Anons

14-02-2019, 16:24 - Azərbaycanda DYP tələbəyə “avtobus sürücüsü” adı ilə 5 müxtəlif cərimə yazdı - FOTOLAR

14-02-2019, 10:54 - Azərbaycanda 17 min cəriməsi olan sürücülər var- ŞOK FAKT

12-02-2019, 09:59 - İpoteka Fondu ilə banklar arasında qalmaqal – Fondun rəhbərliyilə bağlı ŞOK iddialar…

11-02-2019, 11:26 - Ramil Usubov bu rayona rəis müavini TƏYİN ETDİ

11-02-2019, 11:20 - Qaradağ rayon 4 saylı uşaq xəstəxanasında “bazar qaydaları” dəhşətli görüntülər - VİDEO FOTO

8-02-2019, 18:21 - Bir xəyanətin hekayəsi... - Yaxud Orduxanlarla Aynur Camalı nə və ya kimlər bağlayır?!

7-02-2019, 21:02 - Respublika Klinik Xəstəxanasında ciddi qanun pozuntuları... - VİDEOFAKT

7-02-2019, 10:20 - Yasamal Bələdiyyəsində yaşananlar: Zakir Cəfərov qurumu dolandırmağı bacarmır

6-02-2019, 11:47 - “Əzizbəy KM” -MMC vətəndaşın 77000 min manatını mənimsəyərək onu evsiz qoyub - VİDEO

5-02-2019, 11:29 - Azərbaycanın "şanlı" məmuru Saleh Məmmədovun 22 yaşlı milyoner oğlu - FOTOFAKT

5-02-2019, 08:48 - “Metalistlər” ölkə başçısına necə yalan danışırlar? - Müstəqilliyimizə endirilmiş dəmir yumruq

4-02-2019, 09:43 - “Azərsu”ya qarşı şok iddia: “20 ədəd kanalizasiya quyusunun əvəzinə, cəmi 5 ədəd…” - VİDEO

4-02-2019, 08:59 - Adı MTN işində hallanan klinika rəhbəri TƏBİB-ə sədr gətirilir…

4-02-2019, 08:57 - KİVDF qərarını geri oxuyur – qəzetlərin maliyyələşməsi davam edəcək

31-01-2019, 20:10 - Vətəndaşın talandığı məkan – Müşfiq Rəhimovun rəhbərlik etdiyi QİŞ

28-01-2019, 16:22 - Polis tərəfindən təqib edildiyini iddia edən vətəndaş ABŞ şəfirliyinə müraciət edib

15-01-2019, 16:56 - Hakimlər Qarabağ qazisini intihara sürükləyir...? - Saxta sənəd hazırlayan...

9-01-2019, 12:38 - Baş prokuror Zakir Qaralov 6 rayonun sakinlərini qəbul edəcək- Şamaxıda

8-01-2019, 13:25 - BAŞ HƏKİM ŞƏLALƏ SƏFƏROVA XƏSTƏNİ İNTİHAR HƏDDİNƏ ÇATDIRIB...?

29-11-2018, 10:42 - Hadı Rəcəbli yenə dilinin bəlasına düşüb - “143 manata normal bir ay yaşamaq olar”

30-10-2018, 16:33 - Səbail rayonuna yeni icra başçısı təyin edildi

29-10-2018, 10:28 - Zəngilanın işğalından 25 il ötür

25-10-2018, 10:05 - Azərbaycan nefti 78 dollara satılır –İki dollardan artıq ucuzlaşma var

23-10-2018, 10:48 - AMEA-nın Elmi Mərkəzi Kitabxanasında nə baş verir? – Tort kəsilir, şadyanalıq edilir

26-09-2018, 19:05 - Qadın və kişi həvəskar velosipedçilər arasında "Dövlət Müstəqillik günü"-nə həsr edilmiş Respublika açıq birinçiliyi keçiriləcəkdir

22-09-2018, 13:00 - Havanın temperaturu 2-4 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ

27-08-2018, 12:52 - TƏCİLİ - Körpə balaların Azərbaycan xalqının dəstəyinə ehtiyacı var

21-08-2018, 01:36 - Vətəndaş Lütvəli Babayevin qanunsuz əməlindən Fazil Mustafayevin xəbəri olub olmadığın soruşur

İsmayıllı meşələrini viran qoyan məmurları meşəbəyi ifşa etdi - VİDEO

Tarix:14-02-2019, 11:49 Baxış Sayı:52

İsmayıllı meşələrini viran qoyan məmurları meşəbəyi ifşa etdi - VİDEO

Yaşamaq üçün ən başlıca vasitələrdən birinin oksigen olduğunu hamımız yaxşı bilirik. Onu da bilirik ki, həyat mənbəyimiz olan oksigeni yalnız ağaclardan və ümumilikdə bitgilərdən əldə edirik. Müasir dövrdə atmosferin ciddi şəkildə çirkləndiyini nəzərə alsaq təbiətin qorunmasının nə dərəcədə vacib olduğunu anlayarıq. Bəs bu təhlükədən sovunmaq və həyatda qalmağımız üçün yaşıllıqları ölkədə qoruya bilirikmi? Yoxsa oksigenin özəyi olan meşələr kimlərinsə şəxsi biznesinə qurban gedir? Dövlətin mülkü hesab olunan meşəliklər hansısa ali orqan məmurunun özəl mülkiyətinə çevrilib?

BakuNews.az xəbər verir ki, İsmayıllı rayonunda meşələrin birində 15 il meşəbəti işləyən Məcidov Qurbani İlyaz oğlu illərdi meşənin qorunmasında, həmçinin yaşıllaşdırma işlərində canla-başla işlədiyi təqdirdə öz işindən uzaqlaşdırılıb. Üstəlik 134 manat cərimə və 70-ci maddənin "c” bəndiylə qovulub.DogruXeber.az-ın əməkdaşı səbəbini aydınlaşdırmaq məqsədiylə soruşduqda təsireici cavabla qarşılaşıb. Həmin meşəbəyi meşələrin qırılmasına, özəlləşməsinə etiraz odlaraq öz iradını bildirib. Bu biznesdə əli olanlara isə təbii ki, meşəbəyinin
etirazı heç də xoşgəlməyib. Nəticədə onu işdən qovaraq öz işlərinə davam etməyə başlayıblar.

Vətəndaş ürəkyanğısı ilə redaksiyamıza bildirir ki, hətta 100 il yaşı olan ağacları belə kəsib məhv ediblər. Meşənin 200 hektar hissəsinin hərbi prokuror Xanlar Vəliyev tərəfindən və 40 hektar hissəsinin də Səbail rayon məhkəməsi tərəfindən alındığını iddia edən vətəndaş meşələrin şəxsi mülk kimi alqı-satqısının həyata keçirildiyini bildirir. Olaylar bununla bitmir. Əraziyə ağır tonajlı yük maşınlarının gəldiyini görən meşəbəyi biznesin əməkdaşlarıyla yaxınlıq edərək görülən işlərin başında kimin dayandığını öyrənməyə müəssər olub. Yəni Xanlar Vəliyevin göstərişiylə meşələrin qırılması işlərinin həyata keçirildiyi meşəbəyinə deyilib. Dünyasını dəyişmiş Topçulu Baba kimi tanınan ağsaqqalın 3 hektar qoz ağacları əkilmiş bağını da yerlə yeksan edərək boş düzənliyə çeviriblərmiş.
İsmayıllı meşələrini viran qoyan məmurları meşəbəyi ifşa etdi - VİDEO

Vətəndaşların iddiası bunlarla bitmir. O deyir ki, Meşələrin İnkişafı Departamentinin sədri Zöhrab Abbasov rüşvətxorluqla məşğuldur. Həm də onun bu alqı-satqı məsələlərində bir başaəli var. Meşənin qənimi kimi tanınan İlham adlı şəxsi Z.Abbasov özü şəxsən işdən çıxararaq 730 manat cərimə edib. lakin sonradan onu yenidən işə götürüb. Halbuki İlham bəyin işi məhkəmədə imiş. Bütün bunlar hansı qaranlıq oyunun sirli taktikalarıdır? Mövcud durum bütün diqqəti özünə çəkir. Meşənin qatilləri arasında Babayev Əkrəm adlı şəxsin də adını çəkən meşəbəyi onun meşənin talanmasında birbaşa əli olduğunu iddia edir. Müxbir "indi o ərazilər hansı vəziyyətdədir?” deyə soruşduqda "qap-qara şumdur, amma əvvəllər oralar çox sıx, qalın meşə olub” deyə cavablayıb.

Vətəndaş haqsız yerə işdən çıxarıldığını və meşələrin bu cür tələf olunduğunu İsmayıllı rayon prokurorluğuna, rayon icra başçısına müraciətlə bildirsə də heç bir nəticə əldə olunmayıb. Hətta rayon icra başçısı Mirdamət Sadıqov ona məktubla Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etməsini tövsiyə edib. məsələnin qaranlıq tərəflərindən biri də budur ki, tabeliyində olan rayonun meşələrinin talanmasından xəbərdar olan Mirdamət bəy niyə bütün bu özbaşınalıqlara göz yumur? Axı rayonun səlahiyyətli nümayəndəsi bu məsələyə niyə biganə yanaşır? Bütün bunlar məhz icra hakiminin də bu qara oyunda əli olduğu şübhəsini yaradır.

Meşədə baş verən proseslərlə bağlı aidiyyatı qurumlardan gələn nümayəndələrlə şəxsən Əkrəm Babayev görüşür-deyə iddia edən vətəndaş həmçinin rüşvətlə həmin nümayəndələri yola saldığını bildirir. Əkrəm Babayev Qusar rayonunda meşə müdiri vəzifəsində çalışdığı vaxtda işdən qovulub.Burada yerli əmrlə Zöhrab Abbasov tərfindən işə götürüldüyünü deyən meşəbəyi meşanin çapıb-talandığına dözə bilməyib fəryad edir. Bu özbaşınalıqlara vicdanı dözməyən vətəndaşın etiraz etməsi onun işdən məhrum olunmasıyla nəticələnsə də o yenə də etirazını bizim redaksiya vasitəsiylə etməyə davam edir.

Bu videoçıxışından sonra müşəbəyi ölkə başçısı cənab İlham əliyevdən onun təhlükəsizliyinin qorunmasıyla bağlı xahiş də edib. Deyir ki, "istəyirəm ki, bütün bu olaylardan prezidentin xəbəri olsun, mənim gücüm çatmır”! Ölkədə təmiz insanları bu cür hallara salmaqla hər şeyin qaydasında getdiyini düşünənlər əslində həmin şəxslərə yerli vətəndaşların necə aqressiv münasibət bəslədiklərindən yəqin ki, xəbərdar deyillər. Meşələr, qoruqlar, çaylar, göllər və s. dövlətin milli sərvətidir. Ölkə başçısı bunların qorunması haqqında tapşırıqlar versə də görünür ki, bu tapşırıqlara bəzi insanlar məhəl qoymurlar. Bu, birbaşa dövlət başçısı İlham Əliyevə və onun uğurlu siyasətinə qarşı çıxmaq deməkdir.

Növbəti buraxılışlarımızda İsmayıllı rayonunda səhiyyə, təhsil sistemi və eyni zamanda blədiyyə sədrlərinin qaranlıq iş fəaliyətləri barədə məlmatları diqqətinizə çatdıracağıq. Bizi izləyin!

Redaksiya olaraq kadrda adı çəkilən şəxslərin mövqeyini dinləyib dərc etməyə hazırıq.



DogruXeber.az

XƏBƏR LENTİ