Anons

30-10-2018, 16:33 - Səbail rayonuna yeni icra başçısı təyin edildi

29-10-2018, 10:28 - Zəngilanın işğalından 25 il ötür

25-10-2018, 10:05 - Azərbaycan nefti 78 dollara satılır –İki dollardan artıq ucuzlaşma var

23-10-2018, 15:31 - Baş həkim Mehriban Abasquliyeva naziri niyə biabır edir?

23-10-2018, 10:48 - AMEA-nın Elmi Mərkəzi Kitabxanasında nə baş verir? – Tort kəsilir, şadyanalıq edilir

26-09-2018, 19:05 - Qadın və kişi həvəskar velosipedçilər arasında "Dövlət Müstəqillik günü"-nə həsr edilmiş Respublika açıq birinçiliyi keçiriləcəkdir

22-09-2018, 13:00 - Havanın temperaturu 2-4 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ

27-08-2018, 12:52 - TƏCİLİ - Körpə balaların Azərbaycan xalqının dəstəyinə ehtiyacı var

21-08-2018, 01:36 - Vətəndaş Lütvəli Babayevin qanunsuz əməlindən Fazil Mustafayevin xəbəri olub olmadığın soruşur

14-08-2018, 12:48 - Sel Zaqatala və Balakəndə küçələri dağıdıb, sahələri məhv edib - VİDEO

11-08-2018, 22:31 - SON DƏQİQƏ: Azərbaycanda bu kəndlərlə əlaqə kəsildiyindən əhali helikopterlərlə ərazidən çıxarılır - VİDEO

14-07-2018, 13:18 - Ekologiyamıza qənim kəsilənlər və Muxtar Babayevin susqunluğu nədən xəbər verir? - VİDEO/FOTO

13-07-2018, 16:42 - ŞOK! ŞOK! At oğrusu və müdhiş korrupsiya iddiası - SHXÇDX-də nələr baş verir?

3-07-2018, 14:10 - NAR ABUNƏÇİLƏRİNİN NƏZƏRİNƏ

3-07-2018, 05:43 - Baş verən böyük qəza ilə bağlı son məlumat - rəsmi

2-07-2018, 14:54 - Cavid Qurbanovun Bakı Dairəvi yolunda 13 min tonluq metal biznesi - Şok faktlar...

19-06-2018, 08:31 - Kolxozdan gələn gömrük generalının ziyanlı islahatı və müəmmalı keçmişi - Səfər Mehdiyev kimdir?

5-06-2018, 09:15 - Amerikanın qorxulu “Böyük Ermənistan” projesi - SENSASİON İDDİA

18-05-2018, 09:49 - Sayt əməkdaşı baş həkimə qarşı böhtan atdığı üçün işdən azad edilib

18-05-2018, 09:28 - Laçın rayonunun işğalından 26 il ötür

10-05-2018, 17:06 - Eldar Mahmudov və generalları bu şəxsin başına min oyun açdı - ŞOK FAKTLAR ÜZƏ ÇIXARDI

7-05-2018, 10:14 - Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün test mərhələsi üzrə təkrar sınaq imtahanı keçiriləcək

1-05-2018, 15:45 - Müşfiq Rəhimovun ailəsində ağır itki baş verib

20-04-2018, 09:55 - SON DƏQİQƏ Toyda partlayış - Azı 13 yaralı

18-04-2018, 09:19 - “Formula-1” yarışı ilə bağlı Bakının mərkəzi yollarında hərəkət məhdudlaşdırılacaq

9-04-2018, 17:28 - İşsiz və evsiz olan xanım müəllim, “Uşaqlarımı oxuda bilmirəm”

7-04-2018, 01:13 - Azyaşlı şagirdin məktəb direktoru ilə intim videosu qalmaqal yaradıb

2-04-2018, 10:12 - Düşmən atəşkəs rejimini 98 dəfə pozub

“Ağciyər Xəstəlikləri İnstitunun direktoru Həqiqət Qədirova əslində bir DİKTATORDUR” VIDEO

Tarix:19-01-2018, 10:17 Baxış Sayı:1 262

“Ağciyər Xəstəlikləri İnstitunun direktoru Həqiqət Qədirova əslində bir DİKTATORDUR” VIDEO


Ağciyər Xəstəlikləri İnstitunun direktoru Həqiqət Qədirova sosial şəbəkələrdə ona qarşı etiraz edən, tibb elmləri namizədi Səbinə Məmmədova yayılan videoya görə yanvarın 13-də vəzifəsindən uzaqlaşdırılıb. S.Məmmədova isə yeni müraciət videosunu sosial şəbəkələrdə paylaşaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarından kömək istəyib. Haqqlı olduğu halda haqsız duruma düşən S.Məmmədova cənab prezident sizdən başqa etibar edəcəyim ikinci şəxs yoxdur deyə xahiş edir ki, onun səsinə səs versin.


Diqqətinizə çatıraq ki, 2017-ci ilin media üzərində apardığımız araşdırmalardan da məlum olan yazılarda H.Qədirovanın əslində bundan əvvəlki iş yerindədə bu tipli əməllərinə görə qovulması ilə bağlı məlumatlar yer almaqdadır.

Mediada yer alan xəbəri olduğu kimi sizlərə təqdim edirik: "Rubrika.az saytına müraciət edən Ağciyər Xəstəlikləri İnstitutunun bir qrup əməkdaşı xəstəxanada baş verən qanunsuzluqlardan, xüsusilə yeni təyin olunan direktor Həqiqət Qədirovanın əməllərindən dövlət başçısı cənab İlham Əliyevə, birinci vitse-prezident Mehriban xanım Əliyevaya, Səhiyyə naziri O. Şirəliyevə şikayət edir, ciddi tədbirlər görülməzsə burada vəziyyətin daha dəhşətli hal alacağını bildirirlər.

Müraciət müəllifləri qeyd edir ki, Həqiqət Qədirova əvvəllər rəhbərlik etdiyi Respublika QİÇS-lə mübarizə mərkəzində də yarıtmaz fəaliyyətinə görə kollektivin kütləvi etirazına görə işdən qovulub. “ Həqiqət Qədirova əslində bir diktatordur. Hansı qüvvələrsə onu Ağciyər Xəstəlikləri İnstitutuna rəhbər gətirib. Gəldiyi gündən şərləmə, qarayaxma prinsiplərini əsas götürərək xəstəxananın aparıcı həkimlərini hədəfə alıb. Xəstəlik tarixlərini yoxlamaq adıyla xüsusi komissiya yaradaraq kimi istərsə sifarişlə şərlətdirir.”
Komissiyanın tərkibinə direktorun xüsusi seçdiyi şəxslərin daxil olduğunu bildirən müraciət müəllifləri onların qərəzli münasibətindən şikayətlənirlər.
“ Komissiyaya daxil olanlar kimlərdir- Firidun Məcidov-, 68 yaşı var, sertifikasiyadan keçməyib, həkim işləməyə belə ixtiyarı yoxdur. Anasının erməni qızı olduğu iddia edilir.
Komissiyanın digər üzvü Faiq Agayev ixtisasca bronxoloqdur, kecmish direktordur. Özü xəstəlik tarixini həyati boyu yazmayib, klinisist deyil,amma tam qanunsuz olaraq xəstəlik tarixlərini araşdırır, həkimləri incidir . Direktorun sağ əli hesab olunduğu üçün cərrahiyyə şöbəsinə qanunsuz olaraq elmi rəhbər təyin olunub. Anasi erməni qızı olduğu bildirilir.”
Müraciətdə institutun aparıcı cərrahı, elmlər namizədi, aprel döyüşlərinin iştirakçısı, Səhiyyə nazirliyinin cərrahı Cəmil Ələkbərova göstərilən qərəzli münasibətdən xüsusilə bəhs olunur. Bildirilir ki, “ilk öncə “xəttin pisdir” deyərək onun həkimlik fəaliyyətinə qadağa qoydu, daha sonra isə özəl xəstəxanaya gedirsən bəhanəsiylə işdən qovmaqla hədələdi, iclaslarda təhqir etməyə başladı. Səbəb isə həqiqətən də ağlamalıdır: C. Ələkbərovun özü xəstə olduğu halda xəstələrin təkidli xahişi ilə işə gələrək 2 ağır xəstəyə yardım etməsi, onları ölümdən xilas etməsidir. Bunun əvəzində təşəkkür almaq əvəzinə töhmətləndirildi. H. Qədirova “gəlsin mənə yalvarsın, üzr istəsin, izzahat yazsın, bəlkə onu bağışladım” deyərək C. Ələkbərovu təhdid edir. Hətta şöbə müdirini çağıraraq tələb edib ki, Cəmil həkimin 2 gün işə gəlməməsi haqqında təqdimat yazsın”

Müraciətdə bildirilir ki, institutda H. Qədirovanın gəlişindən sonra narazılıq pik həddə çatıb. “Qapının ağzında dayanan mühafizəçidən tutmuş üzü yuxarıya kimi hamı narazıdır” deyə şikayətçilər bildirirlər.
İnstitut əməkdaşlarının müxtəlif vasitələrlə işdən uzaqlaşdırıldığını bildirən əməkdaşlar bildirir ki, “əvvəl işçiyə töhmət verir, sonra yanına çağırıb hədə-qorxu gələrək bildirir ki, ərizəni yazmasan töhmət verəcəyəm, nazirliyə təqdimat yazacağam. Bu hədələrə tab gətirməyən xeyli həkim işdən getməyə məcbur olub. 15 il institutda reanimatoloq işləyən, 4 uşağa tək baxan ( bir övladı yüksək balla Türkiyədə oxuyur) Ruhiyyə Abdullayevanı da bu yolla institutdan uzaqlaşdırıb. İnstitutda yeganə USM həkimi olan Xatirə Əliyevanı da eyni üsulla-töhmət vermək, şərləmək, hədə-qorxu yolu ilə işdən qovmaqla hədələyir.”
Şikayətçilər Həqiqət Qədirovanın işçiləri müxtəlif üsullarla təhdid etdiyini bildirən müdhiş faktlar açıqlayıblar : “ Səbinə Məmmədovaya əvvəlcə şəxsi hesabına şöbəni tam təmir etdirdi, daha sonra isə töhmət verərək işdən uzaqlaşdırdı. Səbinə xanım şöbənin təmirinə 20 min manat vəsait xərcləyib, amma H. Qədirova nazirliyə məlumat verib ki, təmiri özü edib. Labaratoriya əməkdaşları da eyni təhdidlə üz-üzə qalıblar. Belə ki, həkimləri məcbur edib ki, təmir edin, onlar da 20 min manat kredit götürərək təmir ediblər, indi də işdən qovulmaqla hədələnirlər.
Labaratoriyanın işçisi Təranə Həsənova isə direktor tərəfindən bütün kollektivin önündə təhqir olunub. Onun hamilə olduğunu bildiyi halda xalatını çəkərək əynindən çıxartdı.
Stress keçirən əməkdaş hamiləliyinin pozulacağından qorxur, həyacanlanır, ağlayır. Bu barədə T. Həsənova ölkə başçısına, Səhiyyə nazirinə şikayət ərizəsi yazıb.
Rentgen həkimi Arifə artıq 5 töhmət verilib, reanimatoloq Vüqar Səfərova da eyni üsulla təzyiqlər olunur.”
Müraciət müəllifləri bildirir ki, institutun ərazisinin satıldığı özünün isə ləğv olunacağı barədə söhbətlər dolaşır. Bütün bunlara rəğmən H. Qədirova hər gün institut əməkdaşlarına qarşı daha amansızcasına rəftar edir, onları təhqir və təhdid edir.
Artıq səbri tükənən institut işçiləri dövlət başçısı cənab İlham Əliyevdən, birinci vitse-prezident Mehriban xanım Əliyevadan kömək istəyirlər.
Rubrika.az-a edilən şikayətlə əlaqədar Ağciyər Xəstəlikləri İnstitutunun direktoru Həqiqət Qədirova ilə əlaqə saxladıq. Müraciətdə göstərilən faktlara münasibət bildirməsini istədikdə bizə Səhiyyə nazirliyinə müraciət etməyi məsləhət bildirərək heç bir şərh vermədi.
Müraciətdən də göründüyü kimi H. Qədirovanın fəaliyyəti Ağciyər Xəstəlikləri İnstitutunun fəaliyyətini tamamilə iflic edib. Direktor heç bir qanunlara məhəl qoymur, özünü həkim kimi yox, hakimi-mütləq kimi apararaq əməkdaşları təhqir və təhdid edir. Bütöv bir kollektivə qarşı belə bir münasibət sərgiləmək hüququnu H. Qədirovaya kim verib? Bu qədər narazılıqların tüğyan etdiyi institutda baş verənlərdən Səhiyyə nazirliyinin xəbəri yoxdurmu?
Rubrika.az-a müraciət edən şikayətçilər institutda baş verən qanunsuzluqları araşdırmaq üçün təcili komissiya yaradılmasını, narazı əməkdaşların şikayətlərinin, H. Qədirovanın əməllərinin araşdırılmasını tələb edirlər. İnanırıq ki, Səhiyyə Nazirliyi müraciətdə göstərilən faktlara biganə qalmayacaq, təcili xüsusi komissiya yaradaraq baş verənlərin araşdırılmasına şərait yaradacaqdır. "



P.S. H.Qədirovanın qanunsuzluqları ilə bağlı bu qədər məlumatın dərc edilməsi daha sonra onun yenidən tutduğu mövqeyinə etiraz edən S.Məmmədovaya qarşı qərəzli yanaşması bir daha subut edir ki, onun DİKTATOR rrejimi qurmasına göz yumulmaqdadır. Bir media qurumu olaraq bizdə S.Məmmədovanın etdiyi müraciətinə dəstək olaraq Prezident İlham Əliyevdən Samirə Məmmədovanın haqsız səbəblərdən işindən azad edən şəxslər cəzalandırılsın və məsuliyyətə cəlb edilsinlər. Bu şəxslər insan həyatı ilə oynamaqda davam etdikləri müddətdə insanımız burda deyil xaricdə əlac axtarmaq məcburiyyətində qalacaqdırlar.

Mövzu diqqətimizdədir.

Redaksiya, yazıda adı keçən hər bir şəxsi dinləyib mövqeyini dərc etməyə hazırıq.

BakuNews.Az

XƏBƏR LENTİ