Anons

14-03-2019, 11:41 - Yaşıl Dərə sakinlər mavi yanacaqdan əziyyət çəkir - VİDEO

13-03-2019, 21:01 - “Sədərək” rəhbərliyi yetimin qazancına göz dikib - BİABIRÇILIQ

13-03-2019, 20:56 - DYP özbaşnalığı barədə aidiyyəti şəxslərə müraciət !!!

12-03-2019, 18:02 - Həqiqət Abdullayeva şəhər rəhbərliyi ilə münasibətlərini romantik hind filmi sujeti müstəvisində təqdim edir

11-03-2019, 14:24 - Gömrükdə “sahibkarlara anbar tələsi” - “Boşalt-yığ” əməliyyatından yığılan milyonlar…

11-03-2019, 11:32 - Təbrik edirik cənab General!

11-03-2019, 10:55 - “Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədovun göstərişidir, bütün şamaxılılar işdən azad edilsinlər”-VİDEO

27-02-2019, 10:07 - Salzburqda Xocalı şəhidləri anıldı

26-02-2019, 09:10 - Ermənilərin Qarabağda girov götürdükləri ruslar başlarına gətirilən müsibətləri danışırlar

25-02-2019, 15:28 - Nəsimiyə həsr olunan rəsm müsabiqəsi elan edildi - Mükafat 10 min manat

21-02-2019, 12:06 - Pulu saymağa 4 işçi ayrılıbmış… - 5,5 milyardlıq iş

20-02-2019, 09:14 - Azərbaycanın Dövlət Gerbindən istifadə qaydalarını müəyyən edən yeni qanun qəbul edildi

18-02-2019, 18:05 - Habil Vəliyevin anasının Prezidentə ürək parçalayan müraciəti…

18-02-2019, 11:03 - “Azərbaycanda nəinki bələdiyyə institutu, heç texnikumu da yoxdur” - Müqəddəs Mehdiyev

14-02-2019, 16:24 - Azərbaycanda DYP tələbəyə “avtobus sürücüsü” adı ilə 5 müxtəlif cərimə yazdı - FOTOLAR

14-02-2019, 10:54 - Azərbaycanda 17 min cəriməsi olan sürücülər var- ŞOK FAKT

12-02-2019, 09:59 - İpoteka Fondu ilə banklar arasında qalmaqal – Fondun rəhbərliyilə bağlı ŞOK iddialar…

11-02-2019, 11:26 - Ramil Usubov bu rayona rəis müavini TƏYİN ETDİ

11-02-2019, 11:20 - Qaradağ rayon 4 saylı uşaq xəstəxanasında “bazar qaydaları” dəhşətli görüntülər - VİDEO FOTO

8-02-2019, 18:21 - Bir xəyanətin hekayəsi... - Yaxud Orduxanlarla Aynur Camalı nə və ya kimlər bağlayır?!

7-02-2019, 21:02 - Respublika Klinik Xəstəxanasında ciddi qanun pozuntuları... - VİDEOFAKT

7-02-2019, 10:20 - Yasamal Bələdiyyəsində yaşananlar: Zakir Cəfərov qurumu dolandırmağı bacarmır

6-02-2019, 11:47 - “Əzizbəy KM” -MMC vətəndaşın 77000 min manatını mənimsəyərək onu evsiz qoyub - VİDEO

5-02-2019, 11:29 - Azərbaycanın "şanlı" məmuru Saleh Məmmədovun 22 yaşlı milyoner oğlu - FOTOFAKT

5-02-2019, 08:48 - “Metalistlər” ölkə başçısına necə yalan danışırlar? - Müstəqilliyimizə endirilmiş dəmir yumruq

4-02-2019, 09:43 - “Azərsu”ya qarşı şok iddia: “20 ədəd kanalizasiya quyusunun əvəzinə, cəmi 5 ədəd…” - VİDEO

4-02-2019, 08:59 - Adı MTN işində hallanan klinika rəhbəri TƏBİB-ə sədr gətirilir…

4-02-2019, 08:57 - KİVDF qərarını geri oxuyur – qəzetlərin maliyyələşməsi davam edəcək

Çempionlar Liqası: 1/4 finala vəsiqə qazanan son 2 komanda müəyyənləşib - VİDEO

Tarix:14-03-2019, 09:07 Baxış Sayı:62

Çempionlar Liqası: 1/4 finala vəsiqə qazanan son 2 komanda müəyyənləşib - VİDEO

Futbol üzrə Çempionlar Liqasında 1/8 final mərhələsinin son 2 cavab görüşü keçirilib.
"Report"un məlumatına görə, İspaniyada "Barselona" Fransa "Lion"unu qəbul edib. Görüş meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 5:1. Hesabı 18-ci dəqiqədə Lionel Messi açıb. O, penaltini dəqiq yerinə yetirib. 31-ci dəqiqədə isə Filippe Koutinyo ikinci qolu vurub. 58-ci dəqiqədə Lüka Tuzar fərqi azaltsa da, oyunun sonlarına doğru meydan sahibləri daha 3 qol vurublar. 78-ci dəqiqədə Messi Çempionlar Liqası tarixində 9-cu "dubl"unu edib və yenidən bu göstəricidə vahid liderə çevrilib. 81-ci dəqiqədə Jerar Pike, 86-cı dəqiqədə isə Usman Dembele fərqlənərək, oyunun yekun nəticəsini müəyyənləşdiriblər.
İlk görüş qolsuz yekunlaşdığı üçün Kataloniya komandası mərhələ adlayıb. "Barsa" həm də 1/8 final səddini keçən yeganə İspaniya təmsilçisi olub. PSJ-dən sonra "Lion"un da mübarizəni dayandırmasından sonra Fransa 1/4 finalda təmsilçisiz qalıb.

Almaniya da 1/8 finalda hər iki komandasını itirib. "Mançester Siti" önündə boyun əyən "Şalke"nin ardından "Bavariya" da İngiltərənin daha bir təmsilçisi "Liverpul"la bacarmayıb. İlk görüşdə səfərdə qolsuz heç-heçə etmiş Münhen komandası ev oyununda uduzub - 1:3. Fasiləyədək tərəflər hərəyə bir dəfə fərqləniblər. Qonaqlardan Sadio Mane 26-cı dəqiqədə hesabı açıb. 39-cu dəqiqədə isə onun komanda yoldaşı Joel Matip topu öz qapısına göndərib. İkinci hissədə "Liverpul" daha 2 qol vurub. 69-cu dəqiqədə Vircil van Deyk qonaqları önə çıxarıb. Son nöqtəni isə 84-cü dəqiqədə Mane qoyub.


Beləliklə, 1/4 finala vəsiqə qazanan komandaların yarısı İngiltərə təmsilçiləri olub. Daha əvvəl bu ölkədən "Mançester Siti", "Mançester Yunayted" və "Tottenhem" də 1/8 final səddini keçib. Digər vəsiqələrə İtaliyanın "Yuventus", Hollandiyanın "Ayaks" və Portuqaliyanın "Portu" komandaları yiyələnib.
1/4 final, yarımfinal və final mərhələlərinin püşkatma mərasimi martın 15-də UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında keçiriləcək. Oyunlar isə 9-10 aprel və 16-17 apreldə olacaq.
Çempionlar Liqası
1/8 final, cavab oyunları
13 mart
24:00. “Barselona” (İspaniya) – “Lion” (Fransa) - 5:1
Qollar: Lionel Messi, 16 (pen.); 78; Filippe Koutinyo, 31; Jerar Pike, 81. Usman Dembele, 86 - Lüka Tuzar, 58
Baş hakim: Şimon Martsinyak (Polşa)
“Kamp Nou” stadionu
İlk oyun – 0:0
24:00. “Bavariya” (Almaniya) – “Liverpul” (İngiltərə) - 1:3
Qollar: Joel Matip, 39 (öz qapısına) - Sadio Mane, 26; 84. Vircil van Deyk, 69
Baş hakim: Lorentso Manqanelli (İtaliya)
“Münhen Arena”
İlk oyun – 0:0.
Çempionlar Liqası: 1/4 finala vəsiqə qazanan son 2 komanda müəyyənləşib - VİDEO
Çempionlar Liqası: 1/4 finala vəsiqə qazanan son 2 komanda müəyyənləşib - VİDEO
Çempionlar Liqası: 1/4 finala vəsiqə qazanan son 2 komanda müəyyənləşib - VİDEO
Çempionlar Liqası: 1/4 finala vəsiqə qazanan son 2 komanda müəyyənləşib - VİDEO
Çempionlar Liqası: 1/4 finala vəsiqə qazanan son 2 komanda müəyyənləşib - VİDEO

XƏBƏR LENTİ