Anons

10-01-2018, 15:47 - Yaşıllaşma adı altında tikilən villalar – HACIBALA ABUTALIBOV KİMİ ALDADIR?

9-01-2018, 10:52 - Musiqi məktəblərində maaşlar 70% kəsilib - Müəllimlər səsin çıxarmasın... ÖDƏYƏCƏYİK! AUDİOYAZI

26-12-2017, 09:57 - Rəhim Qazıyev saxlanılıb

22-12-2017, 10:02 - Sözün bitdiyi Neftçala təhsil ocağı – 1 saylı məktəbin direktoru Ülviyyə Abdulayeva susur...

19-12-2017, 22:42 - Füzuli rayonunda Dövlət Proqramının sənədləri saxtalaşdırılıb - Prezidentin qərarını dəyişmək cəhdi ifşa edildi

1-12-2017, 08:52 - Heydər Əliyev adına liseyin müəlliməsi Prezidentə və Vitse-prezidentə - Açıq Məktub

17-11-2017, 13:57 - Heydərovların maliyyəsi ilə dəyişən zehniyyət - Aynur Camalqızı

15-11-2017, 14:48 - Saytların girişinə məhdudiyyətlər qoyulur - Vasif Paşayev

14-11-2017, 14:18 - AYNUR CAMALQIZI – BİZNESMEN XANIMI, FÖVQƏLNAZİRİN SEVİMLİSİ VƏ...

10-11-2017, 12:49 - Təhsil idarə müdirəsi muhasibi işdən azad etdi! - Yerinə oğlunun müdirinin xanımını götürdü İDDİA

10-11-2017, 09:58 - Gömrük sisteminin daha bir müəmmalı fiquru…– 38 YAŞINDA DİPLOM ALAN GENERAL

5-11-2017, 19:22 - Gürcüstan Gömrük Keçid Məntəqələrində rüşvət mexanizmi işə salındı? - ŞOK İDDİALAR

1-11-2017, 12:59 - “Az-Granata” MMC-nin konyakı daha iki vətəndaşı zəhərlədi

30-10-2017, 01:04 - Masallıda iş adamı Fəxrəddin Baxışov Azərsu ASC tərəfindən 60 min cərimələndi – Mənimsəmə faktları aşkarlanıb

30-10-2017, 00:18 - Vətəndaş Nəsirov İsmayıl Ədliyyə naziri Fikrət Məmmədova media vasitəsi ilə ŞİKAYƏT ETDİ

27-10-2017, 14:07 - Bakıda məktəb direktorunun əxlaqsız təklifi müəlliməni işsiz qoydu… – VİDEO – FOTO

26-10-2017, 09:16 - Ermənistanın blokadasına Gürcüstan da qoşulur - düşmən şokda

23-10-2017, 09:11 - Azərbaycana qarşı Gürcüstan sərhədində edilən hörmətsizlik - Qanun tanımayan qonşu GÖMRÜK keçid əməkdaşları

17-10-2017, 11:22 - İcra başçısı “fövqəlnazir”lə “Mətanət A” şirkəti arasında qalıb

16-10-2017, 09:33 - Qusarda şok olay - Polislər meşə gözətçisini xəstəxanalıq edib+FOTO

11-10-2017, 18:41 - Erməni əsgərin əlində qumbara partlayıb

10-10-2017, 12:30 - Ramiz Zeynalovun Yevlax “MERO”sundakı rəis qohumunun ilginc korrupsiyası - VİDEO

6-10-2017, 20:26 - Əxlaqsızlıq yuvasında 'ƏDALƏT' höküm sürür - Hakim qərarı ilə 50 nəfəri çörəyindən etdi...

5-10-2017, 17:30 - İlham Əliyev Qərblə strateji sazişi anons etdi

5-10-2017, 17:23 - Məcburi köçkünlər Şəkinin icra başçısından prezidentə şikayət etdilər-

3-10-2017, 20:48 - 'Hacı' titullu iş adamı... Zakir Fərəcov kimi 'moşennik'lərin cavabını tək verməyə hazıram - İTTİHAM

3-10-2017, 20:05 - Ağcabədi “MERO”-da Babək Mərdanovla Xaqani Həsənov bazarı

3-10-2017, 19:34 - Göyçayda icra başçısı ilə bələdiyyə sədri vətəndaşın torpağını əlindən aldı- ŞOK İDDİA

“Dedi ki, sənin boğazını kəsib, meyitini itirərəm, kimsə tapa bilməz” – HACIBALA ABUTALIBOV 10 AİLƏNİ EVSİZ QOYDU (VİDEO)

Tarix:28-12-2017, 16:42 Baxış Sayı:253

“Dedi ki, sənin boğazını kəsib, meyitini itirərəm, kimsə tapa bilməz” – HACIBALA ABUTALIBOV 10 AİLƏNİ EVSİZ QOYDU (VİDEO)

Bakı şəhəri, Nizami rayonunda 10 ailənin evinin qanunsuz olaraq sökülməsi haqda dəyərli oxucularımıza məlumat vermişdik. Qeyd etmişdik ki, bu ailələr Şərq küşəsindəki bu ərazidə 2000-ci ildən yaşayırlar. Nizami rayon bələdiyyəsi ilə bağlanılan müqavilə əsasında, hər il vaxtı-vaxtında bələdiyyənin “Kapital Bank”dakı hesabına dövlət rüsumunu ödəyiblər və bu haqda əllərində lazımı sənədlər də var. Həmin ailələr son 17 il ərzində bu torpaq sahəsini əkib-becərməklə yanaşı, alın təri ilə qazandıqları pulları qəpik-qəpik toparlayaraq, 2003-cü ildən etibarən özlərinə 2-3 otaqdan ibarət ev də tikməyə başlayıblar. Beləliklə, təxminən 16 ilə yaxın bu ərazidə sakit bir həyat yaşayıblar.

Abutalıbovun çarəsiz insanların bədbəxtliyi üzərində xoşbəxtlik qurmaq istəyi

“Dedi ki, sənin boğazını kəsib, meyitini itirərəm, kimsə tapa bilməz” – HACIBALA ABUTALIBOV 10 AİLƏNİ EVSİZ QOYDU (VİDEO)

Lakin təxminən 1 il əvvəl yaxınlıqdakı villalardan birinə kabab qanaqlığına gələn Başı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun sakinlərin zəhməti hesabına yaşıllaşdırılan bu əraziyə “gözü düşüb”. Mer qonaq getdiyi villa sahibindən bu ərazidə məskunlaşan insanların kimliyini soruşub. Ona məlumat verilib ki, sözügedən 10 ailə Naxçıvan sakinləridir və əksəriyyəti də qohumdur. Elə həmin gündən BŞİH rəhbəri bu ərazini ələ keçirmək fikrinə düşüb. Təbii ki, bunun üçün də hüquqi əsaslar axtarmağa başlayıb. Görünən odur ki, H.Abutalıbovun bu axtarışları nəticə verməyib. Çünki həmin ərazi faktiki olaraq 2000-ci ildə Nizami bələdiyyəsi tərəfindən qanuni müqavilə əsasında sözügedən sakinlərə ayrılıb. Sakinlər də hər il torpaq vergisini və digər zəruri ödənişləri ödədiklərindən, həmin müqaviləni pozmaq mümkün olmayıb. Sonradan isə Baki merinə məlumat veriblər ki, sözügedən 2 hektarlıq ərazinin cüzi hissəsi Suraxanı rayonunun ərazisinə düşür. Suraxanı rayonu Abutalıbovun xüsusi nəzarəti altında olduğundan, o, dərhal göstəriş verir ki, bu torpaq sahəsi bütünlükdə bu rayonun ərazisi kimi göstərilərək, “zəbt olunmuş sahə” kimi sakinlərdən geri alınsın.

Öncə Şirin Abbasov torpağa sahib çıxmağa çalışdı...

“Dedi ki, sənin boğazını kəsib, meyitini itirərəm, kimsə tapa bilməz” – HACIBALA ABUTALIBOV 10 AİLƏNİ EVSİZ QOYDU (VİDEO)


Apardığımız araşdırma nəticəsində məlum olur ki, mer bu məsələyə hüquqi don geydirməyi Suraxanı rayon rəhbərliyinə, həmin ərazinin ələ keçirilməsini isə yaxın qohumu Cəfərov Vüsal İdris oğluna tapşırır. 2017-ci ilin fevral ayında V.Cəfərovun tapşırığı əsasında, özünü Nizami kimi təqdim edən, sonradan Abbasov Şirin olduğu müəyyən edilən vətəndaş Suraxanı rayon İcra Hakimiyyətinin və 32-ci polis bölməsinin əməkdaşları ilə birgə əraziyə gələrək, həmin torpaq sahəsinin ona məxsus olduğunu idda edib. Üstəlik, bu şəxs Suraxanı rayon Polis İdarəsinə də müraciət edərək, həmin ərazinin gerçək sahibi olduğunu bildirib. Vətəndaşın bu şikayəti əsasında da Suraxanı rayon Polis İdarəsinin əməkdaşları bu ərazidə yaşayan vətəndaşlara təzyiq göstərərək, onların qanuni torpaq sahəlsinin kənar şəxslər tərəfindən ələ keçirilməsinə yardımçı olmağa çalışıb. Həmin vaxt Natiqə Tağıyevanın oğlu Elşən Hüseynov və qohumu Tural Əsgərov ərazinin onlara məxsus olduğunu və 2000-ci ldən etibarən əkib-becərdiklərini bildirib. Bu zaman tərəflər arasında mübahisə yaranıb və hətta vəziyyət o səviyyəyə çatıb ki, Şirin Abbasov 32-ci polis bölməsinin əməkdaşlarının yanında butulkanı sındıraraq Tural Əsgərovun boğazına dayayıb. O, T.Abbasova “sənin boğazını kəsib, meyitini itirərəm, kimsə tapa bilməz” deyib. Polis əməkdaşları isə bu hadisəni film kimi seyr edib. Nəticədə, ərazinin faktiki sahibləri dirəniş göstərdiklərindən, həmin şəxslər və polis əməkdaşları sakinləri hədələyərək ərazini tərk ediblər.

...ardınca Kərimova Rəna Müştəba qızı “torpaq mənimdir” dedi

“Dedi ki, sənin boğazını kəsib, meyitini itirərəm, kimsə tapa bilməz” – HACIBALA ABUTALIBOV 10 AİLƏNİ EVSİZ QOYDU (VİDEO)


Bundan sonra Vüsal Cəfərov Suraxanı rayon rəhbərliyinin imzası ilə digər tanışı Natiq Kərimovun həyat yoldaşı Kərimova Rəna Müştəba qızınını adına saxta sənəd düzəltdirərək, guya, bu ərazinin həmin şəxsə məxsus olduğunu, 2000-ci ildə hazırda evləri sökülən vətəndaşlar tərəfindən “zəbt edildiyini” iddia edib. Halbuki, qeyd etdiyimiz kimi, zərərçəkən tərəf hər il vaxtı-vaxtında rəsmi sənədlərdə öz adlarına olan bu ərazinin vergisini ödəyib və 16 il müddətində kimsə bu əraziyə iddia etməyib. Odur ki, 16 il sonra Şirin Abbasov, ardınca Natiq Kərimov adlı vətəndaşların birdən-birə ortaya çıxaraq sözügedən torpaq sahəsinə sahib çıxmaq istəmələri gözlənilməz olub. Bu səbəbdən də sakinlər 17 ildir istifadələrində olduğu torpaq sahəsini və bu illər ərzində əzab-əziyyətlə ərsəyə gətirdikləri evlərindən çıxamayacaqlarını bildiriblər.

Müstəntiq vətəndaşı “şərləyərək həbs etməklə” hədələdi

Sakinlərin bu qətiyyətli addımından sonra Suraxanı rayonunun polis işçiləri işə əl qoyub. Xüsusən də rayon polis idarəsinin müstəntiqi Anar Məmmədov və 32-ci polis bölməsinin rəis müavini Müşviq Qubadov hədə-qorxu gəlməklə sakinləri ərazidən çıxarmağa cəhd göstərib. Üstəlik, bu məsələyə keçmiş “Riyad” Mühafizə Xidmətinin əməkdaşları da cəlb olunub. Belə ki, Kərimova Rəna Müştəba qızı ilə “Riyad” arasında bağlanmış saxta müqavilə sənədində mühafizə xidməti “Suraxanı rayonu, Qaraçuxur qəsəbəsini qorumağı” öz üzərinə götürüb. Yəni torpaq sahəsinin ünvanı göstərilməyib. Nəticədə, mühafizə xidmətinin Suraxanı rayon idarəsinin rəisi Əliyev Məmmədağa Ağahüseyn oğlunun göstərişi və onun Elgiz adlı müavininin rəhbərliyi altında mühafiz xidmətinin əmədaşları torpaq sahəsinin giriş hissəsinə - Natiqə Tağıyevanın ailəsinə məxsus torpaq sahəsini içərisinə özbaşına olaraq butka qoyaraq, ərazini nəzarətə almağa başlayıblar. Bu zaman etiraz edən sakinlərə polislər və “Riyad” MX-nin əməkdaşları tərəfindən güc tətbiq olunub, hətta N.Tağıyevanın hamilə gəlininə belə, əl qaldırblar. Polisin və mühafizə xidməti əməkdaşlarının qanunsuz əməllərinə etiraz edən Natiqə Tağıyevanın oğlu Elşən Hüseynovu isə müstəntiq Anar Məmmədov şərləyərək həbs etməklə hədələyib.

55 min manatlıq iddia...

Beləliklə, Bakı meri Hacıbala Abutalıbovun ələ keçirməyə çalışdığı bu ərazi bir neçə ay “Riyad” Mühafizə Xidməti tərəfindən “mühafizə olunub”. Bu müddət ərzində Suraxanı rayon polis idarəsinin əməkdaşları da mütəmadi olaraq əraziyə baş çəkərək, sakinləri evlərindən çıxarmaq üçün təzyiq ediblər. Bütün bunlar fayda vermədikdə, qarşı tərəf problemi “hüquqi müstəvidə” cözmək qərarına gəlib. Belə ki, Kərimova Rəna Müştəba qızı ərazinini aidiyyatı olmadığı Suraxanı rayon məhkəməsinə müraciət edərək, “ona dəymiş maddi ziyanın əvəzi olaraq 5 min manat, mənəvi ziyanın qarşılığında isə 50 min manat” ödənilməsini xahiş edib. İddia ərizəsində o da qeyd olunub ki, guya, həmin ərazidə onlarla ağac vətəndaşlar tərəfindən məhv edilib...
“Dedi ki, sənin boğazını kəsib, meyitini itirərəm, kimsə tapa bilməz” – HACIBALA ABUTALIBOV 10 AİLƏNİ EVSİZ QOYDU (VİDEO)

10 ailənin evi darmadağın edildi

Hakim Ağayev Elçin Zəkəriyyə oğlunun sədrliyi ilə keçirilən məhkəmə prosesi davam etdiyi ərəfədə polis əməkdaşları öz təzyiqlərini daha da artıraraq, ailə üzvlərini torpaq sahəsindən çıxarmağa çalışıblar. Yəni onlar Bakı merinin nüfuzuna və gücünə arxalanaraq, məhkəmə qərarını gözləməyə belə, ehtiyac duymayıblar. Görünür, əmin olublar ki, Suraxanı rayon Məhkəməsinin hakimi E.Ağayev Hacıbala Abutalıbovun iradəsinə zidd gedə bilməz. Məhz bu səbəbdən də, məhkəmə qərarını gözləmədən Suraxanı rayon İcra Hakimiyyətinin rəhbər şəxslərinin və onlarla polis əməkdaşının nəzarəti altında 10 ailənin evi darmadağın edilib. Bu zaman hətta sakinlərin evdə olan əşyalarını çıxarmasına belə, imkan verilməyib. Odur ki, illərlə çəkdiyi zəhmətin gözünün önündə yerlə-yeksan edildiyini görən Elşən Hüseynov, əlindən heç nə gəlmədiyindən, öz canına qıymaq qərarına gəlib. Bu məqsədlə də, o, söküntü yerində özünü doğramağa başlayıb. Lakin ətrafdakı insanlar dərhal müdaxilə etdiyindən, E.Hüseynovun intihar cəhdi baş tutmayıb.

10 ailənin evinin dağıdılmasının arxasında duran əsl niyyət...

Bu hadisəyədək qarşı tərəfin niyyəti o qədər də açıq deyildi. Lakin vətəndaşların evi söküləndən sonra hər şey ortaya çıxdı. Bir daha bəlli oldu ki, əslində 10 ailənin evsiz qalmasında baş rolu oynayan vətəndaş Kərimova Rəna Müştəba qızı sadəcə bu məsələyə hüquqi don geydirmək üçün lazım imiş. Əslində isə, burada tamamailə fərqli niyyətlər olub. Hansı ki, burada BŞİH rəhbərliyinin, Suraxanı rayon İH nümayəndələrinin və polisin aktivliyi, onların hətta məhkəmə qərarını gözləmədən sakinlərin evini yerlə yeksan etmələri heç də təsadüf olmayıb... (hürriyyət)

Bu və digər məsələlər haqqında növbəti yazımızda daha geniş açıqlama verəcəyik. Bizi izləyin.

BakuNews.Az

“Dedi ki, sənin boğazını kəsib, meyitini itirərəm, kimsə tapa bilməz” – HACIBALA ABUTALIBOV 10 AİLƏNİ EVSİZ QOYDU (VİDEO)
“Dedi ki, sənin boğazını kəsib, meyitini itirərəm, kimsə tapa bilməz” – HACIBALA ABUTALIBOV 10 AİLƏNİ EVSİZ QOYDU (VİDEO)

XƏBƏR LENTİ