Anons

29-11-2018, 10:42 - Hadı Rəcəbli yenə dilinin bəlasına düşüb - “143 manata normal bir ay yaşamaq olar”

30-10-2018, 16:33 - Səbail rayonuna yeni icra başçısı təyin edildi

29-10-2018, 10:28 - Zəngilanın işğalından 25 il ötür

25-10-2018, 10:05 - Azərbaycan nefti 78 dollara satılır –İki dollardan artıq ucuzlaşma var

23-10-2018, 10:48 - AMEA-nın Elmi Mərkəzi Kitabxanasında nə baş verir? – Tort kəsilir, şadyanalıq edilir

26-09-2018, 19:05 - Qadın və kişi həvəskar velosipedçilər arasında "Dövlət Müstəqillik günü"-nə həsr edilmiş Respublika açıq birinçiliyi keçiriləcəkdir

22-09-2018, 13:00 - Havanın temperaturu 2-4 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ

27-08-2018, 12:52 - TƏCİLİ - Körpə balaların Azərbaycan xalqının dəstəyinə ehtiyacı var

21-08-2018, 01:36 - Vətəndaş Lütvəli Babayevin qanunsuz əməlindən Fazil Mustafayevin xəbəri olub olmadığın soruşur

14-08-2018, 12:48 - Sel Zaqatala və Balakəndə küçələri dağıdıb, sahələri məhv edib - VİDEO

11-08-2018, 22:31 - SON DƏQİQƏ: Azərbaycanda bu kəndlərlə əlaqə kəsildiyindən əhali helikopterlərlə ərazidən çıxarılır - VİDEO

14-07-2018, 13:18 - Ekologiyamıza qənim kəsilənlər və Muxtar Babayevin susqunluğu nədən xəbər verir? - VİDEO/FOTO

13-07-2018, 16:42 - ŞOK! ŞOK! At oğrusu və müdhiş korrupsiya iddiası - SHXÇDX-də nələr baş verir?

3-07-2018, 14:10 - NAR ABUNƏÇİLƏRİNİN NƏZƏRİNƏ

3-07-2018, 05:43 - Baş verən böyük qəza ilə bağlı son məlumat - rəsmi

2-07-2018, 14:54 - Cavid Qurbanovun Bakı Dairəvi yolunda 13 min tonluq metal biznesi - Şok faktlar...

19-06-2018, 08:31 - Kolxozdan gələn gömrük generalının ziyanlı islahatı və müəmmalı keçmişi - Səfər Mehdiyev kimdir?

5-06-2018, 09:15 - Amerikanın qorxulu “Böyük Ermənistan” projesi - SENSASİON İDDİA

18-05-2018, 09:49 - Sayt əməkdaşı baş həkimə qarşı böhtan atdığı üçün işdən azad edilib

18-05-2018, 09:28 - Laçın rayonunun işğalından 26 il ötür

10-05-2018, 17:06 - Eldar Mahmudov və generalları bu şəxsin başına min oyun açdı - ŞOK FAKTLAR ÜZƏ ÇIXARDI

7-05-2018, 10:14 - Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün test mərhələsi üzrə təkrar sınaq imtahanı keçiriləcək

1-05-2018, 15:45 - Müşfiq Rəhimovun ailəsində ağır itki baş verib

20-04-2018, 09:55 - SON DƏQİQƏ Toyda partlayış - Azı 13 yaralı

18-04-2018, 09:19 - “Formula-1” yarışı ilə bağlı Bakının mərkəzi yollarında hərəkət məhdudlaşdırılacaq

9-04-2018, 17:28 - İşsiz və evsiz olan xanım müəllim, “Uşaqlarımı oxuda bilmirəm”

7-04-2018, 01:13 - Azyaşlı şagirdin məktəb direktoru ilə intim videosu qalmaqal yaradıb

2-04-2018, 10:12 - Düşmən atəşkəs rejimini 98 dəfə pozub

Rusiyada yenicə yaradılmış "Birlik" Konqreslər Assosiasiyasının Bakıda təqdimat mərasimi keçirilib

Tarix:28-11-2018, 13:48 Baxış Sayı:61

Rusiyada yenicə yaradılmış "Birlik" Konqreslər Assosiasiyasının Bakıda təqdimat mərasimi keçirilib

Dunən Bakıdakı Atatürk Mərkəzinin konfrans zalında, Rusiya Federasiyasının Sibir və Yaxın Şərq regionlarında fəaliyyət göstərən fəal diaspor təşkilatlarımızın təşəbbüsü ilə yenicə yaradılmış Azərbaycanlıların Hüquqları və Qanuni Maraqları üzrə "Yedinstvo" ("Birlik") Regionlararası Konqreslər Assosiasiyasının təqdimat mərasimi keçirilib.

Rusiyada yenicə yaradılmış "Birlik" Konqreslər Assosiasiyasının Bakıda təqdimat mərasimi keçirilib

Tədbirdə Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin sektor müdiri Qafar Əliyev, Novosibirsk vilayətindəki Türkdilli və Slavyandilli Xalqlar Arasında "Sodrujestvo" Əməkdaşlıq Fondunun və yeni yaradılmış "Birlik" Assosiasiyasının prezidenti Mirkazım Seyidov, Amur vilayətində yaşayan azərbaycanlıların "Araz" diaspor təşkilatının rəhbəri, "Birlik" Assosiasiyasının vitse-prezidenti Tofiq Niftəliyev, "Birlik" Assosiasiyasının Saxalin vilayətindən olan vitse-prezidenti Şahvələd Qasımov, ölkəmizdə fəaliyyət göstərən təşkilat rəhbərləri, ictimai fəallar, mətbuat nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Prezident Administrasiyasının nümayəndəsi Qafar Əliyev, öncə, "Birlik" Assosiasiyasının yaradılmasının vacibliyini xüsusi vurğulayıb. Qeyd edib ki, diaspor fəaliyyətini monopoliyaya almaq olmaz. Xaricdəki diaspor təşkilatlarımızın fəaliyyətinin koordinasiya olunması üçün səylərimizi mütləq gücləndirməliyik. Yaranacaq belə önəmli təşkilatların köməyi ilə, bu günə qədər əldə olunmuş uğurları davam etdirmək lazımdır.

“Dunyanın hər yerində yaşayan soydaşlarımız da yaxşı bilirlər ki, Azərbaycan diasporunun yeganə məqsədi Dağlıq Qarabağın azadlığına nail olmaqdır. Bu səbəbdən, diaspor qurumlarımızın bütün fəaliyyətlərini bu istiqamətdə koordinasiya etməyi üçün çalışırıq.
Ölkə prezidenti də, əksər çıxışları zamanı bildirir ki, Azərbaycanın diaspor təşkilatları, sağlam qeyri-hökumət təşkilatları, Azərbaycanın xaricdəki səfirlikləri günü-gündən güclənir. Erməni lobbisi böyük dövlətlərdə, Avropada və başqa ölkələrdə onilliklər, bəlkə əsrlər boyudur ki, fəaliyyət göstərir, təşkilatlanmış çox aqressiv və mənfi bir qüvvə olub.

Kim bilmirdi ki, Azərbaycana qarşı mənfi informasiyaların təkanvericisi də, daim erməni lobbisi olub. Onların müxtəlif media qurumlarına çıxış imkanları var. Belə bir imkanların əldə olunması üçün, uzun zaman biz də çabalar göstərdik. Artıq Rusiyada, Amerikada, Avropada və s. ölkələrdə televiziya kanallarımız, internet saytlarımız, qəzet və jurnallarımız fəaliyyət göstərir. Lakin bununla kifayətlənmək olmaz -- daha da güclənməliyik!”.

Çıxışının sonunda Prezident Administrasiyasının sektor müdiri yeni yaradılmış diaspor qurumuna gələcək fəaliyyətində uğurlar arzulayıb və bildirib ki, onun milli mənafelərimiz naminə görəcəyi hər bir işə, yuxarı dövlət qurumları tərəfindən hərtərəfli köməklik göstəriləcək.

Sonra Azərbaycanlıların Hüquqları və Qanuni Maraqları üzrə "Yedinstvo" ("Birlik") Regionlararası Konqreslər Assosiasiyasının prezidenti Mirkazım Seyidov çıxış edərək, təsis etdikləri bu təşkilatın Rusiyada ictimai və mədəni layihələrə nə qədər əhəmiyyət verəcəyini izah edib. Bildirib ki, təşkilatın Rusiyada yaşayan azərbaycanlılar üçün faydalı olacağını, Federasiyasının bütün regionlarında yaşayan həmvətənlərimizin eyni mərkəzdə toplanmasını, dövlətimizin diaspor siyasətinə dəstək olmaqla, xaricdə yaşayan soydaşlarımızın həm Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları ilə, həm də beynəlxalq təşkilatlarla əməkdaşlığına təkan verməyi öncədən planlaşdırıblar: "Novosibirsk şəhərində “Dostluq Körpüsü: Rusiya - türkdilli və slavyandilli ölkələr və müasirliyin qlobal çağırışları” mövzusunda regionlararası forum keçirdiyimiz zaman, bu qurumun yaradılması qərarını verdik. Ümumiyyətlə, bu möhtəşəm tədbirdə iştirak edən 20-yə yaxın regionun diaspor təşkilaty rəhbərləri, həmin bölgələrdə yaşayan azərbaycanlıların hüquq və milli maraqlarına xidmət edəcək "Birlik" Regionlararası Konqreslər Assosiasiyasını yaratmaq təklifini irəli sürərək, bu qurumun təsis edilməsini qərara aldılar. Sənədləri hazırlandıqdan az sonra, "Birlik" aidiyyatı dövlət qurumlarında rəsmi qeydiyyatdan keçdi və təsisçiləri məni yekdilliklə quruma rəhbər seçdilər.

Artıq "Birlik" rəsmən fəaliyyət göstərir və bu az müddətdə nüfuz qazanıb. Təşkilatın fəaliyyəti barəsində Rusiya Prezidentinə yazılı məlumat ünvanlayaraq, onun Ümumrusiya statusunda qeydiyyatdan keçməsinə razılıq verməsini ondan xahiş etmişik. Bu günlərdə Rusiya rəhbərinin, "Birlik" Assosiasiyasının mərkəzdə qeydiyyata alınması üçün, müvafiq dövlət orqanlarına rəsmi göstəriş verdiyi xəbərini almışıq. Məhz bundan sonra, "Birlik" ,Federasiyasının 80-dən çox bölgəsində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarını öz ətrafında rəsmən birləşdirə biləcək. Artıq bu barədə bizə müraciətlərin də sayı-hesabı yoxdur. Bu, bizim üçün olduqca sevindiricidir.

Onu da qeyd etməyi vacib bilirəm ki, keçirdiyim həmin möhtəşəm tədbir Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, həm mənim çoxdan rəhbərlik etdiyim və Novosibirsk kimi böyük bir vilayətdə nüfuzu danılmaz olan Türkdilli və Slavyandilli Xalqlar Arasında "Sodrujestvo" ("Həmrəylik") Əməkdaşlıq Fondunun, həm Rusiya Yazıçılar Birliyinin Novosibirsk Regional Bölməsinin, həm də bu və ətraf regionlardakı Azərbaycan cəmiyyətlərinin təşkilatçılığı ilə baş tutdu.

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95 və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileylərinə həsr etdiyimiz bu Forumda Azərbaycan Respublikası Milli Məclisinin, Diasporlarla İş üzrə Dövlət Komitəsinin, ölkəmizin Rusiyadakı səfirliyinin, eləcə də Rusiya Parlamentinin Yuxarı Palatasının, Federasiya Şurasının və Novosibirsk şəhər Meriyasının nümayəndələri, bu ölkənin 30-a yaxın bölgəsindəki diaspor təşkilatlarımızın rəhbərləri, tanınmış ictimai-siyasi fəallar, elm və incəsənət xadimləri, nüfuzlu kütləvi-informasiya vasitələrinin əməkdaşları iştirak etdilər.

Üç gün davam edən bu Forum çərçivəsindəki çıxışlar, ayrı-ayrı görüşlər, keçirilən digər məclislər, AXC-yə, Ümummilli Lider Heydər Əliyevə və müasir Azərbaycanımıza həsr olunmuş sərgilər yaddaqalan olub. Ümumiyyətlə, dünyanın və keçmiş sovetlər ittifaqının müxtəlif bölgələrindən və Azərbaycandan tədbirdə qonaq qismində iştirak edənlər, keçirdiyim bu tədbirin də möhtəşəmliyini xüsusi vurğulayıblaur".

Rusiyada yenicə yaradılmış "Birlik" Konqreslər Assosiasiyasının Bakıda təqdimat mərasimi keçirilib

Rusiyada yenicə yaradılmış "Birlik" Konqreslər Assosiasiyasının Bakıda təqdimat mərasimi keçirilib

Çıxışının sonunda Mirkazım Seyidov onu da bildirib ki, Birlik"-ə ümumrusiya statusu verilməsi barədə ilkin razılıq xəbəri onları olduqca sevindirsə də, aldıqları digər bir xəbər, onu və digər təşkilatçıları olduqca məyus edib: "Bu bəd xəbər ondan ibarətdir ki, keçirdiyim möhtəşəm tədbir yenicə qurtararkən, "sapı özümüzdən olan baltalar", eynən o çətin dönəmlərdə olduğu kimi, mənim timsalımda, doğma Azərbaycanımızın maraqlarına xidmət edəcək belə bir qurumun nüfuzunu "baltalamağa", əleyhimə təbliğat aparmağa start verdilər. İki ölkənin rəhbərlərinə, aidiyyatı dövlət qurumlarına bu barədə yazdığım şikayət ərizəmdə də, xatırlatmışam ki, milli ədavətlər məkanı olmuş gərgin durumlu çoxmillətli Novosibirsk vilayətində yaşayan azərbaycanlıların yaratdıqları qurumların yenidən təşkilatlanmasına çalışanların önündə gedənlərdən biri olmuşam. Hələ Rusiyadakı diaspor siyasətimizlə bağlı yaranmış acınacaqlı durum zamanı, yəni burada yaşayan azərbaycanlıların yaratdıqları təşkilatlar qəbilə formasında, ayrı-ayrılıqda fəaliyyət göstərərkən, onlar arasındakı əlaqəsizlik və narazılıqlardan yerli separatçı qüvvələr böyük məharətlə istifadə edərkən, mən və ətrafımdakı həmyerlilərimiz, milli mənafe naminə hər cür təhlükəyə getməkdən belə çəkinməmişik: Heç də uzaq olmayan diaspor tariximizə nəzər saldıqda da, aydın görmək olur ki, şəxsi iddialar iki dövlətin və xalqımızın ümumi mənafeyi naminə birləşməyə imkan vermədiyi həmin gərgin vaxtlarda, Ulu Öndərin bu yöndə yürütdüyü vahid siyasəti özümə və ətrafımdakı soydaşlarıma prioritet seçərək, toparlanmağı, təcrübələrimizdən yararlanaraq, formalaşmağı bacarmış, yenicə müstəqilliyini əldə etmiş dövlətimizin vahid milli konsepsiyasına, ölkə rəhbərimizin yürütdüyü siyasətə, qanunlara xidmət etmişik.

Onu da deyim ki, o gərgin dönəmlərdən başlayaraq, indiyədək, yaşayıb, fəaliyyət göstərdiyim bu böyük regionda, doğma Vətən və xalqımızın mənafeyi naminə yaddaqalan çoxsaylı tədbirlər keçirmiş, kitablar, jurnallar və qəzetlər buraxmışam. Buna görə, düşmən qüvvələr -- erməni daşnakları və onların dəstəkçiləri mənə qarşı dəfələrlə sui-qəsdlər təşkil ediblər. Yazdığım və elə Novosibirskdə ingilis, rus və Azərbaycan dillərində nəşr etdirdiyim "Erməni vandalizmi" kitabıma görə, daşnaklar məni ölümcül vəziyyətə də salıblar. Ağır cərrahiyyə əməliyyatı ilə, dörd ay xəstəxanada yatıb, müalicə almışam. İndi də, bu kitabıma görə, məni Eynulla Fətullayev və onun saytları "tənqid atəşinə" tutublar. Erməniləri separatçı vandallar adlandırmağım onu da bərk narahat edib. Guya, mən bu əsərimlə beynəlxalq normaları, qayda-qanunları pozmuş, iki xalq arasına düşmənçilik yaradıb, milli ədavət toxumu səpmişəm. Eynulla Fətullayevin bu hərəkəti, açıq-aşkar milli maraqları tapdalamaq, Vətənə xəyanət, bir sözlə, " düşmən dəyirmanına su tökmək" deməkdir. Özüm də, mətbuat üzərindən və digər araşdırmalar aparıb, görürəm ki, bu adam həmişə düşmən maraqlarına xidmət edən birisi olub. Nədən, həbsdən çıxandan sonra, bu çirkin məqsədli fəaliyyətini davam etdirmək üçün ona belə bir münbit şərait yaradılıb, anlaya bilmirəm.

Bu səbəbdən, ölkə rəhbərliyindən xahiş etmişəm ki, bütün bunları nəzərə alıb, Eynulla Fətullayev barədə ciddi ölçü götürülərək, cəzalandırılması üçün, əlaqədar dövlət qurumlarına lazımi tapşırıqlarını versin".
Assosiasiyasının Amur və Saxalin vilayətlərindən olan vitse-prezidentləri Tofiq Niftəliyev və Şahvələd Qasımov tədbirdəki çıxışlarında, yaratdıqları bu qurumun yüksək imicə malik bir diaspor təşkilatı, "Birlik" xətti ilə, milli mənafe naminə görəcəkləri vacib işlərin, keçirəcəkləri doğma Vətən, xalq mövzulu möhtəşəm tədbirlərin isə, daim yaddaqalan olması üçün, yorulmadan çalışacaqlarını bildiriblər: "Çünki Azərbaycan torpağı bizim üçün müqəddəsdir, burda Vətən sevgimiz daha yüksəkdə dayanır. Bu səbəbdən, hər fürsətdə ağrılı problemimiz olan Qarabağ həqiqətləri ətrafında öz işlərimizi qurmağa çalışacağıq. Assosiasiyamızın Nizamnamə və Məramnamə qaydalarına uyğun olaraq, çoxşaxəli bütün fəaliyyətlmizi mənfur düşmənin – erməni daşnaklarının vurulmasına yönəldəcək, güclü maddi-mənəvi dəstəkləri daim bu istiqamətlərə yönələn möhtəşəm işlərə sərf edəcəyik. Azərbaycan imicini yerli əhali arasında daha yüksəklərə qaldırmaq, bu yöndə canla-başla çalışıb, əlimizdən gələni əsirgəməmək bizim gundəlik əsas şüarımıza çevriləcək.

Onu da həmişə diqqətdə saxlayacağıq ki, həyata keçirəcəyimiz bütün tədbirlər yalnız Vətən naminə, sırf insanlıq xatirinə olsun. Aktiv fəaliyyətimiz və həyata keçirəcəyimiz Azərbaycan mövzusundakı fundamental layihəli çoxsaylı tədbirlərimizin müsbət, ürəkaçan nəticəsi kimi, Federasiyaya üz tutan soydaşlarımız buraya adaptasiya olmaqda çətinlik çəkməsinlər".

Dəyirmi masa xarakterli bu tədbirdə çıxış edən qonaqlar da, xaricdəki diaspor təşkilatlarımız arasındaki birlik və bərabərliyin vacibliyindən danışıblar. Eyni zamanda, natiqlər, doğma Vətənlərinin və həmvətənlərinin mənafeləri üçün uğurlu fəaliyyət göstərmək istəyənlərin bu addımını yüksək qiymətləndiriblər. Ürəklərindəki sevgiyə diqqət çəkərək, onu da vurğulayıblar ki, onların ürəyindəki bu sevgi bayraq, Vətən, millət və torpaq sevgisidirsə, deməli, onların milli dövlətçiliklərinin gələcəyi də parlaqdır.

Çıxış edənlər, Rusiyada və digər xarici ölkələrdə yaşayan soydaşlarımızın dövlətimizin ictimai həyatında fəal iştirakını, onların Azərbaycan cəmiyyətinə inteqrasiya edilməsini, beynəlxalq əhəmiyyətli layihələrdə iştirakını və xaricdəki gələcək nəsil nümayəndələrimizin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından təşkilatlanmanı təmin etməyi qarşısına əsas məqsəd qoyan "Birlik" Assosiasiyasına gələcək fəaliyyətində uğurlar arzulayıb, hər zaman onun yanında olacağını qeyd ediblər.

Təqdimat mərasiminin sonunda jurnalistlər tədbir təşkilatçılarına diasporçuluqla bağlı maraq doğuran önəmli suallar ünvanlayıblar. //araz.az//

Səməndər QURBANOV,

XƏBƏR LENTİ