Anons

18-04-2019, 10:00 - Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 16% artıb

17-04-2019, 19:11 - DTX-nə yeni səlahiyyətlər verildi - FƏRMAN

17-04-2019, 19:09 - ​ADPU rektorunun Muxalifet.az-a qarşı iddiasına baxıldı – HAKİM LİNQVİSTİK EKSPERTİZA TƏYİN ETDİ

17-04-2019, 11:34 - Nazirlər Kabinetindən kommunal xidmət limitləri ilə bağlı - YENİ QƏRAR

17-04-2019, 09:12 - Həbsxanada kütləvi qaçış: ölən və yaralananlar var

17-04-2019, 08:55 - Şöbə müdiri: “Bu il Azərbaycanda biri güclü olmaqla 3 vulkan püskürməsi ehtimal olunur”

16-04-2019, 10:55 - Dərbənd rayon icra hakimiyyətinin başçısı Məhəmməd Cəlilov ikinci dəfə niyə qandallandı?

16-04-2019, 10:54 - Şimali Qafqaz üzrə ekspert Müqəddəs Mehdiyev Rusiya-Azərbaycan sərhəddində saxlanılaraq dindirilib

15-04-2019, 08:44 - Mingəçevirdə şəhid atasından ürəkparçalayan müraciət: “Məktubum prezidentə çatsa…” – Foto

15-04-2019, 08:37 - Ali təhsil müəssisələrinə ərizə qəbulu başa çatır

11-04-2019, 10:30 - Saray qəsəbəsində məcburi köçkünün evi dağıdıldı - VİDEO

8-04-2019, 14:18 - Qobuda 1200-ə yaxın evin 6 minə yaxın sakini Prezident və Mehriban xanımdan kömək istəyir-VİDEO

8-04-2019, 12:24 - Xadimə işlədiyi evdən 40 min manatlıq qızıl-zinət əşyaları oğurlayıb

8-04-2019, 09:57 - Ziyafət Əsgərovun qardaşının himayə etdiyi iddia edilən şəxs İmişlidə faciəyə səbəb ola bilər

4-04-2019, 09:05 - Bağçada uşağa qarşı zorakılıq – Müəllim 5 yaşlı uşağı bu hala saldı? (FOTO,VİDEO)

3-04-2019, 12:32 - Qasım Qasımov, Allahverdi Əliyev və... üçbucağının 20 000 avronu hara verdikləri məlum oldu

3-04-2019, 05:02 - 2 aprel hərracında hansı dövlət əmlakları özəlləşdirildi?

3-04-2019, 04:25 - Radarlar avtomobilinizin sürətini neçə metrdən ölçə bilir – Sirləri öyrənin!

2-04-2019, 09:04 - Rusiyanın daxili işlər naziri gözlənilmədən KXDR-a gedib

1-04-2019, 08:59 - Yaponiyada köhnə həbsxana mehmanxana kimi fəaliyyətə başlayacaq - VİDEO - FOTO

29-03-2019, 09:15 - Uşaqları rus sektoruna qoymaq istəyən valideyinlərə - PİS XƏBƏR

29-03-2019, 08:50 - Bu gün Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri Vyanada görüşəcək

29-03-2019, 05:05 - Kimdir günahkar?

14-03-2019, 11:41 - Yaşıl Dərə sakinlər mavi yanacaqdan əziyyət çəkir - VİDEO

13-03-2019, 21:01 - “Sədərək” rəhbərliyi yetimin qazancına göz dikib - BİABIRÇILIQ

13-03-2019, 20:56 - DYP özbaşnalığı barədə aidiyyəti şəxslərə müraciət !!!

12-03-2019, 18:02 - Həqiqət Abdullayeva şəhər rəhbərliyi ilə münasibətlərini romantik hind filmi sujeti müstəvisində təqdim edir

11-03-2019, 14:24 - Gömrükdə “sahibkarlara anbar tələsi” - “Boşalt-yığ” əməliyyatından yığılan milyonlar…

“Erməni soyqırımı” ilə bağlı yeni qərarlar Qarabağ məsələsinə təsir edəcək? – Şərh

Tarix:15-04-2019, 12:30 Baxış Sayı:34

“Erməni soyqırımı” ilə bağlı yeni qərarlar Qarabağ məsələsinə təsir edəcək? – Şərh

Birinci dəfə deyil ki, qondarma “erməni soyqırımı” ilə bağlı parlamentlər və dövlətlər səviyyəsində hansısa sənədlər qəbul olunur. Əslində, bunlara ən gözəl cavabı elə bu günlərdə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu verdi.

Təəssüf ki, bunlar hamısı siyasiləşmiş müxtəlif lobbilərin həmin hökumətlərə, həmin hakimiyyətlərə təsir imkanlarını açıq şəkildə göstərən bir faktdır. Bu baxımdan, bunlar birinci dəfə deyil, yəqin ki, axırıncı dəfə də olmayacaq.

Bunu Oxu.Az-a açıqlamasında Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü, Milli Məclisin (MM) Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov ATƏT-in Minsk qrupunun həmsədrlərindən olan Fransanın dövlət başçısı Emmanuel Makronun və ATƏT-in Minsk qrupunun əsas üzvlərindəm olan İtaliyanın ali qanunverici orqanının uydurma və qondarma “ermənim soyqırımı”nın tanınması ilə bağlı qərarlarına və onların Qarabağ münaqişəsinin həllinə təsiri məsələsinə münasibət bildirərkən deyib.

“Bunu bilməliyik ki, bu istiqamətdə hansısa qərarların, sənədlərin qəbulu mövcuddursa, bu, ümumi beynəlxalq birlik tərəfindən qəbul olunmuş qanun və qaydalara ziddir.

Bunların özü bir daha göstərir ki, nə dərəcədə ikili standartlar, ikili yanaşmalar mövcuddur, bu, siyasiləşmiş lobbilər nə dərəcədə böyük təsir imkanlarına malikdir”, – deyən S.Seyidov bu yerdə xatırladıb ki, Avropa İnsan Hüquqları Məhkəməsi hələ bir müddət öncə uydurma “erməni soyqırımı” ilə bağlı birmənalı qərar qəbul edərək, göstərmişdi ki, bu, tarixi araşdırmlara ehtiyacı olan bir məsələdir.

“Eyni zamanda, onu da qeyd etmişdi ki, bu, heç cür dövlətlərarası, yaxud parlamentlərdə hansısa bir qanun, qərar səviyyəsinə qaldırıla bilməz.

Bunlar, təbii ki, bir tərəfdən təəssüf doğuran hallardır, ikinci bir tərəfdən bizim üçün bəzi məsələlərlə bağlı aydın olur ki, Avropanın içərisində və dünyanın özündə ikili standartlar var və davam edir.

Elə bu yaxınlarda Avropa Şurası Parlament Assambleyasının yaz sessiyasından qayıtmışıq. Orada da bu məsələlərlə, ikili standartlarla rastlaşmışdıq.

Bir tərəfdən beynəlxalq qanunlardan danışırlar, digər tərəfdən ikili standartlarla hərəkət edirlər. Ancaq bununla belə, Azərbaycanın bu gün mövqeyi kifayət qədər güclüdür və o, hər bir məsələdən məlumatlıdır.

Ümumiyyətlə, ikili standartlar içərisində mövcud olan siyasətdə mövqeyin nə qədər güclü olsa, həmçinin, nə qədər tutarlı cavab vermək qabiliyyətinə malik olsan, bir o qədər xeyirlidir.

Beynəlxalq hüquq işləmədiyi yerdə gündəmə gələn ən başlıca amil gücdür, qüdrətdir və təsir imkanlarıdır. Biz də bu istiqamətdə işlərimizi davam etdirməliyik və etdiririk”, – deyə S.Seyidov əlavə edib.

XƏBƏR LENTİ