Anons

28-07-2019, 19:11 - MOBİL OPERATORLAR AZƏRBAYCAN VƏTƏNDAŞLARINA QARŞI HÖRMƏTSİZLİK EDİR..?

18-06-2019, 15:06 - GDU dekanına qarşı ittiham dolu məktub – 166000 manat kimin cibinə...

18-06-2019, 11:20 - Bakı metrosunda təşviş - Sərnişinlər boşaldıldı

15-06-2019, 15:49 - Bu günki "Son zəng" Ağdam təhsilində kimlər üçün son olacaq - Etibar Toğrulun XIII yazısı

15-06-2019, 15:36 - Sumqayıt təhsilində biabırçılığa son qoyulmur – Himayədarım var deyənlər hələdə vəzifədədir

13-06-2019, 10:27 - Bakıda məktəb direktorlarının arayış biznesi: Bakı Türk litseyinin nüfuzu təhlükə altında

13-06-2019, 10:25 - "QUBANIN İCRA BAŞÇISI UKRANYADAKI ZAVODUNDA BİZNESMEN KİMİ GƏZİR"

13-06-2019, 10:20 - GDU-DƏ BAYRAM APOYEVİN ÖZBAŞINALIQLARINA DUR DEYƏN TAPILACAQMI?

13-06-2019, 09:26 - Beyləqanda Bazar sahibi Xəqani Əhmədovun dövlət torpaqlarını qanunsuz zəbt etməsini məhkəmədə subut edilib

2-06-2019, 04:56 - MÜƏMMALI GÖMRÜK-KARQO “İTTİFAQI” – “Nədən bizi karqoların qucağına atdılar?…”

2-06-2019, 04:15 - “Azercell Telekom” MMC Bakunews.az-a mövqeyin bildirdi - Şikayət məktubu ilə araşdırma yazını ayıra bilməyən kimdir?

30-05-2019, 11:11 - Cəlilabaddan ŞOK VİDEO: Baş həkim Kərəm Həsənovu ifşa etdi

30-05-2019, 11:07 - Respublika Müalicəvi Diaqnostika Mərkəzi 16000 pulumuzu qaytarmasalar

30-05-2019, 09:55 - 40 yaxın şəxs nazirliyin qarşısına toplaşdı - ETSN açıqlama verdi

30-05-2019, 09:40 - Azərbaycan nefti 2%-ə yaxın ucuzlaşıb

29-05-2019, 17:48 - DAA Belarusiyada cumhuriyyətin 101 illiyini qeyd etdi

28-05-2019, 19:06 - Avtomobillərdə plyonka məsələsi: qanun qadağan edir, polis “olar” deyir

23-05-2019, 19:29 - 459 manat ödədi amma... Chevrolet-in rəsmi servisində ÖZBAŞINALIQ!

23-05-2019, 15:41 - İsgəndər Həmidovun niyyətini pozan SPARTAK kimdir? – Müxalif şəxslərə müxalif çıxan şəxslə bağlı təfərüat

16-05-2019, 11:15 - Polis müstəntiqi Şahin Osmanov 3 uşaq atasını 10 min rüşvətə görə tutdurmaq istəyir – BÜTÜN ÖLKƏ ŞOKDA

16-05-2019, 10:33 - Azercell yazardan oğurlanan konturu geri qaytardı: “Bəs, onminlərin hüququ necə olacaq?”

16-05-2019, 10:02 - 13 yaşlı erməni oğlan müsəlman oldu, məsələ parlamentə qədər gedib çatdı

16-05-2019, 09:28 - Qazaxıstanda XII iqtisadi forum başlayıb

16-05-2019, 09:25 - ABŞ-Azərbaycan İqtisadi Tərəfdaşlıq Komissiyasının 4-cü iclası keçiriləcək

16-05-2019, 01:27 - CAVİD QURBANOVUN "İSPAN TAPMACASI": 22 işçisi olan şirkət tenderin qalibinə necə çevrildi?

16-05-2019, 01:21 - Azərsu Qorxmaz necə Hamam Qorxmaz oldu?

14-05-2019, 20:43 - Bakı sakininə qarşı ŞOK DƏLƏDUZLUQ - Maliyyə Nazirliyi, BŞİH və “Unibank” Həmayıl Xəlilovanın evinə necə yiyələnib?

14-05-2019, 20:41 - Dövlət Gömrük Komitəsində NÖVBƏTİ RƏZALƏT - Qurumun yarıtmaz siyasəti nəticəsində 8500 nəfər 4 aydır işsiz qalıb

Zakir Fərəcovla qohumluq bağları cəzasız qalmağa şərait yaradır, uşaq ölümü doğum evindən şok – Faktlar

Tarix:27-06-2018, 01:31 Baxış Sayı:594

Zakir Fərəcovla qohumluq bağları cəzasız qalmağa şərait yaradır, uşaq ölümü doğum evindən şok – Faktlar

2017-ci ilin mayıdır. Sumqayıtda doğuş zamanı ana və körpəsi ölür. Hadisə şəhərin 1 saylı Doğum Evində qeydə alınır.

1979-cu il təvəllüdlü Gülnarə Təyyar qızı Əkbərova doğum zamanı dünyaya gətirdiyi körpə ilə yanaşı, özü də ölür.

Baş həkim Təranə Rəcəbli deyib ki, 38 yaşlı Sumqayıt sakini Gülnarə Əkbərovanın üçüncü hamiləliyi olub. Onun yaşı da hamiləlik üçün ciddi təhlükə yaradıb. Xatırladaq ki, Əkbərovlar ailəsi həkim səhlənkarlığı iddiası ilə şikayət ediblər. Ancaq heç bir nəticəsi olmur və ana-uşaq qətli ört-basdır edilir – ənənəvi olaraq…

Çünki Səhiyyə Nazirliyi indiyə qədər heç bir həkimi əlində ölən xəstəsinə görə cəzalandırmayıb. Nazir Oqtay Şirəliyev özünə söz verib ki, həkimlər üçün cəzasızlıq mühiti yaratmalıdır.

Bu arxayınlığın nəticəsidir ki, bu gün Sumqayıtın 1 saylı Doğum Evində özbaşınalıq, rüşvət xəstəliyi, ələbaxımlılıq, ana və ata olmağa hazırlaşanların soyulması hələ də davam edir.

Əməkdaşımızın doğum evindən çəkdiyi video kadrlarından bəlli olur ki, təkrar müayinəyə gələnlərdən pul istənilir. Tibb işçiləri təkrar müayinəyə 12 manat alırlar.

Bu tibb ocağını Sumqayıt bazarına çevirmiş keçmiş baş həkim Sevda İsgəndərovanın yolunun layiqli davamçısı Təranə Rəcəbliyə “gözün üstə qaşın var” deyilməməsi ilə bağlıdır.

T.Rəcəblinin Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcovla qohumluq əlaqələri var. Baş həkim icra başçısının qızının baldızıdır.

Yəni, Z.Fərəcovun kürəkəninin bacısı doğum evini şəxsi mağazası kimi idarə edir. Bəs, nazirlik? Qəribə sualdır…

Şirəliyev hansı rüşvətxor baş həkimin, hansı əməliyyat stolunda xəstəni öldürən səhlənkar həkimin, hansı səhv diaqnoz qoyan yaxud səhv müalicə edərək müxtəlif dərmanlarla vətəndaşı şikəst qoyan həkimin xətrinə dəyib ki?!

Nazirlik hansı xəstəxanadan, hansı tibb müəssisəsindən qanunsuzluq faktı təqdim elə, ölüm və yaxud səhlənklarlıq sübutu ortaya qoy, mətbuat xidməti əbədi narkoz verərək yuxuya getmiş kimi sükutla qarşılayır…

Ona görə də Sumqayıtın ağasına çevrilmiş və şəhəri altını üstünə çevirmiş Z.Fərəcovun qohumunun 1 saylı Doğum Evində hansı mühiti yaratdığı aydındır.

Reportyior.İnfo yazır ki, bu faktlar nə jurnalistin təxəyyül məhsuludur, nə özündən uydurma rəvayətidir.

Faktiki olaraq ötən il sözügedən doğum evində Gülnarə Təyyar qızı Əkbərova doğum zamanı dünyaya gətirdiyi körpə ilə yanaşı, özü də ölüb.

Nazirliyin laqeydliyi və baş həkimin icra başçısının qohumu olması da təkzibolunmaz faktları sırasındadır.

Həmçinin, doğum evinə təkrar müayinəyə gələnlərdən 12 manat istənilməsi və s. rüşvət tələblərinə dair video kadrlar da var.

Bir sözlə, T.Rəcəbli S.İsgəndərovadan sonra 1 saylı Doğum Evində neqativlərin üstünə beşini qoyaraq səhiyyə ocağını Sumqayıtda 1 nömrə edib.

Və bu Doğum Evinin soyğunçuluq, dilənçilik, rüşvətxorluq yuvasına çevrilməsi haqda mətbuat silsilə yazılar dərc edib ki, nazirliyin mətbuat xidməti tərəfindən təkzib olunmayıb.

Məsələn, anaxeber.az yazmışdı ki, doğuşa gələn xanımlardan dərhal 350 manat məbləğində ödəniş etmək tələb olunur.

Hətta maraqlananlara belə bir məlumat da verilir ki, həmin məbləğin 80 manatı doğuşu qəbul edəcək həkimə, 40 manatı kiçik personala və qalan 230 manatı da baş həkimə çatır. Lakin bu, gələcək ananı sonrakı ödənişlərdən də azad etmir.

Belə ki, şöbəyə gətirildikdən sonra ana olmağa hazırlaşan xanımlar burada elə münasibətlə rastlaşırlar ki, onların növbəti pul tələblərini də yerinə yetirməkdən başqa çarələri qalmır.

Əvvəllər “Real” özəl tibb mərkəzinə rəhbərlik etmiş Təranə Rəcəbli, indi də öz təcrübəsini dövlət səhiyyə müəssisəsində tətbiq edir.

Təranə xanım özü ilə köhnə iş yerindən üç gənc xanım da gətirib. Onlardan biri katibədir.

Digər ikisi, Turanə və Sevinc adlı qızlar isə, xəstəxanada yalnız pul yığmaqla, gəlib-gedənlərin sayına nəzarət etməklə məşğuldurlar.

İndi bizim müəssisədə adi doğuş üçün 350 manat, qeysər əməliyyatı üçün də 650 manat pul ödəmək tələb olunur.

Bu məqsədlə qəbul şöbəsində Elza adlı bir işçi oturub və daxil olan pasiyentlərdən pulu alıb, sonra da Turanəyə və ya Sevincə təhvil vermək məhz onun funksiyasına aiddir. Təsəvvür edin ki, ay ərzində bizim doğum evinə 150-200 nəfər pasiyent gəlir.

Həkimlərə isə ciddi şəkildə tapşırılıb ki, daxil olan pasiyentə pul “oxuya” bilməyən həkimlər doğuş qəbul etməyə buraxılmayacaqlar.

Kəsəsi, Sumqayıtda 1 saylı Doğum Evi əsaslı təmirdən çıxsa da, qaydaları köhnə-küşküldür, idarəçilik çürüməkdədir, baş həkim isə qardaşının icra başçısı olan qayınatasına arxalanaraq “burda mənəm, nazirlikdə Şirəliyev, Sumqayıtda Fərəcov” deyib istəklərini gerçəkləşdirir.

Onu da bildirək ki, doğum evindən çəkilmiş kadrların təqdim olunmasında texniki problem yaranıb, yaxın günlərdə növbəti araşdırma yazımızda video görüntüləri də yayacağıq.

Biz isə nazirliyin də, icra hakimiyyətinin də, baş həkimin sə mövqeyini geniş şəkildə işıqlandırmağa hazırıq.

XƏBƏR LENTİ