Anons

26-09-2018, 19:05 - Qadın və kişi həvəskar velosipedçilər arasında "Dövlət Müstəqillik günü"-nə həsr edilmiş Respublika açıq birinçiliyi keçiriləcəkdir

22-09-2018, 13:00 - Havanın temperaturu 2-4 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ

27-08-2018, 12:52 - TƏCİLİ - Körpə balaların Azərbaycan xalqının dəstəyinə ehtiyacı var

21-08-2018, 01:36 - Vətəndaş Lütvəli Babayevin qanunsuz əməlindən Fazil Mustafayevin xəbəri olub olmadığın soruşur

14-08-2018, 12:48 - Sel Zaqatala və Balakəndə küçələri dağıdıb, sahələri məhv edib - VİDEO

11-08-2018, 22:31 - SON DƏQİQƏ: Azərbaycanda bu kəndlərlə əlaqə kəsildiyindən əhali helikopterlərlə ərazidən çıxarılır - VİDEO

14-07-2018, 13:18 - Ekologiyamıza qənim kəsilənlər və Muxtar Babayevin susqunluğu nədən xəbər verir? - VİDEO/FOTO

13-07-2018, 16:42 - ŞOK! ŞOK! At oğrusu və müdhiş korrupsiya iddiası - SHXÇDX-də nələr baş verir?

3-07-2018, 14:10 - NAR ABUNƏÇİLƏRİNİN NƏZƏRİNƏ

3-07-2018, 05:43 - Baş verən böyük qəza ilə bağlı son məlumat - rəsmi

2-07-2018, 14:54 - Cavid Qurbanovun Bakı Dairəvi yolunda 13 min tonluq metal biznesi - Şok faktlar...

19-06-2018, 08:31 - Kolxozdan gələn gömrük generalının ziyanlı islahatı və müəmmalı keçmişi - Səfər Mehdiyev kimdir?

5-06-2018, 09:15 - Amerikanın qorxulu “Böyük Ermənistan” projesi - SENSASİON İDDİA

18-05-2018, 09:49 - Sayt əməkdaşı baş həkimə qarşı böhtan atdığı üçün işdən azad edilib

18-05-2018, 09:28 - Laçın rayonunun işğalından 26 il ötür

10-05-2018, 17:06 - Eldar Mahmudov və generalları bu şəxsin başına min oyun açdı - ŞOK FAKTLAR ÜZƏ ÇIXARDI

7-05-2018, 10:14 - Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün test mərhələsi üzrə təkrar sınaq imtahanı keçiriləcək

1-05-2018, 15:45 - Müşfiq Rəhimovun ailəsində ağır itki baş verib

20-04-2018, 09:55 - SON DƏQİQƏ Toyda partlayış - Azı 13 yaralı

18-04-2018, 09:19 - “Formula-1” yarışı ilə bağlı Bakının mərkəzi yollarında hərəkət məhdudlaşdırılacaq

9-04-2018, 17:28 - İşsiz və evsiz olan xanım müəllim, “Uşaqlarımı oxuda bilmirəm”

7-04-2018, 01:13 - Azyaşlı şagirdin məktəb direktoru ilə intim videosu qalmaqal yaradıb

2-04-2018, 10:12 - Düşmən atəşkəs rejimini 98 dəfə pozub

30-03-2018, 14:27 - Bakı Gömrük İdarəsinin rəisi, gömrük generalı Vusal Novruzov rəhbərlik etdiyi sahədə ən kiçik çatışmamazlığa...

19-03-2018, 08:28 - İctimai vəkil Koroğlu MMC-in qondarma ittihamı ilə bağlı ölkə başçısına müraciət etdi

13-03-2018, 17:35 - Sumqayıtda milyonlar hara və kimlərin cibinə gedir?

10-03-2018, 20:11 - AQC-nin yeni sədri Nüsrət İbrahimov seçilib

10-03-2018, 18:24 - Zərrabçılar Qeyri Hökümət Təşkilatını ələ keçirdi - Aynur Camalqızının QHT missiyası nədir...?

Binəqədinin icra başçısına yeni rüşvət ittihamlar - FOTLAR, VİDEO

Tarix:9-02-2018, 10:34 Baxış Sayı:315

Binəqədinin icra başçısına yeni rüşvət ittihamlar - FOTLAR, VİDEO

Fevralın 7-də Xaləddin İsgəndərovun “qucuları” qoca qadının evinə hücum edib; İctimai Nəzarət Koalisiyasının sədri icra başçısını rüsvay etdi: “Sizi bu qədər rüşvətxor bilməzdik”

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun qoçu dəstələri saxlaması, dəstələrdə təmsil olunan şəxslərin kimliyi, harada, hansı vəzifələrdə çalışdıqları haqda mətbuatda kifayət qədər məlumat yayılıb. Amma müvafiq orqanlar icra başçısının dəstələrində olanlara qarşı tədbir görməyə tələsmirlər. Bu dəstələrdə olanlar da cəzasızlıq mühitindən vətəndaşlara qarşı qanunsuzluqlarını davam etdirməklə yararlanırlar. Fevralın 7-də özünü Binəqədi Rayon İcra Hakimiyyətinin Biləcəri qəsəbəsi üzrə nümayəndəliyinin əməkdaşı kimi təqdim edən Rəfael adlı şəxs başının dəstəsi ilə 99 saylı sahədə yerləşən Ceyran Alışan qızı Rəfiyevanın evinə hücum edib. Onlar ahıl qadının əlindəki tikintiyə aid sənədlərinə məhəl qoymayaraq hasarını uçurublar, ondan 7 min manat rüşvət tələb ediblər. Bu haqda İctimai Nəzarət Koalisiyasının sədri Rasim Məmmədov youtube kanalında çıxış edib. Hadisə yerinə gedərək sökülmüş hasarın fonunda mülk sahibi Ceyran Rəfiyeva ilə baş verənləri anladıblar.

Rasim Məmmədov deyir ki, vətəndaş Binəqədi rayonu, Biləcəri qəsəbəsində 3 sot yarım sahə alıb və özəlləşdirib. Bütün strukturlardan keçərək mülkiyyət hüququ alıb və ev tikintisinin eskizini çəkdirib. Binəqədi Rayon İcra hakimiyyətinin Biləcəri qəsəbəsi üzrə nümayəndəliyinin rəsmiləri isə tikinti aparmaq üçün vətəndaşdan 7 min manat rüşvət tələb edirlər. R.Məmmədov bildirir ki, vətəndaş bundan sonra İctimai Nəzarət Koalisiyasına müraciət edib. Koalisiya rəsmiləri vətəndaşın əlindəki sənədlərə baxıblar.

Müəyyən ediblər ki, sənədlər cənab prezidentin sərəncamına uyğundur və yeni qanuna uyğun olaraq vətəndaş Binəqədi Rayon İcra Hakimiyyətinə sərəncamı, eskizi və digər zəruri sənədləri təqdim edib. Tikinti aparılmasına razılıq verilməsi üçün qanuna müvafiq qaydada 1 ay gözləyiblər. Bundan sonra tikintiyə başlayıblar. R.Məmmədov qeyd edir ki, vətəndaş torpağı bələdiyyədən alıb və bundan sonra Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət etməklə torpağa dair sərəncam alıb. Sərəncamı alandan sonra Binəqədi Rayon İcra Hakimiyyətinin tövsiyəsi ilə kanalizasiya və digər kommunikasiya vasitələri ilə bağlı da addımlar atıblar. Bundan sonra ahıl yaşda olan qadınla yeganə oğlu torpağı şəxsi mülkiyyətlərinə çeviriblər. Eskiz çəkdirib Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərova müraciət ediblər. Bundan sonra onun qoçuları - Biləcəri İcra Nümayəndəliyində işlədiyini iddia edən Rəfael adlı, 40-45 yaşlı şəxs qoçularla gələrək vətəndaşın hasarını dağıdıb.

Binəqədinin icra başçısına yeni rüşvət ittihamlar - FOTLAR, VİDEO


R.Məmmədov Xaləddin İsgəndərova müraciətlə deyir: “Xaləddin İsgəndərov, mən sizə müraciət etdim, siz məni aldatdınız. Vətəndaşın pis vəziyyətdə qaldığını görüb Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova müraciət etdim. Hacıbala Abutalıbov vəziyyəti görən kimi qoca ananın ərizəsinin üzərinə ”Hörmətli Xaləddin müəllim, xahiş edirik qanun çərçivəsində həll edin" dərkənarını yazdı. Ahıl ana həmin ərizəni evinə gələn Rəfailə göstərib. Rəfael isə deyib ki, sənəd saxtadır, Hacıbala müəllim belə şey yazmaz".



R.Məmmədov sual edir: “Hacıbala Abutalıbovun imzasını tanımayan bir insan burada quldur kimi rüşvət toplayır, camaatın evini uçurur. Ölkə başçısı korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə apardığı bir vaxtda, vətəndaşları birgə mübarizəyə çağırdığı bir vaxtda Xaləddin İsgəndərov, Fazil Məmmədovun qohumu buranı dağıtdırır. Xalqını, dövlətini, prezidentini sevən insanlara müraciət edirəm. Bu yaşlı ananın ahı onları tutacaq. Bu ərazidə yaşayanlaırn hər biri bilir ki, bu ana-balanın bura şəxsi mülkiyyətləridir. Xaləddin müəllim, biz sizi bu qədər rüşvətxor bilməzdik. Bu xanımın vicdanı və namusu var, sənin isə tamahın böyükdür”.

R.Məmmədov Xaləddin İsgəndərovun Bakı-Sumqayıt yolunda, Avtovağzalın yaxınlığında “Evim” restoranı tikdirdiyini də diqqətə çatdırıb. Deyib ki, həmin restoran gediş-gəlişə mane olur, ərazidə tikinti aparmaq belə təhlükəlidir: “Özün orada tikinti aparmısan, bu kasıb ailənin 3 sot yarımlıq torpağında qanuni şəkildə tikinti aparmağa isə icazə vermirsən. Əgər sən prezidenti sevən başçı olsaydın, vətəndaşa sement göndərərdin, prezident seçkisi qabağı narazılıq yaratmazdın”.

R.Məmmədov yaşlı qadının əlindən öpür, onun əllərindəki qabarları göstərək deyir: “Bu xanımın əl qabarları Xaləddin İsgəndərovu kor qoyacaq”.

Koalisiya sədri ölkə rəhbərliyinə müraciət edərək Biləcəri qəsəbəsində baş verən özbaşınalıqlarla bağlı tədbir görülməsini xahiş edib./musavat.com

Binəqədinin icra başçısına yeni rüşvət ittihamlar - FOTLAR, VİDEO
Binəqədinin icra başçısına yeni rüşvət ittihamlar - FOTLAR, VİDEO
Binəqədinin icra başçısına yeni rüşvət ittihamlar - FOTLAR, VİDEO
Binəqədinin icra başçısına yeni rüşvət ittihamlar - FOTLAR, VİDEO
Binəqədinin icra başçısına yeni rüşvət ittihamlar - FOTLAR, VİDEO
Binəqədinin icra başçısına yeni rüşvət ittihamlar - FOTLAR, VİDEO
Binəqədinin icra başçısına yeni rüşvət ittihamlar - FOTLAR, VİDEO
Binəqədinin icra başçısına yeni rüşvət ittihamlar - FOTLAR, VİDEO
Binəqədinin icra başçısına yeni rüşvət ittihamlar - FOTLAR, VİDEO

XƏBƏR LENTİ