Anons

18-04-2019, 10:00 - Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 16% artıb

17-04-2019, 19:11 - DTX-nə yeni səlahiyyətlər verildi - FƏRMAN

17-04-2019, 19:09 - ​ADPU rektorunun Muxalifet.az-a qarşı iddiasına baxıldı – HAKİM LİNQVİSTİK EKSPERTİZA TƏYİN ETDİ

17-04-2019, 11:34 - Nazirlər Kabinetindən kommunal xidmət limitləri ilə bağlı - YENİ QƏRAR

17-04-2019, 09:12 - Həbsxanada kütləvi qaçış: ölən və yaralananlar var

17-04-2019, 08:55 - Şöbə müdiri: “Bu il Azərbaycanda biri güclü olmaqla 3 vulkan püskürməsi ehtimal olunur”

16-04-2019, 10:55 - Dərbənd rayon icra hakimiyyətinin başçısı Məhəmməd Cəlilov ikinci dəfə niyə qandallandı?

16-04-2019, 10:54 - Şimali Qafqaz üzrə ekspert Müqəddəs Mehdiyev Rusiya-Azərbaycan sərhəddində saxlanılaraq dindirilib

15-04-2019, 08:44 - Mingəçevirdə şəhid atasından ürəkparçalayan müraciət: “Məktubum prezidentə çatsa…” – Foto

15-04-2019, 08:37 - Ali təhsil müəssisələrinə ərizə qəbulu başa çatır

11-04-2019, 10:30 - Saray qəsəbəsində məcburi köçkünün evi dağıdıldı - VİDEO

8-04-2019, 14:18 - Qobuda 1200-ə yaxın evin 6 minə yaxın sakini Prezident və Mehriban xanımdan kömək istəyir-VİDEO

8-04-2019, 12:24 - Xadimə işlədiyi evdən 40 min manatlıq qızıl-zinət əşyaları oğurlayıb

8-04-2019, 09:57 - Ziyafət Əsgərovun qardaşının himayə etdiyi iddia edilən şəxs İmişlidə faciəyə səbəb ola bilər

4-04-2019, 09:05 - Bağçada uşağa qarşı zorakılıq – Müəllim 5 yaşlı uşağı bu hala saldı? (FOTO,VİDEO)

3-04-2019, 12:32 - Qasım Qasımov, Allahverdi Əliyev və... üçbucağının 20 000 avronu hara verdikləri məlum oldu

3-04-2019, 05:02 - 2 aprel hərracında hansı dövlət əmlakları özəlləşdirildi?

3-04-2019, 04:25 - Radarlar avtomobilinizin sürətini neçə metrdən ölçə bilir – Sirləri öyrənin!

2-04-2019, 09:04 - Rusiyanın daxili işlər naziri gözlənilmədən KXDR-a gedib

1-04-2019, 08:59 - Yaponiyada köhnə həbsxana mehmanxana kimi fəaliyyətə başlayacaq - VİDEO - FOTO

29-03-2019, 09:15 - Uşaqları rus sektoruna qoymaq istəyən valideyinlərə - PİS XƏBƏR

29-03-2019, 08:50 - Bu gün Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri Vyanada görüşəcək

29-03-2019, 05:05 - Kimdir günahkar?

14-03-2019, 11:41 - Yaşıl Dərə sakinlər mavi yanacaqdan əziyyət çəkir - VİDEO

13-03-2019, 21:01 - “Sədərək” rəhbərliyi yetimin qazancına göz dikib - BİABIRÇILIQ

13-03-2019, 20:56 - DYP özbaşnalığı barədə aidiyyəti şəxslərə müraciət !!!

12-03-2019, 18:02 - Həqiqət Abdullayeva şəhər rəhbərliyi ilə münasibətlərini romantik hind filmi sujeti müstəvisində təqdim edir

11-03-2019, 14:24 - Gömrükdə “sahibkarlara anbar tələsi” - “Boşalt-yığ” əməliyyatından yığılan milyonlar…

NATO: Bakı-Tbilisi-Qars dəmir yolu Əfqanıstana daşımalar üçün töhfələr verir

Tarix:5-04-2019, 11:50 Baxış Sayı:86

NATO: Bakı-Tbilisi-Qars dəmir yolu Əfqanıstana daşımalar üçün töhfələr verir

Cari ilin 3-4 aprel tarixlərində Vaşinqton şəhərində NATO xarici işlər nazirlərinin növbəti iclası keçirilib.

Trend-in məlumatına görə, iclas NATO-nun 70-ci ildönümünə həsr olunub. NATO-nun Baş katibi Yens Stoltenberq iclas çərçivəsində mətbuata verdiyi açıqlaması zamanı Azərbaycan Respublikasının Alyansın yaxın tərəfdaşı olduğunu bildirib, ölkəmizin beynəlxalq sülh və təhlükəsizliyin bərqərar olunmasında NATO ilə sıx əməkdaşlıq etdiyini vurğulayıb. Baş katib Azərbaycanın NATO-nun rəhbərliyi altında Əfqanıstanda həyata keçirilən "Qətiyyətli Dəstək" missiyasına əhəmiyyətli hərbi qüvvə və multimodal tranzit töhfəsi verdiyini diqqətə çatdırıb. Baş katib Y.Stoltenberq ələlxüsus 2017-ci ildə fəaliyyətə başlamış Bakı-Tbilisi-Qars dəmir yolunun NATO üzv dövlətləri tərəfindən Əfqanıstana və geriyə daşımalar zamanı istifadə olunduğunu qeyd edərək, bu dəmir yolunun Alyansın "Qətiyyətli Dəstək" missiyasının uğuruna mühüm töhfə verdiyini vurğulayıb.

Məlum olduğu kimi, Azərbaycan Respublikası ilə NATO arasında tərəfdaşlığın əsası Azərbaycan Respublikasının ümummilli lideri Heydər Əliyevin 4 may 1994-cü il tarixində Sülh Naminə Tərəfdaşlıq (SNT) Çərçivə Sənədinin imzalanması ilə qoyulmuşdur. Azərbaycan SNT proqramının prinsiplərinə əsaslanmaqla, sülhü dəstəkləmə əməliyyatlarında iştirak, meydana gələn təhlükəsizlik təhdidlərinə qarşı mübarizə və əsas vurğusu təhlükəsizlik və müdafiə islahatlarına yönələn geniş spektrli məsələlər üzrə siyasi dialoq və praktiki əməkdaşlıq həyata keçirir.

Azərbaycan Respublikası 2003-cü ildən başlayaraq NATO-nun Əfqanıstanda həyata keçirilən əməliyyatına töhfə verir. Hazırda Azərbaycanın 6 nəfər qərargah zabiti və 2 nəfər hərbi həkim olmaqla 120 nəfərlik heyəti Alyansın Əfqanıstandakı "Qətiyyətli Dəstək" missiyasının tərkibində xidmət edir.

Azərbaycan NATO-nun Əfqanıstanda sülhü bərqərar etmə səylərinə eyni zamanda hava və quru tranziti, müxtəlif treninqlər, humanitar mina təmizləmə və Əfqan Ordusu üzrə Etimad Fonduna maliyyə töhfələri ilə də dəstək həyata keçirir.

2017-ci ilin 30 oktyabr tarixində açılışı baş tutmuş Bakı-Tbilisi-Qars dəmir yolu Əfqanıstana multimodal daşımalar üçün geniş imkanlar yaratmışdır. Bakı-Tbilisi-Qars dəmir yolu Lapis-Lazuli nəqliyyat dəhlizinin əsas hissəsini təşkil etməklə NATO dövlətlərinin Əfqanıstana fasiləsiz və təhlükəsizlik şəkildə daşımalar həyata keçirməsinə mühüm töhfə verir. Ələt beynəlxalq dəniz limanı bu sahədə imkanları əlavə olaraq genişləndirəcəkdir. Uzunmüddətli perspektivdə Azərbaycan ərazisindən tranzit NATO-nun Əfqanıstandakı missiyasının təchizatı, habelə Əfqanıstanın davamlı inkişafı kontekstində mühüm əhəmiyyət kəsb edir.

XƏBƏR LENTİ