Anons

10-01-2018, 15:47 - Yaşıllaşma adı altında tikilən villalar – HACIBALA ABUTALIBOV KİMİ ALDADIR?

9-01-2018, 10:52 - Musiqi məktəblərində maaşlar 70% kəsilib - Müəllimlər səsin çıxarmasın... ÖDƏYƏCƏYİK! AUDİOYAZI

26-12-2017, 09:57 - Rəhim Qazıyev saxlanılıb

22-12-2017, 10:02 - Sözün bitdiyi Neftçala təhsil ocağı – 1 saylı məktəbin direktoru Ülviyyə Abdulayeva susur...

19-12-2017, 22:42 - Füzuli rayonunda Dövlət Proqramının sənədləri saxtalaşdırılıb - Prezidentin qərarını dəyişmək cəhdi ifşa edildi

1-12-2017, 08:52 - Heydər Əliyev adına liseyin müəlliməsi Prezidentə və Vitse-prezidentə - Açıq Məktub

17-11-2017, 13:57 - Heydərovların maliyyəsi ilə dəyişən zehniyyət - Aynur Camalqızı

15-11-2017, 14:48 - Saytların girişinə məhdudiyyətlər qoyulur - Vasif Paşayev

14-11-2017, 14:18 - AYNUR CAMALQIZI – BİZNESMEN XANIMI, FÖVQƏLNAZİRİN SEVİMLİSİ VƏ...

10-11-2017, 12:49 - Təhsil idarə müdirəsi muhasibi işdən azad etdi! - Yerinə oğlunun müdirinin xanımını götürdü İDDİA

10-11-2017, 09:58 - Gömrük sisteminin daha bir müəmmalı fiquru…– 38 YAŞINDA DİPLOM ALAN GENERAL

5-11-2017, 19:22 - Gürcüstan Gömrük Keçid Məntəqələrində rüşvət mexanizmi işə salındı? - ŞOK İDDİALAR

1-11-2017, 12:59 - “Az-Granata” MMC-nin konyakı daha iki vətəndaşı zəhərlədi

30-10-2017, 01:04 - Masallıda iş adamı Fəxrəddin Baxışov Azərsu ASC tərəfindən 60 min cərimələndi – Mənimsəmə faktları aşkarlanıb

30-10-2017, 00:18 - Vətəndaş Nəsirov İsmayıl Ədliyyə naziri Fikrət Məmmədova media vasitəsi ilə ŞİKAYƏT ETDİ

27-10-2017, 14:07 - Bakıda məktəb direktorunun əxlaqsız təklifi müəlliməni işsiz qoydu… – VİDEO – FOTO

26-10-2017, 09:16 - Ermənistanın blokadasına Gürcüstan da qoşulur - düşmən şokda

23-10-2017, 09:11 - Azərbaycana qarşı Gürcüstan sərhədində edilən hörmətsizlik - Qanun tanımayan qonşu GÖMRÜK keçid əməkdaşları

17-10-2017, 11:22 - İcra başçısı “fövqəlnazir”lə “Mətanət A” şirkəti arasında qalıb

16-10-2017, 09:33 - Qusarda şok olay - Polislər meşə gözətçisini xəstəxanalıq edib+FOTO

11-10-2017, 18:41 - Erməni əsgərin əlində qumbara partlayıb

10-10-2017, 12:30 - Ramiz Zeynalovun Yevlax “MERO”sundakı rəis qohumunun ilginc korrupsiyası - VİDEO

6-10-2017, 20:26 - Əxlaqsızlıq yuvasında 'ƏDALƏT' höküm sürür - Hakim qərarı ilə 50 nəfəri çörəyindən etdi...

5-10-2017, 17:30 - İlham Əliyev Qərblə strateji sazişi anons etdi

5-10-2017, 17:23 - Məcburi köçkünlər Şəkinin icra başçısından prezidentə şikayət etdilər-

3-10-2017, 20:48 - 'Hacı' titullu iş adamı... Zakir Fərəcov kimi 'moşennik'lərin cavabını tək verməyə hazıram - İTTİHAM

3-10-2017, 20:05 - Ağcabədi “MERO”-da Babək Mərdanovla Xaqani Həsənov bazarı

3-10-2017, 19:34 - Göyçayda icra başçısı ilə bələdiyyə sədri vətəndaşın torpağını əlindən aldı- ŞOK İDDİA

İmişli rayon İcra hakimiyyətinin başçısı Vilyam Hacıyevdə məzuniyyətə göndərildi

Tarix:12-01-2018, 09:37 Baxış Sayı:676

İmişli rayon İcra hakimiyyətinin başçısı Vilyam Hacıyevdə məzuniyyətə göndərildi

İmişli ötən il pambıq tədarükü ilə bağlı 30 min ton öhdəlik götürsə də, yalnız 14 min ton pambıq təhvil verə bildi. Çünki Vilyam Hacıyev özünün şımartdığı yerli məmurlarla sadəcə bacara bilmədi.

Bir neçə gün öncə mətbuat Binəqədi rayon İcra hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun məzuniyyətə göndərilməsi ilə bağlı məlumat dərc etdi. Məlumatda bu məzunyyətin X.İsgəndərovun hakimiyyət karyerasında sonuncu olduğu iddia olunurdu . Və o da qeyd edilirdi ki, X.İsgəndərovun məzuniyytə çıxmasından dərhal sonra Binəqədi rayon İcra hakimiyyətində məhz maliyyə məsələləri ilə bağlı ciddi yoxlamalara start verlib. Ötən gün İmişlidəki mənbədən Bakunews.az-a daxil olan məlumatda rayon İcra Hakimiyyətinn başçısı Vilyam Hacıyevində məzuniyyətə çıxdığı bildirilir. Məlumatı verən mənbə V.Hacıyevin bir neçə ay öncə məzuniyyətdən qayıtmasına baxmayaraq yenidən istirahət etmə arzusunun o qədər də xoş məramlı olmadığını qeyd etdi. “İmişli pambıqçılıq rayonudur. Prezidentin rayonların tarixi ənənələri bərpa etməsi ilə bağlı tövsyyəsindən sonra rayonda pambıqçılıqla bağlı ilk aylar canlanma oldu. Amma sadə vətəndaşda geniş pambıq sahələri əkmək üçün maddi imkan olmadığını bilən İcra başçısı bu öhdəliyi büdcə təşkilatlarının rəhbərlərinin üzərinə qoydu. Nə qədər qəribə də olsa ilk aylar rayonda kolxoz əhval – ruhiyyəsi hökm sürdü. Hətta ilk aylarda Vilyam Hacıyev sovet dönəmində olduğu kimi əyalət məmurlarının proseslə bağlı gündəlik hesabatlarını da dinləyirdi. Halbuki artıq kolxoz təsərrüfatı yoxdur. Hər kəsdə xüsusi mülkiyyətdir.” – deyən mənbə, əlavə olaraq bildirdi ki, İmişli ötən il pambıq tədarükü ilə bağlı 30 min ton öhdəlik götürsə də, yalnız 14 min ton pambıq təhvil verə bildi. Çünki Vilyam Hacıyev özünün şımartdığı yerli məmurlarla sadəcə bacara bilmədi. Yığımın son aylarında pambığın alış qiymətinin qəflətən aşağı salınması, hər tondan 200 kq məhsulun min bir bəhanə ilə məninsənilməsi fermerləri əlavə tədbirlər görməyə məcbur etdi. Çünki qazanılan vəsait çəkilən xərci nəinki ödəmirdi, hətta fermer il boyu əziyyət çəkib yetişdirdiyi məhsulu satdıqdan sonra belə sonucda pambıq tədarüki müəssisəsinə borclu qalırdı. Bundan başqa Vilyam Hacıyevin göstərişi ilə pambıq əkən məmurlar – kənd və qəsəbə icra nümayəndələri, bələdiyyə sədrləri, dövlət müəsisəsinin rəhbərləri sadə kəndliyə, fermerə rəqib deyl, sanki düşmən kimi baxdılar. İmişli RİH başçısının İmişli şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Məmi Atakişiyevin, Ağdam rayonundan olan məcburi köçkun, İmişli rayon Bəciravan kəndində məskunlaşmış, II qrup əlil Yaqub Orucova qarşı təzyiqləri Vilyam Hacıyevin diqqətinə dəfələrlə çatdırılsa da, nəticədə icra başçısı problemin həllində çarəsiz durumda qaldı. Yəni Məmi Atakişiyev məcburi köşkünün kredit götürməklə əkdiyi pambıq sahəsini suvara bilməməsi üçün rayonun aidiyyatı strukturuna konkret tapşırıq verdi. Və nəticədə də istəyinə nail oldu. Min bir zəhmətlə və külli miqdarda vəsait xərcləməklə əkilən məhsul susuzluqdan məhv oldu. Məsələ medinın gündəminə çıxsa da, Vilyam Hacıyev özü təyin etdiyi sıradan bir məmurun iddiasına qarşı çıxa bilmədi. Zaman – zaman bu tip hadisələr daha fərqli rakurslarda baş verdi. İmişli rayon Maliyyə idarəsinin rəisi Rəhim Rəhimov rayondakı toy mərasimlərinin birində ƏƏSMN-in rayonda fəaliyyət göstərən təşkilatının əməkdaşını döydü. Bu hadisədən sonra bir müddət görəvindən alınsa da, Vilyam Hacıyevin xeyir-duası ilə yenidən görəvinə dönməyi bacardı. Sonra Rəhim Rəhimov məhz Prezidentin iradəsinə qarşı çıxdı. 50 llik yubileyini dövlət görəvlisi olmağına baxmayaraq xüsusi təmtəraqla və atəşfəşanlıqla qeyd etdi. Halbuki Prezidentin bu məsələ ilə bağlı konkret tapşırığı var idi. Rəhimovun “açdığı cığırı” yola çevirənlər dəstəsi yarandı İmişlidə. 50 illik yubileylər nəinki rayondakı restoranlarda, hətta paytaxtdakı dəbdəbəli şadlıq evlərində, şou-proqramlarla qeyd edilməyə başladı. Lakin Vilyam Hacıyev seyriçi mövqeyindən əl çəkmədi. İmişli Mədəniyyət və Turizm idarəsində yüz minlərlə manat vəsait mənimsənildi. İdarənin rəisi Süleyman Bəşirov görəvindən alınsa da, istintaq müddətində həbs edilmədi. Mənbənin bildirdiyinə görə dövlət əmlakını külli miqdarda mənimsəyən Bəşirovu İmişli Maliyyə idarəsinn rəisi Rəhim Rəhimov və yenə də Vilyam Hacıyev müdafiə etdi. Hətta bir müddət öncə S.Bəşirovun paytaxtda həbs edilməsi ilə bağlı xəbərdə mediada dərc edildi. Lakin qısa müddət sonra rayona qayıdan S.Bəşirovun mənimsədiyi dövlət vəsaitinin, V.Hacıyevin təşəbbüsü ilə müəssisə rəhbərlərindən toplanana ianələrlə qaytarıldığı bildirildi. Vilyam Hacıyev mütəmadi olaraq rayonda baş verən qanundankənar hərəkətlər. paytaxtın Nərimanov rayon prokurorluğunda çalışan oğlu Məhəmmədin ərköyünlüyü və s. konteksdə medianın gündəminə gəlsə də, lakin illərlə bəslədiyi “baş redaktorlar” icra başçısı ilə bağlı SOS xarakterli dərc edilən məlumatları media resusrslarının səhifələrindən sildirməyi bacarırdılar.
İmişli rayon İcra hakimiyyətinin başçısı Vilyam Hacıyevdə məzuniyyətə göndərildi

Vilyam Hacıyevin İmişliyə rəhbərlik etdyi dövr insanların yaddşında xaotik tikililər dövrü kimi də qalacaq. Hacıyevin ölkə Qanunları ilə bir araya sığmayan Sərəncamları ilə tikilən xaotik tikililərin rayon sakinlərinə verdiyi zərərin miqyası hələ illərlə hiss ediləcək. (Conflict)

Mövzuya qayıdacağıq.
Redaksiyadan: Məlumatda adı çəkilən qurum və ya şəxslərində cavab haqlarını tanıyırıq və dərc etməyə hazırıq.

BakuNews.Az

XƏBƏR LENTİ