Anons

29-11-2018, 10:42 - Hadı Rəcəbli yenə dilinin bəlasına düşüb - “143 manata normal bir ay yaşamaq olar”

30-10-2018, 16:33 - Səbail rayonuna yeni icra başçısı təyin edildi

29-10-2018, 10:28 - Zəngilanın işğalından 25 il ötür

25-10-2018, 10:05 - Azərbaycan nefti 78 dollara satılır –İki dollardan artıq ucuzlaşma var

23-10-2018, 10:48 - AMEA-nın Elmi Mərkəzi Kitabxanasında nə baş verir? – Tort kəsilir, şadyanalıq edilir

26-09-2018, 19:05 - Qadın və kişi həvəskar velosipedçilər arasında "Dövlət Müstəqillik günü"-nə həsr edilmiş Respublika açıq birinçiliyi keçiriləcəkdir

22-09-2018, 13:00 - Havanın temperaturu 2-4 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ

27-08-2018, 12:52 - TƏCİLİ - Körpə balaların Azərbaycan xalqının dəstəyinə ehtiyacı var

21-08-2018, 01:36 - Vətəndaş Lütvəli Babayevin qanunsuz əməlindən Fazil Mustafayevin xəbəri olub olmadığın soruşur

14-08-2018, 12:48 - Sel Zaqatala və Balakəndə küçələri dağıdıb, sahələri məhv edib - VİDEO

11-08-2018, 22:31 - SON DƏQİQƏ: Azərbaycanda bu kəndlərlə əlaqə kəsildiyindən əhali helikopterlərlə ərazidən çıxarılır - VİDEO

14-07-2018, 13:18 - Ekologiyamıza qənim kəsilənlər və Muxtar Babayevin susqunluğu nədən xəbər verir? - VİDEO/FOTO

13-07-2018, 16:42 - ŞOK! ŞOK! At oğrusu və müdhiş korrupsiya iddiası - SHXÇDX-də nələr baş verir?

3-07-2018, 14:10 - NAR ABUNƏÇİLƏRİNİN NƏZƏRİNƏ

3-07-2018, 05:43 - Baş verən böyük qəza ilə bağlı son məlumat - rəsmi

2-07-2018, 14:54 - Cavid Qurbanovun Bakı Dairəvi yolunda 13 min tonluq metal biznesi - Şok faktlar...

19-06-2018, 08:31 - Kolxozdan gələn gömrük generalının ziyanlı islahatı və müəmmalı keçmişi - Səfər Mehdiyev kimdir?

5-06-2018, 09:15 - Amerikanın qorxulu “Böyük Ermənistan” projesi - SENSASİON İDDİA

18-05-2018, 09:49 - Sayt əməkdaşı baş həkimə qarşı böhtan atdığı üçün işdən azad edilib

18-05-2018, 09:28 - Laçın rayonunun işğalından 26 il ötür

10-05-2018, 17:06 - Eldar Mahmudov və generalları bu şəxsin başına min oyun açdı - ŞOK FAKTLAR ÜZƏ ÇIXARDI

7-05-2018, 10:14 - Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün test mərhələsi üzrə təkrar sınaq imtahanı keçiriləcək

1-05-2018, 15:45 - Müşfiq Rəhimovun ailəsində ağır itki baş verib

20-04-2018, 09:55 - SON DƏQİQƏ Toyda partlayış - Azı 13 yaralı

18-04-2018, 09:19 - “Formula-1” yarışı ilə bağlı Bakının mərkəzi yollarında hərəkət məhdudlaşdırılacaq

9-04-2018, 17:28 - İşsiz və evsiz olan xanım müəllim, “Uşaqlarımı oxuda bilmirəm”

7-04-2018, 01:13 - Azyaşlı şagirdin məktəb direktoru ilə intim videosu qalmaqal yaradıb

2-04-2018, 10:12 - Düşmən atəşkəs rejimini 98 dəfə pozub

Sürücülük vəsiqəsini açıq satışa çıxaran şöbədə rüşvət tüğyan edir - VİDEO

Tarix:25-10-2018, 10:44 Baxış Sayı:1 072

Sürücülük vəsiqəsini açıq satışa çıxaran şöbədə rüşvət tüğyan edir - VİDEO

Bu günədək əksər mətbu orqanlarda Baş Dövlət Yol Polisinin tabeçiliyində olan qurumların qüsurlu iş fəaliyyətləri ilə bağlı silsilə tənqidi açıqlamalar dərc olunub və rəhbərlikdə duran vəzifə sahibləri baş verənlərlə bağlı lazımınca məlumatlandırılsalar da, təəssüflər olsun ki, bu sahədə baş verən özbaşınalıqların yenə də nə həddi, nə də ki, hüdudu bilinir.

Belə bir səbəblər üzündəndir ki, hal-hazırda yol polisi sahəsinə aid formalaşan ictimai fikirdə xüsusi qəzəb, əsaslı narazılıq hissi formalaşıb. Buna da bir çox subyektiv və obyektiv amillər səbəb olmaqdadır. Təqribən 15-20 gün bundan öncə redaksiya əməkdaşlarımızdan birinin Bakı şəhəri, Qaradağ rayonu “Meyvəli terminalı”na yaxın ərazidə fəaliyyət göstərən Qeydiyyat-imtahan şöbəsində üz-üzə qaldığı olaylar, bir daha söylənilənləri təsdiq etməyə imkan verir. Məsələn, bir neçə gün bundan əvvəl həmin əməkdaş xəbər portalımızın redaksiyasına, adı çəkilən Qeydiyyat-imtahan şöbəsində qol qoyulan çoxsaylı qanunsuzluqlarla bağlı məlumatları və həyata keçirilmiş çəklişi təqdim edib. Həmin şəxs qeyd edir ki, “Şəxsi vəsaitimlə xaricdən alıb ölkəmizə gətirdiyim avtomobilimlə Qeydiyyat-imtahan şöbəsinin həyətinə daxil olarkən, dərhal qarşımızı kəsdilər və heç bir əsas olmadan bizdən 50 manat pul tələb etdilər. Səbəbini soruşduqda “Rəisin tapşırığıdır, bu yerdə qayda–qanun belədir, vəssəlam!” deməklə, bizdən tələb etdikləri 50 manat pulu aldılar. Elə ki, beş-on addım irəli getdik, o halda başqa şəxslər qarşımızı kəsib “İstəyirsinizsə 400 manat pul verin avtomobiinizi birbaşa adınıza sənədləşdirək” deyib öz təkliflərini bildirdilər. Düzdür, biz onların belə bir təklifini qəbul etmədik və gətirdiyimiz avtomobilə “Tranzit nömrə” almaq qərarına gəldik. Ümimi sənədləşmə işlərinin gedişi zamanı bizi elə bir vəziyyətə saldılar ki, nəinki istənilən məbləği verməli olduq, hətta olmazın getgələ də salındıq. Bütün bunların qarşılığına bizə heç bir ödəniş qəbzi verilmədi.
Sürücülük vəsiqəsini açıq satışa çıxaran şöbədə rüşvət tüğyan edir - VİDEO

Bütün bunlardan əlavə, təqdim olunan çəkilişin ümumi mahiyyətinə diqqət yetirməklə onu da müəyyən etmək olur ki, istənilən şəxs xarici ölkələrdən gətirdiyi nəqliyyat vasitəsini adına sənədləşdirərkən, həmin şəxsi Qeydiyyat-imtahan şöbəsində məqsədli şəkildə əlavə xərcə və getgələ salırlar. Hətta, həmin şəxsdən lazımsız sənəd də tələb edirlər. Sənədləşmə işləri başa çatdıqdan sonra, avtomobil sahibi rəhbərliyin adına ərizə yazmalı və onu xanım əməkdaşa təqdim etməlidir. Buna görə də, avtomobil sahibinə ərizə (nümunə) forması təqdim olunmalı olduğu halda, qarşı tərəf heç bir halda belə bir addımını atmır. Sadəcə olaraq xanım əməkdaş ərizə formasına bir neçə söz yazmaqla hər kəsdən 10 (on) AZN alır və buna görə də, bir kimsəyə qəbz verilmir. Belə bir addımların atılması onu sübut edir ki, bütün bunlar həm ciddi qanun pozuntusudur, həm də rüşvətxorluğun tüğyan etməsinə səbəb olan amillərdir. Düşündürücü haldır ki, ölkə rəhbəri cənab İlham Əliyev ildən-ilə rüşvətxorluğun hər cür təzahürlərinə qarşı mübarizə tədbirlərini gücləndirsə də, bu gün BDYPİ-nin “Meyvəli terminalı”na yaxın ərazidə fəaliyyət göstərən Qeydiyyat-imtahan şöbəsində cənab Prezidentin iradəsinə zidd addımlar atılmaqdadır. Ümumiyyətlə, belə bir halların varlığı ortaya çoxsaylı sualların çıxmasına da səbəb olur. O halda sual oluna bilər ki, nə üçün adicə adı çəkilən şöbədə hər kəsdən bir ərizə formasına görə 10 manat pul tələb olunur? O halda ortaya növbəti bir sual da çıxır, görəsən toplanan pullar hansı büdcəyə daxil olur? Yaxud da, daxil olurmu? Bax budur hər kəsi düşündürən hal, götür-qoy edilən məqam!



P.S. Bir redaksiya olaraq bir neçə gün bundan əvvəl adı çəkilən qurumda yaşananlarla bağlı Qeydiyyat-imtahan şöbəsinin rəhbərliyinə məktubla müraciət etdik ki, sadalanan problemlərin varlığına qarşı tərəfdən münasibət öyrənə bilək. Təəssüflər olsun ki, qarşı tərəf qeyd olunan faktlara münasibət bildirmək əvəzinə, susmağa üstünlük verdi. Bu da onu söyləməyə əsas verir ki, adı çəkilən şöbədə baş verən qanunsuzluqlarla bağlı əmələ gələn kütləvi narazılıq hissi, heç bir halda rəhbərliyi narahat etmir. Deməli, ... Qarşı tərəfin də mövqeyini dinləyə bilərik.

P.S.S. Həmçinin qeyd edək ki, bəzi maraqlı tərəf kimi çıxış edən media nümayəndələri məsələ ilə bağlı qəbul edilməz təqziblər dərc etmiş amma buna baxmayaraq cəmiyyət tərəfindən həmin açıqlamalar qəbul edilməmişdir. Rüşvətin tüğyan etdiyi Qeydiyyat-imtahan şöbəsində təxirə salınmaz tədbirlərin görülməsi gözlənilsədə...

Bu yöndə araşdırmamızı davam etdirəcəyik.

Vasif T.

XƏBƏR LENTİ