Anons

18-04-2019, 10:00 - Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 16% artıb

17-04-2019, 19:11 - DTX-nə yeni səlahiyyətlər verildi - FƏRMAN

17-04-2019, 19:09 - ​ADPU rektorunun Muxalifet.az-a qarşı iddiasına baxıldı – HAKİM LİNQVİSTİK EKSPERTİZA TƏYİN ETDİ

17-04-2019, 11:34 - Nazirlər Kabinetindən kommunal xidmət limitləri ilə bağlı - YENİ QƏRAR

17-04-2019, 09:12 - Həbsxanada kütləvi qaçış: ölən və yaralananlar var

17-04-2019, 08:55 - Şöbə müdiri: “Bu il Azərbaycanda biri güclü olmaqla 3 vulkan püskürməsi ehtimal olunur”

16-04-2019, 10:55 - Dərbənd rayon icra hakimiyyətinin başçısı Məhəmməd Cəlilov ikinci dəfə niyə qandallandı?

16-04-2019, 10:54 - Şimali Qafqaz üzrə ekspert Müqəddəs Mehdiyev Rusiya-Azərbaycan sərhəddində saxlanılaraq dindirilib

15-04-2019, 08:44 - Mingəçevirdə şəhid atasından ürəkparçalayan müraciət: “Məktubum prezidentə çatsa…” – Foto

15-04-2019, 08:37 - Ali təhsil müəssisələrinə ərizə qəbulu başa çatır

11-04-2019, 10:30 - Saray qəsəbəsində məcburi köçkünün evi dağıdıldı - VİDEO

8-04-2019, 14:18 - Qobuda 1200-ə yaxın evin 6 minə yaxın sakini Prezident və Mehriban xanımdan kömək istəyir-VİDEO

8-04-2019, 12:24 - Xadimə işlədiyi evdən 40 min manatlıq qızıl-zinət əşyaları oğurlayıb

8-04-2019, 09:57 - Ziyafət Əsgərovun qardaşının himayə etdiyi iddia edilən şəxs İmişlidə faciəyə səbəb ola bilər

4-04-2019, 09:05 - Bağçada uşağa qarşı zorakılıq – Müəllim 5 yaşlı uşağı bu hala saldı? (FOTO,VİDEO)

3-04-2019, 12:32 - Qasım Qasımov, Allahverdi Əliyev və... üçbucağının 20 000 avronu hara verdikləri məlum oldu

3-04-2019, 05:02 - 2 aprel hərracında hansı dövlət əmlakları özəlləşdirildi?

3-04-2019, 04:25 - Radarlar avtomobilinizin sürətini neçə metrdən ölçə bilir – Sirləri öyrənin!

2-04-2019, 09:04 - Rusiyanın daxili işlər naziri gözlənilmədən KXDR-a gedib

1-04-2019, 08:59 - Yaponiyada köhnə həbsxana mehmanxana kimi fəaliyyətə başlayacaq - VİDEO - FOTO

29-03-2019, 09:15 - Uşaqları rus sektoruna qoymaq istəyən valideyinlərə - PİS XƏBƏR

29-03-2019, 08:50 - Bu gün Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri Vyanada görüşəcək

29-03-2019, 05:05 - Kimdir günahkar?

14-03-2019, 11:41 - Yaşıl Dərə sakinlər mavi yanacaqdan əziyyət çəkir - VİDEO

13-03-2019, 21:01 - “Sədərək” rəhbərliyi yetimin qazancına göz dikib - BİABIRÇILIQ

13-03-2019, 20:56 - DYP özbaşnalığı barədə aidiyyəti şəxslərə müraciət !!!

12-03-2019, 18:02 - Həqiqət Abdullayeva şəhər rəhbərliyi ilə münasibətlərini romantik hind filmi sujeti müstəvisində təqdim edir

11-03-2019, 14:24 - Gömrükdə “sahibkarlara anbar tələsi” - “Boşalt-yığ” əməliyyatından yığılan milyonlar…

“Xuan Quaydonun həbsinə aparacaq istənilən hərəkət Maduronun axırıncı səhvi olacaq…”

Tarix:6-04-2019, 11:30 Baxış Sayı:60

“Xuan Quaydonun həbsinə aparacaq istənilən hərəkət Maduronun axırıncı səhvi olacaq…”

Əgər Venesuela rejimi müvəqqəti prezident Xuan Quaydoya qarşı onun həbsinə gətirib çıxaracaq istənilən hərəkətə yol versə bu Nikolas Maduronun axırıncı səhvi olacaq.
Virtualaz.org xəbər verir ki, bu barədə ABŞ administrasiyasının yüksək ranqlı nümayəndəsi jurnalistlər üçün telefon brifinqində bildirib.

“Lima qrupu və Birləşmiş Ştatlar aydın şəkildə bildiirb ki, Xuan Quaydonun həbsinə aparacaq istənilən hərəkət Maduro üçün dağıdıcı olacaq. Belə hərəkətlər Maduronun axırıncı səhvi olardı. Biz Venesueladakı vəziyyəti diqqətlə izləyirik”-administrasiya nümayəndəsi deyib.

“Xuan Quaydonun həbsinə aparacaq istənilən hərəkət Maduronun axırıncı səhvi olacaq…”

Xuan Quaydo
Anonim yüksək ranqlı nümayəndə onu da deyib ki, Venesuela ordusu konstitusion borcunu yerinə yetirib xalqı Maduronun əmri ilə səfərbər edilən terrorçu qruplardan qorumalıdır. Onun sözlərinə görə, Maduro belə hərəkətlərlə demokratik institutları məhv edir, konstitusiyanı pozur və repressiya saçır.

ABŞ nümayəndəsi onu da deyib ki, Vaşinqton Venesuelaya qarşı hərbi güc tətbiqi variantını çox ciddi nəzərdən keçirir. Onun bildirdiyinə görə iqtisadi və diplomatik təzyiqlər öz əhəmiyyətini itirməyə başlayan kimi hərbi gücün tətbiqi gündəmə gələcək.

“Diplomatik variantlar tükənir və bu bizi ona gətirib çıxarır ki, iqtisadi metodları, təzyiqləri gücləndirək…habelə hərbi varianta əl ataq. Prezident Trampın bəyan etdiyi kimi hərbi variant olduqca ciddi variant kimi nəzərdən keçirilir”-ABŞ rəsmisi deyib.

“Aydın məsələdir ki, güc tətbiqini heç kim istəməzdi, amma şübhəsiz bu variant hadisələrin inkişafı ilə bərabər ciddi nəzərdən keçirilir”-o əlavə edib.

Bundan əvvəl prezident Tramp demişdi ki, ABŞ Venesuelaya qarşı təzyiqləri ancaq güc tətbiqi hesabına artıra bilər. Çünki diplomatik və iqtisadi metodlar praktiki olaraq tükənib.

Venesuelada Nikolas Maduro qeyri-legitim seçkilərdən sonra özünün ikinci müddətə prezident elan edib. Buna cavab olaraq yanvarın 23-də müxalifət lideri və parlamentin spikeri Xuan Quaydo özünü müvəqqəti prezident edərək ABŞ başda olmaqla onlarla ölkənin dəstəyini qazanıb. Lakin dinc nümayişlər və ABŞ-ın təzyiqləri Nikolas Maduronu hakimiyyətdən əl çəkməyə məcbur edə bilməyib. Maduronu əsasən Rusiya dəstəkləyir. Bu günlərdə Rusiya öz hərbçilərini Venesuelaya göndərib.

XƏBƏR LENTİ