Anons

Dünən, 16:02 - Səlim Müslümovun intihara sürükləyən ‘‘VEMTAS’’ sistemi - Ağsu rayon sakinlərinin çıxılmaz sosial durumu

17-02-2018, 23:34 - DTX-dan əməliyyat: "Rəis" tutuldu

5-02-2018, 08:42 - ''Azərbaycan Avtomobil Yolları'' Dövlət Agentliyi Babək prospektində Ziya Məmmədovun ənənəsini davam edir...VİDEO/FOTO

31-01-2018, 00:31 - Qəssab köməkçisi necə restoranlar sahibi oldu?

29-01-2018, 15:41 - Qarabağda ermənilər bir-birini güllələyir

29-01-2018, 15:03 - Fəxrəddin Zeynalovun fəaliyyətindən Prezident İlham Əliyevə - Şikayət

22-01-2018, 11:09 - MTN-Milli Məclisdəki daha bir "yadigarı" - Ağalar Vəliyev...

10-01-2018, 15:47 - Yaşıllaşma adı altında tikilən villalar – HACIBALA ABUTALIBOV KİMİ ALDADIR?

9-01-2018, 10:52 - Musiqi məktəblərində maaşlar 70% kəsilib - Müəllimlər səsin çıxarmasın... ÖDƏYƏCƏYİK! AUDİOYAZI

26-12-2017, 09:57 - Rəhim Qazıyev saxlanılıb

22-12-2017, 10:02 - Sözün bitdiyi Neftçala təhsil ocağı – 1 saylı məktəbin direktoru Ülviyyə Abdulayeva susur...

19-12-2017, 22:42 - Füzuli rayonunda Dövlət Proqramının sənədləri saxtalaşdırılıb - Prezidentin qərarını dəyişmək cəhdi ifşa edildi

1-12-2017, 08:52 - Heydər Əliyev adına liseyin müəlliməsi Prezidentə və Vitse-prezidentə - Açıq Məktub

17-11-2017, 13:57 - Heydərovların maliyyəsi ilə dəyişən zehniyyət - Aynur Camalqızı

15-11-2017, 14:48 - Saytların girişinə məhdudiyyətlər qoyulur - Vasif Paşayev

14-11-2017, 14:18 - AYNUR CAMALQIZI – BİZNESMEN XANIMI, FÖVQƏLNAZİRİN SEVİMLİSİ VƏ...

10-11-2017, 12:49 - Təhsil idarə müdirəsi muhasibi işdən azad etdi! - Yerinə oğlunun müdirinin xanımını götürdü İDDİA

10-11-2017, 09:58 - Gömrük sisteminin daha bir müəmmalı fiquru…– 38 YAŞINDA DİPLOM ALAN GENERAL

5-11-2017, 19:22 - Gürcüstan Gömrük Keçid Məntəqələrində rüşvət mexanizmi işə salındı? - ŞOK İDDİALAR

1-11-2017, 12:59 - “Az-Granata” MMC-nin konyakı daha iki vətəndaşı zəhərlədi

30-10-2017, 01:04 - Masallıda iş adamı Fəxrəddin Baxışov Azərsu ASC tərəfindən 60 min cərimələndi – Mənimsəmə faktları aşkarlanıb

30-10-2017, 00:18 - Vətəndaş Nəsirov İsmayıl Ədliyyə naziri Fikrət Məmmədova media vasitəsi ilə ŞİKAYƏT ETDİ

27-10-2017, 14:07 - Bakıda məktəb direktorunun əxlaqsız təklifi müəlliməni işsiz qoydu… – VİDEO – FOTO

26-10-2017, 09:16 - Ermənistanın blokadasına Gürcüstan da qoşulur - düşmən şokda

23-10-2017, 09:11 - Azərbaycana qarşı Gürcüstan sərhədində edilən hörmətsizlik - Qanun tanımayan qonşu GÖMRÜK keçid əməkdaşları

17-10-2017, 11:22 - İcra başçısı “fövqəlnazir”lə “Mətanət A” şirkəti arasında qalıb

16-10-2017, 09:33 - Qusarda şok olay - Polislər meşə gözətçisini xəstəxanalıq edib+FOTO

11-10-2017, 18:41 - Erməni əsgərin əlində qumbara partlayıb

Hacıbala Abutalıbovun oğlu adını dəyişib - 20 milyon dollara hotel alıb...

Tarix:9-02-2018, 11:07 Baxış Sayı:196

Hacıbala Abutalıbovun oğlu adını dəyişib - 20 milyon dollara hotel alıb...

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun oğlu İsrafil Abutalıbov (yeni adı Abu Bəkr - gununsesi.info) İstanbulun Sultanahmet məhəlləsində dəyəri 20 milyon dollara olan hotel alıb. Sayt yazır ki, Türkiyədə vətəndaşlıq statusu alaraq, adını da Abu Bəkr kimi yazdıran Bakı merinin oğlu aldığı hotelin yenilənməsi üçün daha bir neçə milyon xərcləyib.

"Ajwa” adı ilə fəaliyyət göstərən hoteldə Azərbaycan mətbəxini təklif edən ayrıca restoran da fəaliyyət göstərir. Sayt Abutalıbovun Türkiyədə biznesini genişləndirməsi ilə bağlı daha maraqlı məlumatlar üzə çıxıb. Belə ki, turizmgazatesi.com-un yazdığına görə, Abu Bəkr Abutalıbov "Ajwa” markası ilə ikinci hotelini də Kapadokyada açacaq.

İsrafil Abutalıbov adı illərdir ki, mətbuatın gündəmindən düşmür. 2006-cı ildə qəzetlər İsrafil Abutalıbovun öz bahalı avtomobilində İstiqlaliyyət küçəsindəki elit dükanların birinə girərək qəzəbli halda oradan biri 2 min dollar olan qadın paltarı aldığını, həmin paltarla maşınının şüşələrini və təkərlərini silib nümayişkaranə şəkildə cırdığını və zibil qutusuna atdığını yazırdı. Səbəb də o imiş ki, İsrafil bəyin rəfiqəsi o dükandan həmin paltarı almaq istəyib. Amma satıcılar ona paltarı əyninə geyib yoxlamağa icazə verməyib.

Qız bundan qəzəblənərək İsrafil bəyə məlumat verib. Sonrası məlumdur... Bu xəbər yaddan çıxmamış İsrafil Abutalıbovun İngiltərəyə köçməsi xəbəri gəlmişdi. Sabiq rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun qızı ilə boşanandan sonra İsrafil Abutalıbov uzun müddət Londonda yaşamışdı. Bakıya illər sonra tamam başqa qiyafədə və düşüncədə qayıdan Hacıbala Abutalıbovun oğlu atasının belə işdən çıxmasına təkid etməsi xəbərləri yayılmışdı. Belə xəbərlər vardı ki, İsrafil Abutalıbov vəhhabilər kimi uzun saqqal saxlayır, onlar kimi şalvarının balağını gödəldib. Valideynləri bundan təəccüblənsə və gözləmədikləri belə yeniliyə etiraz etsə də, o, heç kimə və heç nəyə məhəl qoymadan düşüncəsindən dönməmişdi.

Hacıbala Abutalıbovun oğlu adını dəyişib - 20 milyon dollara hotel alıb...

Evə qapılaraq gündə 5 rükət namazını qılır, vaxtını yalnız dini ədəbiyyat oxumaqla keçirirdi. Əvvəlki pompeyvari həyat tərzini dəyişən gənc Abutalıbov evdə valideynləri ilə tez-tez uzun-uzadı söhbət və mübahisələr edir, onu başa düşmələrini istəyir, yaxınlarının da "Allah yoluna gəlməsini” tələb edirdi. İsrafil Abutalıbovun Bakıda yəhudi əsilli iş adamı Qurban Mahmudova təzyiqlər göstərməsi də yaddaşlardan silinməyib. Yasamal rayonu, Nazim Hikmət 25 ünvanında yerləşən iki otaqlı obyekti İsrafil Abutalıbovun adamı Bəxtiyar Məmmədov 2009-cu ildə "SPEKTR” Kiçik Müəssisəsindən müqavilə əsasında icarəyə vermişdi. Orada lombard fəaliyyəti ilə məşğul olan yəhudi iş adamı günlərin birində İsrafil Abutalıbovun ultimatumu ilə üzləşmişdi. Oğul Abutalıbov iş adamından təcili şəkildə ofisdən çıxmasını tələb edirdi, onun fəaliyyətinin dinə zidd olduğunu bildirirdi. İş adamı isə əlində müqavilə olduğunu və müqavilə müddəti bitməyincə ofisdən çıxmayacağını deyirdi. Sual edirdi ki, əgər onun fəaliyyəti dinə ziddirsə, icarəyə verilən əmlakın hansı pullar hesabına alındığı da açıqlansın. Bilinsin ki, İsrafil Abutalıbov hansı hesabdan, hansı biznesdən gələn gəlirlə həmin əmlakları aldığını açıqlasın.

Hacıbala Abutalıbovun oğlu adını dəyişib - 20 milyon dollara hotel alıb...


Yada salaq ki, İsrafil Abutalıbovun yeganə iş yeri haqda məlumat var. O, 2008-ci ilə qədər Konstitusiya Məhkəməsi sədrinin köməkçisi vəzifəsini tutub. Adı mətbuatda qalmaqallı olayların baş qəhrəmanı kimi keçəndən sonra vəzifəsindən uzaqlaşdırılmışdı.

İsrafil Abutalıbov Bakıda bir vaxtlar öz "səxavəti”, bədxərcliyi, tez-tez dəbdəbəli məclislər qurması ilə ad çıxarmışdı. BŞİH başçısının ərköyün balasının bahalı maşınlar həvəskarı olduğu da deyilirdi. Qadınların əhatəsində aktiv gecə həyatı yaşamağı ilə "məşhurlaşan” bu gənc məmur övladı üçün heç bir hədd-sədd yox idi. Onun bir gecədə dəstə-dəstə pul xərcləməsi haqda da əfsanələr dolaşırdı. Yəhudi əsilli iş adamının İsrafil Abutalıbovun Bakıda əmlakları hansı hesabdan alması sualı bu gün də aktuallığını saxlayır. Eyni sual Türkiyədəki əmlaklarla bağlı da keçərlidir. /musavat/

XƏBƏR LENTİ