Anons

Bu gün, 15:06 - GDU dekanına qarşı ittiham dolu mətbub – 166000 manat kimin cibinə...

Bu gün, 11:20 - Bakı metrosunda təşviş - Sərnişinlər boşaldıldı

15-06-2019, 15:49 - Bu günki "Son zəng" Ağdam təhsilində kimlər üçün son olacaq - Etibar Toğrulun XIII yazısı

15-06-2019, 15:36 - Sumqayıt təhsilində biabırçılığa son qoyulmur – Himayədarım var deyənlər hələdə vəzifədədir

13-06-2019, 10:27 - Bakıda məktəb direktorlarının arayış biznesi: Bakı Türk litseyinin nüfuzu təhlükə altında

13-06-2019, 10:25 - "QUBANIN İCRA BAŞÇISI UKRANYADAKI ZAVODUNDA BİZNESMEN KİMİ GƏZİR"

13-06-2019, 10:20 - GDU-DƏ BAYRAM APOYEVİN ÖZBAŞINALIQLARINA DUR DEYƏN TAPILACAQMI?

13-06-2019, 09:26 - Beyləqanda Bazar sahibi Xəqani Əhmədovun dövlət torpaqlarını qanunsuz zəbt etməsini məhkəmədə subut edilib

2-06-2019, 04:56 - MÜƏMMALI GÖMRÜK-KARQO “İTTİFAQI” – “Nədən bizi karqoların qucağına atdılar?…”

2-06-2019, 04:15 - “Azercell Telekom” MMC Bakunews.az-a mövqeyin bildirdi - Şikayət məktubu ilə araşdırma yazını ayıra bilməyən kimdir?

30-05-2019, 11:11 - Cəlilabaddan ŞOK VİDEO: Baş həkim Kərəm Həsənovu ifşa etdi

30-05-2019, 11:07 - Respublika Müalicəvi Diaqnostika Mərkəzi 16000 pulumuzu qaytarmasalar

30-05-2019, 09:55 - 40 yaxın şəxs nazirliyin qarşısına toplaşdı - ETSN açıqlama verdi

30-05-2019, 09:40 - Azərbaycan nefti 2%-ə yaxın ucuzlaşıb

29-05-2019, 17:48 - DAA Belarusiyada cumhuriyyətin 101 illiyini qeyd etdi

28-05-2019, 19:06 - Avtomobillərdə plyonka məsələsi: qanun qadağan edir, polis “olar” deyir

23-05-2019, 19:29 - 459 manat ödədi amma... Chevrolet-in rəsmi servisində ÖZBAŞINALIQ!

23-05-2019, 15:41 - İsgəndər Həmidovun niyyətini pozan SPARTAK kimdir? – Müxalif şəxslərə müxalif çıxan şəxslə bağlı təfərüat

16-05-2019, 11:15 - Polis müstəntiqi Şahin Osmanov 3 uşaq atasını 10 min rüşvətə görə tutdurmaq istəyir – BÜTÜN ÖLKƏ ŞOKDA

16-05-2019, 10:33 - Azercell yazardan oğurlanan konturu geri qaytardı: “Bəs, onminlərin hüququ necə olacaq?”

16-05-2019, 10:02 - 13 yaşlı erməni oğlan müsəlman oldu, məsələ parlamentə qədər gedib çatdı

16-05-2019, 09:28 - Qazaxıstanda XII iqtisadi forum başlayıb

16-05-2019, 09:25 - ABŞ-Azərbaycan İqtisadi Tərəfdaşlıq Komissiyasının 4-cü iclası keçiriləcək

16-05-2019, 01:27 - CAVİD QURBANOVUN "İSPAN TAPMACASI": 22 işçisi olan şirkət tenderin qalibinə necə çevrildi?

16-05-2019, 01:21 - Azərsu Qorxmaz necə Hamam Qorxmaz oldu?

14-05-2019, 20:43 - Bakı sakininə qarşı ŞOK DƏLƏDUZLUQ - Maliyyə Nazirliyi, BŞİH və “Unibank” Həmayıl Xəlilovanın evinə necə yiyələnib?

14-05-2019, 20:41 - Dövlət Gömrük Komitəsində NÖVBƏTİ RƏZALƏT - Qurumun yarıtmaz siyasəti nəticəsində 8500 nəfər 4 aydır işsiz qalıb

14-05-2019, 17:36 - “1600 AZN kompensasiya düşür, 516 manat rüşvət istəyirlər” - “Muğanbank”a ittiham

Bakı İdarəetmə və Texnologiya Kollecində nə baş verir - iki qrup arasındakı qarşıdurma nədən pik həddədir?

Tarix:15-03-2018, 08:47 Baxış Sayı:1 290

Bakı İdarəetmə və Texnologiya Kollecində nə baş verir - iki qrup arasındakı qarşıdurma nədən pik həddədir?


“Kollecdə daxili qarşıdurma hətta o həddədir ki, bir komandanın təmsilçisi, digər komandanın təmsilçisini subardinasiya qaydası gözləmədən hər kəsin yanında aşağılaya bilir”
Cəmi 10 il – 1991 - 2001-ci illərdə fəaliyyət göstərən və Bakı Kompyüter Liseyinin bazası əsasında yaradılan Bakı Kompyüter Kolleci 2016-cı ilin fevral ayının əvvəllərində Nazirlər Kabinetinin müvafiq qərarı ilə Bakı İdarəetmə və Texnologiya Kollecinə birləşdirilib. Xatırladaq ki, bir zamanlar İradə Sarıyevanın rəhbərlik etdiyi Kollecdə direktorun özünəməxsus “idarə sisteminin” olması ilə bağlı mətbuatda çoxlu sayda məlumtlarda dərc edilib. Lakin 2016-cı ildəki məlum birləşmədən sonra Kompyuter Kollecinin kollektivinin İdarəetmə və Texnologiya Kollecinə birləşməsi, Varis Allahverdiyevin birləşmiş quruma - Bakı İdarəetmə və Texnologiya Kollecinə rəhbər təyin edilməsi köhnə “sistemin” dəyişməsinə səbəb oldu . V.Allahverdiyevin rüşvətlə mübarizə kompaniyasına start verməsi təhsil müəssisəsindəki mənbənin bildirdiyinə görə hələ ki, nəticə vermir. BakuNews.az-a mənbənin bildirdiyinə görə hal – hazırda Bakı İdarəetmə və Texnologiya Kollecində iki kollektiv arasındakı ciddi fikir ayrılığı qarşılıqlı ittihamlarla müşayət edilir. Direktorun münaqişənin həlli ilə bağlı imkanlarının yetərli olmadığını bildirən mənbə əlavə olaraq qeyd etdi ki, sabiq “kompyuterçilər” “idarəediciləri” rəhbərliyin gözündən salmaq üçün müxtəlif şantaj üsullarından istifadə edirlər. Hal – hazırda “bizimlə olmayanlar, bizim düşmənimizdir” devizi ilə aparılan siyasətin sonucu bu təhsil müəsisəsinin gələcək fəaliyyət ilə bağlı müsbət heç nə vəd etmir. “Kollecdə daxili qarşıdurma hətta o həddədir ki, bir komandanın təmsilçisi, digər komandanın təmsilçisini subardinasiya qaydası gözləmədən hər kəsin yanında aşağılaya bilir” - deyən mənbə onu da bildirdi ki, “kompyuterçilər” keçmiş direktorlarının “idarə sistemini” bu kollecdə tətbiq etmək üçün hər bir üsula əl atırlar. “Yalnış qiymətləndirmə, tələbə və valideyinlərin narazı salınması, qanunsuz tələblər son aylarda artıq adi hala çevrilib” - deyən mənbə əlavə olaraq qeyd etdi ki, bu kollektivin bəzi nümayəndələri kollecin rəhbərliyində təmsil olunduğu üçün direktora maksimum təsir etməyə çalışırlar. Onu da xatırladaq ki, Bakı Kompyuter Kollecinin fəaliyyəti dönəmində tələbələrdən birinin şöbə müdiri Ələddin Səfərovun qanunsuz hərəkətlərə yol verməsi barədə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 saylı “Qaynar xətt”inin əlaqə mərkəzinə daxil olmuş müraciəti üzrə təxirəsalınmaz əməliyyat - istintaq tədbirləri həyata keçirilmişdi. Nəticədə kollecin proqramlaşdırma və servis xidmətinin şöbə müdiri Ələddin Səfərovun qış imtahan sessiyası zamanı imtahanlardan müvəffəq qiymətlər alması üçün kollecin tələbəsindən 150 manat məbləğində rüşvət tələb etməklə 27 yanvar 2015-ci il tarixdə 120 manat məbləğində rüşvəti xidməti otağında alarkən cinayət başında yaxalanması faktına görə Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanılmışdı. İstintaq-əməliyyat tədbirləri zamanı Ələddin Səfərovun üzərindən müxtəlif əskinaslarla 120 manat nəğd pul, habelə onun və digər vəzifəli şəxslərinin xidməti otaqlarına baxış zamanı kollecdə imtahan sessiyaları vaxtı qanun pozuntularına yol verilməsinə kifayət qədər şübhələr yaradan sənədlər, o cümlədən tələbələrə məxsus qiymət kitabçaları, tələbə biletləri, qeydiyyat kitabçaları və istintaq üçün əhəmiyyət kəsb edən digər sənədlər aşkar edilərək götürülmüşdü. Xatırladaq ki, otaqlarından istintaq üçün əhəmiyyətli sənədlər götürülmüş şəxslərin bəziləri bu gün də Bakı İdarəetmə və Texnologiya Kollecində “fəaliyyət” göstərir. Mənbə BakuNews.az-a verdiyi məlumatda onu da qeyd etdi ki, Kollec koridorlarında iki qrup arasındakı mübarizədə tez – tez bir qrupun digər qrupu Türkyədəki məlum “Feto” qruplaşması ilə əlaqəli olması ilə bağlı iddialar səslənir. Prezident seçkilərinə sayılı günlər qaldığı bir dönəmdə ölkənin təhsil müəssisələrindən birində baş verən bu neqativ hadisə olduqca narahatlıq yaradır. Təhsil nazirliyinin təxirəsalınmaz müdaxiləsinin vacib olduğu dönəmdə, bu dövlət qurumunun seyriçi mövqedə durması da, xeyli maraqlı məqamlar yaradır.
Mövzuya qayıdacağıq.
Məlumatda adı çəkilən qurum və şəxslərində münasibətlərini dərc etməyə hazırıq.
BakuNews.az

XƏBƏR LENTİ