Anons

14-02-2019, 16:24 - Azərbaycanda DYP tələbəyə “avtobus sürücüsü” adı ilə 5 müxtəlif cərimə yazdı - FOTOLAR

14-02-2019, 10:54 - Azərbaycanda 17 min cəriməsi olan sürücülər var- ŞOK FAKT

12-02-2019, 09:59 - İpoteka Fondu ilə banklar arasında qalmaqal – Fondun rəhbərliyilə bağlı ŞOK iddialar…

11-02-2019, 11:26 - Ramil Usubov bu rayona rəis müavini TƏYİN ETDİ

11-02-2019, 11:20 - Qaradağ rayon 4 saylı uşaq xəstəxanasında “bazar qaydaları” dəhşətli görüntülər - VİDEO FOTO

8-02-2019, 18:21 - Bir xəyanətin hekayəsi... - Yaxud Orduxanlarla Aynur Camalı nə və ya kimlər bağlayır?!

7-02-2019, 21:02 - Respublika Klinik Xəstəxanasında ciddi qanun pozuntuları... - VİDEOFAKT

7-02-2019, 10:20 - Yasamal Bələdiyyəsində yaşananlar: Zakir Cəfərov qurumu dolandırmağı bacarmır

6-02-2019, 11:47 - “Əzizbəy KM” -MMC vətəndaşın 77000 min manatını mənimsəyərək onu evsiz qoyub - VİDEO

5-02-2019, 11:29 - Azərbaycanın "şanlı" məmuru Saleh Məmmədovun 22 yaşlı milyoner oğlu - FOTOFAKT

5-02-2019, 08:48 - “Metalistlər” ölkə başçısına necə yalan danışırlar? - Müstəqilliyimizə endirilmiş dəmir yumruq

4-02-2019, 09:43 - “Azərsu”ya qarşı şok iddia: “20 ədəd kanalizasiya quyusunun əvəzinə, cəmi 5 ədəd…” - VİDEO

4-02-2019, 08:59 - Adı MTN işində hallanan klinika rəhbəri TƏBİB-ə sədr gətirilir…

4-02-2019, 08:57 - KİVDF qərarını geri oxuyur – qəzetlərin maliyyələşməsi davam edəcək

31-01-2019, 20:10 - Vətəndaşın talandığı məkan – Müşfiq Rəhimovun rəhbərlik etdiyi QİŞ

28-01-2019, 16:22 - Polis tərəfindən təqib edildiyini iddia edən vətəndaş ABŞ şəfirliyinə müraciət edib

15-01-2019, 16:56 - Hakimlər Qarabağ qazisini intihara sürükləyir...? - Saxta sənəd hazırlayan...

9-01-2019, 12:38 - Baş prokuror Zakir Qaralov 6 rayonun sakinlərini qəbul edəcək- Şamaxıda

8-01-2019, 13:25 - BAŞ HƏKİM ŞƏLALƏ SƏFƏROVA XƏSTƏNİ İNTİHAR HƏDDİNƏ ÇATDIRIB...?

29-11-2018, 10:42 - Hadı Rəcəbli yenə dilinin bəlasına düşüb - “143 manata normal bir ay yaşamaq olar”

30-10-2018, 16:33 - Səbail rayonuna yeni icra başçısı təyin edildi

29-10-2018, 10:28 - Zəngilanın işğalından 25 il ötür

25-10-2018, 10:05 - Azərbaycan nefti 78 dollara satılır –İki dollardan artıq ucuzlaşma var

23-10-2018, 10:48 - AMEA-nın Elmi Mərkəzi Kitabxanasında nə baş verir? – Tort kəsilir, şadyanalıq edilir

26-09-2018, 19:05 - Qadın və kişi həvəskar velosipedçilər arasında "Dövlət Müstəqillik günü"-nə həsr edilmiş Respublika açıq birinçiliyi keçiriləcəkdir

22-09-2018, 13:00 - Havanın temperaturu 2-4 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ

27-08-2018, 12:52 - TƏCİLİ - Körpə balaların Azərbaycan xalqının dəstəyinə ehtiyacı var

21-08-2018, 01:36 - Vətəndaş Lütvəli Babayevin qanunsuz əməlindən Fazil Mustafayevin xəbəri olub olmadığın soruşur

Kooperasiya Universitetinin fəaliyyəti nədən ciddi araşdırılmır?!

Tarix:24-01-2019, 11:25 Baxış Sayı:154

Kooperasiya Universitetinin fəaliyyəti nədən ciddi araşdırılmır?!

Respublikamızda iri çinli məmurların, nazirlərin, komitə, agentlik, xidmət və şirkət rəhbərlərinin, icra başçılarının, deputatların, eləcə də imkanlı iş adamlarının və sənətçilərin elmi dərəcə almaları, özlərini cəmiyyətə alim kimi sırımaları çoxdan adi hala çevrilib. Bu utancverici proses, demək olar ki, hər kəsin gözü qarşısında baş verir. “Alim” adına iddialı imkanlı şəxslər var ki, bir gün yuxudan ayılır və öz-özlərinə sual verirlər: "Bu dünyada hər şeyim varsa, istədiyim hər şeyə nail olmuşamsa, nədən, bir “alim” adım da olmasın?!.". Belələri, bu məqsədlərinə çatmaq üçün, üz tuturlar ya Elmlər Akademiyasına, ya da Dissertasiya Şurasının fəaliyyət göstərdiyi ali məktəblərdən birinə. Orada adlarını dissertant və ya doktorant kimi qeydiyyata saldırır, formal bir mövzu götürürlər. Bir müddət sonra hər şey hazır olur -- ya tapşırıqla, ya da “bazarlıq” yolu ilə dissertasiya işi yazdırılır. Maraqlıdır ki, bütün bu proseslər qısa bir zaman kəsiyində həyata keçirilir. Əsl elm adamları təkcə mövzunun adını iki, üç ilə təsdiq etdirə bilmədikləri halda, saxta alimlər cəmi bir neçə ilə ya elmlər namizədi olur, ya da elmlər dokıtoru. Elm sahəsində baş verən bu cür biabırçılıqlar, bəzi “alim”lərin törətdikləri hoqqabazlıqlar ölkə mətbuatı tərəfindən mütəmadi olaraq gündəmə gətirilsə də, bunun da bir faydası olmur...
Kooperasiya Universitetinin fəaliyyəti nədən ciddi araşdırılmır?!

Elmi fəaliyyəti şübhə doğuran, bununla bağlı mətbuatda adı tez-tez hallandırılan şəxslərdən biri də “Azərittifaq”ın İdarə Heyətinin sədri, Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədr müavini, Kooperasiya Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor Eldar Quliyevdir. Öncə onun tərcümeyi-halına qısaca nəzər salmaq kifayətdir ki, nə demək istədiyimiz sizə də aydın olsun.

1951-ci ildə anadan olan Eldar Quliyev, 1973 - 1974-cü illərdə Respublika Ticarət Nazirliyi sistemində məsul vəzifələrdə çalışıb. 1981 - 1985-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində aspirant kimi elmi tədqiqat işi ilə məşğul olub. 1987-1990-cı illərdə Azərbaycan Mərkəzi Kooperativlər İttifaqının idarə rəisi vəzifəsində çalışıb. 1990-cı ildə Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı İdarə Heyətinin sədr müavini,1993-cü ildə isə, İdarə Heyətinin sədri vəzifəsinə seçilib və indiyə kimi həmin vəzifəni icra edir. 2011-ci ildən Azərbaycan Kooperasiya Universitetinin rektoru postunu da elə keçirən Eldar Quliyev II, III, IV və V çağırış Milli Məclisin deputatı seçilib və parlamentin Aqrar Siyasət Komitəsinin sədr müavinidir.

Prosesin maraqlı tərəfi ondadır ki, 1981-1985-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin aspirantı olan Eldar Quliyevin yadına, yalnız 25 ildən sonra dissertasiya müdafiə edib, alimlik dərəcəsi almaq düşüb. Bundan cəmi bir neçə il sonra isə, ictimaiyyət onu elmlər doktoru, professor kimi tanıyıb.

Bu yerdə, ortaya çıxan bu sual bizim üçün də çox maraqlıdır:
"Dissertasiya işini uzun illər müdafiə edə bilməyən, heç bir elmi əsər müəllifi olmayan bir Azərbaycan vətəndaşı, necə oldu, yaşa dolandan sonra, saysız-hesabsız uğurlara imza atıb, çoxlu kitablar, elmi əsərlər yaratdı?!". Maraqlıdır ki, həmin əsərlərin mövzuları ən müxtəlif sahələri əhatə edir -- gömrük işi, kənd təsərrüfatı və s., və i. Özü də, Eldar Quliyev bu “uğurlarına" görə, hətta müxtəlif ölkələrdə fəaliyyət göstərən elmi mərkəzlərin, cəmiyyətlərin mükafatlarına, diplomlarına da layiq görülüb.

Eldar müəllim əgər bu adlara, mükafatlara layiq idisə, belə bir istedadı vardısa, nədən, bütün bunlar indiyə qədər gizli qalıb?! Onun “dahiliyinin" yaşa dolandan sonra üzə çıxmasının xalqa nə faydası?!

Daha bir maraqlı məqama diqqət yetirək: Eldar Quliyev elmə gəldikdən dərhal sonra, ictimai mülkiyyət olan Kooperasiya Universitetini vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, bir qərarla özəlləşdirdi və özünü həmin ali təhsil müəssisəsinə rektor təyin etdi. Əgər Kooperasiya Universitetini özəlləşdirmək, eləcə də Azərbaycan Mərkəzi Kooperativlər İttifaqında çalışan yüzlərlə payçının mülkiyyətini özəlləşdirməyə açıq elan edib, “pay-püş” etmək zəruri idisə, onda kollektiv niyə kənarda qalmalı idi?! Bəs, onların payı kimə çatdı?! Bir ara mətbuatımız da bu mövzunun üstündə "baş sındırırdı". Lakin çifayda...

Kooperasiya Universiteti də, öz fəaliyyəti ilə, çoxdan ictimaiyyətin qınaq obyektinə çevrilib. Açıq-aşkar görünür ki, ali məktəblər içərisində ən çox qanunsuzluqlar və özbaşınalıqlar məhz bu universitetdə baş verir. Bu ali məktəb ölkədə savadsız mütəxəssislər bolluğu yaratmaqda, universitet anlayışını gözdən salmaqda "mahirdir". Bütün bunlar isə, məhz Eldar Quliyevin elmi sahədə “xidmətlərinin" acı nəticəsidir.

Yuxarıda sadaladıqlarımız onu deməyə əsas verir ki, Kooperasiya Universitetinin fəaliyyəti ilə bağlı ciddi araşdırmalar aparılmalı, müvafiq ölçü götürülməlidir. araz.az da, bir media orqanı olaraq, həmin xoşagəlməz halları daim diqqətdə saxlayacaq, bu yöndən araşdırmalarını davam etdirəcək. Mövzuya qayıdacağıq, bizi izləyin!

XƏBƏR LENTİ