Anons

29-11-2018, 10:42 - Hadı Rəcəbli yenə dilinin bəlasına düşüb - “143 manata normal bir ay yaşamaq olar”

30-10-2018, 16:33 - Səbail rayonuna yeni icra başçısı təyin edildi

29-10-2018, 10:28 - Zəngilanın işğalından 25 il ötür

25-10-2018, 10:05 - Azərbaycan nefti 78 dollara satılır –İki dollardan artıq ucuzlaşma var

23-10-2018, 10:48 - AMEA-nın Elmi Mərkəzi Kitabxanasında nə baş verir? – Tort kəsilir, şadyanalıq edilir

26-09-2018, 19:05 - Qadın və kişi həvəskar velosipedçilər arasında "Dövlət Müstəqillik günü"-nə həsr edilmiş Respublika açıq birinçiliyi keçiriləcəkdir

22-09-2018, 13:00 - Havanın temperaturu 2-4 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ

27-08-2018, 12:52 - TƏCİLİ - Körpə balaların Azərbaycan xalqının dəstəyinə ehtiyacı var

21-08-2018, 01:36 - Vətəndaş Lütvəli Babayevin qanunsuz əməlindən Fazil Mustafayevin xəbəri olub olmadığın soruşur

14-08-2018, 12:48 - Sel Zaqatala və Balakəndə küçələri dağıdıb, sahələri məhv edib - VİDEO

11-08-2018, 22:31 - SON DƏQİQƏ: Azərbaycanda bu kəndlərlə əlaqə kəsildiyindən əhali helikopterlərlə ərazidən çıxarılır - VİDEO

14-07-2018, 13:18 - Ekologiyamıza qənim kəsilənlər və Muxtar Babayevin susqunluğu nədən xəbər verir? - VİDEO/FOTO

13-07-2018, 16:42 - ŞOK! ŞOK! At oğrusu və müdhiş korrupsiya iddiası - SHXÇDX-də nələr baş verir?

3-07-2018, 14:10 - NAR ABUNƏÇİLƏRİNİN NƏZƏRİNƏ

3-07-2018, 05:43 - Baş verən böyük qəza ilə bağlı son məlumat - rəsmi

2-07-2018, 14:54 - Cavid Qurbanovun Bakı Dairəvi yolunda 13 min tonluq metal biznesi - Şok faktlar...

19-06-2018, 08:31 - Kolxozdan gələn gömrük generalının ziyanlı islahatı və müəmmalı keçmişi - Səfər Mehdiyev kimdir?

5-06-2018, 09:15 - Amerikanın qorxulu “Böyük Ermənistan” projesi - SENSASİON İDDİA

18-05-2018, 09:49 - Sayt əməkdaşı baş həkimə qarşı böhtan atdığı üçün işdən azad edilib

18-05-2018, 09:28 - Laçın rayonunun işğalından 26 il ötür

10-05-2018, 17:06 - Eldar Mahmudov və generalları bu şəxsin başına min oyun açdı - ŞOK FAKTLAR ÜZƏ ÇIXARDI

7-05-2018, 10:14 - Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün test mərhələsi üzrə təkrar sınaq imtahanı keçiriləcək

1-05-2018, 15:45 - Müşfiq Rəhimovun ailəsində ağır itki baş verib

20-04-2018, 09:55 - SON DƏQİQƏ Toyda partlayış - Azı 13 yaralı

18-04-2018, 09:19 - “Formula-1” yarışı ilə bağlı Bakının mərkəzi yollarında hərəkət məhdudlaşdırılacaq

9-04-2018, 17:28 - İşsiz və evsiz olan xanım müəllim, “Uşaqlarımı oxuda bilmirəm”

7-04-2018, 01:13 - Azyaşlı şagirdin məktəb direktoru ilə intim videosu qalmaqal yaradıb

2-04-2018, 10:12 - Düşmən atəşkəs rejimini 98 dəfə pozub

Ekologiyamıza qənim kəsilənlər və Muxtar Babayevin susqunluğu nədən xəbər verir? - VİDEO/FOTO

Tarix:14-07-2018, 13:18 Baxış Sayı:2 608

Ekologiyamıza qənim kəsilənlər və Muxtar Babayevin susqunluğu nədən xəbər verir? - VİDEO/FOTO


Ölkə Prezidentinin son seçkilərdən sonrakı kadr islahatları hər kəs tərəfindən təqdir edildi. Ancaq təəssüflər olsun ki, dövlət başçısının ölkənin idarəçiliyində operativliyin təmin edilməsi məqsədilə atdığı addımlar bəzi nazirliklərin xüsusi səlahiyyətli şəxsləri tərəfindən bilərəkdən sabotaj edilir. Nədən bu iddiadayıq? Əvvəla ona görə ki, bəzi nazirliklərə, o cümlədən yerli icra orqanlarına təqdim edilən foto, hətta video faktlar belə bu şəxslərin "iş prinsipinə" təsir etmir. Xatırladaq ki, BakuNews.az-ın paytaxtdakı ekoloji vəziyyətlə bağlı təqdim etdiyi araşdırmalar bu qurumdakı səlahiyyətliləri qətiyyən narahat etmir. Və buradan da aydın olur ki, həmin şəxslər məhz bilərəkdən Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayevə qarşı provokasiya edirlər. Əgər belə olmasa idi paytaxtın bir neçə rayonunda, heç bir dövlət əhəmiyyəti kəsb etməyən, işbazlara məxsus kommersiya obyektlərinin tikintisinə, yaşıllıqların məhv olması hesabına "icazə" verməzdilər. BakuNews.az xəbər portalı olaraq dəfələrlə nazirliyin yüksək səlahiyyətli əməkdaşlarına yaşıllığın məhv edilməsini əks etdirən foto və video faktlar göndərsəkdə, təəssüf hissi ilə qeyd edək ki, həmin şəxslər problemin həlli üçün hər hansı addımı nəinki atmayıblar, əksinə, bizdə olan məlumata görə tikinti sahiblərini "işlərini" tez başa çatdırmaq üçün tələsdiriblər də. Görəsən nazirlyin bəzi əməkdaşlarının bu "iş üslubunun" səbəbi nədir? Bəyəm bu şəxsləri nazir Muxtar Babayev ölkə boyu yaşıllığı məhv etmək üçünmü dövlət qurumunda saxlayır? Və ya bu şəxslərə dövlət büdcəsindən verilən əmək haqqı yaşıl əraziləri məhv edənlərə bilmədiklərini başa salmaq üçünmü verilir? Yox əgər cənab Muxtar Babyev deyilənlərin əksini düşünürsə, bəs nədən bu cür şəxslərlə bağlı hər hansı tədbir görmür? Deməli ya nazirin baş verənlərdən xəbəri yoxdur, ya da əməkdaşları ondan hər şeyi gizləyirlər. Hər iki hal yolverilməz və dövlətçiliyin, siyasi idarəçiliyin təməl prinsiplərini sarsıdan haldır. Sadəcə cinayətdir.

(Fotoda kənarda durub izləyən şəxsi hər kəs rəis olaraq çağırmaqdadır. Bu rəis kimdir və hansı müəssisənin rəisidir ki ekologiyanın məhv edilməsində bir başa iştirak etməkdədir.)
Ekologiyamıza qənim kəsilənlər və Muxtar Babayevin susqunluğu nədən xəbər verir? - VİDEO/FOTO
Ekologiyamıza qənim kəsilənlər və Muxtar Babayevin susqunluğu nədən xəbər verir? - VİDEO/FOTO
Ekologiyamıza qənim kəsilənlər və Muxtar Babayevin susqunluğu nədən xəbər verir? - VİDEO/FOTO

Şəkildə təqdim etdiyimiz ərazi - Xətai rayonu Cavanşir küçəsi 27 və 27A nömrəli binaların arxasıdır. Bu ərazi məhz bina sakinlərinin illərlə yetişdirdiyi və bir neçə gün öncəyə qədər tam yaşıllıqla örtülü idi. Lakin Xətai rayon icra Hakimiyyətinin və rayon polis şöbəsinin himayədarlığı ilə artıq həmin ərazi məhv edilib və yerində 4 otaqlı maşın təmiri sexi inşa edilir. Rəis adlı işbaza məxsus bu tikili görəsən nə vaxtdan dövlət əhəmiyyətli obyekt hesab olundu ki, Ekologiya və Təbii Sərvətlər nazirliyinin əməkdaşları Xətai rayon İcra Hakimiyyətinin bu qanunsuz işinə yardımçı oldular? Xatırldaq ki, bu ərazidə ETSN öz vəzifəsini yalnız Rəisə "ağacları vaxtından geç köçürdükləri" üçün 200 manat cərimə yazmaqla başa vurub.Əvvəla Rəis kimdir ki, dövlət qurumunun icazəsi olmadan ağac köçürsün? Digər tərəfdən ETSN nədən Rəisə ağac köçürməyə icazə verib? Bəyəm Rəisin tikdiyi obyektin strateji məqsədlərimi var?
Ekologiyamıza qənim kəsilənlər və Muxtar Babayevin susqunluğu nədən xəbər verir? - VİDEO/FOTO
Ekologiyamıza qənim kəsilənlər və Muxtar Babayevin susqunluğu nədən xəbər verir? - VİDEO/FOTO
Ekologiyamıza qənim kəsilənlər və Muxtar Babayevin susqunluğu nədən xəbər verir? - VİDEO/FOTO
Ekologiyamıza qənim kəsilənlər və Muxtar Babayevin susqunluğu nədən xəbər verir? - VİDEO/FOTO

Axı BakuNews.az ağacın əvvəlki və sonrakı - kəsilərək doğran şəkillərini dəfələrlə dərc edib. Hətta obyekt sahibi bu mənzərəyə laqeyidliklə durub tamaşa edən fotolar da tərəfimizdən dərc edilib. Bəs elə isə nədən nazirlik "200 manat"la kifayətləndi? Nədən həmin ərazinin əvvəlki vəziyyətini əks etdirən videogörüntüləri nazirlik əməkdaşları görmək istəmədilər? Hörmətli Muxtar Babayev sualımıza cavab verə bilərmi ki, rəhbərlik etdiyi qurumun əməkdaşları ağac köçürmə fəslinə qədər səbr edə bilməzdilərmi?
Ekologiyamıza qənim kəsilənlər və Muxtar Babayevin susqunluğu nədən xəbər verir? - VİDEO/FOTO
Ekologiyamıza qənim kəsilənlər və Muxtar Babayevin susqunluğu nədən xəbər verir? - VİDEO/FOTO
Ekologiyamıza qənim kəsilənlər və Muxtar Babayevin susqunluğu nədən xəbər verir? - VİDEO/FOTO
Ekologiyamıza qənim kəsilənlər və Muxtar Babayevin susqunluğu nədən xəbər verir? - VİDEO/FOTO

Dəyərli oxucuların diqqətinə çatdırırq ki, həmin videonu bu yazımızda da ETSN-nin səlahiyyətlilərinə təqdim edirik. Əgər bu dəfə də "görməyəcəklərsə" deməli nazir Muxtar Babyevin ətrafında qorxunc bir set formalaşıb. Həmin şəxslər Hüseynqulu Bağırovun zamanında təyin olunmuşdular və işlərini doğru-dürüst icra etməyə ən azında çalışrdılar. Bəs görəsən nədən Muxtar Babayevdən faktlar gizlədilir? Nədir bu şəxslərlə işbazlar arasındakı "məhəbbətin səbəbi"? Bəyəm son müşavirədə ölkə Prezidenti cənab İlham Əliyev insanların istirahət etməsi, gəzməsi üçün müvafiq olan ərazilərin toxunulmaz olduğunu, həmin ərazilərdə hər hansı tikinti aparılmasının qadağan edildiyin demədimi? Elə isə ETSN nədən ölkə başçısının göstərişinə əməl etmir? Nədən Xətai rayon İcra Hakimyyətinin başçısı Razim Məmmədovun hikkəsi Prezidentin göstərişindən ETSN-də üstün tutulur? Və ya Xətai rayonu Cavanşir küçəsi 27 və 27A saylı binaların araxasında, sakinlərin illərlə əziyyət çəkib böyütdüyü ağacları kəsərək özünə avtomobil təmiri sexləri inşa etdirən Rəisin hansı "özəllikləri" var ki, həm ETSN əməkdaşları, həm Xətai RPŞ, həm də Xətai RİHB onu əzizləyirlər? Unutmayın Ulu Öndər Heydər Əliyev demişdir: "Bir ağacın budağını kəsən, elə bilin ki, mənim qolumu kəsir."


Siz nə edirsiniz və ya nəyə göz yumursunuz cənablar?

Mövzuya qayıdacağıq.
Yazıda adı çəkilən müəssisə və şəxslərində mövqelərini dərc etməyə hazırıq.

BakuNews.az

XƏBƏR LENTİ