Anons

15-01-2019, 16:56 - Hakimlər Qarabağ qazisini intihara sürükləyir...? - Saxta sənəd hazırlayan...

9-01-2019, 12:38 - Baş prokuror Zakir Qaralov 6 rayonun sakinlərini qəbul edəcək- Şamaxıda

8-01-2019, 13:25 - BAŞ HƏKİM ŞƏLALƏ SƏFƏROVA XƏSTƏNİ İNTİHAR HƏDDİNƏ ÇATDIRIB...?

29-11-2018, 10:42 - Hadı Rəcəbli yenə dilinin bəlasına düşüb - “143 manata normal bir ay yaşamaq olar”

30-10-2018, 16:33 - Səbail rayonuna yeni icra başçısı təyin edildi

29-10-2018, 10:28 - Zəngilanın işğalından 25 il ötür

25-10-2018, 10:05 - Azərbaycan nefti 78 dollara satılır –İki dollardan artıq ucuzlaşma var

23-10-2018, 10:48 - AMEA-nın Elmi Mərkəzi Kitabxanasında nə baş verir? – Tort kəsilir, şadyanalıq edilir

26-09-2018, 19:05 - Qadın və kişi həvəskar velosipedçilər arasında "Dövlət Müstəqillik günü"-nə həsr edilmiş Respublika açıq birinçiliyi keçiriləcəkdir

22-09-2018, 13:00 - Havanın temperaturu 2-4 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ

27-08-2018, 12:52 - TƏCİLİ - Körpə balaların Azərbaycan xalqının dəstəyinə ehtiyacı var

21-08-2018, 01:36 - Vətəndaş Lütvəli Babayevin qanunsuz əməlindən Fazil Mustafayevin xəbəri olub olmadığın soruşur

14-08-2018, 12:48 - Sel Zaqatala və Balakəndə küçələri dağıdıb, sahələri məhv edib - VİDEO

11-08-2018, 22:31 - SON DƏQİQƏ: Azərbaycanda bu kəndlərlə əlaqə kəsildiyindən əhali helikopterlərlə ərazidən çıxarılır - VİDEO

14-07-2018, 13:18 - Ekologiyamıza qənim kəsilənlər və Muxtar Babayevin susqunluğu nədən xəbər verir? - VİDEO/FOTO

13-07-2018, 16:42 - ŞOK! ŞOK! At oğrusu və müdhiş korrupsiya iddiası - SHXÇDX-də nələr baş verir?

3-07-2018, 14:10 - NAR ABUNƏÇİLƏRİNİN NƏZƏRİNƏ

3-07-2018, 05:43 - Baş verən böyük qəza ilə bağlı son məlumat - rəsmi

2-07-2018, 14:54 - Cavid Qurbanovun Bakı Dairəvi yolunda 13 min tonluq metal biznesi - Şok faktlar...

19-06-2018, 08:31 - Kolxozdan gələn gömrük generalının ziyanlı islahatı və müəmmalı keçmişi - Səfər Mehdiyev kimdir?

5-06-2018, 09:15 - Amerikanın qorxulu “Böyük Ermənistan” projesi - SENSASİON İDDİA

18-05-2018, 09:49 - Sayt əməkdaşı baş həkimə qarşı böhtan atdığı üçün işdən azad edilib

18-05-2018, 09:28 - Laçın rayonunun işğalından 26 il ötür

10-05-2018, 17:06 - Eldar Mahmudov və generalları bu şəxsin başına min oyun açdı - ŞOK FAKTLAR ÜZƏ ÇIXARDI

7-05-2018, 10:14 - Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün test mərhələsi üzrə təkrar sınaq imtahanı keçiriləcək

1-05-2018, 15:45 - Müşfiq Rəhimovun ailəsində ağır itki baş verib

20-04-2018, 09:55 - SON DƏQİQƏ Toyda partlayış - Azı 13 yaralı

18-04-2018, 09:19 - “Formula-1” yarışı ilə bağlı Bakının mərkəzi yollarında hərəkət məhdudlaşdırılacaq

”Kabel al, dirək al, utanmasalar ”işığı da özün çək” deyəcəklər”

Tarix:20-12-2018, 12:16 Baxış Sayı:148

”Kabel al, dirək al, utanmasalar ”işığı da özün çək” deyəcəklər”

Göyçay sakini: ”Elektrik Şəbəkəsi çürüyən dirəklərimizi yeniləmir”

“Evimizə gələn elektrik kabelləri köhnəlib. Dirəklər çürüyüb, az qalır aşsın. Yəni o dərəcədə köhnəlib. Göyçay Elektrik Şəbəkəsinə müraciət edirəm. Deyir, “kabeli, dirəyi al, gələk düzəldək”. Harada görülüb ki, bunları vətəndaş alsın?
Göyçayın Potu kəndinin sakini Pərvin Ömərov belə deyir. Bildirir ki, dəfələrlə buna görə Elektrik Şəbəkəsinə gedib. Hamı sözü bir yerə qoyub, eyni sözü deyirlər:
“Müdir də, satışın rəisi də deyir ki, lazım olan materialları al, düzəldək. Mənim də o qədər imkanım yoxdur axı. Ürəyimdə problem var, 10 ildən bir əməliyyat olunmalıyam. Özüm də yüksək əmək haqqı almıram. Ailə saxlayıram. Mən işıq çəkdirmək üçün lazım olan 200-300 manat pulu haradan alım? Anlayıram, hardasa hörmət etmək olar, məsələn, ustaya 20-30 manat, lap olsun 50 manat vermək olar. Ancaq 200-300 manat mənim üçün böyük məbləğdir”.

”Kabel al, dirək al, utanmasalar ”işığı da özün çək” deyəcəklər”

Yağış yağanda, külək əsəndə işıqsız qalırıq


P.Ömərov deyir ki, onların məhəlləsinə yeni işıq dirəkləri basdırılıb, kabelləşmə gedib. Ancaq bir-iki nəfər pul verməyənlərin dirəkləri dəyişdirilməyib. Odur ki, bir az yağış yağan, külək əsən kimi işıqsız qalırlar:
“Özü də onu deyim ki, yaxınlığımıza qədər işıq xətti çəkilib. İstəsələr, bizə də çəkərlər, necə ki, bir çoxuna çəkiblər. Amma istəmirlər də. Mən anlamıram işıq dirəyini, işıq çəkmək üçün lazım olan kabeli niyə vətəndaş almalıdır”.

Dəfələrlə elektrik cihazlarımız yanıb, xarab olub

Vətəndaş işıq dirəklərinin, xətlərin köhnə olmasının onlara ziyan vurduğunu deyir:
“Həm işıqsız qalırıq, həm də bizə maddi ziyan dəyir. Dəfələrlə olub ki, elektrik cihazlarımız yanıb. Soyuducu, paltaryuyan, televizor və s. Xərcə düşmüşük. Xətlər çox köhnədir. Müəyyən bir hissəyədək öz imkanımla dəyişmişəm. Ona da bir 200-300 manatım çıxıb. Elektrik ustası çağırmışam, ona pul vermişəm, materiallara xərcləmişəm və s. Ancaq geri qalan hissəsinə pulum çatmır. Qabaqdan əməliyyatımın vaxtı gəlir, ürəkdir, ucuz da deyil. Heç bilmirəm, onu necə etdirəcəyəm, qaldı hər şeyə pul xərcləyə bilmərəm. Heç yoxdur da”.

Hər yerə yazmışam, ortada heç nə yoxdur

P.Ömərov vətəndaş kimi hər yerə şikayət edib, məktub göndərib. Ancaq bugünədək bir nəticəsinin olmadığını deyir:

”Kabel al, dirək al, utanmasalar ”işığı da özün çək” deyəcəklər”

“Hər yerə yazmışam, ortada heç nə yoxdur. Qaz da bərbaddır, qışdır, o qədər zəifdir ki, heç evi isidə bilmirik. Bir tərəfdən də işıq sönəndə soyuqda qalırıq. Hər şey problemdir. Baxın, şalbanların çoxu çürüyüb, bərbad vəziyyətdədir. Qəzalı durumdur. Bir gün aşsa, çox pis fəsadları ola bilər”.

40 ildir gəlib baxan olmayıb, maraqlanmayıblar


P.Ömərov deyir ki, onlardan pul istəmələri azmış kimi, hələ bu yaxınlarda onu cərimələmək istəyirmişlər:
“Gəldilər ki, sən kənar xətt çəkmisən. Halbuki, axtardılar, nəsə tapmadılar. Danışırlar də, bu da gəlib özlərinin çəkməyidir. Özləri quraşdırdıqları sayğacda səhv axtarırdılar, təsəvvür edirsiz? Başqa vaxt yalvarırıq, gəlib xətlərimizə baxmırlar heç. Ağac dəyir, başlayır qığılcımlanmağa. Kabel al, dirək al, utanmasalar “çıx, işığı da özün çək” deyəcəklər. Bu xətt hardasa 40 ildir var. İndiyə qədər gəlib baxan olmayıb, maraqlanmayıblar. Transfarmator da pis vəziyyətdədir. İnanın elə pis səsi gəlir ki. O partlasa, hətta evlərə təsir edəcək. İcra Hakimiyyətinə, “Azərenerji”yə, Prezident Administrasiyasına, Mehriban xanım Əliyevaya məktublar yazmışam. Heç cavab belə almamışam. Bunlar da deyirlər ki, kimə istəyirsiniz yazın, biz gəlib çəkməsək, sizə kömək olan deyil. Nəticədə çəkmirlər və bu, bizə zülmdür”.

Yaxınlaşsın, nə problemi var, həll edək

Meydan TV məsələyə münasibət öyrənmək üçün Göyçay Elektrik Şəbəkəsi ilə əlaqə saxlayıb. Şəbəkənin baş mühəndisi Mövsüm Ağayev deyib ki, onlar heç bir vətəndaşa görüləcək işin materiallarını aldırmırlar:

”Kabel al, dirək al, utanmasalar ”işığı da özün çək” deyəcəklər”

“Biz heç kimə elə söz demirik. Adətən deyirik ki, ərizə ilə müraciət edin, baxaq. Əgər yeni evdirsə, Asan Xidmətə müraciət etsinlər. Yox, köhnə evdirsə, deməli, bizim abonentdir, o zaman biz baxmalıyıq. Gəlsin, yaxınlaşsın, nə problemi var, həll edək. Hamısı bizim hesabımıza olacaq”.

XƏBƏR LENTİ