Anons

14-02-2019, 16:24 - Azərbaycanda DYP tələbəyə “avtobus sürücüsü” adı ilə 5 müxtəlif cərimə yazdı - FOTOLAR

14-02-2019, 10:54 - Azərbaycanda 17 min cəriməsi olan sürücülər var- ŞOK FAKT

12-02-2019, 09:59 - İpoteka Fondu ilə banklar arasında qalmaqal – Fondun rəhbərliyilə bağlı ŞOK iddialar…

11-02-2019, 11:26 - Ramil Usubov bu rayona rəis müavini TƏYİN ETDİ

11-02-2019, 11:20 - Qaradağ rayon 4 saylı uşaq xəstəxanasında “bazar qaydaları” dəhşətli görüntülər - VİDEO FOTO

8-02-2019, 18:21 - Bir xəyanətin hekayəsi... - Yaxud Orduxanlarla Aynur Camalı nə və ya kimlər bağlayır?!

7-02-2019, 21:02 - Respublika Klinik Xəstəxanasında ciddi qanun pozuntuları... - VİDEOFAKT

7-02-2019, 10:20 - Yasamal Bələdiyyəsində yaşananlar: Zakir Cəfərov qurumu dolandırmağı bacarmır

6-02-2019, 11:47 - “Əzizbəy KM” -MMC vətəndaşın 77000 min manatını mənimsəyərək onu evsiz qoyub - VİDEO

5-02-2019, 11:29 - Azərbaycanın "şanlı" məmuru Saleh Məmmədovun 22 yaşlı milyoner oğlu - FOTOFAKT

5-02-2019, 08:48 - “Metalistlər” ölkə başçısına necə yalan danışırlar? - Müstəqilliyimizə endirilmiş dəmir yumruq

4-02-2019, 09:43 - “Azərsu”ya qarşı şok iddia: “20 ədəd kanalizasiya quyusunun əvəzinə, cəmi 5 ədəd…” - VİDEO

4-02-2019, 08:59 - Adı MTN işində hallanan klinika rəhbəri TƏBİB-ə sədr gətirilir…

4-02-2019, 08:57 - KİVDF qərarını geri oxuyur – qəzetlərin maliyyələşməsi davam edəcək

31-01-2019, 20:10 - Vətəndaşın talandığı məkan – Müşfiq Rəhimovun rəhbərlik etdiyi QİŞ

28-01-2019, 16:22 - Polis tərəfindən təqib edildiyini iddia edən vətəndaş ABŞ şəfirliyinə müraciət edib

15-01-2019, 16:56 - Hakimlər Qarabağ qazisini intihara sürükləyir...? - Saxta sənəd hazırlayan...

9-01-2019, 12:38 - Baş prokuror Zakir Qaralov 6 rayonun sakinlərini qəbul edəcək- Şamaxıda

8-01-2019, 13:25 - BAŞ HƏKİM ŞƏLALƏ SƏFƏROVA XƏSTƏNİ İNTİHAR HƏDDİNƏ ÇATDIRIB...?

29-11-2018, 10:42 - Hadı Rəcəbli yenə dilinin bəlasına düşüb - “143 manata normal bir ay yaşamaq olar”

30-10-2018, 16:33 - Səbail rayonuna yeni icra başçısı təyin edildi

29-10-2018, 10:28 - Zəngilanın işğalından 25 il ötür

25-10-2018, 10:05 - Azərbaycan nefti 78 dollara satılır –İki dollardan artıq ucuzlaşma var

23-10-2018, 10:48 - AMEA-nın Elmi Mərkəzi Kitabxanasında nə baş verir? – Tort kəsilir, şadyanalıq edilir

26-09-2018, 19:05 - Qadın və kişi həvəskar velosipedçilər arasında "Dövlət Müstəqillik günü"-nə həsr edilmiş Respublika açıq birinçiliyi keçiriləcəkdir

22-09-2018, 13:00 - Havanın temperaturu 2-4 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ

27-08-2018, 12:52 - TƏCİLİ - Körpə balaların Azərbaycan xalqının dəstəyinə ehtiyacı var

21-08-2018, 01:36 - Vətəndaş Lütvəli Babayevin qanunsuz əməlindən Fazil Mustafayevin xəbəri olub olmadığın soruşur

Qazi baş redaktor ona qarşı cinayət işindən danışdı

Tarix:6-02-2019, 08:53 Baxış Sayı:242

Qazi baş redaktor ona qarşı cinayət işindən danışdı

Nurəddin Xoca: “Prezidentimə müraciət edəcəyəm”

Qarabağ müharibəsinin iştirakçısı, “Bozqurd” batalyonunun komandiri və teref.info saytının baş redaktoru Nurəddin İsmayılovun (Nurəddin Xoca) barəsində başlanan cinayət işinin ibtidai istintaqı başa çatıb.

Bakunews.az Report-a istinadən xəbər verir ki, barəsində Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309-cu (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülmüş N.Xocanın ibtidai istintaqı yekunlaşdırılaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Zeynal Ağayevin icraatına verilib. Məhkəmənin hazırlıq iclası fevralın 11-nə təyin edilib. İttiham aktına əsasən, N.Xoca vəzifə səlahiyyətlərini aşıb, vəzifə saxtakarlığı edib, saytında dövlət əleyhinə açıq çağırışlar edib.

Məsələ ilə bağlı “Yeni Müsavat”a danışan N.İsmayılov ittihamları qəbul etmədiyini bildirdi:
“Həm gülməli, həm də ağlamalı cinayət işidir. İki yazıya görə cinayət işi açılıb. Halbuki hər iki yazı ”Yeni Müsavat" və reportyor-a istinadən verilib. Guya ər-arvad həmin yazıları oxuyanda əsəbiləşib şikayət ediblər. Onlar da guya buna əsasən cinayət işi açıblar. Bütün bunlar nə demək? “Yeni Müsavat”dan götürülmüş yazının başlığı belədir: “Etibar Priverdiyevin valyuta biznesi ortaya çıxdı-Sumqayıtda milyardlıq mayninq ferması tikdirib”. Reportyor.info-ya istinadən verilmiş yazının isə başlığı bu cürdür: “Azərenerji” yoxlanılır, Priverdiyev “işıq terroru” üçün dindirilir- “finski” korrupsiya.

İki yazıda dövlətə qarşı heç bir şey yoxdur. Yazıda o hissə var ki, Etibar Pirverdiyevə dövlət yüz milyonlarla pul ayırıb. Bu pullara görə Azərbaycanda tam şəkildə işıq təhlükəsizliyi olmalı idi. Ölkəmizdə bu təhlükəsizliyin olmamasına səbəb Etibar Pirverdiyevin milyonları basıb yeməsidir. Faktiki olaraq hər kəs gördü ki, Azərbaycan iki gün işıqsız qaldı. Prezidentimiz də iclasda hər şeyi dedi. Bundan əlavə, vəzifə səlahiyyətlərini aşma ittihamı da var. Ali Məhkəmənin qərarı var ki, jurnalistlər, baş redaktorlar vəzifəli şəxs deyil. Hansı vəzifə səlahiyyətlərini aşmışam, yaxud saxtakarlıq etmişəm? Bunların bəhanəsinə nəyin səbəb olduğunu heç özüm də anlamıram.

Bizim dilimizdə hər bir sözün mənası var. Dövlətə qarşı çağırışlar etmək ittihamı da var. Çağırış etmək üçün demişəm ki, gəlin gedək nəsə edək? O məqalələri açın baxın, görün belə şeylər varmı? KİV haqqında qanunun 62-ci maddəsinin üçüncü bəndi var. Mətbuatda gedən və təkzib verilməyən məlumatlara onu dərc edən mətbu orqan məsul deyil. Cinayət işi ilə bağlı dövlətimə qarşı heç bir addım atmaram. Özümü sona qədər qoruyacam. Prezidentimə müraciət edəcəm. Vəkilim Elçin Sadıqovdur. Mənə qarşı tam əsassız cinayət işi açıblar. İnanıram ki, bu, özfəaliyyətdir, prezidentin və yuxarı dairələrin xəbəri yoxdur. Bunlar göstərmək istəyirlər ki, guya işləyirlər. Mətbuat elə bir işdir ki, bu gün mənim üstümə gəlirlərsə, sabah digərinin üstünə gedəcəklər. Bunların qarşısını almaq lazımdır".

Bakunews.az

XƏBƏR LENTİ