Anons

18-06-2019, 15:06 - GDU dekanına qarşı ittiham dolu məktub – 166000 manat kimin cibinə...

18-06-2019, 11:20 - Bakı metrosunda təşviş - Sərnişinlər boşaldıldı

15-06-2019, 15:49 - Bu günki "Son zəng" Ağdam təhsilində kimlər üçün son olacaq - Etibar Toğrulun XIII yazısı

15-06-2019, 15:36 - Sumqayıt təhsilində biabırçılığa son qoyulmur – Himayədarım var deyənlər hələdə vəzifədədir

13-06-2019, 10:27 - Bakıda məktəb direktorlarının arayış biznesi: Bakı Türk litseyinin nüfuzu təhlükə altında

13-06-2019, 10:25 - "QUBANIN İCRA BAŞÇISI UKRANYADAKI ZAVODUNDA BİZNESMEN KİMİ GƏZİR"

13-06-2019, 10:20 - GDU-DƏ BAYRAM APOYEVİN ÖZBAŞINALIQLARINA DUR DEYƏN TAPILACAQMI?

13-06-2019, 09:26 - Beyləqanda Bazar sahibi Xəqani Əhmədovun dövlət torpaqlarını qanunsuz zəbt etməsini məhkəmədə subut edilib

2-06-2019, 04:56 - MÜƏMMALI GÖMRÜK-KARQO “İTTİFAQI” – “Nədən bizi karqoların qucağına atdılar?…”

2-06-2019, 04:15 - “Azercell Telekom” MMC Bakunews.az-a mövqeyin bildirdi - Şikayət məktubu ilə araşdırma yazını ayıra bilməyən kimdir?

30-05-2019, 11:11 - Cəlilabaddan ŞOK VİDEO: Baş həkim Kərəm Həsənovu ifşa etdi

30-05-2019, 11:07 - Respublika Müalicəvi Diaqnostika Mərkəzi 16000 pulumuzu qaytarmasalar

30-05-2019, 09:55 - 40 yaxın şəxs nazirliyin qarşısına toplaşdı - ETSN açıqlama verdi

30-05-2019, 09:40 - Azərbaycan nefti 2%-ə yaxın ucuzlaşıb

29-05-2019, 17:48 - DAA Belarusiyada cumhuriyyətin 101 illiyini qeyd etdi

28-05-2019, 19:06 - Avtomobillərdə plyonka məsələsi: qanun qadağan edir, polis “olar” deyir

23-05-2019, 19:29 - 459 manat ödədi amma... Chevrolet-in rəsmi servisində ÖZBAŞINALIQ!

23-05-2019, 15:41 - İsgəndər Həmidovun niyyətini pozan SPARTAK kimdir? – Müxalif şəxslərə müxalif çıxan şəxslə bağlı təfərüat

16-05-2019, 11:15 - Polis müstəntiqi Şahin Osmanov 3 uşaq atasını 10 min rüşvətə görə tutdurmaq istəyir – BÜTÜN ÖLKƏ ŞOKDA

16-05-2019, 10:33 - Azercell yazardan oğurlanan konturu geri qaytardı: “Bəs, onminlərin hüququ necə olacaq?”

16-05-2019, 10:02 - 13 yaşlı erməni oğlan müsəlman oldu, məsələ parlamentə qədər gedib çatdı

16-05-2019, 09:28 - Qazaxıstanda XII iqtisadi forum başlayıb

16-05-2019, 09:25 - ABŞ-Azərbaycan İqtisadi Tərəfdaşlıq Komissiyasının 4-cü iclası keçiriləcək

16-05-2019, 01:27 - CAVİD QURBANOVUN "İSPAN TAPMACASI": 22 işçisi olan şirkət tenderin qalibinə necə çevrildi?

16-05-2019, 01:21 - Azərsu Qorxmaz necə Hamam Qorxmaz oldu?

14-05-2019, 20:43 - Bakı sakininə qarşı ŞOK DƏLƏDUZLUQ - Maliyyə Nazirliyi, BŞİH və “Unibank” Həmayıl Xəlilovanın evinə necə yiyələnib?

14-05-2019, 20:41 - Dövlət Gömrük Komitəsində NÖVBƏTİ RƏZALƏT - Qurumun yarıtmaz siyasəti nəticəsində 8500 nəfər 4 aydır işsiz qalıb

14-05-2019, 17:36 - “1600 AZN kompensasiya düşür, 516 manat rüşvət istəyirlər” - “Muğanbank”a ittiham

Göyçay rayon İcra hakimiyyəti başçısının I müavini İkram Vəliyev saxtakarlığa görə həbsdə yatıb - Namiq Qasımov

Tarix:15-10-2018, 15:13 Baxış Sayı:1 666

Göyçay rayon İcra hakimiyyəti başçısının I müavini İkram Vəliyev saxtakarlığa görə həbsdə yatıb -  Namiq Qasımov


BakuNews.az-a müraciət edən Bakı şəhər, Badamdar qəsəbəsi, I-ci massiv, ev 396-da yaşayan Namiq Böyükkişi oğlu Qasımov Göyçay rayon İcra Hakimiyyəti başçısının I müavini İkram Vəliyevin bir zamanlar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci, 179.3.2, 179.2.1-ci, 320.1 və 320.2 maddələri ilə təqsirləndirilərək haqqında məhkəmə qərarı ilə 3 il həbs qəti imkan tədbiri seçilib. Şikayətçi əlavə olaraq qeyd edir ki, İkram Vəliyevi həbsə aparan səbəb onun dələduzluğu olub. İ.Vəliyev haqqında çıxarılan məhkəmə qətnaməsini redaksiyaya təqdim edən Namiq Qasımov əlavə olaraq qeyd etdi ki, bu şəxsin mühüm dövlət vəzifəsində olması kifayət qədər şübhəlidir. “Necə ola bilər ki, saxta möhür hazırladaraq rəsmi sənədi saxtalaşdıran bir şəxs Göyçay kmi rayonda İcra Hakimiyyəti başçısının I müavini olsun. Bəyəm məhbəs həyatı yaşayan şəxsin dövlət vəzifəsi daşıması mümkündürmü? Məsələ bununla da bitmir. İkram Vəliyevin oğlu Toğrul Vəliyev Göyçay rayon Yol Polisi Xidməti şöbəsində rəis müavinidir. Onun ikinci oğlu Nicat Vəliyev isə İsmayıllı rayonunda polis orqanlarında çalışır. Göründüyü kimi hansı vasitələrləsə bu şəxs yenidən mühüm dövlət vəzifəsinə nəinki təyinat alıb. Hətta övladlarını belə polis orqanlarında vəzifələrə təyin etdirib.”

Namiq Qasımovun iddiasına görə İkram Vəliyev ona külli miqdarda maddi ziyan vurub. Məhz həmin ziyanın nəticəsi olaraq şikayətçinin sahib olduğu əmlak girov qismində ondan alınıb. Məsələni araşdırmaq üçün İkram Vəliyevlə əlaqə saxlayan əməkdaşımıza I müavin ziddiyətli məlumatlar verdi. Əvvəlcə “mən elə bir şəxs tanımıram” – deyən İkram Vəliyev sonradan “o iki gün əvvəl mənim yanımda olub və biz onunla razılaşmışıq” deyə bildirdi. “Namiq Qasımov pulunu məndən yox Vaqifdən istəsin” – deyən Göyçay rayon İcra Hakimiyyəti başçısının I müavini həbs olunmadığını da qeyd etdi. Lakin redaksiyaya təqdim edilən, 26 avqust 2003-cü il tarixli Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin hökmündə isə konkret qeyd edilib: Vəliyev İkram Sabir oğlu Azərbaycan Respublikası CM-nin 32, 179.3.2, 320.1, 320.2ci maddələri ilə təqsirli bilib, CM-nin 32, 179.3.2-ci maddəsilə, CM-nin 62-ci maddəsini tətbiq etməklə 3(üç) il müddətinə, 320.1-ci maddəsilə 2 (iki) il və 320.2-ci maddəsilə 1 (bir) il müddətinə azadlıqdan məhrum edilsin.

Azərbaycan Respublikası CM-nin 38-ci maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə üzərində 3 (üç) il müddətinə qəti azadlıqdan məhrum etmə cəzası saxlanılsın.

Mövzuya qayıdacağıq.

Redaksiya məlumatda adı çəkilən şəxslərində mövqelərini də dərc edə bilər.

BakuNews.az

Göyçay rayon İcra hakimiyyəti başçısının I müavini İkram Vəliyev saxtakarlığa görə həbsdə yatıb -  Namiq Qasımov

Göyçay rayon İcra hakimiyyəti başçısının I müavini İkram Vəliyev saxtakarlığa görə həbsdə yatıb -  Namiq Qasımov

XƏBƏR LENTİ