Anons

15-01-2019, 16:56 - Hakimlər Qarabağ qazisini intihara sürükləyir...? - Saxta sənəd hazırlayan...

9-01-2019, 12:38 - Baş prokuror Zakir Qaralov 6 rayonun sakinlərini qəbul edəcək- Şamaxıda

8-01-2019, 13:25 - BAŞ HƏKİM ŞƏLALƏ SƏFƏROVA XƏSTƏNİ İNTİHAR HƏDDİNƏ ÇATDIRIB...?

29-11-2018, 10:42 - Hadı Rəcəbli yenə dilinin bəlasına düşüb - “143 manata normal bir ay yaşamaq olar”

30-10-2018, 16:33 - Səbail rayonuna yeni icra başçısı təyin edildi

29-10-2018, 10:28 - Zəngilanın işğalından 25 il ötür

25-10-2018, 10:05 - Azərbaycan nefti 78 dollara satılır –İki dollardan artıq ucuzlaşma var

23-10-2018, 10:48 - AMEA-nın Elmi Mərkəzi Kitabxanasında nə baş verir? – Tort kəsilir, şadyanalıq edilir

26-09-2018, 19:05 - Qadın və kişi həvəskar velosipedçilər arasında "Dövlət Müstəqillik günü"-nə həsr edilmiş Respublika açıq birinçiliyi keçiriləcəkdir

22-09-2018, 13:00 - Havanın temperaturu 2-4 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ

27-08-2018, 12:52 - TƏCİLİ - Körpə balaların Azərbaycan xalqının dəstəyinə ehtiyacı var

21-08-2018, 01:36 - Vətəndaş Lütvəli Babayevin qanunsuz əməlindən Fazil Mustafayevin xəbəri olub olmadığın soruşur

14-08-2018, 12:48 - Sel Zaqatala və Balakəndə küçələri dağıdıb, sahələri məhv edib - VİDEO

11-08-2018, 22:31 - SON DƏQİQƏ: Azərbaycanda bu kəndlərlə əlaqə kəsildiyindən əhali helikopterlərlə ərazidən çıxarılır - VİDEO

14-07-2018, 13:18 - Ekologiyamıza qənim kəsilənlər və Muxtar Babayevin susqunluğu nədən xəbər verir? - VİDEO/FOTO

13-07-2018, 16:42 - ŞOK! ŞOK! At oğrusu və müdhiş korrupsiya iddiası - SHXÇDX-də nələr baş verir?

3-07-2018, 14:10 - NAR ABUNƏÇİLƏRİNİN NƏZƏRİNƏ

3-07-2018, 05:43 - Baş verən böyük qəza ilə bağlı son məlumat - rəsmi

2-07-2018, 14:54 - Cavid Qurbanovun Bakı Dairəvi yolunda 13 min tonluq metal biznesi - Şok faktlar...

19-06-2018, 08:31 - Kolxozdan gələn gömrük generalının ziyanlı islahatı və müəmmalı keçmişi - Səfər Mehdiyev kimdir?

5-06-2018, 09:15 - Amerikanın qorxulu “Böyük Ermənistan” projesi - SENSASİON İDDİA

18-05-2018, 09:49 - Sayt əməkdaşı baş həkimə qarşı böhtan atdığı üçün işdən azad edilib

18-05-2018, 09:28 - Laçın rayonunun işğalından 26 il ötür

10-05-2018, 17:06 - Eldar Mahmudov və generalları bu şəxsin başına min oyun açdı - ŞOK FAKTLAR ÜZƏ ÇIXARDI

7-05-2018, 10:14 - Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün test mərhələsi üzrə təkrar sınaq imtahanı keçiriləcək

1-05-2018, 15:45 - Müşfiq Rəhimovun ailəsində ağır itki baş verib

20-04-2018, 09:55 - SON DƏQİQƏ Toyda partlayış - Azı 13 yaralı

18-04-2018, 09:19 - “Formula-1” yarışı ilə bağlı Bakının mərkəzi yollarında hərəkət məhdudlaşdırılacaq

Gömrük Komitəsi sahibkarlara maneə yaradır? - DGK əksini iddia edir

Tarix:9-01-2019, 20:22 Baxış Sayı:97

Gömrük Komitəsi sahibkarlara maneə yaradır? - DGK əksini iddia edir

Yanvarın 9-da bəzi kütləvi informasiya vasitələrində Dövlət Gömrük Komitəsinin sahibkarlara süni maneələr yaratmasına dair həqiqətə uyğun olmayan məlumatlar yayılıb.

DGK-dan Axar.az-a verilən məlumata görə, Qasımov Vasif İsmayıl oğlu, Nadirov Emin Soltan oğlu, Cəfərov İlqar Südgül oğlu, İsgəndərov Elnur Zinəddin oğlu və Umudov Röyal Həsənağa oğlu tərəfindən imzalanan müraciətdə həmin şəxslər ötən ilin dekabr ayının 23-də Rusiya Federasiyasından ölkəyə kartof idxal etdiklərini və bu məhsulun guya gömrük orqanları tərəfindən qeyri-qanuni olaraq saxlanıldığını və təhvil verilmədiyini iddia edir.
“Qeyd edək ki, adları çəkilən şəxslərin müraciətə əlavə etdikləri sənədlərdən aydın olur ki, idxal etdikləri mal NB GROUPMMC tərəfindən ölkəyə gətirilib. Müraciətlərində şirkətlərini "rəsmi qeydiyyatdan keçmiş və Azərbaycan qanunvericiliyinə uyğun fəaliyyət göstərən şirkətlərdən biri" kimi təqdim etsələr də, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin NB GROUP MMC-yə ünvanlandığı 21 dekabr 2018-ci tarixində keçirilən məhkəmə iclasının Qərardadında yazılanlar sahibkarların dediyi ilə üst-üstə düşmür.
Qərardaddan aydın olur ki, NB GROUP ASC adlı hüquqi şəxsin nümayəndəsi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə NB GROUP MMC–yə qarşı ona məxsus adın oxşarından istifadə etdiyinə, bu ad altında satışla məşğul olduğuna və bununla da şirkətə 200000 min manat zərər vurduğuna dair iddia ərizəsi ilə müraciət edib.
Həmin iddia ərizəsi əsasında 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin çıxardığı Qərardadda qeyd edilir ki, cavabdeh NB GROUP MMC tərəfindən gömrük nəzarəti orqanlarında iddiaçının istifadəsində müstəsna hüququ olan NB GROUP ASC-nin oxşarı adı altında Azərbaycan Respublikasına idxal və ixrac olan malların keçirilməsi cavabdehə və üçüncü şəxslərə qadağan edilsin, həmçinin "İcra haqqında" Azərbaycan Respublikasının Qanununun 58-ci maddəsində nəzərdə tutulmuş ardıcıllıqla iddia tələbi həcmində həbs qoyulsun.
Göründüyü kimi, gömrük orqanları məhkəmənin Qərardadını icra edib. Məhkəmənin qərarını icra etmək isə inhisarçılığa şərait yaratmaq demək deyil. Bəzi üzdəniraq qələm sahiblərinin də bunu anlamasında yarar var.
Gömrük orqanlarının fəaliyyətini şübhə altına alan məlumatları hər hansı rəsmi mövqe öyrənmədən yayımlayan kütləvi informasiya vasitələrinə gəlincə isə, bildirmək istəyirik ki, Dövlət Gömrük Komitəsi, onun əməkdaşları ucuz böhtan, yalan və şantajla deyil, qanunvericiliyə uyğun şəkildə fəaliyyət göstərir” – komitə bildirib.

XƏBƏR LENTİ