Anons

15-01-2019, 16:56 - Hakimlər Qarabağ qazisini intihara sürükləyir...? - Saxta sənəd hazırlayan...

9-01-2019, 12:38 - Baş prokuror Zakir Qaralov 6 rayonun sakinlərini qəbul edəcək- Şamaxıda

8-01-2019, 13:25 - BAŞ HƏKİM ŞƏLALƏ SƏFƏROVA XƏSTƏNİ İNTİHAR HƏDDİNƏ ÇATDIRIB...?

29-11-2018, 10:42 - Hadı Rəcəbli yenə dilinin bəlasına düşüb - “143 manata normal bir ay yaşamaq olar”

30-10-2018, 16:33 - Səbail rayonuna yeni icra başçısı təyin edildi

29-10-2018, 10:28 - Zəngilanın işğalından 25 il ötür

25-10-2018, 10:05 - Azərbaycan nefti 78 dollara satılır –İki dollardan artıq ucuzlaşma var

23-10-2018, 10:48 - AMEA-nın Elmi Mərkəzi Kitabxanasında nə baş verir? – Tort kəsilir, şadyanalıq edilir

26-09-2018, 19:05 - Qadın və kişi həvəskar velosipedçilər arasında "Dövlət Müstəqillik günü"-nə həsr edilmiş Respublika açıq birinçiliyi keçiriləcəkdir

22-09-2018, 13:00 - Havanın temperaturu 2-4 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ

27-08-2018, 12:52 - TƏCİLİ - Körpə balaların Azərbaycan xalqının dəstəyinə ehtiyacı var

21-08-2018, 01:36 - Vətəndaş Lütvəli Babayevin qanunsuz əməlindən Fazil Mustafayevin xəbəri olub olmadığın soruşur

14-08-2018, 12:48 - Sel Zaqatala və Balakəndə küçələri dağıdıb, sahələri məhv edib - VİDEO

11-08-2018, 22:31 - SON DƏQİQƏ: Azərbaycanda bu kəndlərlə əlaqə kəsildiyindən əhali helikopterlərlə ərazidən çıxarılır - VİDEO

14-07-2018, 13:18 - Ekologiyamıza qənim kəsilənlər və Muxtar Babayevin susqunluğu nədən xəbər verir? - VİDEO/FOTO

13-07-2018, 16:42 - ŞOK! ŞOK! At oğrusu və müdhiş korrupsiya iddiası - SHXÇDX-də nələr baş verir?

3-07-2018, 14:10 - NAR ABUNƏÇİLƏRİNİN NƏZƏRİNƏ

3-07-2018, 05:43 - Baş verən böyük qəza ilə bağlı son məlumat - rəsmi

2-07-2018, 14:54 - Cavid Qurbanovun Bakı Dairəvi yolunda 13 min tonluq metal biznesi - Şok faktlar...

19-06-2018, 08:31 - Kolxozdan gələn gömrük generalının ziyanlı islahatı və müəmmalı keçmişi - Səfər Mehdiyev kimdir?

5-06-2018, 09:15 - Amerikanın qorxulu “Böyük Ermənistan” projesi - SENSASİON İDDİA

18-05-2018, 09:49 - Sayt əməkdaşı baş həkimə qarşı böhtan atdığı üçün işdən azad edilib

18-05-2018, 09:28 - Laçın rayonunun işğalından 26 il ötür

10-05-2018, 17:06 - Eldar Mahmudov və generalları bu şəxsin başına min oyun açdı - ŞOK FAKTLAR ÜZƏ ÇIXARDI

7-05-2018, 10:14 - Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün test mərhələsi üzrə təkrar sınaq imtahanı keçiriləcək

1-05-2018, 15:45 - Müşfiq Rəhimovun ailəsində ağır itki baş verib

20-04-2018, 09:55 - SON DƏQİQƏ Toyda partlayış - Azı 13 yaralı

18-04-2018, 09:19 - “Formula-1” yarışı ilə bağlı Bakının mərkəzi yollarında hərəkət məhdudlaşdırılacaq

Badamdarda torpağı əlindən alınan müharibə veteranı: “Özümü yandıracam...”

Tarix:7-01-2019, 10:34 Baxış Sayı:129

Badamdarda torpağı əlindən alınan müharibə veteranı: “Özümü yandıracam...”

ADPU-nun prorektoru, Ali Məhkəmənin hakimləri birləşərək müharibə veteranının torpaq sahəsini əlindən alıblar


Bəzi məmurlar və səlahiyyət sahibləri tərəfindən müharibə veteranlarına qarşı edilən qanunsuz hərəkətlər son günlər ölkə mətbuatının manşetlərindən düşmür. Dövlət başçısının müvafiq tapşırıqlarını və ali qanunları görməzdən gələn bəzi səlahiyyət sahiblərinin müharibə veteranlarına qarşı etdikləri qanunsuzluqlar hər birimizdə dərin təəssüf hissi doğurur və onların haqlı müdafiəsi üçün bizlərdə də məsuliyyət yaradır.

Qanunsuz yollarla torpağı əlindən alınan müharibə veteranlarından biri – 1959-cu il təvəllüdlü Qərib Məmmədxan oğlu Əliquliyev Bolgexeber.com-un redaksiyasına məktub ünvanlayıb.

Qarabağ müharibəsi veteranı və Əmək veteranı Q.Əliquliyev redaksiyamıza göndərdiyi məktubda bildirir ki, Səbail rayon, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivində yerləşən 18 sot torpaq sahəsi 1994-cü ildən etibarən qanuni olaraq ona məxsus olub:

“Səbail rayon İcra hakimiyyəti tərəfindən mənə və qohumlarım – Mehman Xanlar oğlu Mahmudova və Tale Ənvər oğlu Əşrəfova ümumilikdə 18 sot (hər birinə 6 sot) torpaq sahəsi verilib. Həmin torpaq sahəsinin cizgi planı Səbail rayon İcra Hakimiyyəti tərəfindən razılaşdırılıb və memar tərəfindən imzalanıb. Biz torpaq sahələrimizə çıxarış almaq məqsədilə ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazi idarəsinə müraciət etdikdə, Rəna Cəbrayılovanın həmin torpaq sahələrinə saxta bələdiyyə sənədi əsasında çıxarış almaq istədiyini öyrənmişik və bizə buna görə çıxarış verilməyib. Hansı ki, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzindən alnmış sənədlərdən görünür ki, sonuncunun bələdiyyə sənədlərinin kökü arxiv məlumatlarında yoxdur”.
Q.Əliquliyev qeyd edib ki, bundan sonra Rəna Cəbrayılovanın Səbail rayonu Badamdar Bələdiyyəsindən saxta yolla aldığı sənəddə göstərilən torpağının bizim torpağımıza hər hansı aidiyyatının olmadığı, yəni ayrı-ayrı torpaqlar olduğu bildirilib:

“Qeyd etdiyim torpaq sahəsi 1994-cü ildən mənim və qhumlarımın sahibliyində və istifadəmizdədir. Torpaq 18 sotdur. İndi Rəna Cəbrayılova saxta sənədlərlə torpağımızı əlimizdən almaq istəyir. Onun əri Məlikməmməd Cəbrayılov hazırda Azərbaycan Dövlət Pedaqoji Universitetində tədris işləri üzrə prorektordur. M.Cəbrayılov vəzifəsindən sui-istifadə edərək bütün instansiya məhkəmələrə, hüquq-mühafizə orqanlarına təzyiq göstərir, onların doğru qərar verməsinə maneçilik yaradır. O, həmçinin himayədarlarına arxalanaraq məni xəstəliklə öldürərək torpağıma yiyələnmək istəyir.

Buna baxmayaraq, 24 oktyabr 2018-ci il tarixində Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1830/2018 nömrəli qərarı ilə mənim və qohumlarımın şikayəti təmin edilmiş və bununla da, Səbail rayon Badamdar Bələdiyyəsinin Səbail rayonu Badamdar qəsəbəsi yaşayış massivində olan 18 sot torpaq sahəsinin Rəna Cəbrayılovanın adına sənədləşdirilməsinə dair 26.12.2006-cı il tarixli, 226, 227 və 228 saylı qərarları ləğv edilib.

Göründüyü kimi, Bakı Apellyasiya Məhkəməsinin ədalətli qərarı əsasında Rəna Cəbraılovanın əldə etdiyi saxta bələdiyyə sənədləri ləğv edilib. Məlumat üçün onu da deyim ki, hazırda Rəna Cəbrayılovaya məxsus 6 sot torpaq da, vaxtilə bacım bacım Solmaz Əliquliyevaya məxsus olub, həmin torpağı mən Əskərov Əlihüseyn Sənan oğluna satmışam. Sonradan isə Ə.Əskərov qeyd olunan torpaq sahəsini Rəna Cəbrayılovaya satıb. Bu faktın özü göstərir ki. həmin torpaqlar əvəllər mənə və qohumlarıma məxsus olub”.

Q.Əliquliyev daha sonra yazır:

“Buna baxmayaraq, R.Cəbrayılova və əri ADPU-nun prorektoru M.Cəbrayılov mənə və qohumlarıma məxsus qanuni torpaq sahəsini ələ keçirmək üçün bütün yollara əl atırlar. M.Cəbrayılov öz havadarlarının köməyi ilə Bakı Apellyasiya Məhkəməsinin 24 oktyabr tarixində mənim xeyrimə verdiyi qərarı ləğv etdirmək üçün bütün qanunsuz yollara əl atdı. 26 dekabr 2018-ci ildə Ali Məhkəminin hakimi Zakir Quliyevin qərarı ilə Bakə Apellyasiya Məhkəməsinin mənim xeyirimə verdiyi qərarı ləğv edildi, iddiam təmin edilmədi.

Buna səbəb isə, Prezidentin apardığı siyasətə ziddi olaraq vətəndaşların haqlarını tapdalayan Ali Məhkəmənin inzibati-iqtisadi kollegiyasının sədri Hikmət Mirzəyev olub. Belə ki, H.Mirzəyevin təzyiqi və tələbi ilə Z.Quliyev qanunsuz qərar qəbul edib. Mən müharibə veteranıyam, ölkəm üçün sağlamlığımdan ona görə keçməmişəm ki, kimsə mənim qanuni torpağımı əlimdən alsın. Əgər ədalət bərpa olunmasa, özümü Prezident Administrasiyasının qarşısında diri-diri yandıracam”.

Q.Əliquliyev Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya da müraciət ünvanlayaraq kömək istəyib:

“Rəna Cəbrayılovanın iddia etdiyi Bələdiyyə torpaqlarının sənədlərinin kökü Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzində qeydiyyatda olmadığından, həmçinin mənim lükiyyət hüquqlarımı təsdiq edən bütün sənələrimin olması səbəbindən, məhkəmələrə ədalətli qərar çıxarılması üçün göstəriş verməyinizi, Ali Məhkəmənin hakimləri Z.Qulieyv və H.Mirzəyevin ali qanunlarımızı pozaraq sifarişli qərarlar qəbul etdiyinə görə cəzalandırılmasını Sizdən xahiş edirəm”.

XƏBƏR LENTİ