Anons

23-05-2019, 19:29 - 459 manat ödədi amma... Chevrolet-in rəsmi servisində ÖZBAŞINALIQ!

23-05-2019, 15:41 - İsgəndər Həmidovun niyyətini pozan SPARTAK kimdir? – Müxalif şəxslərə müxalif çıxan şəxslə bağlı təfərüat

16-05-2019, 11:15 - Polis müstəntiqi Şahin Osmanov 3 uşaq atasını 10 min rüşvətə görə tutdurmaq istəyir – BÜTÜN ÖLKƏ ŞOKDA

16-05-2019, 10:33 - Azercell yazardan oğurlanan konturu geri qaytardı: “Bəs, onminlərin hüququ necə olacaq?”

16-05-2019, 10:02 - 13 yaşlı erməni oğlan müsəlman oldu, məsələ parlamentə qədər gedib çatdı

16-05-2019, 09:28 - Qazaxıstanda XII iqtisadi forum başlayıb

16-05-2019, 09:25 - ABŞ-Azərbaycan İqtisadi Tərəfdaşlıq Komissiyasının 4-cü iclası keçiriləcək

16-05-2019, 01:27 - CAVİD QURBANOVUN "İSPAN TAPMACASI": 22 işçisi olan şirkət tenderin qalibinə necə çevrildi?

16-05-2019, 01:21 - Azərsu Qorxmaz necə Hamam Qorxmaz oldu?

14-05-2019, 20:43 - Bakı sakininə qarşı ŞOK DƏLƏDUZLUQ - Maliyyə Nazirliyi, BŞİH və “Unibank” Həmayıl Xəlilovanın evinə necə yiyələnib?

14-05-2019, 20:41 - Dövlət Gömrük Komitəsində NÖVBƏTİ RƏZALƏT - Qurumun yarıtmaz siyasəti nəticəsində 8500 nəfər 4 aydır işsiz qalıb

14-05-2019, 17:36 - “1600 AZN kompensasiya düşür, 516 manat rüşvət istəyirlər” - “Muğanbank”a ittiham

14-05-2019, 13:30 - Həkim Qafar Cəfərov vətəndaşı yaraladı, Polisin hərəkətsizliyindən Prezidentə şikayət edildi -Foto

9-05-2019, 10:59 - Baxça müdirəsi deputat və icra başçısı, müavin tərəfindən müdafiə edilir - İDDİA... MASALLIDA

7-05-2019, 12:42 - Amerikada gözəllik yaradan azərbaycanlı xanım

7-05-2019, 10:37 - “Azəriqaz” rəhbəri haqda prezidentə elə bir dosye verilib ki…

7-05-2019, 10:33 - Azərbaycanlı qız “ölüm” reysindən necə qurtuldu?

7-05-2019, 10:12 - Düşmən atəşkəs rejimini yenə pozdu

7-05-2019, 10:10 - Elçin Quliyev gürcüstanlı həmkarı ilə sərhəddəki vəziyyəti müzakirə edib

6-05-2019, 12:31 - Ulu öndərə sadiq insan ( Telefonçu qız )

6-05-2019, 10:15 - DYPŞ polis mayoru Namik Məmmədov vətəndaşın hüquqlarını pozması iddiası ilə nazirə müraciət edildi - FOTO

2-05-2019, 16:15 - Səbuhi Abbasov “Xüsusi xidmətlərə görə” Ordeni ilə təltif edildi

2-05-2019, 16:07 - Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib

2-05-2019, 15:58 - Cəlilabad təhsil şöbəsinin müdirinə ittiham - "... Bizimki sayı itirib"

30-04-2019, 03:45 - Yasamal DYP qəza şöbəsi vətəndaşı rüşvət vermədiyinə görə necə qəzanın günahkarı çıxarıb..?

30-04-2019, 02:28 - Priverdiyev bəlası bitdi, Balababa bəlasına start verildi..?

26-04-2019, 15:02 - AĞSUNUN QARA GÜNLƏRİ - Video

26-04-2019, 14:30 - Ağdam rayon 71 saylı tam orta məktəbdə Nazir necə aldadılır

Zərrabçılar Qeyri Hökümət Təşkilatını ələ keçirdi - Aynur Camalqızının QHT missiyası nədir...?

Tarix:10-03-2018, 18:24 Baxış Sayı:5 155

Zərrabçılar Qeyri Hökümət Təşkilatını ələ keçirdi - Aynur Camalqızının QHT missiyası nədir...?

Məlum qrupun mətbuata basqısı Aynur Camalqızı və digər fövqəl nazirçilər timsalında daha asan olacaq.

Özünün də etiraf etdiyi kimi bir zamanlar mövcud iqtidara, əsasən də mərhum Ulu Öndər Heydər Əliyevə və ölkə Prezidenti cənab İlham Əliyevə qarşı ultra radikal cəbhədə yer alan Aynur Camalqızı Mətbuat Şurasına üzv seçildi. Özünü ölkə mətbuatının patronu hesab edən, fəaliyyəti icitmai birliklər haqqında qanunla tənzimlənən bu qurumun yeni üzvü Aynur Camalqızı bir zamanlar hər iki şəxsiyyəti təhqir etməklə kifayətlənmirdi, eyni zamanda onların fiziki yoxluğunu da arzulayırdı. Biz bu sualı əvvələr də vermişik və bu gün də təkrar edirik: Axı Aynur Camalqızını nəyi ona maddi və siyasi dəstək olanları valeh etdi? Sözüsüz ki, sualımız yersiz deyil. Və nədən bu qənətdəyik ki, Zərrabçılar medianın müdafiəsindən daha çox, müstəqil mediaya qənim kəsilən Mətbuat Şurasını ələ keçirməyə üstünlük verdilər. Xatırladaq ki, artıq uzun müddətdir ki, ölkə mətbuatı Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovla İran xüsusi xidmət orqanları ilə iş birliyində olduğu üçün hal–hazırda ABŞ-da həbsdə olan Rza Zərrabın biznes əlaqələri ilə bağlı araşdırmalar dərc edir. BakuNews.az ötən saylarında dərc etdiyi araşdırmalarda bu əlaqələrlə bağlı kifayət qədər geniş məlumatları oxucuların diqqətinə çatdırıb. Xatırladaq ki, Rza Zərrabla əlaqələri olan yalnız Fövqəladə Hallar naziri Kəmalədin Heydərov deyil, onunla bərabər “Teleqraf” MMC-nin sahibəsi Aynur Camalqızı, “TransBroker” MMC-nin rəhbəri Əbülfəz Məlikovun və “AzTexnika” MMC-nin rəhbəri Əhəd Rzada var. Media hər üç şəxsin Rza Zərraba bağlı olan iş adamları ilə iş birliklərinin olması haqqında dəfələrlə araşdırmalar aparıb. Nəticələr oxucu müzakirəsinə təqdim edilib. Onu da xatırladaq ki, bir müddət öncə “TransBroker” MMC-nin rəhbəri Əbülfəz Məlikovun mediaya “dəstək” adı altında bu sahəyə qeyri–leqal maliyyə ötürməsi ifşa edildikdən sonra, Məlikov çıxılmaz duruma düşdü. Adının mediada hallanmasından olduqca narahat olan gömrük brokerinin çabaları isə sonuc olaraq nəticə vermədi. Həyat yoldaşı İlqar vasitəsilə bu qruplaşmanın mərkəzində olan Aynur Camalqızının MŞ-nin son qurultayında İH-yə gətirilməsi əslində Kəmaləddin Heydərovun “fövqəlgücünün” sayəsində baş verdi. Əvvəla ona görə ki, qrupun cinayət tərkibli əməllərini işıqlandıran müstəqil medianı MŞ vasitəsilə susdurmaq imkanları daha asandır. Belə ki, bir neçə sayta qarşı edilən qanunazidd hərəkətlər kimi acı nümunələr var. Yəni MŞ adlı QHT Rabitə, Nəqliyyat və Yüksək Texnologiyalar nazirliyi ilə razılaşdırılmış formada istədiyi medianın yayımının əngəlləməsinə nail ola bilir. Deməli əlavə çabaya lüzum da qalmır. MŞ idarə heyətinin ilkin siyahısından da hər şey məlumdur. Bu qrumun səsvermə zamanı əhəmiyyətli üstünlüyə malik olacaq qədər üzvi Kəmaləddin Heydərovun maliyyəsi ilə fəaliyyət göstərir. Deməli bundan sonra məlum qrupun mətbuata basqısı Aynur Camalqızı və digər heydərovçuların timsalında daha asan olacaq.

BakuNews.az

XƏBƏR LENTİ