Xəbəral.az saytının Şükürovlar barədə araşdırmaları davam etməkdədir.
Bu araşdırma yazılarımızın cavabı olaraq, bizə qarşı, saxta profillər, söyüş dolu təhdidlər, üstümüzə gələn bəzi, “vətənşüənlər”in mövqeyi hamımıza məlumdur. Bunların məqsədi Şükürovları Cəlilabadlılara iş görən kimi sırayıb, rayonda təxribat yaratmaqdır.İnandıraq sizi yazılarımıza təhdid dolu rəy yazanların əksəriyyəti,həyatda öz mövqeyi olmayan, iş yerlərindən saxtakarlığa görə qovulan, öz valideyinləri ilə küsülü olan, evdə ailə də hörməti olmayan, Şükürovları müdafiə etmək kimi özlərini göstərən savadsız qədirbilməzlərdir.
Xəbəral.az – a Cəlilabad rayonundan verilən məlumata görə, özlərini insanlara “vətənşüvən” kimi sırayanların çoxunun həyat yoldaşları bu dövlətdən aylıq məvaciblə ailələrinə pul aparır. Rayonda məktəblərdə digər dövlət idarələrində çalışırlar.
Bəs bunlar nədən narazıdır? Hakimiyyətdən, dövlətdən nə istəyirlər?Guya bunlar Cəlilabad əhalisini düşünür?Öz verdiyimiz suala oxucu dili ilə, özümüz cavablayaq: Bu adamlar qarşıdurma yaratmağa meyilli, sifariş yerinə yetirən, sağlam mübarizə aparmaqdan uzaq, ağzı söyüşlü, təhqir etməkdən həzz alan, az sayda saxta profillə özlərini çox göstərmək istəyən, insanlar arasında çaşqınlıq yaradanlardır.Saxta profillərlə bir neçə gündür Xəbəral.az saytının ünvanına nalayiq təhqirlər gəlməkdə davam edir.
Təbii ki, bu cür təhqirlərin cavabı bizlər tərəfindən rəsmi qayda da veriləcəkdir.
Qeyd etmək Nəzərinizə çatdıraq ki, saxta profillərin əksəriyyəti, məhz Şükürovlara aiddir.
Saxta profillərlə bağlı mövzuya daha geniş qayıdacağıq!
Keçək əsas məsələyə.
Deməli qardaşlardan özünü tibb sahəsində professor xəyal edən Vüqar Şükürov sən demə özü ağır diaqnozlu xəstəlikdən əziyyət çəkirmiş (foto fakt).