Anons

14-03-2019, 11:41 - Yaşıl Dərə sakinlər mavi yanacaqdan əziyyət çəkir - VİDEO

13-03-2019, 21:01 - “Sədərək” rəhbərliyi yetimin qazancına göz dikib - BİABIRÇILIQ

13-03-2019, 20:56 - DYP özbaşnalığı barədə aidiyyəti şəxslərə müraciət !!!

12-03-2019, 18:02 - Həqiqət Abdullayeva şəhər rəhbərliyi ilə münasibətlərini romantik hind filmi sujeti müstəvisində təqdim edir

11-03-2019, 14:24 - Gömrükdə “sahibkarlara anbar tələsi” - “Boşalt-yığ” əməliyyatından yığılan milyonlar…

11-03-2019, 11:32 - Təbrik edirik cənab General!

11-03-2019, 10:55 - “Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədovun göstərişidir, bütün şamaxılılar işdən azad edilsinlər”-VİDEO

27-02-2019, 10:07 - Salzburqda Xocalı şəhidləri anıldı

26-02-2019, 09:10 - Ermənilərin Qarabağda girov götürdükləri ruslar başlarına gətirilən müsibətləri danışırlar

25-02-2019, 15:28 - Nəsimiyə həsr olunan rəsm müsabiqəsi elan edildi - Mükafat 10 min manat

21-02-2019, 12:06 - Pulu saymağa 4 işçi ayrılıbmış… - 5,5 milyardlıq iş

20-02-2019, 09:14 - Azərbaycanın Dövlət Gerbindən istifadə qaydalarını müəyyən edən yeni qanun qəbul edildi

18-02-2019, 18:05 - Habil Vəliyevin anasının Prezidentə ürək parçalayan müraciəti…

18-02-2019, 11:03 - “Azərbaycanda nəinki bələdiyyə institutu, heç texnikumu da yoxdur” - Müqəddəs Mehdiyev

14-02-2019, 16:24 - Azərbaycanda DYP tələbəyə “avtobus sürücüsü” adı ilə 5 müxtəlif cərimə yazdı - FOTOLAR

14-02-2019, 10:54 - Azərbaycanda 17 min cəriməsi olan sürücülər var- ŞOK FAKT

12-02-2019, 09:59 - İpoteka Fondu ilə banklar arasında qalmaqal – Fondun rəhbərliyilə bağlı ŞOK iddialar…

11-02-2019, 11:26 - Ramil Usubov bu rayona rəis müavini TƏYİN ETDİ

11-02-2019, 11:20 - Qaradağ rayon 4 saylı uşaq xəstəxanasında “bazar qaydaları” dəhşətli görüntülər - VİDEO FOTO

8-02-2019, 18:21 - Bir xəyanətin hekayəsi... - Yaxud Orduxanlarla Aynur Camalı nə və ya kimlər bağlayır?!

7-02-2019, 21:02 - Respublika Klinik Xəstəxanasında ciddi qanun pozuntuları... - VİDEOFAKT

7-02-2019, 10:20 - Yasamal Bələdiyyəsində yaşananlar: Zakir Cəfərov qurumu dolandırmağı bacarmır

6-02-2019, 11:47 - “Əzizbəy KM” -MMC vətəndaşın 77000 min manatını mənimsəyərək onu evsiz qoyub - VİDEO

5-02-2019, 11:29 - Azərbaycanın "şanlı" məmuru Saleh Məmmədovun 22 yaşlı milyoner oğlu - FOTOFAKT

5-02-2019, 08:48 - “Metalistlər” ölkə başçısına necə yalan danışırlar? - Müstəqilliyimizə endirilmiş dəmir yumruq

4-02-2019, 09:43 - “Azərsu”ya qarşı şok iddia: “20 ədəd kanalizasiya quyusunun əvəzinə, cəmi 5 ədəd…” - VİDEO

4-02-2019, 08:59 - Adı MTN işində hallanan klinika rəhbəri TƏBİB-ə sədr gətirilir…

4-02-2019, 08:57 - KİVDF qərarını geri oxuyur – qəzetlərin maliyyələşməsi davam edəcək

Qanun tanımayan təhsil əvəz ediciləri kimlərin himayəsindədir - "Həqiqət Abdullayevanın korrupsiya əmələrini kimlər gizlədir"

Tarix:18-02-2019, 22:23 Baxış Sayı:1 422

Qanun tanımayan təhsil əvəz ediciləri kimlərin himayəsindədir - "Həqiqət Abdullayevanın korrupsiya əmələrini kimlər gizlədir"


Uzun müddətdir ki, Sumqayıt şəhər 9 saylı məktəbdə baş verənlər gündəmin əsas mövzusudur və baş verən qarşıdurma hələ də səngimək bilmir.Eyni zamanda Ağdam rayon təhsilində biabırçı olaylarla üz-üzə gələn valideyn, qanunsuz əməl sahiblərinin cəzalandırılması tələbini irəli sürsədə nazirlik səlahiyyətliləri məsələyə biganə yanaşırlar. Bu biganəliyin əsas səbəbi isə hər iki təhsil ocağına Təhsil Nazirliyində himayəçisinin eyni şəxs olmasıdır. Həmin şəxs təhsildə qanunun qorunmasını deyil, şəxsi maraqlarını güddüyü şikayətlərin qanuni yolla həll olunmasına imkan vermir. Hətta nazirə yanlış məlumat veriləməsi belə həmin məsul şəxslər tərəfindən həyata keçirilir. Bu səbəbdəndir ki, 2018-ci ilin sonlarından qanun pozuntularının aşkarlanması məqsədi ilə yardılan Daxili Nəzarət İdarəsinin fəaliyyətində də durğunluq müşahidə edilir. Ağdamın 71 saylı məktəbində və üstəgəl Sumqayıt şəhər 9 saylı məktəb qalmaqalı böyüyür.

Qeyd edək ki, Azərbaycan Respublikasinin Əmək Məcəlləsinin 10-1 Maddəsinin 10-1.1. bəndində qeyd edilir ki, dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir. Azərbaycanda isə qanunun bu maddəsinə demək olar ki, əməl edilmir. Xüsusilə təhsil sistemində gənc kadırlar çox az saatla işlədikləri halda yaş həddini keçən müəllimlər qanunsuz olaraq illərlə işdə saxlanılır və həmin müəllimlərə normadan artıq dərs saatı yazılır. Bu kimi hallara Sumqayıt və Ağdam rayonlarında kütləvi olaraq rast gəlmək mümkündür. Həmin məktəblərdən biridə elə uzun müddətdir mətbuatda adı hallanılan Sumqayıt şəhər, 9 saylı tam orta məktəbdir.

Bundan başqa Qanunda nəzərdə tutulur ki, gündəlik normal iş vaxtının müddəti səkkiz saatdan artıq olmamalı, gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti 40 saatdan artıq müəyyən edilə bilməz.

Bu sahədə də təhsil şöbələrində ciddi qanun pozuntularına yol verilmişdir.TŞ-nin keçmiş rəhbərləri bu qanunu heçə saymış və qanunsuz təyinatlardan daha çox istifadə etmişlər. Metodistləri həm şöbədə, həmdə orta məktəbdə əvəz edici olaraq işləmişlər. Misal olaraq, Sumqayıt şəhəri 32 nömrəli tam orta məktəbin direktor əvəzi Esmira İbrahimova, Sumqayıt şəhəri 2 nömrəli tam orta məktəb direktor əvəzi Xaliq Adıgözəlov həm də Şöbədə metodist vəzifəsini daşımışlar. Bu isə bir başa Əmək Məcəlləsini kobun şəkildə pozmaqdır. TŞ-nin bu cür kobud şəkildə qanun pozması bir tərəfə, maraqlı olan odur ki, iş saatına görə dövlət büdcəsindən çıxarılan pulların aqibəti necə olacaq və kimlər cavabdehlik daşıyacaq?
Azərbaycan təhsilində 3 minə qədər boş qalan direktor vəzifəsinə imtahan verən şəxslərdən müəmmalı şəkildə müsabiqədən yalnız 272 müəllim keçib. Araşdırmalar zamanı məlum olub ki, müsabiqədə 9 komissiya üzvünün tərkibində Əhliyyət Adıgözəlovda iştirak edir. O,
Azərbaycan Respublikası Təhsil Nazirliyinin 19 oktyabr 2015-ci il tarixli 1008 nömrəli əmri ilə təsdiq olunmuş qərarına əsasən nazirlikdə məktəbə qədər və ümumi təhsil şöbəsinin Ümumi təhsil sektorunun baş məsləhətçisidir (regional kurator). Ağdamla yanaşı bir çox rayonlar məhz onun məsləhətləri əsasında idarə edilir. Adı çəkilən təhsil ocaqlarında da problemlərin ört basdır edilməsinin göstərişidə yalnız onun tərəfindən verilə bilər.
Qeyd edək ki, Ə.Adıgözəlovun qardaşı Möhübbət Adıgözəlovun oğlu Xalid Adıgözəlov ixtisasca idman müəllimi və Sumqayıt Təhsil Şöbəsinin metodistidir.Eyni zamanda Sumqayıt şəhər 2 saylı tam orta məktəbində direktor əvəzi olaraq fəaliyyət göstərir.Buna isə yeni təyin edilən təhsil şöbəsinin müdirəsi Arzu Alızadə səsiz mövqe sərgiləyir. Qanunla 40 saatdan artıq iş saatı olması qadağan edildiyi halda 2 saylı məktəb və 32 saylı məktəbdə fəaliyyət göstərən şəxslər 120 saat üçün əmək haqqı alırlar. Bu isə qeyd etdiyimiz kimi qanunla qadağan edilir.
Əlavə olarq qeyd edək ki, A.Alızadənin yeni TŞ müdir təyin edilməsindən bir müddət sonra onunla əlaqə saxlayaraq 9 saylı məktəbdə baş verən qalmaqala bağlı münasibətini öyrəndik. Arzu xanım məqsədli və ya məqsədsiz Nazirliyin verdiyi qərarı icra etməməkdə israrlı görünməkdədir.

Xatırladaq ki, bir müddət əvvəl məhs Həqiqət Abdullayevanın getdiyi yolu eks həmkarı Mehriban Nəcəfovada gedirdi. M.Nəcəfova nəyin ki, İcra hakimiyyətinin onu müdafiə etməsindən danışırdı, hətta media nümayəndələrinə vaxtı ilə öz həmkarlarının qanunsuz əməllərinin ifşaedilməsi üçün rəsmi sənədlərdə təqdim etməkdən çəkinmirdi. Amma, o heç zaman öz işlədiyi məktəbin əməkdaşlarına qarşı bu addımları atmırdı. Və onun işlədiyi müəsissədə bu qədər korrupsiya faktları aşkarlanmadı. Səhvi bəlkədə nazirliyin əmrini vaxtında icra etməməsi olmuşdu və buna görə də cəzasız qalmadı. Hal-hazırda Mehriban Nəcəfova məktəb direktorluğundan İcra hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətcisi vəsifəsinə getməyə nail ola bildi. Işlədiyi müddətdə qarşıya qoyduğu məqsədə çatdı desək yanılmarıq.
Mehriban Nəcəfovanın idarəçiliyi dövründə qanun pozuntularına yol verməsi hətta bu qədər maraq kəsb etməmişdi. O zaman M.Nəcəfovada iddialarında icra hakimiyyəti tərəfindən himayə edildiyini qeyd edirdi. Amma bu gün tamamilə başqa bir məsələ ilə üz-üzə qalan təhsil işçiləri kimdən hardan hansı maraqların zərbəsini aldıqlarının fərqinə vara bilmirlər. Həmçinin Mikayıl Cabbarovun dövründə media mənsublarının nazirə ünvanladığı və ya ictimailəşdirdiyi məsələyə anında reaksiya verilirdi. Bu gün isə bütün qanun pozuntularına sanki Həqiqət Abdullayevaya qanuni əməl kimi qeyd edilməkdədir. Bu isə artıq təhsil ocaqlarına nazirliyin deyil yerli qurumların daha çox hakim olması deməkdir. Hətta bir dəfəsində nazirlik əməkdaşı səmimi söhbət əsnasında BİZ Sumqayıt təhsilinə müdaxilə edə bilmirik deyə köks ötürərək dilə gətirmişdi. Təhsil nazirliyində yüksək vəzifə tutmasına baxmayaraq əlacsız qaldığını etiraf etmək ağır idi. Amma ...

Bakunews.az

Növbəti yazıda:

- Şahin Həsənov kimdir ?
- Kərəm Həsənovun Həqiqət Abdullayevanın himayəsində nə kimi rolu var?
- Ş.Həsənovla qohumluq bağı olmayan K.Həsənovun adı 9 saylı məktəb qalmaqalında necə halandı?
- RTŞ baş məsləhətçi kimi özün təqdim edən Ulduz xanımın Həqiqət Abdullayeva qarşısında susmasının səbəbləri..



Ağdam rayon 71 saylı məktəbində qalmaqal səngimək bilmir, Nazirlik məsələyə hələdə susur...

XƏBƏR LENTİ