Anons

15-01-2019, 16:56 - Hakimlər Qarabağ qazisini intihara sürükləyir...? - Saxta sənəd hazırlayan...

9-01-2019, 12:38 - Baş prokuror Zakir Qaralov 6 rayonun sakinlərini qəbul edəcək- Şamaxıda

8-01-2019, 13:25 - BAŞ HƏKİM ŞƏLALƏ SƏFƏROVA XƏSTƏNİ İNTİHAR HƏDDİNƏ ÇATDIRIB...?

29-11-2018, 10:42 - Hadı Rəcəbli yenə dilinin bəlasına düşüb - “143 manata normal bir ay yaşamaq olar”

30-10-2018, 16:33 - Səbail rayonuna yeni icra başçısı təyin edildi

29-10-2018, 10:28 - Zəngilanın işğalından 25 il ötür

25-10-2018, 10:05 - Azərbaycan nefti 78 dollara satılır –İki dollardan artıq ucuzlaşma var

23-10-2018, 10:48 - AMEA-nın Elmi Mərkəzi Kitabxanasında nə baş verir? – Tort kəsilir, şadyanalıq edilir

26-09-2018, 19:05 - Qadın və kişi həvəskar velosipedçilər arasında "Dövlət Müstəqillik günü"-nə həsr edilmiş Respublika açıq birinçiliyi keçiriləcəkdir

22-09-2018, 13:00 - Havanın temperaturu 2-4 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ

27-08-2018, 12:52 - TƏCİLİ - Körpə balaların Azərbaycan xalqının dəstəyinə ehtiyacı var

21-08-2018, 01:36 - Vətəndaş Lütvəli Babayevin qanunsuz əməlindən Fazil Mustafayevin xəbəri olub olmadığın soruşur

14-08-2018, 12:48 - Sel Zaqatala və Balakəndə küçələri dağıdıb, sahələri məhv edib - VİDEO

11-08-2018, 22:31 - SON DƏQİQƏ: Azərbaycanda bu kəndlərlə əlaqə kəsildiyindən əhali helikopterlərlə ərazidən çıxarılır - VİDEO

14-07-2018, 13:18 - Ekologiyamıza qənim kəsilənlər və Muxtar Babayevin susqunluğu nədən xəbər verir? - VİDEO/FOTO

13-07-2018, 16:42 - ŞOK! ŞOK! At oğrusu və müdhiş korrupsiya iddiası - SHXÇDX-də nələr baş verir?

3-07-2018, 14:10 - NAR ABUNƏÇİLƏRİNİN NƏZƏRİNƏ

3-07-2018, 05:43 - Baş verən böyük qəza ilə bağlı son məlumat - rəsmi

2-07-2018, 14:54 - Cavid Qurbanovun Bakı Dairəvi yolunda 13 min tonluq metal biznesi - Şok faktlar...

19-06-2018, 08:31 - Kolxozdan gələn gömrük generalının ziyanlı islahatı və müəmmalı keçmişi - Səfər Mehdiyev kimdir?

5-06-2018, 09:15 - Amerikanın qorxulu “Böyük Ermənistan” projesi - SENSASİON İDDİA

18-05-2018, 09:49 - Sayt əməkdaşı baş həkimə qarşı böhtan atdığı üçün işdən azad edilib

18-05-2018, 09:28 - Laçın rayonunun işğalından 26 il ötür

10-05-2018, 17:06 - Eldar Mahmudov və generalları bu şəxsin başına min oyun açdı - ŞOK FAKTLAR ÜZƏ ÇIXARDI

7-05-2018, 10:14 - Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün test mərhələsi üzrə təkrar sınaq imtahanı keçiriləcək

1-05-2018, 15:45 - Müşfiq Rəhimovun ailəsində ağır itki baş verib

20-04-2018, 09:55 - SON DƏQİQƏ Toyda partlayış - Azı 13 yaralı

18-04-2018, 09:19 - “Formula-1” yarışı ilə bağlı Bakının mərkəzi yollarında hərəkət məhdudlaşdırılacaq

Xəqani Əhmədov Beyləqan bazarını hansı qaydalarla idarə edir?! – FOTO, VİDEO, FAKTLAR – İcra başçısının diqqətinə

Tarix:8-01-2019, 16:00 Baxış Sayı:173

Xəqani Əhmədov Beyləqan bazarını hansı qaydalarla idarə edir?! – FOTO, VİDEO, FAKTLAR – İcra başçısının diqqətinə

Beyləqan rayonunda iki sahibkar arasında mübahisəli torpaq üstündə gərginləşən münasibətlər üzündən yaranmış xoşagəlməz situasiya ilə bağlı araşdırmalarımızın növbəti nəticələrini dəyərli oxucularımızın və aidiyyatı orqanların diqqətinə çatdırırıq. Məlumat üçün bildirək ki, Beyləqan rayonunun mərkəzində faktiki fəaliyyətdə olan bazarın sahibi Xəqani Əhmədov, həmin bazarın yaxınlığında torpaq sahəsi alaraq biznes fəaliyyəti ilə məşğul olmaq istəyən digər sahibkar Vahid Abdullayevə müxtəlif vasitələrlə mane olmağa çalışır. Əvvəlcə, Heydər Əliyev adına parkın ərazisinin qanunsuz olaraq Vahid Abdullayevə satılması barədə dezinformasiyaları mətbuata ötürərək ictimai rəyi çaşdırmağa və müvafiq dövlət qurumlarının diqqətini hədəfə yönəltməyə cəhd edən Xəqani Əhmədov təkzibolunmaz faktlar və sənədlər qarşısında susmağa məcbur oldu. Məğlubiyyəti ilə barışmayan keçmiş icra başçısının oğlu digər qeyri-qanuni vasitələrə əl ataraq, ƏMDK-nin Beyləqan rayonundakı ərazi şöbəsinin müdiri Nazim adlı vəzifəli şəxsi tərəfindən 04.01.2019-cu il tarixdə saat 19.00 radələrində qeyri iş günü olmasına baxmayaraq Vahid Abdullayevə telefon zəngi edərək onu adıçəkilən qurumun xidməti otağına cağırtdırır. Burada sahibkara bir növ hədə-qorxu gəlirlər, onu sıxışdıraraq məhkəmə qətnamələrinin kağız parçası olduğunu və ərazinin yenidən ölçüləcəyini nümayişkəranə şəkildə bildirirlər. Beyləqan rayonuna ezam olunmuş əməkdaşlarımız kimin haqlı, kimin haqsız olduğunu müəyyən etmək istiqamətində araşdırma apararaq ciddi arqumentlərə, faktlara, hüquqi sənədlərə söykənən qiymətli informasiyaları əldə edə biliblər.

Vahid Abdullayevin guya Heydər Əliyev adına parkın bir hissəsini alması barədə yayılan informasiyalar təsdiqini tapmadı.

Redaksiyamıza təqdim olunan rəsmi sənədlərə istinadən qeyd edirik ki, Beyləqan rayon İcra hakimiyyəti başçısının 28 dekabr 2013-cü il tarixli 244 nömrəli sərəncamında Beyləqan şəhər sakini Abdullayev Vahid Cəmil oğluna S.İmrəliyev küçəsi döngə 2A ünvanında yerləşən ərazidən ayrılmış 3440,0 (üç min dörd yüz qırx) kv.metr torpaq sahəsində təsdiq edilmiş layihə əsasında birmərtəbəli qeyri yaşayış binasının tikintisinə icazə verilib. Bununla paralel olaraq İcra hakimiyyətinin baş memarı Ə.X.Vəliyev tərəfindən Abdullayev Vahid Cəmil oğluna məxsus qeyri yaşayış obyektinin yerləşdiyi ərazinin situasiya planı təsdiqlənərək layihələndirilmişdir. Həmin rəsmi sənəddə çəkilən koordinatlarda nəzərdə tutulan ərazinin açıq-aydın Heydər Əliyev adına parkın hüdudlarına heç bir aidiyyatı olmadığı görünür. Eyni zamanda Azərbaycan Respublikasının Əmlak Məsələlri Dövlət Komitəsinə Beyləqan rayon Mənzil İstismar Sahəsinin rəisi T.Sarıyev tərəfindən göndərilmiş məktubda qeyd olunur ki, qeyri yaşayış binasının Abdullayev Vahid Cəmil oğlu tərəfindən özəlləşdirilməsinə etiraz olunmur. Beyləqan rayonu İcra Hakimiyyəti başçısı tərəfindən 02 fevral 2015-ci il tarixdə Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin rəisi Əsgər Həsənova ünvanlanan məktubda tikinti layihəsinin müvafiq qaydada ekspertizadan keçirilməsi və nəticəsinə dair ekspert rəyinin göndərilməsinin təmin edilməsi xahiş edilib. Daha sonra Beyləqan rayonu İcra hakimiyyəti başçısı aparatının Memarlıq və tikinti şöbəsinin böyük məsləhətçisi (mühəndisi) R.B.Abbasov tikinti quraşdırma işlərinin aparılmasına 12 aprel 2016-cı ildə №003 icazə vərəqəsi təqdim olunub.

Xəqani Əhmədov Beyləqan bazarını hansı qaydalarla idarə edir?! – FOTO, VİDEO, FAKTLAR – İcra başçısının diqqətinə
Xəqani Əhmədov Beyləqan bazarını hansı qaydalarla idarə edir?! – FOTO, VİDEO, FAKTLAR – İcra başçısının diqqətinə


Nəhayət sonda Vahid Abdullayevə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən №0434573 saylı çıxarış verilib. Göründüyü kimi sahibkar Vahid Abdullayev bütün işlərini müvafiq qanunlar çərçivəsində həyata keçirməyinə baxmayaraq onun adı qanunsuz əməllərdə hallanır.

Xəqani Əhmədov Beyləqan bazarını hansı qaydalarla idarə edir?! – FOTO, VİDEO, FAKTLAR – İcra başçısının diqqətinə
Xəqani Əhmədov Beyləqan bazarını hansı qaydalarla idarə edir?! – FOTO, VİDEO, FAKTLAR – İcra başçısının diqqətinə


Əslində dövlətə məxsus torpaqları zəbt edərək, heç bir hüquqi sənədləşmə aparılmadan qanunsuz tikililərə sahiblik edən məhz Xəqani Əhmədovdur.

Fəaliyyətdə olan və Xəqani Əhmədovun rəhbərlik etdiyi bazarın ərazisində apardığımız araşdırmalar zamanı gördüyümüz mənzərə və əldə etdiyimiz məlumatlar müvafiq dövlət qurumlarının adıçəkilən əraziyə müdaxiləsini zəruri edir. Bazarda hökm sürən antisanitariya hər addımda diqqət çəkir. Burada çalışan insanların narazılıqları isə bitib-tükənmir. Əldə etdiyimiz məlumatlara görə Xəqani Əhmədovun rəhbərliyi ilə insanlardan fantastik məbləğdə vergi adı altında rüsumlar yığılır. Gündəlik çörəkpuluna möhtac olan və kənd təsərrüfatı məhsullarının satışını həyata keçirən vətəndaşlar qanunsuz tələblərin qarşısında diz çökməyə məcbur olurlar. Maraqlıdır, görəsən gün ərzində minlərlə manat pul vəsaitini cibinə qoyan Xəqani Əhmədov vergi orqanlarını “razı sala” bilirmi? Baş verənlərdən belə nəticəyə gəlmək olar ki, Vergilər Nazirliyinin Beyləqan rayonundakı əməkdaşları Xəqani Əhmədovla “ümumi razılığa” gələ biliblər. Bazardakı antisanitariya vəziyyətinə görə məsuliyyət daşıyan Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Beyləqan rayonundakı səlahiyyətli nümayəndələrinin bazardakı vəziyyətdən xəbərləri varmı? Yoxdursa lap pis. Şübhəsiz, Xəqanİ Əhmədovun qanunsuz yollarla topladığı pullar “zibillikləri cənnətə çevirərək” qurum əməkdaşlarının gözlərini bağlayır.

Xəqani Əhmədov Beyləqan bazarını hansı qaydalarla idarə edir?! – FOTO, VİDEO, FAKTLAR – İcra başçısının diqqətinə
Xəqani Əhmədov Beyləqan bazarını hansı qaydalarla idarə edir?! – FOTO, VİDEO, FAKTLAR – İcra başçısının diqqətinə
Xəqani Əhmədov Beyləqan bazarını hansı qaydalarla idarə edir?! – FOTO, VİDEO, FAKTLAR – İcra başçısının diqqətinə
Xəqani Əhmədov Beyləqan bazarını hansı qaydalarla idarə edir?! – FOTO, VİDEO, FAKTLAR – İcra başçısının diqqətinə


Beyləqan rayonu İcra Hakimiyyəti hara baxır? Bazarın bir hissəsi qanunsuz olaraq zəbt edilərək tikililər inşa olunub. Xəqani Əhmədov isə mülkədara çevrilərək atasından qalma mirasa sadiqlik nümayiş etdirməyə cəhd göstərir.

Araşdırmalarımız zamanı məlum oldu ki, Xəqani Əhmədova məxsus bazarın böyük bir hissəsinə aid olan torpaq sahəsi zəbt olunaraq çoxlu sayda ticarət obyektləri inşa edilib. Obyektlərin bir qismi vaxtilə Xasay Əhmədovun hökmranlığı dövründə inşa olunsa da, sonrakı başçıların zamanında da bu proseslər dayanmayıb. Nəticədə bazardakı qanunsuz tikililərin sayı onlarladır. Beyləqan rayonuna təyin olunmuş yeni icra başçısı Asif Ağayev yəqin ki, rayonla tanışlığı sona çatdırıb. Elə isə cənab başçıdan xahiş edirik ki, Beyləqan bazarına diqqət yetirsin, orada çalışan insanları dinləsin, Xəqani Əhmədovun qanunsuz tikililərinə baxış keçirsin. Yəqin ki, Asif Ağayev eks kolleqasının xahişlərini bir kənara qoyaraq Prezident İlham Əliyevin regionlara ayırdığı diqqət və qayğını önə çəkəcək və qanunların aliliyini bərpa edəcək. Beyləqan bazarında qayda-qanun yaratmağın zamanı çoxdan yetişib. Bazar o qədər “iylənib” ki, artıq söz-söhbətlər paytaxta qədər gəlib çatır. Ümid edirik ki, cənab Asif Ağayev Beyləqanı abadlaşan və göz oxşayan digər bölgələrimizin cərgəsinə qoşa biləcək. Bunun üçün isə ilk növbədə rayonu “bazara” çevirən “bazarkom” təfəkkürlü, naftalin iyi verən insanlardan təmizləmək lazımdır. Əks təqdirdə Beyləqandakı “bazar söhbətləri”nin aidiyyatı üzrə dövlət qurumlarında müzakirəsi qaçılmaz olacaq.
Araşdırmalarımız davam edir…
Yazıda adı çəkilən tərəflərin mövqeyini dinləməyə və dərc etməyə hazırıq.

XƏBƏR LENTİ