Anons

30-10-2018, 16:33 - Səbail rayonuna yeni icra başçısı təyin edildi

29-10-2018, 10:28 - Zəngilanın işğalından 25 il ötür

25-10-2018, 10:05 - Azərbaycan nefti 78 dollara satılır –İki dollardan artıq ucuzlaşma var

23-10-2018, 15:31 - Baş həkim Mehriban Abasquliyeva naziri niyə biabır edir?

23-10-2018, 10:48 - AMEA-nın Elmi Mərkəzi Kitabxanasında nə baş verir? – Tort kəsilir, şadyanalıq edilir

26-09-2018, 19:05 - Qadın və kişi həvəskar velosipedçilər arasında "Dövlət Müstəqillik günü"-nə həsr edilmiş Respublika açıq birinçiliyi keçiriləcəkdir

22-09-2018, 13:00 - Havanın temperaturu 2-4 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ

27-08-2018, 12:52 - TƏCİLİ - Körpə balaların Azərbaycan xalqının dəstəyinə ehtiyacı var

21-08-2018, 01:36 - Vətəndaş Lütvəli Babayevin qanunsuz əməlindən Fazil Mustafayevin xəbəri olub olmadığın soruşur

14-08-2018, 12:48 - Sel Zaqatala və Balakəndə küçələri dağıdıb, sahələri məhv edib - VİDEO

11-08-2018, 22:31 - SON DƏQİQƏ: Azərbaycanda bu kəndlərlə əlaqə kəsildiyindən əhali helikopterlərlə ərazidən çıxarılır - VİDEO

14-07-2018, 13:18 - Ekologiyamıza qənim kəsilənlər və Muxtar Babayevin susqunluğu nədən xəbər verir? - VİDEO/FOTO

13-07-2018, 16:42 - ŞOK! ŞOK! At oğrusu və müdhiş korrupsiya iddiası - SHXÇDX-də nələr baş verir?

3-07-2018, 14:10 - NAR ABUNƏÇİLƏRİNİN NƏZƏRİNƏ

3-07-2018, 05:43 - Baş verən böyük qəza ilə bağlı son məlumat - rəsmi

2-07-2018, 14:54 - Cavid Qurbanovun Bakı Dairəvi yolunda 13 min tonluq metal biznesi - Şok faktlar...

19-06-2018, 08:31 - Kolxozdan gələn gömrük generalının ziyanlı islahatı və müəmmalı keçmişi - Səfər Mehdiyev kimdir?

5-06-2018, 09:15 - Amerikanın qorxulu “Böyük Ermənistan” projesi - SENSASİON İDDİA

18-05-2018, 09:49 - Sayt əməkdaşı baş həkimə qarşı böhtan atdığı üçün işdən azad edilib

18-05-2018, 09:28 - Laçın rayonunun işğalından 26 il ötür

10-05-2018, 17:06 - Eldar Mahmudov və generalları bu şəxsin başına min oyun açdı - ŞOK FAKTLAR ÜZƏ ÇIXARDI

7-05-2018, 10:14 - Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün test mərhələsi üzrə təkrar sınaq imtahanı keçiriləcək

1-05-2018, 15:45 - Müşfiq Rəhimovun ailəsində ağır itki baş verib

20-04-2018, 09:55 - SON DƏQİQƏ Toyda partlayış - Azı 13 yaralı

18-04-2018, 09:19 - “Formula-1” yarışı ilə bağlı Bakının mərkəzi yollarında hərəkət məhdudlaşdırılacaq

9-04-2018, 17:28 - İşsiz və evsiz olan xanım müəllim, “Uşaqlarımı oxuda bilmirəm”

7-04-2018, 01:13 - Azyaşlı şagirdin məktəb direktoru ilə intim videosu qalmaqal yaradıb

2-04-2018, 10:12 - Düşmən atəşkəs rejimini 98 dəfə pozub

Əhməd Əhmədzadənin oğlu Qaxdakı 30 hektar ərazini necə ələ keçirib? (FOTOLAR)

Tarix:23-02-2018, 15:30 Baxış Sayı:341

Əhməd Əhmədzadənin oğlu Qaxdakı 30 hektar ərazini necə ələ keçirib? (FOTOLAR)

Qax rayonunun ölkəmizin dilbər guşələrindən biri olduğu, bu səbəbdən yerli və əcnəbi turistlərin tez-tez üz tutduğu məkana çevrildiyi hər kəsə məlumdur. O da məlumdur ki, belə rayonlarımızda torpağa tələbat və bunun nəticəsi olaraq, ona qoyulan qiymət kifayət qədər yüksəkdir. Və bunu bizlərdən daha yaxşı bilənlər də var ki, onların da başında Qax rayonunun İcra Hakimiyyəti və bələdiyyəsi durur…
Yerli sakinlərin “AzPolitika.info”-ya verdikləri məlumata görə, Qax rayonunun ən görməli və kifayət qədər bahalı ərazisində, rayon mərkəzinin yaxınlığında – Kümrük çayının kənarındakı camaatın uzun illər istifadə etdiyi, böyük fındıq bağları saldığı torpaqlar əllərindən alınaraq, hansısa ”Muğal” şirkətinə verilir.Camaata paylanan xəbərdarlıq bildirişində göstərilir ki, əhali öz əli ilə bağların ətrafındakı hasarları sökməli və bircə ağaca da dəymədən, ərazini sözügedən şirkətə təhvil verməlidir. Buna əsas olaraq, torpaqların hələ 2012–ci ildə (!) həmin bu şirkətə verildiyi göstərilir. Hansı ki, həmin ildən bu günə qədər əhaliyə bununla bağlı heç bir məlumat verilməyib və bu şirkət 6 ildən sonra peyda olaraq, əraziyə sahib çıxmağa başlayıb.
Onu da qeyd edək ki, bu ərazidə bağlar hələ keçmiş SSRİ dövründə salınmağa başlayıb, camaat illərlə minbir əziyyət və xərc çəkib, fındıq topaları və başqa ağaclar əkib. Çətin sosial durumda olan əhalinin bir qismi öz dolanışığını məhz bu bağlardan çıxarır. Bununla yanaşı, vətəndaşlar dəfələrlə yerli orqanlara həmin bağların sənədləşdirilməsi üçün müraciət etsələr də, buna məhəl qoyan olmayıb. Və nəhayət, bağlar məhsul verməyə, gəlir gətirməyə başlayanda, hardansa ”Muğal” adlı şirkət peyda olub. Necə deyərlər, “hazıra-nazir” çıxıblar. İndi Qax Bələdiyyəsi və “Muğal” şirkəti heç bir konpensasiya-filan ödəmədən, bu ərazini camaatın əlindən alır.

Bələdiyyə sədri də bacanaq çıxdı…

Artıq bəzi bağların sözügedən bələdiyyə və şirkət tərəfindən sökülərək, zəbt olunmasına başlandığı da məlumdur. Tərəfimizdən bu şirkətin kimə məxsus olduğu barədə araşdırma aparılıb. Məlum olub ki, “Muğal” MMC «Meliorasiya və Su Təsərrüfatı» ASC-nin sədriƏhməd Əhmədzadənin oğlu, Mərkəzi Bankın rəhbəri Elman Rüstəmovun kürəkəni Cuma Əhmədzadəyə məxsus şirkət kimi tanınır. Yeri gəlmişkən, bu məmur oğlunun “ALPS s.r.o.”, “GYUNEL LİMİTED”, “GLOBALLY LTD”, “Advisors CO.”, “Proyekt”, “Uluyurd” MMC şirkətlərinin də sahibi olduğu bildirilir.
Bələdiyyə sədri Eyvaz Orucovun imzası ilə camaata paylanan bildirişdə göstərilir ki, bu ərazidə “Muğal” MMC tərəfindən tikinti işləri aparılacaq. Güman olunur ki, burada otel və əyləncə mərkəzləri tikiləcək.
Ümumiyyətlə, Əhməd Əhmədzadənin böyük biznes şəbəkəsinə malik olduğu barədə mətbuatda dəfələrlə yazılar dərc olunub. Və görünür Kümrük çayının rayon mərkəzindən keçən hissəsinin kənarı da tezliklə bu biznes imperiyasının tərkib hissəsinə çevriləcək.Burada təqribən 30 hektara yaxın ərazi olduğu bildirilir ki, bu da pula çevirdikdə, olduqca böyük məbləğ deməkdir. Artıq ərazinin bir hissəsi hasarlanmağa da başlayıb.
Söhbət bələdiyyə sədrindən düşmüşkən qeyd edək ki, o da yad biri deyil, elə həmin Əhmədzadənin adamı sayılır. Belə ki, Eyvaz Orucovun Əhməd Əhmədzadənin qardaşı Mübariz Əhmədzadənin bacanağı olduğu bildirilir. Mübariz Əhmədzadə isə öz növbəsində Zaqatala rayonunun icra başçısıdır.
Göründüyü kimi, ata, qardaş, oğul, bacanaq… Beləliklə, bir ailə onlarla ailənin dolanışıq yerini əlindən almış olur. Vəzifə və səlahiyyətlərindən istifadə edərək, gəlir əldə edilməsi isə açıq-aşkar korrupsiya halıdır. Burada da hər şey göz qabağındadır, korrupsiyanın buynuzumu olmalıdır? Yəqin ki, olmalıdır – o da Qaxın girəcəyində qoyulmuş böyük keçi heykəlində var…

P.S.
Bəs, dəyəri hər halda milyonlarla ölçülən sözügedən ərazini 2012-ci ildə “Muğal” şirkətinə (Cuma Əhmədzadəyə-red.) kim, hansı qanuni əsasla və neçəyə satıb? Bu suala bələdiyyə sədri Eyvaz Orucovla birlikdə aydınlıq gətirmək istəsək də, o, telefonu açmadığından cəhdimiz baş tutmadı.

Əhməd Əhmədzadənin oğlu Qaxdakı 30 hektar ərazini necə ələ keçirib? (FOTOLAR)
Əhməd Əhmədzadənin oğlu Qaxdakı 30 hektar ərazini necə ələ keçirib? (FOTOLAR)
Əhməd Əhmədzadənin oğlu Qaxdakı 30 hektar ərazini necə ələ keçirib? (FOTOLAR)
Əhməd Əhmədzadənin oğlu Qaxdakı 30 hektar ərazini necə ələ keçirib? (FOTOLAR)
Əhməd Əhmədzadənin oğlu Qaxdakı 30 hektar ərazini necə ələ keçirib? (FOTOLAR)

XƏBƏR LENTİ