Anons

26-09-2018, 19:05 - Qadın və kişi həvəskar velosipedçilər arasında "Dövlət Müstəqillik günü"-nə həsr edilmiş Respublika açıq birinçiliyi keçiriləcəkdir

22-09-2018, 13:00 - Havanın temperaturu 2-4 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ

27-08-2018, 12:52 - TƏCİLİ - Körpə balaların Azərbaycan xalqının dəstəyinə ehtiyacı var

21-08-2018, 01:36 - Vətəndaş Lütvəli Babayevin qanunsuz əməlindən Fazil Mustafayevin xəbəri olub olmadığın soruşur

14-08-2018, 12:48 - Sel Zaqatala və Balakəndə küçələri dağıdıb, sahələri məhv edib - VİDEO

11-08-2018, 22:31 - SON DƏQİQƏ: Azərbaycanda bu kəndlərlə əlaqə kəsildiyindən əhali helikopterlərlə ərazidən çıxarılır - VİDEO

14-07-2018, 13:18 - Ekologiyamıza qənim kəsilənlər və Muxtar Babayevin susqunluğu nədən xəbər verir? - VİDEO/FOTO

13-07-2018, 16:42 - ŞOK! ŞOK! At oğrusu və müdhiş korrupsiya iddiası - SHXÇDX-də nələr baş verir?

3-07-2018, 14:10 - NAR ABUNƏÇİLƏRİNİN NƏZƏRİNƏ

3-07-2018, 05:43 - Baş verən böyük qəza ilə bağlı son məlumat - rəsmi

2-07-2018, 14:54 - Cavid Qurbanovun Bakı Dairəvi yolunda 13 min tonluq metal biznesi - Şok faktlar...

19-06-2018, 08:31 - Kolxozdan gələn gömrük generalının ziyanlı islahatı və müəmmalı keçmişi - Səfər Mehdiyev kimdir?

5-06-2018, 09:15 - Amerikanın qorxulu “Böyük Ermənistan” projesi - SENSASİON İDDİA

18-05-2018, 09:49 - Sayt əməkdaşı baş həkimə qarşı böhtan atdığı üçün işdən azad edilib

18-05-2018, 09:28 - Laçın rayonunun işğalından 26 il ötür

10-05-2018, 17:06 - Eldar Mahmudov və generalları bu şəxsin başına min oyun açdı - ŞOK FAKTLAR ÜZƏ ÇIXARDI

7-05-2018, 10:14 - Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün test mərhələsi üzrə təkrar sınaq imtahanı keçiriləcək

1-05-2018, 15:45 - Müşfiq Rəhimovun ailəsində ağır itki baş verib

20-04-2018, 09:55 - SON DƏQİQƏ Toyda partlayış - Azı 13 yaralı

18-04-2018, 09:19 - “Formula-1” yarışı ilə bağlı Bakının mərkəzi yollarında hərəkət məhdudlaşdırılacaq

9-04-2018, 17:28 - İşsiz və evsiz olan xanım müəllim, “Uşaqlarımı oxuda bilmirəm”

7-04-2018, 01:13 - Azyaşlı şagirdin məktəb direktoru ilə intim videosu qalmaqal yaradıb

2-04-2018, 10:12 - Düşmən atəşkəs rejimini 98 dəfə pozub

30-03-2018, 14:27 - Bakı Gömrük İdarəsinin rəisi, gömrük generalı Vusal Novruzov rəhbərlik etdiyi sahədə ən kiçik çatışmamazlığa...

19-03-2018, 08:28 - İctimai vəkil Koroğlu MMC-in qondarma ittihamı ilə bağlı ölkə başçısına müraciət etdi

13-03-2018, 17:35 - Sumqayıtda milyonlar hara və kimlərin cibinə gedir?

10-03-2018, 20:11 - AQC-nin yeni sədri Nüsrət İbrahimov seçilib

10-03-2018, 18:24 - Zərrabçılar Qeyri Hökümət Təşkilatını ələ keçirdi - Aynur Camalqızının QHT missiyası nədir...?

Milli Qəhrəman Qorxmaz Eyvazovun anım günü qeyd edilib - FOTOLAR

Tarix:12-02-2018, 09:25 Baxış Sayı:259

Milli Qəhrəman Qorxmaz Eyvazovun anım günü qeyd edilib - FOTOLAR


10.02.2018-ci il tarixində xalqımızın qəhrəman övladı, düşmənə qarşı mərdliklə vuruşan, vətənimizin ərazi bütövlüyü uğrunda canından keçən, Azərbaycanın Milli Qəhrəmanı Qorxmaz Eyvazovun şəhid olmasından 24 il ötür.

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Laçın Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə fevralın 10-da qəhrəman polisimizin xatirəsi Laçın Rayon Polis Şöbəsində keçirilən anım mərasimində yad edilib. Anım mərasimində polis şöbəsinin əməkdaşları, rayon icra hakimiyyətinin nümayəndələri, qəhrəmanın döyüş yoldaşları və oğlu iştirak ediblər.

Mərasimə “Şəhidlər” abidəsinin ziyarəti ilə başlanılıb. Daha sonra tədbir Laçın Rayon Polis Şöbəsində davam etdirlib. Laçın RPŞ-nin rəisi, polis polkovniki Aqil Əsədov qəhrəmanın keçdiyi şərəfli həyat yolu barədə ətraflı məlumat verib. Q.Eyvazovun Laçın Rayon Polis Şöbəsinin tərkibində ağır döyüşlərdə iştirakı, Füzuli istiqamətində gedən döyüşlərdə fərqləndiyini, Horadiz qəsəbəsi də daxil olmaqla ətraf yaşayış məntəqələrinin, kəndlərin azad olunmasında göstərdiyi böyük şücaət nəticəsində rota komandirliyinə yüksəlməsi xüsusi ilə qeyd olunub. Cocuq Mərcanlı kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Qorxmaz Eyvazov ümumilli lideri Heydər Əliyevin Sərəncamı ilə “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülüb. Rəis bildirib ki, ordumuzun keçdiyi uğurlu inkişaf nəticəsində hal-hazırda Cocuq Mərcanlı düşmən tapdağı altından azad olunub və artıq orada Azərbaycan bayrağı dalğalanır, doğma torpağa qayıdan sakinlər tərəfindən dinc quruculuq, abadlıq işləri aparılır.

Tədbirdə çıxış edən Laçın RPŞ-nin əməkdaşları, qəhrəmanın döyüş yoldaşları Q.Eyvazov haqda xatirələri yada salıblar. Qorxmazın bir addım belə geri atmadan düşmənə sona qədər müqavimət göstərdiyi və qəhrəmancasına şəhid olduğu deyilib. Bu cür qəhrəmanlıq səhifələrinin gənclərin vətənpərvərlik tərbiyəsində mühüm əhəmiyyəti olduğunu diqqətə çatdırıblar.

Sonda Milli Qəhrəmanın oğlu, polis leytenantı Asəm Eyvazov atasının vətən uğrunda şəhid olduğunu, bununla fəxr etdiyini və tədbirin keçirilməsində zəhməti olan hər kəsə minnətdarlığını bildirib.

Milli Qəhrəman Qorxmaz Eyvazovun anım günü qeyd edilib - FOTOLAR
Milli Qəhrəman Qorxmaz Eyvazovun anım günü qeyd edilib - FOTOLAR
Milli Qəhrəman Qorxmaz Eyvazovun anım günü qeyd edilib - FOTOLAR
Milli Qəhrəman Qorxmaz Eyvazovun anım günü qeyd edilib - FOTOLAR

XƏBƏR LENTİ