Anons

15-01-2019, 16:56 - Hakimlər Qarabağ qazisini intihara sürükləyir...? - Saxta sənəd hazırlayan...

9-01-2019, 12:38 - Baş prokuror Zakir Qaralov 6 rayonun sakinlərini qəbul edəcək- Şamaxıda

8-01-2019, 13:25 - BAŞ HƏKİM ŞƏLALƏ SƏFƏROVA XƏSTƏNİ İNTİHAR HƏDDİNƏ ÇATDIRIB...?

29-11-2018, 10:42 - Hadı Rəcəbli yenə dilinin bəlasına düşüb - “143 manata normal bir ay yaşamaq olar”

30-10-2018, 16:33 - Səbail rayonuna yeni icra başçısı təyin edildi

29-10-2018, 10:28 - Zəngilanın işğalından 25 il ötür

25-10-2018, 10:05 - Azərbaycan nefti 78 dollara satılır –İki dollardan artıq ucuzlaşma var

23-10-2018, 10:48 - AMEA-nın Elmi Mərkəzi Kitabxanasında nə baş verir? – Tort kəsilir, şadyanalıq edilir

26-09-2018, 19:05 - Qadın və kişi həvəskar velosipedçilər arasında "Dövlət Müstəqillik günü"-nə həsr edilmiş Respublika açıq birinçiliyi keçiriləcəkdir

22-09-2018, 13:00 - Havanın temperaturu 2-4 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ

27-08-2018, 12:52 - TƏCİLİ - Körpə balaların Azərbaycan xalqının dəstəyinə ehtiyacı var

21-08-2018, 01:36 - Vətəndaş Lütvəli Babayevin qanunsuz əməlindən Fazil Mustafayevin xəbəri olub olmadığın soruşur

14-08-2018, 12:48 - Sel Zaqatala və Balakəndə küçələri dağıdıb, sahələri məhv edib - VİDEO

11-08-2018, 22:31 - SON DƏQİQƏ: Azərbaycanda bu kəndlərlə əlaqə kəsildiyindən əhali helikopterlərlə ərazidən çıxarılır - VİDEO

14-07-2018, 13:18 - Ekologiyamıza qənim kəsilənlər və Muxtar Babayevin susqunluğu nədən xəbər verir? - VİDEO/FOTO

13-07-2018, 16:42 - ŞOK! ŞOK! At oğrusu və müdhiş korrupsiya iddiası - SHXÇDX-də nələr baş verir?

3-07-2018, 14:10 - NAR ABUNƏÇİLƏRİNİN NƏZƏRİNƏ

3-07-2018, 05:43 - Baş verən böyük qəza ilə bağlı son məlumat - rəsmi

2-07-2018, 14:54 - Cavid Qurbanovun Bakı Dairəvi yolunda 13 min tonluq metal biznesi - Şok faktlar...

19-06-2018, 08:31 - Kolxozdan gələn gömrük generalının ziyanlı islahatı və müəmmalı keçmişi - Səfər Mehdiyev kimdir?

5-06-2018, 09:15 - Amerikanın qorxulu “Böyük Ermənistan” projesi - SENSASİON İDDİA

18-05-2018, 09:49 - Sayt əməkdaşı baş həkimə qarşı böhtan atdığı üçün işdən azad edilib

18-05-2018, 09:28 - Laçın rayonunun işğalından 26 il ötür

10-05-2018, 17:06 - Eldar Mahmudov və generalları bu şəxsin başına min oyun açdı - ŞOK FAKTLAR ÜZƏ ÇIXARDI

7-05-2018, 10:14 - Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün test mərhələsi üzrə təkrar sınaq imtahanı keçiriləcək

1-05-2018, 15:45 - Müşfiq Rəhimovun ailəsində ağır itki baş verib

20-04-2018, 09:55 - SON DƏQİQƏ Toyda partlayış - Azı 13 yaralı

18-04-2018, 09:19 - “Formula-1” yarışı ilə bağlı Bakının mərkəzi yollarında hərəkət məhdudlaşdırılacaq

Ermənistan ordusu böyük itki verdi: İrəvan qorxu içində, Bakı daim...

Tarix:7-01-2019, 11:59 Baxış Sayı:73

Ermənistan ordusu böyük itki verdi: İrəvan qorxu içində, Bakı daim...

2018-ci ilin 1 yanvar tarixindən 10 noyabr tarixinə qədər Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsində yerləşdirilmiş erməni hərbi birləşmələri qeyri-döyüş şəraitində böyük itkilər verib."tert.am" saytı rəsmi statistikalara əsaslanaraq, itkilərlə bağlı araşdırma aparıb.

Məlumata görə, ötən ilin qeyd olunan dövründə erməni ordusu 39 itki verib. 7 itki rəqibin (Azərbaycan), 32 itki isə müxtəlif səbəblərdən qeydə alınıb. "32 əsgər müxtəlif texniki səbəblərdən, bədbəxt hadisələrdən, intihar və xidmət yoldaşının açdığı atəşdən, eləcə də qəza və uçqun zamanı həlak olub", - deyə sayt yazıb. Erməni şərhçi Sarkis Artsruni bu statistikanın faciəli olduğunu qeyd edib. Onun sözlərinə görə, ötən il təmas xəttində atəşkəsə ciddi şəkildə riayət edilirdi, lakin buna baxmayaraq, erməni ordusunda itkilərin sayı kifayət qədərdir: "Bu fakt olduqca həyəcanlıdır, çünki inqilabdan sonra faktiki olaraq orduda keyfiyyət dəyişikliyi olmadı. Hətta Nikol Paşinyan bu mövzuda bir neçə dəfə danışsa da dəyişən heç nə yoxdur. Əlbəttə dünyanın heç bir ordusu fors-major situasiyalardan sığortalanmayıb, hərçənd, müharibə aparan ölkənin ordusunda qeyri-döyüş şəraitində verilən itkilərin sayı döyüş şəraitində verilən itkilərdən 5 dəfə çoxdursa, bu o deməkdir ki, "daxili düşmən" daha sərt və xaindir, nəinki rəqib".

Erməni şərhçi qeyri-qanuni münasibətlərin, korrupsiyanın və digər neqativ halların "daxili düşmən" olduğunu vurğulayıb. "Statistika göstərir ki, bizim ordumuzda hətta inqilabdan sonra da problemlər həll edilməyib. Faktiki olaraq, ordu parlamentin və cəmiyyətin nəzarətindən kənarda qalır. Ümumiyyətlə, ordu haqqında danışmaq, ordunu tənqid etmək tabusunu yıxmağın vaxtı çatıb. Əslində bu tabu illər boyunca orduda korrupsiyanın çiçəklənməsi, problemlərin həll edilməməsi üçün yaradılıb", - deyə Artsruni yazır. Hüquq müdafiəçisi Janna Aleksanyan bildirib ki, orduda insan hüquqlarının qorunması ilə bağlı xüsusi heç bir dəyişiklik müşahidə olunmur: "Orduda müdafiə naziri David Tonoyandan başqa heç nə dəyişməyib. Ölümlər davam edir, bu hadisələrin araşdırılması olduqca pis aparılır, bir çox hallarda cinayət işi açılmır. Oruda vəziyyət cəzasız qalmağa davam edir". S.Artsruni hakimiyyəti 2016-cı il aprel məğlubiyyətindən nəticə çıxarmağa dəvət edib. "Məhz həmin müharibə illərlə ordumuzun gücü və qüdrəti haqqında yalançı təbliğatı alt-üst etdi. Korrupsiya ilə mübarizə silahlı qüvvələrə keçməlidir. Bu, təkcə qeyri-qanuni münasibətlərin kökünü kəsməyəcək, həm də gənclərin ölümünün qarşısını alacaq. Əks təqdirdə Bakının aşkar gücünü başımızın üzərində daim hiss edəcəyik", - deyə erməni şərhçi qeyd edir. (publika.az)

XƏBƏR LENTİ