Anons

14-02-2019, 16:24 - Azərbaycanda DYP tələbəyə “avtobus sürücüsü” adı ilə 5 müxtəlif cərimə yazdı - FOTOLAR

14-02-2019, 10:54 - Azərbaycanda 17 min cəriməsi olan sürücülər var- ŞOK FAKT

12-02-2019, 09:59 - İpoteka Fondu ilə banklar arasında qalmaqal – Fondun rəhbərliyilə bağlı ŞOK iddialar…

11-02-2019, 11:26 - Ramil Usubov bu rayona rəis müavini TƏYİN ETDİ

11-02-2019, 11:20 - Qaradağ rayon 4 saylı uşaq xəstəxanasında “bazar qaydaları” dəhşətli görüntülər - VİDEO FOTO

8-02-2019, 18:21 - Bir xəyanətin hekayəsi... - Yaxud Orduxanlarla Aynur Camalı nə və ya kimlər bağlayır?!

7-02-2019, 21:02 - Respublika Klinik Xəstəxanasında ciddi qanun pozuntuları... - VİDEOFAKT

7-02-2019, 10:20 - Yasamal Bələdiyyəsində yaşananlar: Zakir Cəfərov qurumu dolandırmağı bacarmır

6-02-2019, 11:47 - “Əzizbəy KM” -MMC vətəndaşın 77000 min manatını mənimsəyərək onu evsiz qoyub - VİDEO

5-02-2019, 11:29 - Azərbaycanın "şanlı" məmuru Saleh Məmmədovun 22 yaşlı milyoner oğlu - FOTOFAKT

5-02-2019, 08:48 - “Metalistlər” ölkə başçısına necə yalan danışırlar? - Müstəqilliyimizə endirilmiş dəmir yumruq

4-02-2019, 09:43 - “Azərsu”ya qarşı şok iddia: “20 ədəd kanalizasiya quyusunun əvəzinə, cəmi 5 ədəd…” - VİDEO

4-02-2019, 08:59 - Adı MTN işində hallanan klinika rəhbəri TƏBİB-ə sədr gətirilir…

4-02-2019, 08:57 - KİVDF qərarını geri oxuyur – qəzetlərin maliyyələşməsi davam edəcək

31-01-2019, 20:10 - Vətəndaşın talandığı məkan – Müşfiq Rəhimovun rəhbərlik etdiyi QİŞ

28-01-2019, 16:22 - Polis tərəfindən təqib edildiyini iddia edən vətəndaş ABŞ şəfirliyinə müraciət edib

15-01-2019, 16:56 - Hakimlər Qarabağ qazisini intihara sürükləyir...? - Saxta sənəd hazırlayan...

9-01-2019, 12:38 - Baş prokuror Zakir Qaralov 6 rayonun sakinlərini qəbul edəcək- Şamaxıda

8-01-2019, 13:25 - BAŞ HƏKİM ŞƏLALƏ SƏFƏROVA XƏSTƏNİ İNTİHAR HƏDDİNƏ ÇATDIRIB...?

29-11-2018, 10:42 - Hadı Rəcəbli yenə dilinin bəlasına düşüb - “143 manata normal bir ay yaşamaq olar”

30-10-2018, 16:33 - Səbail rayonuna yeni icra başçısı təyin edildi

29-10-2018, 10:28 - Zəngilanın işğalından 25 il ötür

25-10-2018, 10:05 - Azərbaycan nefti 78 dollara satılır –İki dollardan artıq ucuzlaşma var

23-10-2018, 10:48 - AMEA-nın Elmi Mərkəzi Kitabxanasında nə baş verir? – Tort kəsilir, şadyanalıq edilir

26-09-2018, 19:05 - Qadın və kişi həvəskar velosipedçilər arasında "Dövlət Müstəqillik günü"-nə həsr edilmiş Respublika açıq birinçiliyi keçiriləcəkdir

22-09-2018, 13:00 - Havanın temperaturu 2-4 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ

27-08-2018, 12:52 - TƏCİLİ - Körpə balaların Azərbaycan xalqının dəstəyinə ehtiyacı var

21-08-2018, 01:36 - Vətəndaş Lütvəli Babayevin qanunsuz əməlindən Fazil Mustafayevin xəbəri olub olmadığın soruşur

Respublika Klinik Xəstəxanasında ciddi qanun pozuntuları... - VİDEOFAKT

Tarix:7-02-2019, 21:02 Baxış Sayı:190

Respublika Klinik Xəstəxanasında ciddi qanun pozuntuları... - VİDEOFAKT

Mətbuatda paylaşılan hər 3 xəbərdən biri mütləqdir ki, səhiyyədən olur. Buna səbəb təbii ki, ölkədə səhiyyənin nə dərəcədə aşağı olması, tibb işçilərinin özbaşınalığı, səhlənkarlığı, kadr çatşmazlığı, həkim savadsızlığı və s.-dir. Yüzlərlə xəbərlərin işıqlanmasına baxmayaraq anoloji hadisələrlə bağlı şikayətlər dayanmaq bilmir ki, dayanmır.


Bakunews.az: Hər gün DogruXeber.az-ın redaksiyasına müxtəlif vətəndaşlardan müraciətlər daxil olur.məhz yuxarıda sadalanan neqativ hallara görə neçə-neçə insan öz həyatından məhrum olub, yaxınlarını itiriblər. Artıq xəstəxanalar sanki dövlət müəssisəsi deyil, baş həkimlərin şəxsi biznes mərkəzidir. Əvvəlki müraciətlərdə vətəndaşlar qeyd edirdilər ki, onlara yazılan dərmanları almaq üçün həkimlər birgə işlədikləri apteklərə göndərirdilər. Halbuki o dərmanları digər aptekdən də almaq olar, hətta daha ucuz qiymətə. Bunlar azmış kimi, Səhiyyə Nazirliyindən dövlət xəstəxanalarına ayrılan dərman vəsitələrini xəstələrin özünə pulla satılması və apteklərə pulla paylanması haqqında da etibarlı mənbələrdən ilginc məlumatlar almışıq.

Belə nəticəyə gəlmək olar ki, ölkə səhiyyəsində bu qanunsuz dərman biznesi sürətlə inkişaf edir, lakin səhiyyə nazirliyi bu məsələyə hər hansı bir münasibət göstərmir. Axı bu olaylardan nazirliyin xəbəri olmaması sizcə çox absurd görünmür? Bu özbaşınalıq və hərcmərclik davam etdikcə vətəndaşların ölkə səhiyyəsinə inamı azalır və demək olar ki, olan-qalan ümidləri də bitib-tükənir. Bu səbəbdəndir ki, insanlar xarici ölkələrə müalicə almağa üz tuturlar. Müalicə alanlarsa (bu daha çox işgəncəyə bənzəyir) son qəpiyinə qədər həkimə xərcləyirlər. Hətta palataların təmizlik işlərinə baxan xadimə də xəstənin şəxsən özündən belə pul istəməyə çəkinmir. Xülasə, vətəndaş xəstəliyin fiziki təhlükəsindən daha çox maddi təhlükəsiylə üzləşir.

Bildiyimiz kimi dövlət xəstəxanalarında ambulator müayinələr illərdir ki, pulsuz həyata keçirilir. Bəli, bu yalnız söz olaraq qalır, realda isə hər şey tamam əksinə cərəyan edir. Rentgen, USM, qan analizi və s. hamısı üçün ayrıca qiymətlər—tarif paketləri həkimlər tərəfindən pasientlər(müştərilər) üçün hazırlanıb. Məsələn;

Ultrasəs müayinəsi - 30 manat
Rentgen müaynə - 30 manat
Həkim müayinəsi - 30 manat
Qan analizi - 20 manat


sadalananlar sadəcə “tarif paketi”nin kiçik bir hissəsidir. Ötən gün redaksiyamızın mail adresinə göndərilən video materialda qeyd edilən neqativ halların bir daha şahidi olduq. Deməli, gördüyünüz kimi vətəndaş xanımı ultrasəs müayinəsindən keçirmək üçün həkimin otağındadır. Müayinə bitdikdən sonra həkimdən müayinənin qiymətini soruşduqda (halbuki vətəndaş bunun dövlət tərəfindən pulsuz olduğunu yaxşı bilir) müayinə edən həkim əslində 20 manata müayinə etdiyini deyir. Vətəndaşın bu qanunları biməyi bir yana, həkimin bu qanunlara məhəl qoymadan onlara zid getməsi daha çox təəccüb doğurur. Məgər dövlətimizin qanunları onlara şamil olunmur?

Deməli, bu artıq hərcmərcliyin və özbaşınalığın başqa bir üzüdür. Xəstənin yaxını “15 manat versəm olar?” ddikdə sanki əlacsız qalmış kimi razılaşırlar. Gün ərzində müayinələrə 10-larla pasientin gəldiyini nəzərə alsaq ən azı həkimin dediyi məbləğlə üst-üstə 300-400 manatın həkim tərəfindən rüşvət kimi alındığı qənaətinə gəlmək olar. Ay ərzində bu məbləğ 11 000-12 000 civarında hesablanır. Bu qanunsuz gəliri il boyu üçün hesabladıqda isə 130 000 – 140 0000 manat məbləğ təşkil edir. Nəzərinizə çatdıraq ki, bu təkcə Respublika Kliniki Xəstəxanasının bir otağında baş verənlərdir.. Bu qədər yığılan məbləğ kimlər tərəfindən idarə olunur?

Üstəlik etibarlı mənbələrdən aldığımız informasiyaya əsasən həmin həkimlərə şöbə müdirləri tərəfindən müəyyən məbləğdə öhdəliklər qoyulur. Yəni həkim şöbə müdirinə müəyyən məbləği gün ərzində çatdırmağa məcburdur. Şöbə müdirinə isə baş həkim tərəfindən öhdəlik qoyulur. Respublika Kliniki Xəstəxanasının baş həkimi idarə etdiyi xəstəxanada baş verən qanunsuz əməllərdən xəbərdardır? Əgər bu belədirsə baş həkim və işçi kollektivi ölkə qanunlarına qarşı zid addımlar atmaqla yanaşı, ölkə başçısının apardığı uğurlu siyasi kursuna böyük ləkə vurmuş olurlar.

Beləliklə pullar əldən-ələ ötürülür, burda itirən və cibləri açıq-aşkar soyulan vətəndaş olur. Bu faktlara əsasən bəlli olur ki, Azərbaycan səhiyyəsində xəstələr həkimlərin gözündə sadəcə müştəri olaraq qalır.

Səhiyyə Nazirliyi bu kimi biabırçı məsələlərə qarşı hər hansı bir təpki göstərmir. Məhz bu üzdən həkim adı altında fəaliyyət göstərən “biznesmenlər” istədikləri kimi xəstələrlə davranır, onları soymağa davam edirlər.

Hörmətli izləyicilərimiz! Növbəti buraxılışlarımızda Respublika Kliniki Xəstəxanasının doğum şöbəsində keysəriyyə əməliyyatı ilə doğuşu həyata keçirilən ailədən 2000 manat pul alınması və daha sonra müayinə və müalicə üçün əlavə 2000 manatın tələb olunması haqqında redaksiyamıza daxil olan maraqlı anları diqqətinizə çatdıracağıq. Bizi izləyin, ardı var...

DogruXeber.az

XƏBƏR LENTİ