tam hərtərəfli aidiyyati orqanlar tərəfindən araşdırılaraq, prosessual qanunvericiliyin tələblərinə müvafiq qərar qəbul olunacaq və dövlət proqramına uyğun adlı siyahıda saxtakarlıq edən təqsirkar məsul şəxslərin törətdiyi qanunsuzluqlara uyğun dərəcədə cəzalandırılacaq və tezliklə, nəhayət qanunsuz evindən məhrum olunan Füzuli rayonundan məcburi köçkün olan vətəndaş Nağıyev Adil İsmayıl oğlu ailə üzvləri ilə birgə evlə təmin olunacaqdır.

Bir daha özümə borc bilib qeyd edirəm ki, unutmayın ki, ölkəmizdə regionlarda, rayon icra hakimiyyəti başçısı vəzifəsinə Prezidentimiz cənab İlham Əliyev təyin edir və bu mühüm vəzifəyə təyin olunmuş şəxslər rəhbərliyin etimadın doğrultmadığı təqdirdə istənilən zaman tutduğu vəzifədən azad edə bilər.

Biz buna inanırıq və Ulu öndər Heydər Əliyevin ruhuna hörmət əlaməti olaraq xahiş edirik ki bu məsələ ciddi nəzarət qaydasında araşdırılsın.

Hörmətlə,
Dövlət maraqlarını daima müdafiə edən Vüqar Qasımov

Füzuli rayonunda Dövlət Proqramının sənədləri saxtalaşdırılıb - Prezidentin qərarını dəyişmək cəhdi ifşa edildi

Füzuli rayonunda Dövlət Proqramının sənədləri saxtalaşdırılıb - Prezidentin qərarını dəyişmək cəhdi ifşa edildi
Füzuli rayonunda Dövlət Proqramının sənədləri saxtalaşdırılıb - Prezidentin qərarını dəyişmək cəhdi ifşa edildi
Füzuli rayonunda Dövlət Proqramının sənədləri saxtalaşdırılıb - Prezidentin qərarını dəyişmək cəhdi ifşa edildi
Füzuli rayonunda Dövlət Proqramının sənədləri saxtalaşdırılıb - Prezidentin qərarını dəyişmək cəhdi ifşa edildi
Füzuli rayonunda Dövlət Proqramının sənədləri saxtalaşdırılıb - Prezidentin qərarını dəyişmək cəhdi ifşa edildi
Füzuli rayonunda Dövlət Proqramının sənədləri saxtalaşdırılıb - Prezidentin qərarını dəyişmək cəhdi ifşa edildi
Füzuli rayonunda Dövlət Proqramının sənədləri saxtalaşdırılıb - Prezidentin qərarını dəyişmək cəhdi ifşa edildi
Füzuli rayonunda Dövlət Proqramının sənədləri saxtalaşdırılıb - Prezidentin qərarını dəyişmək cəhdi ifşa edildi
Füzuli rayonunda Dövlət Proqramının sənədləri saxtalaşdırılıb - Prezidentin qərarını dəyişmək cəhdi ifşa edildi
Füzuli rayonunda Dövlət Proqramının sənədləri saxtalaşdırılıb - Prezidentin qərarını dəyişmək cəhdi ifşa edildi

XƏBƏR LENTİ